L ü Ğ Ə t və e n s ġ k L o p e d ġ y a L a r



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə49/190
tarix30.12.2017
ölçüsü4,32 Mb.
#18844
1   ...   45   46   47   48   49   50   51   52   ...   190

 

 

135 



torpaqlar  Azərbaycanın  dağətəyi  ərazisi  hesab  olunur  [161].  Bu  ərazidə  isə  əsas 

suvarma mənbəyi çaylar, bulaqlar və kəhrizlər olmuĢdur. 

Azərbaycanın  dağlıq  rayonlarında  az  da  olsa  əhali  əkinçiliklə  məĢğul 

olmuĢdur. Lakin burada əkinlər əsrlər boyu dəmyə becərilmiĢdir, daha doğrusu, bu 

ərazi üçün dəmyə əkinçilik - "dəmistan" daha xarakterik olmuĢdur. 

Ölkənin  dağətəyi  və  düzənlik  ərazisində  əkinçiliyin  inkiĢafında  kəhriz 

suvarma  sistemi  az  rol  oynamamıĢdır.  Naxçıvan  vilayətində,  Qarabağ  ərazisində, 

Gəncə-Qazax bölgəsində, AbĢeron torpaqlarında, hətta Lənkəran bölgəsinin dağlıq 

ərazisi hesab olunan indiki  Lerik rayonunda  qədim  kəhrizlərin qalıqları və  yaxud 

hazırda  istifadə  edilməkdə  olan  kəhrizlər  mövcuddur  [162].  Bu  suvarma  sistemi 

indinin  özündə  belə  demək  olar  ki,  öz  təsərrüfat  əhəmiyyətini  müəyyən  qədər  də 

olsa  saxlamıĢdır. Azərbaycanda  yerli əhalinin hələ e.ə.  I əsrdə kəhriz suvarma siste-

mindən istifadə etdiyi qeyd edilir [163]. 

ġəmkirçay ətrafında tarixən I—III əsrlərə aid olan kəhriz aĢkar edilmiĢdir [164]. 

Gəncə  ərazisində  taxıl  əkinləri  və  bağların  suvarılmasında  Gəncə  çayından,  habelə 

kəhriz sularından istifadə edilmiĢdir [165]. 

Orta əsrlərdə də Azərbaycan əkinçiliyində kəhriz suvarma sistemi mühüm rol 

oynamıĢdır. Həmin dövrdə Ģəhər əhalisinin su ilə təchizində xüsusilə Gəncə, Naxçıvan, 

ġəmkir,  Ordubad  və  baĢqa  orta  əsr  Ģəhərlərinin  içməli  suya  olan  tələbatının 

ödənilməsində  kəhriz  Ģəbəkəsinin  böyük  əhəmiyyəti  olmuĢdur.  Azərbaycan  isə 

Cənubi Qafqazda kəhriz suvarma sisteminin vətəni hesab olunur. 

Kəhrizlər xüsusi Ģəxslərə və ayrı-ayrı icmalara məxsus olardı. Bununla əlaqə-

dar olaraq, onun suyundan ya icmalıqla istifadə edilirdi, ya da kəhriz sahibləri müəyyən 

qeyd-Ģərtlərlə öz kəhrizlərindən su aparmağa icazə verirdilər. 

Əsas suvarma mənbəyi kimi, kənd təsərrüfatında Kür və Araz çaylarından isti-

fadə edilirdi. Bundan əlavə, əkinlər və bağlar yerli suvarma əhəmiyyətinə malik olan çay 

və bulaqlardan, yeraltı sulardan (qara sular) və baĢqa suvarma  mənbələrindən  istifadə 

edilməklə  suvarılırdı. Ölkədə suvarma  mənbəyi  kimi,  mindən  yuxarı irili-xırdalı  çay 

Ģəbəkəsindən istifadə edilmiĢdir. 

ġimal-Ģərqi  Azərbaycanda  əkinlər  əsasən  Samur  çayı,  Qaraçay,  Ağçay, 

Qusarçay, Qudyalçay, Vəlvələçay, Caqacuqçay və baĢqa xırda çay suları, həmçinin çoxlu 

bulaqlar və baĢqa suvarma mənbələri vasitəsilə suvarılırdı. 

Lənkəran bölgəsində (keçmiĢ  Lənkəran qəzasında) suvarma  mənbəyi  kimi, 

əsasən  Astaraçay,  Lənkərançay,  ViləĢçay  və  bir  sıra  xırda  çay,  istil  və  bulaqlardan 

istifadə edilmiĢdir. 

ġəki-Zaqatala bölgəsinin əkinləri Künkütçay, Quzeyçay, KiĢçay, ġinçay və 

baĢqa xırda çay Ģəbəkəsi, bulaqlar və s. ilə suvarılırdı. 

ġirvan əkinçiləri suvarma üçün Türyançay, Göyçay, Dəvəbatançay, Girdiman-

çaydan və habelə bulaq sularından istifadə edirdilər. 

Qazax və Gəncəbasarda əkinlər ġəmkirçay, QoĢqarçay, Gəncəçay, Ġncəçay, 

Ağstafaçay, Həsənsuçay, Axıncaçay və baĢqa çayların suyu ilə suvarılırdı. Bu bölgədə 



 

 

136 



həmçinin kəhrizlər də suvarmada mühüm rol oynayırdı. 

Qarabağ ərazisində əkinlər Tərtərçay, Qarqarçay, Quruçay və onların qolları 

ilə, bundan əlavə, kəhriz və bulaqlar vasitəsilə də suvarılırdı. 

Naxçıvan ərazisində əkinlər və bağlar Arpaçay, Əlincəçay, Naxçıvançay, Ordu-

badçay,  Gilançay  və  baĢqa  çayların  suyu  ilə,  həmçinin  də  kəhriz  və  göl  suları  ilə 

suvarılırdı. 

XIX  əsrin  sonu,  XX  əsrin  əvvəllərində  Kür  və  AkuĢa  (Kürün  qolu) 

çaylarından çarxla (taxta çarx) su çıxarılaraq (qaldırılaraq) əkinlərə verilirdi. 

XX əsrin əvvəllərində təkcə Kür çayı üzərində 850-dən çox suqaldıran çarx  

iĢləyirdi. AkuĢa çayında isə çarxların sayı 600-ə qədər idi [166]. Yeri gəlmiĢkən qeyd 

etmək  lazımdır  ki,  həyətyanı  sahələri  suvarmaq  üçün  buna  oxĢar  çarxlar  vasitəsilə 

quyulardan da su çıxarılırdı. Lakin belə çarxlarla quyulardan su çıxarmaq üçün ona heyvan 

qoĢulurdu. 

Azərbaycanda pambıqçılığın getdikcə geniĢləndirilməsi suvarma suyuna olan 

tələbatı daha da artırırdı. 1900-cü ildən etibarən Kür və AkuĢa çaylarının sahillərində 

mühərriklə iĢləyən suqaldırıcı qurğular iĢə salınır [167]. Artıq, 1910-1915-ci illərdə Kür 

çayı üzərində suqaldırıcı belə qurğuların sayı yüzə çatırdı [168]. 

Suvarma mənbə və vasitəsi kimi, istillərdən də istifadə edilmiĢdir. Demək la-

zımdır  ki,  istillər  ancaq  Lənkəran  bölgəsində  mövcud  olmuĢ  və  bunlarla  çəltik  əkinləri 

suvarılmıĢdır [169]. 

Azərbaycanın təbiəti, torpaq-iqlim Ģəraiti və becərilən bitkilərin çoxnövlüyü 

öz növbəsində suvarma sistem və üsullarının müxtəlifliyinə də səbəb olmuĢdur. 

XIX əsrdə və XX əsrin əvvəllərində əsas suvarma mənbəyi kimi, yenə də çay- 

lardan,  bulaqlardan,  kəhrizlərdən,  göl  və  nohurlardan,  quyulardan,  su  anbarları  və 

istillərdən istifadə olunmuĢdur. 

Azərbaycanın suvarmaya əsaslanan əkinçilik təsərrüfatı əsasən iri və kiçik çay-

lardan götürülən kanal  və ana arxlar vasitəsilə  suvarılmıĢdır. Bu  məqsədlə də çaylardan 

kanal və ana arxlar ayrılır, həmin ana arxlardan isə ayrı-ayrı kəndlərin əkinlərini suvarmaq 

üçün  iri  və  ya  kiçik  qol  arxlar  çəkilirdi.  Arxlar  xüsusi  Ģəxslər,  daha  varlı  kəndlilər 

tərəfindən çəkilirdi. Həmin arxlar onu çəkdirən sahibinin adı ilə tanınırdı. Beləliklə  də 

çaylardan ayrılan ana arxlar hansı kəndin əkin sahəsini su ilə təmin edirdisə, adətən, 

onlara  (arxlara)  həmin  kəndin  adı  verilirdi,  yaxud  ana  arxın  çəkiliĢi ilə əlaqədar olan 

hadisə  və  oxĢarlıqla  əlaqədar  adlandırılırdı.  Qarqarçaydan  götürülən  ana  arx  Mahrızlı 

kəndinin əkinlərini suvardığına görə bu arx Mahrızlı arxı adlanırdı. Həmçinin də Vəlvələ və 

ġabran  çaylarından  götürülən  ana  arxlar  həmin  sudan  istifadə  edən  kəndlərin  adı  ilə 

Söhbətli arxı, Boyad arxı, Sarxan arxı kimi tanınırdı. 

Ayrı-ayrı çaylardan götürülən ana arxlar öz tutumuna görə fərqlənirdilər. Ana 

arx  çəkilərkən  onun  neçə  kəndə  və  nə  qədər  əkin  sahəsinə  su  verəcəyi  müəyyən-

ləĢdirilirdi. 

Adətən ana arxların uzunluğu su aparılacaq kənd və ya kəndlərin çaydan hansı 

məsafədə yerləĢməsindən asılı olurdu. Bəzən ana arxların uzunluğu 30 - 40 km və daha 



Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə