L ü Ğ Ə t və e n s ġ k L o p e d ġ y a L a r



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə43/190
tarix30.12.2017
ölçüsü4,32 Mb.
#18844
1   ...   39   40   41   42   43   44   45   46   ...   190

 

 

121 



mərtəbəsinin bir və ya iki otağı bunun üçün ayrılardı. 

Anbarlar  öz  tutum  həcmlərinə  görə  də  fərqlənirdilər.  Orta  böyüklükdə 

olan  taxıl  anbarları  əsasən  30-40  pud  çəltik  tuturdu.  Anbarlar,  adətən,  yaĢayıĢ 

evlərinin  həyətlərində,  eyvanlarda,  alt  evlərdə,  təsərrüfat  və  yardımçı  tikililərinin 

içərisində,  həcm  etibarilə  kiçik  olan  anbar  və  ya  kəndilər  isə  yaĢayıĢ  otaqlarında 

qoyulardı. 

Çəltik dəninin ərzaq məhsulu kimi istifadə edilməsi üçün qabığı çıxarılır. 

Dənin təmizlənməsində [110] Azərbaycanın bütün çəltikçilik bölgələrində xalq ən 

sadə əmək aləti dibəkdən və daha məhsuldar olan ayaq və su dinglərindən istifadə 

etmiĢlər.  Ayaq  və  su  dingləri  öz  quruluĢ,  forma  və  həmçinin  də  istifadə  edilmə 

qaydalarına  görə  kiçicik  fərqlərə  baxmayaraq,  bütün  Azərbaycan  üçün  eynilik 

təĢkil etmiĢdir. 

Azərbaycanın çəltikçilik bölgələrində dibək daha geniĢ yayılmıĢdı. Dibək 

palıd  və  ya  baĢqa  möhkəm  ağaclardan  düzəldilirdi.  Onun  çalası  üçün  30-40  sm 

yoğunluqda dairəvi kəsilmiĢ kötüyün içi 20-25 sm diametrdə, 15-20 sm dərinlikdə 

oyulurdu  [111].  Dibəkdə  çəltiyin  təmizlənməsi  zamanı  döyəcdən  (əl  ilə  tutulması 

mümkün  olan  uzunsov  çaydaĢından)  istifadə  edilirdi.  Hazırlanması  sadə  olan, 

həmçinin də heç bir xərc tələb etməyən bu alət əsasən yoxsul ailələrdə iĢlədilirdi. 

Çəltik təmizləmək üçün nisbətən geniĢ yayılmıĢ alətlərdən (qurğu) biri də 

ayaq dingidir. Ayaq dingi öz quruluĢuna və istifadə edilmə qaydasına görə çox da 

mürəkkəb deyildi. Düzəldilməsi o qədər də çətin olmayan  ayaq dingi yerli ustalar 

tərəfindən palıd, qoz və baĢqa möhkəm ağaclardan hazırlanırdı. Haça, qol, ox, çala, 

gövzə-döyəc  adlanan  hissələrdən  ibarət  olan  belə  bir  dingi  düzəltmək  üçün  tor-

pağa iki qoĢa ağac (50-70 sm aralı məsafədə paralel halda) basdırılırdı. Ağacların  

(40 sm uzunluğunda) torpağın üstündə qalan hissəsinin ortasına dingin qolu keçirilmiĢ ox 

bərkidilirdi [112]. Qolun baĢına isə gövzə (döyəc) keçirilərək bağlanırdı. Bunlardan əlavə 

dənin  tökülməsi  üçün  yarı  torpağa  basdırılmıĢ  ağacın  içində  dinkin  çalası  olurdu. 

Dingin qolunun uzunluğu 1 80 sm, diametri isə 15-20 sm idi. Döyəc bəzən daĢdan [113], 

əksər  hallarda  isə  dəmir  ağız  geydirilmiĢ  (içərisinə  10-12  ədəd  mıx  vurulmuĢ)  ağacdan 

olurdu. Dəmir ağızlı döyəcin ağır olması üçün onun üstünə 2-3 kq-lıq daĢ və ya dəmir 

parçası  da  bağlanırdı.  Ayaq  dingi  bəzən  bütövlükdə  iri  ağac  gövdəsindən  də 

düzəldilirdi. Çəltiyin təmizlənməsi üçün istifadə edilən su dingləri Azərbaycanın bütün 

çəltikçilik  bölgələrində  yayılmıĢdı.  Öz  quruluĢ  və  istehsal  gücünə  görə  [114]  ayaq 

dingindən xeyli fərqli olan su dingləri də yerli ustalar tərəfindən hazırlanırdı. Su dingləri 

kəndlərdə,  ümumiyyətlə,  yaĢayıĢ  məskənləri  yaxınlığındakı  çay  kənarlarında  tikilirdi 

(qurulurdu). 

Su dingi aĢağıdakı hissələrdən ibarətdir: su saxlayan qalaqlı pər - su çarxı, ox 

və onun Ģapalağı, dingin qolu, döyəc və dingin çalası. 

Dingin  su  çarxına  bərkidilmiĢ  oxunun  hər  iki  baĢı  xüsusi  yastıqların  üzərinə 

qoyulur.  Oxun  yastıq  üzərinə  qoyulan  hissəsi  dəmir  mildən  ibarətdir.  Ox  fırlandıqca 

üzərindəki Ģapalaqlar dingin qollarına toxunaraq onu müəyyən qədər yuxarıya qaldırır və 



 

 

122 



yenə də buraxır. Beləliklə də baĢ hissəsində döyəci olan qollar ding çalasında olan çəltik 

dəninin qabığını çıxarır. Qeyd etmək lazımdır ki, su dinginin qolları, döyəci və həmçinin də 

çalası, ayaq dinginə nisbətən iri olur. Su dingləri adətən 4-6 qollu düzəldilirdi [115]. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Su dinginin təsvir etdiyimiz formalarından əlavə, ġəki-Zaqatala və Quba böl-



gələrində nisbətən mürəkkəb quruluĢa malik olan daha təkmil və məhsuldar su dingləri 

də  iĢlədilmiĢdir  [116].  Həmin  bölgələrdə  istifadə  edilən  su  dinginin  qolları  yuxarıda 

təsvir  etdiyimiz  su  dingindən  fərqli  olaraq  maili  deyil,  Ģaquli  vəziyyətdə  qurulurdu. 

Bundan  əlavə  qollarda  ayrıca  döyəc  adlanan  hissə  yoxdur.  Lakin  qolun  ucuna  keçirilən 

dəmir  ağızlıq  (içərisi  diĢli)  döyəc  rolunu  görür.  Ding  oxunun  üzərindəki  qalaqlar 

qollardakı Ģapalaqlara qonaraq onları (qolları) hərəkətə gətirir-yuxarı qaldırır və buraxır. 

Dingin qolları isə iki yerdən, həm aĢağı, həm də yuxarıdan dirəklərə möhkəmləndirilmiĢ 

xüsusi  ağacların  içərisinə  keçirilirdi.  Bu  dinglərdə  qolların  sayı  8-10,  hətta  12-yə 

çatırdı. 

Deyildiyi kimi, çəltiktəmizləyən dibəkdən əsasən yoxsul ailələrdə istifadə edi-

lirdi. Onunla çəltik təmizləmək üçün bir nəfər iĢçi qadın sağ əlində tutmuĢ döyəclə çalaya 

tökülən  çəltiyi  döyür,  sol  əli  ilə  çaladakı  çəltiyi  qarıĢdırırdı.  Lazım  gəldikdə  çəltiyi 




 

 

123 



tabaqlayaraq  çalaya  tökür  və  yenidən  döyəcləyirdi.  Beləliklə  də  dibəkdə  dənin 

təmizlənməsi baĢa çatırdı. 

Ayaq dingi Azərbaycanm istər çəltikçiliklə məĢğul olan, istərsə də çəltik əkil-

məyən  düzən  və  dağ  kəndlərində  geniĢ  yayılmıĢdı.  Ayaq  dingindən  ilin  hər  fəslində 

istifadə  edilməsinin  mümkünlüyü  onun  geniĢ  yayılmasına  da  səbəb  olmuĢdu.  Hətta  su 

dingi  olan  kəndlərdə  belə, ayaq  dingləri  olurdu.  Ayaq  dingi  əsasən  bir  neçə qohum 

ailənin  istifadəsi  üçün  ayrı-ayrı  həyətlərdə  düzəldilirdi.  Ayaq  dingində  çəltik 

təmizləmək üçün iki nəfər iĢçi lazım gəlirdi. Onlardan biri dingin qolunda ayaq üstə duraraq 

gah  sağ,  gah  da  sol  ayağını  basmaqla  qolu  qaldırıb  endirərək  döyəci  çaladakı  dənə 

vururdu.  O  biri  iĢçi  isə  çalaya  çəltik  tökür  və  lazım  olduqca  onu  qurdalayır  və 

dəyiĢdirirdi. Arabir isə döyülməkdə olan çəltik hövsərlənir və yenə çalaya tökülürdü. 

Bu proses düyü alınana qədər davam edirdi. 

Su dingində çəltik təmizləmək üçün iki, bəzi hallarda üç nəfər iĢçi lazım gəlirdi. 

Onlardan biri çalalara tökülmüĢ çəltiyi çevirir, qarıĢdırır və lazım gəldikdə çıxarırdı. Digər 

iki nəfər isə yarımtəmizlənmiĢ dəni tabaqlayır və s. yardımçı iĢləri görürdülər. 

Dingdə təmizlənən çəltik, təmizləmə prosesində iki-üç dəfə tabaq və ya höv-

sərlə  sovrulur  və  ya  da  xəlbirlənirdi.  Lənkəran  bölgəsində  ilk  döyüm  prosesinə 

kollama, çıxan qabığa isə pin deyilirdi [117]. Ġkinci doyümdən sonra isə alınan məhsul ağ 

nimə  adlanır.  Bu  prosesdən  sonra  dənin  qabığı  tamamilə  təmizlənir.  Sovurma  və 

xəlbirləmə zamanı kəsmə, xırda və suluf da ayrılır. Üçüncü, axırıncı təmizləmə prosesi 

baĢlanır ki, buna da ağarma deyilir. Beləliklə düyü alınırdı. 

Su dingləri əsasən sahibkar-bəylərə və ya tavanalı təsərrüfatlara məxsus olardı. 

Onlar su dinglərindən bir gəlir mənbəyi kimi istifadə edirdilər [118]. Çəltik becərilən iri 

kəndlərdə bir, iki və bəzən də daha çox su dingi olurdu. 

Çəltikçiliklə məĢğul olan ailələr, xüsusilə kiçik əkin sahibləri əldə etdikləri 

məhsulu  ayaq  və  ya  su  dinglərində  təmizləmək  iĢini  əsasən  öz  qüvvələri  ilə 

görürdülər. Lakin kifayət qədər iĢçi olmadıqda bu iĢdə ailələr arasında köməkliklər də 

olurdu. Ġri əkin sahəsi olan təsərrüfatlar isə çəltiktəmizləmə zamanı muzdlu fəhlələrdən 

də istifadə edirdilər. 

Cənubi Qafqazm dörd quberniyasında - Bakı, Yelizavetpol, Ġrəvan, Tiflis quber-

niyalarında və Zaqatala dairəsində (XIX əsrin sonlarında) 640 su dingi olmuĢdur [119]. 

Onun 610-u  yalnız Bakı, Yelizavetpol quberniyalarının, 150 i isə  Zaqatala  dairəsinin 

ərazisində yerləĢmiĢdi. 

Çəltikçilikdə kapitalist münasibətlərinin inkiĢafı, istehsal olunan məhsulun çox 

hissəsinin  bazara  çıxarılması,  çəltik  təmizləyən  müəssisələrin  tikilməsi  zəruriyyətini 

qarĢıya qoyurdu. Artıq, 1890-cı ildə Bakıda çəltiktəmizləyən dəyirmanların sayı üç, 1900-

cü  ildə  isə  yeddiyə  çatır  [120].  Bakı  dəyirmanlarında  təkcə  Azərbaycan  və  Cənubi 

Qafqazda  istehsal  olunan  çəltik  deyil,  Ġrandan  Rusiyaya  satıĢa  gətirilən  çəltik  də 

təmizlənirdi. Lakin XX əsrin əvvəllərinə qədər Azərbaycanın kənd rayonlarında yenə də 

çəltik təmizləmək üçün əsasən ayaq və su dinglərindən istifadə edilmiĢdir. 

Azərbaycanın əsas çəltikçilik rayonlarından hesab olunan Lənkəran, ƏrəĢ, Nuxa 



Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə