L ü Ğ Ə t və e n s ġ k L o p e d ġ y a L a r



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə44/190
tarix30.12.2017
ölçüsü4,32 Mb.
#18844
1   ...   40   41   42   43   44   45   46   47   ...   190

 

 

124 



qəzaları  və  Zaqatala  dairəsində  ucuz  iĢçi  qüvvəsindən  istifadə  etməklə  gəlmə  və  yerli 

fəhlələri  istismar  edən  iri  əkin  sahibləri,  varlı  kəndlilər  çəltikçilikdən  xeyli  qazanc 

götürürdülər. Fəhləyə verilən əmək haqqı da daxil olmaqla, bir desyatin çəltik  əkini 

üçün sahibkar (Lənkəran qəzasında) 93 manat xərcləyirdi. Həmin sahədən götürülən gəlir 

isə 187 manat 50 qəpik olurdu [121]. Göründüyü kimi, hər bir desyatindən 100 manata 

qədər olan qazanc sahibkar tərəfindən fəhlənin nə dərəcədə  istismar  edilməsini  təyin 

edən ən gözəl meyardır. 

XIX əsrin sonu - XX əsrin əvvəllərində çəltikçilikdə ticarət əkinçiliyi - əmtəə 

istehsalı  və  kapitalist  münasibətlərinin  inkiĢafı  ilə  bərabər,  kapitalist  istismar  formaları 

yaranır  və  muzdlu  əməyin  tətbiqi  də  geniĢlənirdi.  Beləliklə  də  iri  çəltikçilik 

təsərrüfatlarında həm əməyin məhsulu, həm də fəhlənin iĢ qüvvəsi əmtəəyə çevrilirdi. 

Bu dövrdə çəltikçilikdə,  xüsusilə çəltiyin əkilməsi və biçinində "muzdlu  əməyin  tətbiqi 

kapitalist münasibətlərinin inkiĢafı üçün baĢlıca Ģərt kimi" [122] özünü göstərirdi. 

Beləliklə, əgər çəltikçilikdə bütün iĢ prosesləri XIX əsrin ikinci yarısında əsa-

sən  hər  bir  təsərrüfatın  öz  ailəsi  tərəfindən  görülürdüsə  və  ya  da  bu  sahədə  xalqın 

qarĢılıqlı yardım formalarından daha çox istifadə edilirdisə, artıq XIX əsrin sonu və  XX 

əsrin  əvvəllərində  çəltik  əkini,  biçini,  döyümü  və  s.  iĢlərdə,  bütün  bunlarla  yanaĢı, 

muzdlu  əməyin  tətbiqi  xeyli  geniĢlənmiĢdi.  Muzdlu  əmək  isə  əsasən  varlı  kəndlilərin, 

qolçomaqların, burjualaĢmıĢ bəylərin və qismən də (taxıl yığımında) ortabab kəndlilərin 

təsərrüfatında  tətbiq  olunurdu  [123].  Çoxluq  təĢkil  edən  yoxsul  kəndlilər  isə 

təsərrüfatlarındakı bütün iĢləri öz qüvvələri ilə görürdülər. 

 

 

 

 

 

 

BOSTAN VƏ TƏRƏVƏZÇĠLĠK 

 

Azərbaycan  özünün  dadlı  və  növbənöv  bostan-tərəvəz  bitkiləri  ilə  hələ  qədim-



lərdən tanınmıĢdır. 

Arxeoloji  qazıntılar  zamanı  Bek  mağarasından  tapılıb  son  Tunc  dövrünə  aid  

edilən balqabaq tumları [124] bu ərazidə bostan bitkilərinin becərildiyini sübüt edən ən 

qədim nümunə hesab olunur. 

Qədim Azərbaycanda bostançılığın xeyli inkiĢaf etdiyini arxeoloji tədqiqatlar  və 

tarixi mənbələr də təsdiq edir [125]. 

Əhəmənilərin  hakimiyyəti  dövründə  Azərbaycan  ərazisində baĢqa  bitkilərlə  ya-

naĢı, qarpız, yemiĢ və digər bostan bitkilərinin becərildiyi haqqında da məlumat verilir [126]. 

Eramızın  I  –  VII    əsrlərinə  aid  Mingəçevir  katakomba  qəbirlərindən  bostan  bitkilərinin 

qalıqları tapılmıĢdır [127]. Qəbələ Ģəhərinin xarabalıqlarında VIII-IX əsrlərə aid mədəni 

təbəqədən xiyar və yemiĢ tumları əldə edilmiĢdir [128]. 



 

 

125 



Qədim  Gəncənin  ərazisindən  aĢkar  edilən  bitki  qalıqları  içərisində  balqabaq, 

xiyar, yemiĢ, qarpız və baĢqa bostan bitkiləri də vardır [129]. 

Orta əsrlərdə Azərbaycanda bostançılıq daha da inkiĢaf edir. Orta əsr Ģəhəri 

Örənqalada  arxeoloji  qazıntılar  nəticəsində  aĢkar  edilmiĢ  quyulardan  meyvə  toxumları  ilə 

yanaĢı, qarpız və iki növ yemiĢ tumu tapılmıĢdır [130]. XIV əsrdə Qarabağ və ġirvanda bir 

neçə min hektar sahədə bostan bitkilərinin əkildiyi də qeyd edilir [131]. 

Həmdullah  Qəzvini  Cənubi  Azərbaycanın  müxtəlif  rayonlarında,  xüsusilə  Təb-

rizdə yetiĢdirilən yemiĢ növləri haqqında məlumat verir [132]. 

Ġctimai-iqtisadi  və  baĢqa  obyektiv  səbəblərin  nəticəsi  olaraq  Azərbaycanda 

bostançılıq bir təsərrüfat sahəsi kimi XIX əsrin əvvəllərindən etibarən daha geniĢ inkiĢaf 

etməyə baĢlayır. Münasib torpaq və isti iqlim Ģəraiti burada ilin bütün fəsillərində bostan və 

tərəvəz  bitkilərinin  yetiĢdirilməsinə  imkan  vermiĢdir.  XIX  əsrin  ortalarına  aid  olan 

mənbədə  göstərilir  ki,  burada  soğan,  xiyar,  növbənöv  göyərtilər,  Ģirin  və  çox  iri  qarpız, 

yemiĢ  və baĢqa bostan bitkiləri  ilin çox  vaxtında bol olur.  Tərəvəz  məhsulları  isə  ilin 

bütün fəsillərində mövcuddur [133]. 

XIX  əsrin  ortalarından  etibarən  AbĢeron  yarımadasının  əhalisinin  təsərrüfat 

həyatında  bostan  və  tərəvəzçilik  mühüm  rol  oynamağa  baĢlayır.  Artıq  bostan  və 

tərəvəzçiliklə məĢğul olan fərdi kəndli təsərrüfatları fəaliyyət göstərirdi. Bununla da Bakı 

Ģəhər  əhalisinin  bostan  və  tərəvəz  məhsuluna  olan  tələbatını  ödəmək  iĢi  xeyli 

yaxĢılaĢmıĢdı. Beləliklə, bostan və tərəvəz bitkilərinin məhsulu bazara - satıĢa çıxarılır, daha 

doğrusu, ailə tələbatından əlavə o, bazarın da ehtiyacını ödəyirdi. 

Bostan  məhsullarına  olan  ehtiyacın  artması  əkin  sahələrinin  geniĢləndirilməsi 

zəruriyyətini qarĢıya qoyurdu. Beləliklə də Azərbaycanda bostan və tərəvəz bitkilərinin 

becərilməsi  üçün  daha  münasib  olan  ixtisaslaĢmıĢ  xüsusi  rayonlar  mövcud  olmuĢdur. 

Yelizavetpol quberniyasında ƏrəĢ və Qazax qəzaları, Bakı quberniyasında Quba, Lənkəran 

və Cavad qəzaları belə rayonlardan hesab olunurdu. AbĢeron yarımadasının əkinə 

yararlı torpaqlarının xeyli hissəsində bostan və tərəvəz bitkiləri əkilirdi. 

Tiflis  və  Ġrəvan  bazarlarında  satılan  bostan  və  tərəvəz  məhsulunun  çoxu 

həmin  Ģəhərlərin  yaxınlığında  yerləĢən  Azərbaycan  kəndlərində  yetiĢdirilirdi. 

Borçalı qəzasında 150 desyatinə yaxın bostan əkilirdi, buradan 20 min puddan çox 

qarpız  və  yemiĢ  götürülürdü.  Bu  qəzadan  təkcə  Tiflis  bazarına  ildə  20  min  pud 

soğan satıĢa aparılırdı [134]. 

Cənubi  Qafqaz  dəmir  yolunun  çəkiliĢi  bostan  məhsullarının  iri  Ģəhərlərə 

daĢıma  iĢini  xeyli  sürətləndirdi.  Bu  da  öz  növbəsində  bostan  əkini  sahələrinin 

geniĢləndirilməsinə və onun məhsullarının daha çox istehsalına səbəb oldu. 

Göyçay  qəzasında  bostan  bitkiləri  əhalinin  təsərrüfatında  mühüm  yer 

tuturdu. Burada yetiĢdirilən yemiĢ ġamaxı, Bakı, Tiflis, Batum və baĢqa Ģəhərlərin 

bazarlarında  satılırdı  [135].  XIX  əsrin  90-cı  illərinin  birinci  yarısında  Göyçay 

qəzasından dəmir yolu ilə hər il 28 min pud yemiĢ və qarpız daĢınmıĢdır [136]. 

Bostan  bitkilərinin  becərilməsi  üçün  münasib  torpağı  və  əlveriĢli  iqlimi 

olan Azərbaycanın bütün qəzalarında əhali təsərrüfatın bu sahəsi ilə məĢğul olurdu. 



Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə