L ü Ğ Ə t və e n s ġ k L o p e d ġ y a L a r



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə50/190
tarix30.12.2017
ölçüsü4,32 Mb.
#18844
1   ...   46   47   48   49   50   51   52   53   ...   190

 

 

137 



çox  olurdu.  Ana  arxlar  əsasən  bir  kəndin  əkinlərini  suvarma  suyu  ilə  təmin  edirdi. 

Lakin bəzi hallarda onun  suyundan bir  neçə  kəndin camaatı da istifadə edirdi.  Belə  ki, 

Tərtərçaydan  götürülən  Lənbəran  ana  arxı  ilə  Qaraqoyunlu,  Ağalı,  Qaradəmirçi, 

Mehdili və Lənbəran kəndlərinin əkinləri suvarılırdı. 

XX əsrin əvvəllərində Azərbaycanda çaylardan çəkilən ana arxların ümumi sayı 

1200-dən  yuxarı  olmuĢdur  [170].  Suvarma  üçün  suyun  götürülməsi  mümkün  olan 

çaylardan demək olar ki, ana arxlar çəkilmiĢdir. 

Ana arxların çəkilməsi, yaxud bənd və dəhnələrin tikilməsində (basılması) 

sudan  istifadə  edəcək  bütün  kənd  camaatı,  bəzən  də  qonĢu  kəndlərin  camaatı  iĢtirak 

edirdi.  Adətə  görə  bu  iĢdən  boyun  qaçırmaq  el  arasında  qəbahət  sayılırdı.  Axı  on 

kilometrlərlə uzunluğunda olan ana arxların qazılması - çəkilməsi sürətli və coĢqun axan 

sulu  çaylarda  bənd  tikib,  dəhnə  basmaq,  bununla  da  suyun  səviyyəsini  qaldırıb,  onu 

ram edib ana arxlara yönəltmək bir o qədər asan iĢ prosesi deyildi. Ona görə də bu iĢ 

həmiĢə birgə görülmüĢdür. BaĢqa cür mümkün də deyildi. K.Marksın göstərdiyi kimi 

"...müəyyən əmək proseslərində... bataqlıqları qurutmaq, su bəndləri çəkmək, suvarma 

iĢlərində, kanal qazılmasında və sair iĢlərdə kooperasiya lazımdır" [171]. 

Adətən  ana  arxların  çəkilməsi,  təmiri,  bənd  və  dəhnələrin  tikilməsi  bir 

qayda olaraq erkən yazda görülərdi. Bunun üçün mirab və ya cuvarlar kəndin ağsaq-

qalına,  kənd  camaatına  xəbər  verərdi  ki,  "filan  gün  ana  arxları  və  ya  qol  arxları  tə-

mizləmək və yaxud təmir etmək lazımdır". Kənd camaatı müəyyən olunmuĢ gün iĢə 




 

 

138 



baĢlardı. Daha doğrusu, həmin gün hər evdən bir nəfər (bir bel) çıxardı. Qaydaya görə 

(əgər  ana  arxdan  bir  neçə  kənd  istifadə  edirdisə)  hər  bir  kəndin  camaatı  öz  ərazisini 

təmir edərdi. Beləliklə dəhnədən tutmuĢ bütün ana arx boyu hər kənd öz payını təmir 

edər və ya təmizləyərək qaydaya salardı. Qol arxlar isə hansı əkin sahəsinə gedirdisə, 

həmin  əkin  sahibləri  tərəfindən  təmir  edilərdi.  Bu  iĢdə  əmək  aləti  kimi  bel,  balta, 

külüng  və  yabadan,  nəqliyyat  vasitəsi  kimi  at,  ulaq,  araba,  furqon  və  s.  istifadə 

edilərdi. 

Suvarma əkinçiliyində ən geniĢ yayılan əsas əmək aləti bel olmuĢdur. Bel öz 

formasına görə sadə olmaqla, suvarmada, arx çəkiliĢində, bənd bağlamaq, yer belləmək 

və s. iĢlərdə istifadə edilirdi. Beli yerli ustalar hazırlayırdı. Bel küp (buna tiyə və dəmir 

də deyilir) təpcək və ağac sapdan ibarətdir. Bu alətə "su beli, həmçinin təpcəkli bel" də 

deyilir. Ayrı-ayrı bölgələrdə iĢlədilən bellərdə öz forma və oxĢarlıqlarına görə azacıq 

fərqlər olmuĢsa da, bu alətlə eyni iĢ görülmüĢdür. 

Naxçıvanda  bostan  və  tərəvəz  bitkiləri  üçün  lək  kəsmək  və  arx  çəkməkdə 

kərdivardan-mərküzdən də istifadə edilmiĢdir. Kərdivar 60-70 sm uzunluğunda, 20-25 

sm enində, 0,2 sm qalınlıqda yarımdəyirmi dəmir parçasından ibarətdir. Onun sapı (qolu) 

və çəkəcəyə bağlanmıĢ ipləri vardır. Kərdivarla iki nəfər iĢləyirdi. ĠĢ zamanı onlardan 

biri sapı tutaraq onu aĢağıya basır, ikincisi isə ipin dəstəyini çəkirdi. Beləliklə də arx və ya 

bostan kərdiləri-ləkləri hazır olurdu. 

Maraqlıdır ki, öz iĢinə və formasına görə kərdivara oxĢayan və mütəxəssislərin 

toxa  -  bel  adlandırdıqları  belə  bir  əl  əmək  alətindən  hələ  e.ə.  III—II  minilliklərdə 

Yaxın  ġərq  ölkələrində  suvarma  əkinçiliyində  -  su  Ģırımlarının,  arx  və  kanalların 

çəkilməsində  və  təmirində  istifadə  edildiyi  qeyd  olunur  [172].  Deməli,  Naxçıvan 

ərazisində  hazırda  belə  suvarma  əkinçiliyində  istifadə  edilən  kərdivar-mərküz 

adlanan əl əmək aləti ölkədə suvarma əkinçiliyinin qədimliyini bir daha sübut edir. 

Azərbaycanda dəhnə və bəndlərin çəkilməsi (tikilməsi) yerli Ģəraitdən, tikinti 

materiallarından və baĢqa səbəblərdən asılı olaraq müxtəlif qaydalarda aparılırdı. 

Naxçıvan çaylarında bəndlərin tikilməsi üçün "çatma" üsulu daha geniĢ yayıl-

mıĢdı. Bunun üçün 5-6 uzunluğunda yoğun ağac-tir bir neçə yerdən deĢilir və ona 1-1,5 



uzunluğunda qollar keçirilirdi. Çayın bənd götürüləcək yerində qoyulan həmin tirin 

qabağına  xırda  ağaclar,  Ģax,  meynə,  küləĢ,  ot,  daĢ,  torpaq  və  s.  tökülərək  suyun 

səviyyəsi qaldırılır və ana arxın dəhnəsinə verilirdi. Bəzən də bənd tikiləsi yerə çarpaz 

halda yoğun payalar basdırılıb onun üstünə, Ģax-Ģulax, daĢ-torpaq tökülərdi. Vilayətin 

coĢqun  və  sulu  çaylarında  bəndlər  daha  davamlı  tikilərdi.  Belə  çaylarda  bəndin 

çəkilməsi  üçün  yoğun  ağacdan  8-10  m  uzunluğunda,  1,5  m  hündürlükdə  "qırxayaq" 

düzəldilərdi.  Bunun  üçün  ağac  tirə  yerbəyerdən  çatma  qaydasında  qollar  keçirilərdi. 

Qırxayağa vilayətin bəzi kəndlərində qoduq ayağı da deyilərdi. Çayın bənd salınan yeri 

enli olduqda qırxayağın  ikisi-üçü baĢ-baĢa qoyulardı.  Qırxayağın suya salınması, onun 

qabağına ləmpərin düzülməsi və ləmpərin üstünə çuval və kisələrdə daĢların qoyulması 

çətin iĢ prosesi olduğundan böyük qüvvə tələb olunardı. Bu iĢin görülməsi üçün çoxlu 

adam iĢtirak edərdi. 




 

 

139 



Ləmpərin  özünəməxsus  hazırlanma  üsulu  olmuĢdur.  Bunun  üçün  çəltik 

küləĢindən  qol  yoğunluğunda  7-8  uzunluğunda  ―bədnəm‖  edilir  və  bir-  birindən 

30-40  sm    aralıqda  yan  –  yana  qoyularaq  5-6  qol  düzülərdi.  Həmin  bəndəmlərin 

üstünə çırpı, budaq, çör – çöp sərilərdi. Bunun üstünə bir lay küləĢ, küləĢin üstünə 

isə bir lay çınqıl daĢ töküldükdən sonra yenə də bir lay çəltik küləĢi verilərdi. Daha 

sonra isə həmin laylar yumurlanaraq bükülür və beləliklə də ləmpər hazır olardı.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

BaĢqa etnoqrafik zonalarda da dəhnə və bəndlərin tikilməsi üçün bir sıra 



qayda və üsullar mövcud olmuĢdur. 

Dəhnə  və  bənd  tikiləsi  yerə  2-3  m  uzunluğunda  yoğun  payalar  (bir-




Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə