L ü Ğ Ə t və e n s ġ k L o p e d ġ y a L a r



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə30/190
tarix30.12.2017
ölçüsü4,32 Mb.
#18844
1   ...   26   27   28   29   30   31   32   33   ...   190

 

 

84 



Taxılçılıqda məhsulun yığımı və döyümü də mühüm əmək prosesidir. Biçin 

alətlərinin  forma  və  quruluĢları,  habelə  biçin  üsullan  bir  daha  təsdiq  edir  ki,  bu 

sahədəki ənənəvi vərdiĢ və təcrübə əsrlər boyu o qədər də böyük dəyiĢikliklərə məruz 

qalmamıĢdır.  Belə  ki,  XIX  əsrdə  və  XX  əsrin  əvvəllərində  Azərbaycanda  biçində 

iĢlədilən  çin,  oraq  kimi  əmək  alətləri,  arxeoloji  qazıntılardan  tapılmıĢ  eyni  alətlərlə 

demək olar ki, oxĢarlıq təĢkil edirlər. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Azərbaycanda ən qədim dövrdən e.ə. I minilliyədək həlledici biçin aləti quraĢ-

dırma daĢ oraqlar olmuĢdur. Görünür taxılçılığın ilk mərhələsində yerli tayfalar biçin 

prosesində  nisbətən  uzun  və  bir  qədər  də  enli  dəvəgözü  və  çaxmaq  daĢından 

düzəltdikləri lövhəciklərdən (bıçaqlardan) istifadə etmiĢlər. Yəqin ki, biçinçi heç bir əsasa 

bərkidilməyən lövhəciyi sağ əlinə götürər, sol əlində çəngələdiyi taxıla sürtərək özünə 

tərəf çəkməklə biçərmiĢ. 

ġübhəsiz, dövrünə görə ən mükəmməl biçin aləti quraĢdırma diĢli daĢ oraqlar 

olmuĢdur. Böyük əksəriyyəti dəvəgözü daĢından olan quraĢdırma oraqlar ağac, sümük, 

xüsusilə  çənə  sümüyünə  keçirilərmiĢ.  Ən  qədim  daĢ  orağın  quruluĢunu  bərpa  etmək 

baxımından  Qazax  rayonu  ərazisində  ġomutəpə  qədim  yaĢayıĢ  yerindən  tapılan  bütöv 

quraĢdırma  oraq  daha  çox  marağa  səbəb  olur.  Uzunluğu  17  sm-ə  qədər  olan  orağın 

əsası  içəriyə  tərəf  bir  qədər  əyilmiĢ  və  ona  dörd  ədəd  daĢ  parçası  keçirilmiĢdir  [45]. 



 

 

85 



Azərbaycanda  quraĢdırma  oraqlar  Neolit,  Eneolit  və  Tunc  dövrünə  aid  yaĢayıĢ 

yerlərinin  çoxundan  aĢkar  edilmiĢdir.  QuraĢdırma  oraqlar  həmin  dövrlərdə  biçində 

iĢlədilən daha xarakterik, həm də universal alət olmasını söyləməyə imkan verir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Azərbaycan  ərazisində  Tunc  dövründən,  xüsusilə  bu  dövrün  inkiĢaf 

mərhələsindən tədricən metal oraqlar yayılmağa baĢlayır. Lakin daha əlveriĢli biçin alətləri 

olan metal oraqlara hələlik çox nadir hallarda təsadüf edilmiĢdir. Görünür bu, hər Ģeydən 

əvvəl, daĢ alətlərə hələ öz güclü təsirini göstərə bilməməsindən irəli gəlmiĢdir. Hələlik ən 

qədim və yeganə mis oraq Naxçıvan ərazısındəkı Kultəpə qədim yaĢayıĢ yerindən aĢkar 

edilmiĢdir  [46].  Metaldan  hazırlanan  bu  biçin  aləti  quruluĢunun  sadəliyi  etibarilə  daĢ 

oraqlardan o qədər də seçilmir. Tunc dövrünə aid metal oraq hələ XIX əsrdə Gədəbəy 

ərazisindən əldə edilmiĢdir. 

Aydın məsələdir ki, metal oraqların biçində tətbiqi taxılçılığın intensiv inkiĢafı 

ilə sıx bağlıdır. Qobustan qayalarının birində e.ə. II minilliyin ortalarına aid edilən biçinçi 

surəti və onun əlindəki alətin təsviri öz görkəmi etibarilə son zamanlara qədər iĢlədilən 

çinlərə  çox  oxĢayır  [47].  Deməli,  tarixən  metal  biçin  alətləri  öz  fonnalarına  görə  bir 

qədər təkmilləĢsələr də quruluĢlarını əsasən saxlamıĢlar. 

 

 

 



 

 

 



 


 

 

86 



Azərbaycanda Dəmir dövrü abidələrindən aĢkar edilən və çoxluq təĢkil edən 

mctal oraqlar son zamanlara qədər iĢlədilən dəmir oraqlarla demək olar ki, eynilik təĢkil 

edir. Dəmirin geniĢ yayılması ilə taxılçılıq daha intensiv inkiĢaf edir. Bu inkiĢafın özü də 

daha  kamil  biçin  aləti  olan  çin  və  oraqları  birinci  yerə  çıxarır.  Əslində  isə  Dəmir 

dövründə biçində daĢ oraqlar tamamilə aradan çıxır. 

Bütün orta əsrlər boyu Azərbaycanda biçin alətləri dəmirdən hazırlanaraq taxıl-

çılıqda geniĢ istifadə edilmiĢdir. 

 

 

 



 

 

 



 

 

 



 

XX əsrin əvvəllərinə qədər də əkinçilikdə əsas biçin aləti çin və oraq olmuĢdur. 

Çin  və  oraq  dəmir  (metal)  tiyədən  və  ağac  sapdan  ibarətdir.  Həmin  alətlər  ayrı-ayrı 

kəndlərdə dəmirçi ustalar tərəfindən hazırlanırdı. Onlar öz forma və quruluĢlarına görə 

bir-birinə  çox  oxĢayırlarsa,  çin  diĢli,  oraq  isə  diĢsizdir.  Çinin  tiyəsi  dəmirçi  ustalar 

tərəfindən diĢənir, oraq isə daĢ bülövlə itilənirdi. Çin biçin üçün ən münasib alətdir. 

Ġndi də dünyanın əkinçiliklə məĢğul olan ən qədim ölkələrində biçində ondan istifadə 

edilir.  Naxçıvan  ərazisində  taxıl  biçinində  "mərəndi"  adlı  alətdən  də  istifadə 

edilmiĢdir.  Mərəndinin  tiyəsi  diĢsizdir.  Onun  tiyəsi  nisbətən  iri  olduğu  üçün  (1  m-ə 

qədər) onunla daha çox taxıl sahəsini biçmək olurdu. Əkin seyrək, alçaq və  ya alaqlı 

olanda biçin zamanı dəryazdan da istifadə edilirdi. 

Biçinçi səhər tezdən taxıl zəmisinə girərək biçinə baĢlardı. Biçinçi biçin zamanı 

sol əlinə sümükdən, ağacdan və ya göndən hazırlanmıĢ barmaqlıq geyər, qoluna dolaq 

-  qolçaq  taxar,  belinə  isə  döĢlük  bağlardı.  O,  əvvəlcə  dərz  bağlamaq  üçün  bəndəm 

hazırlardı.  Bəndəm  dərz  bağlamaq  üçün  qurĢaq  rolunu  oynayırdı.  Bəndəm  arpa  və  ya 

buğdanın  kökdən«çıxarılmıĢ  gövdəsindən  eĢilib  düzəldilirdi.  Bəzi  hallarda  bəndəmdə 

elastiklik yaratmaq üçün üstünə su səpilirdi. Biçinçinin biçdiyi bir əl tutumu sünbül gövdəsi 

bir  bafa  adlanırdı.  On  bafadan  bir  dərz  bağlanardı.  Hər  on  dərz  isə  bir  xara  hesab 

olunardı  [48].  Usta  biçinçi  gün  ərzində  80-100  və  bəzən  də  120-yə  qədər  dərz  biçə 

bilirdi. BağlanmıĢ dərzlər həmin gün axĢam üstü xaraya yığılırdı. 




Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə