L ü Ğ Ə t və e n s ġ k L o p e d ġ y a L a r



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə42/190
tarix30.12.2017
ölçüsü4,32 Mb.
#18844
1   ...   38   39   40   41   42   43   44   45   ...   190

 

 

119 



sahəyə axıdılardı. Bəzən də çəltik ləklərinə bulanıq suyun daxil olmaması üçün sahənin 

yuxarısında (baĢında) iri və dərin lək-lilpara olardı. Səpindən və ya Ģitil sancılmasından 

sonra əkinin su rejiminə baxmaq üçün təcrübəli çəltikçi ayrılardı. Suçu məhsul yetiĢənə 

qədər əkin sahəsində olardı. 

Məhsuldarlığı yüksəltməkdə çəltik ustalarının zəngin təsərrüfat təcrübəsi torpağı 

qüvvətləndirməkdən  baĢlamıĢ,  əkin  sahələrini  gübrələmə,  "baĢvurma",  "kök  dəyiĢmə", 

"növbəli əkin" və s. kimi üsul və qaydalarda özünü daha aydın göstərmiĢdir. (çəltikçilər 

eyni sahədə bir il sədri növü əkirdisə, gələn il çampo, o biri il daha baĢqa növ becərməklə 

əkini  növbələĢdirirdilər.  Hətta  belə  də  deyirdilər:  "kök-kök  üstə  düĢməməlidir",  yəni 

eyni növ çəltik təkrarən həmin sahədə əkilməməlidir. 

Çəltikçilər  yorğun  düĢmüĢ  torpaq  sahəsini  qüvvətləndirmək  məqsədilə  çay 

suyundan istifadə edirdilər. Bunun üçün onlar sahəyə az müddətə su buraxırdılar ki, lil 

torpağa çöksün və torpaq qüvvətlənsin. 

Çəltikçilikdə məsul və çətin iĢ prosesindən biri də biçin hesab olunur. Ona 

görə də biçində ailənin demək olar ki, iĢ qabiliyyətli bütün üzvləri əsas və yardımçı 

iĢlərdə bu və ya baĢqa dərəcədə iĢtirak edirdilər. 

Azərbaycanda  çəltik  biçini  əsasən  avqust  ayının  axırlarından  baĢlayaraq 

oktyabrın ortalarına qədər davam edirdi. 

Çəltik  biçinində  də  taxılın  biçilməsində  olduğu  kimi,  oraqdan,  çindən, 

dəryazdan,  Naxçıvan  ərazisində  isə  bunlardan  əlavə  mərəndidən  də  istifadə 

edilmiĢdir.  Biçin  zamanı  biçinçi  biləyinə  qolçaq  (dəridən,  yun  və  ya  pambıq 

parçadan tikilirdi) bağlayır, sol əlinə isə barmaqlıq keçirir və ya əlcək geyirdi. 

Çəltik biçinindən 7-8 gün əvvəl əkin sahəsinin quruması üçün onun suyu 

kəsilir  və  daha  sonra  biçin  baĢlanırdı.  Adətən  çəltik  bafalarına  iki-üç  gün  hava 

dəydikdən sonra (bəndəmlə) dərz bağlanırdı. 

Dərzlərin daĢınmasında müxtəlif üsul və qaydalar mövcud olmuĢdur. Belə 

ki,  bunun üçün araba, furqon, at, dəvə və baĢqa  yükdaĢıma vasitələrindən istifadə  

edilirdi. 

Lənkəran  bölgəsində  çəltik  dərzlərinin  sahədən  daĢınmasına  qadınlar  da 

kömək  edirdilər.  Onlar  dərzi  baĢlarında  daĢıyırdılar.  Bunun  üçün  həsir 

parçalarından istifadə edirdilər. Hər birinin içərisinə iki dərz qoyularaq bağlanmıĢ 

iki  həsir  Ģələni    qadın  baĢındakı  oturacağın  -  piçənənin  üstünə  qoyaraq,  ya  əkin 

sahəsinin  kənarına,    ya  da  xırmana  aparırdı.  Piçənə  yun  və  pambıq  parçadan 

dəyirmi formada düzəldilirdi. O, Ģələnin baĢda durmasına  kömək edir. BaĢda yük 

daĢıyarkən istifadə edilən bu oturacaq - piçənə insanlar tərəfindən çox qədimlərdən 

istifadə  edilmiĢdir  [107].  Bundan  əlavə,  bölgədə  çəltik  dərzlərinin  daĢınmasında 

düĢəli  adlanan  ağac  alətdən  də  istifadə  olunurdu.  Yoxsul  kəndlilər  dərzdaĢıma 

vasitəsi kimi bu alətdən  XX əsrin əvvəllərinə qədər istifadə etmiĢlər. DüĢəli 2-2,5 



uzunluğunda palıd ağacından düzəldilən daĢıma alətidir. DüĢəlinin hər bir ucuna 

3-4 dərz keçirməklə çiyində bir dəfəyə 6-8 dərzi aparmaq mümkün olurdu. Belə bir 

sadə alət insanlarm ən qədim yükdaĢıma vasitələrindən hesab edilmiĢdir [108]. 



 

 

120 



Çəltik  dərzinin  döyümü  üçün  Azərbaycanda  müxtəlif  üsullardan  istifadə 

edilmiĢdir.  Bundan  ən  ibtidai  və  sadə  üsul  sünbülün  ağacla  -  dəyənəklə 

döyülməsidir.  Adətən,  yoxsul  ailələr  miqdarca  az  olan  dərzlərini  dəyənəklə 

döyərdilər. 

Azərbaycanda  çəltik  dərzləri  əsasən  mal-qara  ilə,  at,  öküz,  kəl  vasitəsilə 

heç bir alətdən (vəldən) istifadə edilməyərək payız aylarında döyülürdü. Lakin bu 

məqsəd  üçün  az  hallarda  xüsusi  döyüm  kötüklərindən  də  istifadə  edilmiĢdir. 

Palıddan  ya  da  qoz  ağacından  düzəldilən,  bir  cüt  öküz  və  ya  kəl  qoĢulan  bu 

kötüklərin  uzunluğu  təxminən  80-100  sm,  diametri  isə  40-50  sm  olurdu.  Həmin 

kötüklərin  səthində  bəzən  uzununa,  bəzən  də  eninə  göz  açılır.  Belə  kötüklərlə 

döyülən çəltik dərzinin küləĢi, demək olar ki,  doğranmırdı.  Çəltik dərzləri əsasən 

taxıl xırmanlarında döyülərdi. Çəltik dərzlərini döymək üçün xırmanın ortasında 2-

2,5  m  uzunluğunda  paya  -  dirək  basdırılırdı.  Həmin  dirəyə  tənəkdən  düzəldilmiĢ 

çənbərə keçirilərdi. Boyun və ya buynuzlarından iplə bir-birinə bağlanmıĢ 5-6 öküz 

və ya kəl həmin dirəkdəki çənbərəyə bağlanır və bundan sonra isə döyüm prosesinə 

baĢlanılardı. 

Sahədən  daĢınan  dərzlər  100-200,  yaxud  300-400  və  daha  böyük  500 

dərzlik  tayalarda  -  xaralarda  xırmana  yığılardı.  Xırmana  bir  dəfədə  döyüm  üçün 

80-100 dərz sərilirdi [109]. Döyüm prosesində bilavasitə üç nəfər xırmançı iĢtirak 

edirdi. Onlardan biri heyvanları sürür (hərləndirir, tovlayır), ikincisi  küləĢi çevirir 

(buna yabaçı -biləngçi də deyilirdi), üçüncü isə dəni Ģana və kürəklə sovurur ki, bu 

da sovruqçu adlanırdı. Döyüm prosesində süpürgə, yaba, Ģana və kürəkdən istifadə 

edilirdi. 

Məhsulun  -  dənin  saxlanılması  üçün  əsas  Ģərtlərdən  biri  də  döyümdən 

sonra  onun  lazımınca  qurudulmasıdır.  Çəltik  dəninin  qurudulması  üçün 

Azərbaycan  çəltikçiləri  bir  neçə  qaydadan  istifadə  etmiĢlər.  Ən  geniĢ  yayılmıĢ 

qayda döyümdən sonra çəltiyin xırmanda, yaxud da yaĢayıĢ evlərinin həyətlərində 

həsir, palaz və s. üstündə dənin sərilərək  -  yayılaraq qurudulmasıdır. Bunun üçün 

iki-üç  gün  (günəĢli  gün)  kifayət  edir.  Havalar  yağmurlu  və  rütubətli  keçdikdə 

məhsul  ev  Ģəraitində  qurudulurdu.  Dənin  ev  Ģəraitində,  onun  yaĢayıĢ  otaqlarının 

döĢoməsinə  sərilməklə  (yayılmaqla)  qurudulması  üsulu  bütün  çəltikçilik 

bölgələrində  geniĢ  yayılmıĢdı.  Bu  məqsədlə  yaĢayıĢ  evlərinin  çardaqlarından  da 

istifadə edilirdi. 

Məlum olduğu kimi, çəltik düyüyə nisbətən daha çox qalır və həmçinin də 

ziyanvericilər onu tez korlaya bilmir. Məhsul əkin üçün də çəltik halında yararlıdır. 

Ona  görə  də  hər  bir  təsərrüfatda  ehtiyat  ediləcək  məhsul  düyü  kimi  deyil,  məhz 

çəltik kimi saxlanılırdı. 

Azərbaycanın bütün çəltikçilik bölgələrində çəltik əsasən çubuq, gil, taxta 

anbarlarda, kəndulə, ağac anbar və çəlləklərdə, saxsı küplərdə, kisə və çuvallarda, 

həsir  kisələrdə  saxlanılırdı.  Bunlardan  əlavə  iri  təsərrüfatlarda  məhsulun 

saxlanılması  üçün  xüsusi  anbarlar  olardı,  ya  da  yaĢayıĢ  binalarının  birinci 



Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə