L ü Ğ Ə t və e n s ġ k L o p e d ġ y a L a r



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə41/190
tarix30.12.2017
ölçüsü4,32 Mb.
#18844
1   ...   37   38   39   40   41   42   43   44   ...   190

 

 

114 



 

 



 

 

115 



 


 

 

116 



PeĢkovil malanın taxtasının uzunluğu 1 50-60 sm, eni 15-20 sm, qalınlığı isə 

4-5 sm- dir. Gironda mala peĢkovilə nisbətən daha iri və taxtasının alt-iĢlək hissəsi gəz-

gəz olurdu. Çəpə malanın taxtası da təxminən 1 50 sm - 1 80 sm, qalınlığı 5-6 sm, 

alt-iĢlək hissəsi 15-20 sm olub, dilik-dilikdir. Taxtanın mərkəzindən və hər iki baĢından 

keçirilən tənək boyunduruğa bağlanır. Çəpərdə orta tənək dəstə rolunu oynayırdı. DiĢli 

malanın taxtasının uzunu 2 m, eni 20 sm, qalınlığı isə 8 sm-dir. Həmin malanın iĢlək 

hissəsinə Ģahmatvari qaydada 7-8 sm uzunluğunda və bir-birindən 6-7 sm aralı dəmir 

diĢlər keçirilir. Mala taxtası hər iki baĢdan zəncirlə boyunduruğa bağlanır. Taxtada əl 

tutmaq üçün dəstək olur. Hamar malanın taxtasının uzunluğu 2-5 m-ə qədər, eni 20-22 

sm,  qalınlığı  5-6  taxtanın  uzunu  boyu  10  sm  enində  olan  kəsik-boĢluqdan  tənək 

keçirilərək  toxunur.  Taxtanın  hər  iki  baĢından  keçirilən  tənək-qollar  boyunduruğa 

bağlanır.  Malaçı  isə  dəstək  əvəzinə  ortadan  boyunduruğa  sarınmıĢ  tənəyi  tutaraq 

onun üstündə dururdu. 

Çəltikçilik təsərrüfatında, xüsusilə Ģum, ləklərin hazırlanmasında və suvarma 

iĢində bel, belçə, kərdivar (mərküz), dostirəndi (əl malası), əyri bel, tumcar beli və s.  əl 

əmək alətlərindən də geniĢ istifadə edilmiĢdir. Dəstirəndinin taxtasının uzunluğu 1 m-

dərı yuxarı, qalınlığı 2 sm, eni (hündürlük) 10 sm-ə qədərdir. Sapın uzunluğu  3  sm-ə 

qədər olurdu. 

Çəltikçilikdə istifadə edilən xıĢ, qara kotan, boyunduruq, mala, bel və baĢqa əmək 

alətləri  yerli  ustalar  tərəfindən  hazırlanırdı.  Əkinçiliklə  məĢğul  olan  elə  bir  Azər-

baycan kəndi olmamıĢdır ki, orada Ģum alətləri hazırlaya bilən ustalar olmasın. 



 

 

117 



 

Çəltik bitkisinin becərilməsi üçün əkin sahəsi seçilərkən onun su tutarlığı nəzərə 

alınardı.  Bundan  əlavə,  əkinin  kifayət  qədər  gün  tutması,  sahədə  havanın  sərbəst 

cərəyan  edə  bilməsi  də  zəruri  amillərdən  sayılırdı.  Çəltik  bitkisi  sucaq  və  Ģoran  tor-

paqlarda, baĢqa dənli və texniki bitkilərin becərilməsi üçün o qədər əlveriĢli olmayan 

torpaqlarda  becərildikdə  belə,  kifayət  qədər  məhsul  verə  bilir.  Ümumiyyətlə,  baĢqa 

bitkilər  üçün  yararsız  olan  torpaqlardan  gələcəkdə  səmərəli  istifadə  etmək  üçün  belə 

sahələrdə çəltik əkilirdi. 

Çəltik  əkini  sahəsində  Ģum  iĢləri  qurtardıqdan  sonra  ləklərin  kəsilməsinə 

(hazırlanmasına) baĢlanılır. Bu iĢ prosesi çox ağır olduğundan həmiĢə birgə görülmüĢdür. 

Çəltik ləklərinin kəsilməsi zamanı 6, 8, 12 nəfər kiĢi eyni vaxtda iĢləməli olurdu. Bunların 

öz  aralarında  isə  iĢ  bölgüsü  aparılırdı.  Usta,  yəni  daha  təcrübəli  çəltikçi  "qaraatan" 

dəstəyə  baĢçılıq  edir,  çəkiləcək  tirələrin  istiqamətini  niĢanlamaqla  Ģumu  qaralayır. 

BaĢqa iĢçilər isə çimçi, tirəçi və Ģirəçi adlanırdı. Onlar bu iĢi dizə qədər palçığın içində 

görürdülər.  Çəltik  ləklərin  böyüklüyü  ümumiyyətlə,  əkin  sahəsinin  düzlüyündən  asılı 

olurdu. Ləkin təxminən sahəsi 0,02-0,08 h-a qədər olurdu. 

Azərbaycanda çəltiyin becərilməsi ta qədimdən səpmə və Ģitil üsulu olmaqla 

iki  istiqamətdə  inkiĢaf  etmiĢdir.  ġitil  üsulu  əsasən  Lənkəran  bölgəsində  yayılmıĢdı. 

ġitil xüsusi tumcarlarda  -  Ģitil ləklərində  yetiĢdirilərdi və daha sonra sahələrdə  -  bicar 

ləklərində  sancılardı.  BaĢqa  bölgələrdə  isə  çəltik  əkini  ancaq  səpmə  üsulu  ilə 

aparılmıĢdır [105]. 

Çəltik əkini üçün nəzərdə tutulan torpaq sahələrinin suvarma Ģəbəkəsi, su arx-

ları hələ Ģum iĢindən əvvəl qaydaya salınardı. Ağır və xeyli iĢçi qüvvəsi tələb olunan 

bu iĢdə bir neçə ailə, hətta kənd camaatı birgə iĢləməli olurdu. 

Azərbaycanın bütün bölgələrində çəltik Ģumuna yazın əvvəllərində baĢlanırdı. 



 

 

118 



ġuma  baĢlamazdan  bir  neçə  gün  əvvəl  torpağın  yumĢaq  olması  üçün  sahəyə  su 

buraxılırdı. Bəzi hallarda isə sahə Ģumlandıqdan sonra suvarılırdı ki, bu da lək kəsmək, 

mala  vurmaq,  ümumiyyətlə,  torpağın  həllinə  və  asan  malalanmasına  kömək  edirdi. 

Bəzən  çəltik  ĢumlanmamıĢ  sahələrdə  də  becərilirdi.  Belə  halda  çəltik  əkiləcək  sahə 

əvvəlcədən suvarılır və bir neçə gündən sonra 5-6 baĢ kəl və ya öküz vasitəsilə torpaq 

tapdaq edilərək yumĢaldılırdı. Daha sonra lək kəsilərək toxum səpilirdi. Bu qayda ilə 

çəltik becərmək ən qədim və sadə üsul hesab olunurdu. 

Çəltik bitkisi lazımi qədər həll olunmuĢ torpaqda daha yaxĢı məhsul verir. Ona 

görə də torpaq bir neçə dəfə malalanırdı. Torpağın xüsusiyyətindən asılı olaraq, ayrı-ayrı 

hallarda Ģuma üç dəfəyə qədər mala vurulurdu. Birinci və ikinci mala "qara mala", üçüncü 

mala  isə  "Ģirə  mala"  adlanırdı.  Hətta  çəltikçilər  arasında  Ģum  iĢi  və  mala  vurma  ilə 

əlaqədar olaraq "Altı dəfə kəl dırnağı dəyməyən ləkdə çəltik olmaz" və yaxud "Torpaq 

deyər öldür məni, dirildim səni" kimi zərbi-məsəlləri də yaranmıĢdır. 

Çəltik səpininə və ya Ģitilin sancılmasına, adətən yazın ortalarında baĢlanılırdı. 

Hər desyatinə orta hesabla 7-8 pud toxum səpilirdi. 

Lənkəran bölgəsində isə əvvəlcədən toxum tumcarlara səpilir və burada təx-

minən 25-30 günə Ģitil becərilirdi. Daha sonra hazır Ģitil sahələrə aparılır və bicar ləklərinə 

sancılırdı. Bölgədə Ģitil sancmaq iĢi ilə ancaq qadınlar məĢğul olurdular. ġitil sancmanın 

çəltikçilikdə  ən  ağır  iĢ  olması  nəzərə  alınarsa,  onun  baĢa  çatması  qadınlar  üçün  toy-

bayram hesab olunurdu. 

Çəltik əkini zamanı qadınlar "Bicar mahnıları" adı ilə tanınan xalq mahnıları oxu-

yardılar. Belə mahnılardan "GəlmiĢəm", "Sürməyi birçək oğlan, öz yarı göyçək oğlan", 

"Dəst eylər, gül eylər", "Sonalar", "A yordu, yordu, yordu", "Nar-nar" və s. mahnılar daha 

geniĢ  yayılmıĢdı.  Bu  mahnılarda  qadınlar  öz  məhəbbət,  sevgi,  arzu  və  diləklərini 

tərənnüm etdirir, həm də dövrə qarĢı olan narazılıqlarını bildirirdilər. 

Çəltik əkini  Azərbaycanın  ayn-ayrı bölgələrində  xır, zəmi, bicar adlanırdı. 

Əkinə qulluq edən usta çəltikçiyə isə xırçı, zəmiçi, bicarçı deyilirdi. 

Çəltik bitkisinin becərilməsində əsas və həlledici amil sudur. Hətta deyirdilər: 

"Çəltik  suda  doğulur,  suda  yaĢayır  və  suda  da  yetiĢir"  və  ya  "Çəltik  günəĢ  və  suyun 

övladıdır".  Çəltik  əkinlərinin  suvarılması  üçün  çay  suyundan,  istil,  [106]  bulaq,  qara 

sulardan və kəhriz sularından istifadə edilmiĢdir. 

Çəltik ləklərindəki su təbəqəsi 8-10, bəzən 10-12 sm-ə qədər olurdu. Daha doğ-

rusu,  bitki  suyun  içində  olmalıdır.  Çəltik  əkinində  suyun  bir  ləkdən  digərinə  keçirilməsi 

üçün bərə adlanan keçidlər olurdu. Sukeçirici bərələr bəzən bir-birinə düz istiqamətdə, 

əsasən  tərs  halda  düzəldilirdi.  Birinci  qayda  "üzəngi  bərə",  ikinci  qayda  "tərsə  bərə" 

adlanırdı. Naxçıvanda isə arxının suyu çəltik ləkinə bir bərə ilə daxil olur, o biri bərə ilə yenə 

arxa  qayıdırdı.  Ona  görə  də  belə  suvarma  qaydasına  "dol  qayıt"  deyilirdi.  Əkinlərin 

suvarılmasında  "tərsə  bərə"  üsulu  daha  geniĢ  yayılmıĢdı.  Su  çətin  hərəkət  edən  əkin 

sahələrində isə "üzəngi bərə" qaydasından istifadə edilərdi. 

Suçular çox soyuq suyu isitmək üçün əkin sahəsinin baĢ tərəfində iri lək-baĢqov 

düzəldərdilər. Arxla əkinə gələn su əvvəlcə baĢqova daxil olur və burada nisbətən isinərək 



Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə