L ü Ğ Ə t və e n s ġ k L o p e d ġ y a L a r



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə32/190
tarix30.12.2017
ölçüsü4,32 Mb.
#18844
1   ...   28   29   30   31   32   33   34   35   ...   190

 

 

90 



 

Azərbaycanda ən geniĢ yayılmıĢ döyüm üsulu dərzlərin xırmanda döyülməsidir.  




 

 

91 



Bunun  üçün  dərzlər  sahədən  daĢınaraq  xırmana  yığılardı.  Xırman  külək  tutan  və 

hündür  yerlərdə  düzəldilərdi,  diametri  50-70  m  və  bəzən  daha  böyük  olan  xırman 

sahəsi əvvəlcə sulanır, bir-iki gündən sonra tapdanır, sonra buranın torpağı ağac və ya 

daĢdan düzəldilən kirkirə - vərdənə (xırman kötüyü - xırman daĢı) adlanan alətlə bərkidilir, 

daha  sonra  isə  Ģaxdan,  yaxud  gəndalaĢdan  düzəldilən  süpürgə  ilə  hamarlanırdı  - 

Ģirələnirdi.  Köhnə  xırman  yeri  isə  sulanır  və  ot-avardan  təmizlənərək  bərkidilirdi. 

Beləliklə də taxıl döyümü üçün xırman hazır olurdu. 

Adətən, xırman bir neçə təsərrüfatın, yaxın qohum ailələrin Ģərikliyi ilə düzəldi-

lirdi. ġəriklər öz dərzlərini xırmanda növbə ilə döyərdilər. Lakin daha varlı kəndlilərin ayrıca 

xırmanları da olardı. Xüsusi xırmanlar onun sahibinin adı ilə də tanınardı. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

 

92 



 


 

 

93 



Xırmanda hər bir təsərrüfatın dərzi ayrıca 100-200, 300-500 və daha çox 

dərzlik  taylara  -  xaralara  yığılardı.  Dərzin  xırmanda  döyülməsi  üçün  müxtəlif  üsul  və 

qaydalardan istifadə edilmiĢdir.  

 

Dənin  xırmanda  heyvanlar  vasitəsilə 



döyülməsində  ən  sadə  və  qədim  üsul  xırmana 

tökülən  -  sərilən  dərzin  -  taxılın  üstündə 

qaramalın  bir-birinə  çatılaraq sürülməsidir. Digər 

bir  qayda  isə  heyvanları  xırmanın  ortasında 

basdırılmıĢ  ağac  dirəyə  bağlayıb  onun  ətrafında 

hərləməkdən ibarətdir. Atla döyüm prosesində isə 

bir  nəfər  xırmanın  ortasında  duraraq  atların 

boğazına  ipi  salıb  xırman  boyu  dolandırır. 

Heyvanların 

hərəkəti 

taxılın 

dırnaqla 

döyülməsinə  səbəb  olur.  Qədim  zamanda  bu 

qaydalardan  bütün  taxıl  növlərinin  döyülməsində 

istifadə  edilmiĢdir.  Lakin  sonralar  belə  bir  qayda 

ilə  əsasən  arpa,  darı  və  çəltik  döyülərdi.  Döyüm 

prosesində taxılın yeyilməsi və korlanmaması üçün 

bəzən heyvanın baĢına "ağızlıq" keçirilərdi. 

Heyvanlarla  döyüm  bəsit  qaydalarla 

əsas  döyüm  alətləri  vasitəsilə  döyülən  arasında 

keçid mərhələsini təĢkil etmiĢdir. 

Azərbaycanda  e.ə.  III  minillikdən 

etibarən  cüt  əkinçiliyinin  inkiĢafı  daha  təkmil 

döyüm  qaydalarının  tətbiqini  tələb  edirdi.  Ona 

görə  də  döyüm  qaydaları  dövrünə  görə  daha 

əlveriĢli  və  münasib  olmalı  idi.  Ehtimal  ki,  bu 

dövrdən, bəlkə bir qədər də qədimdən döyümdə 

sadə  vəl  və  onun  iĢlədilməsində  iribuynuzlu 

heyvanlardan istifadə edilmiĢdir. 

Taxılın döyülməsində geniĢ iĢlədilən və 

ən  mühüm  alət  ağac  vəllərdir.  Azərbaycanda 

hələ  e.ə.  II  minilliyin  sonlarına  aid  ağac  vəl 

Xanlar  rayonu  ərazisində  aĢkar  edilmiĢdir  [50].  Bu 

döyüm aləti əsrlər boyu öz quruluĢ və funksiyasını 

olduğu kimi saxlamıĢdır. O, XIX əsr və XX əsrin 

əvvəllərində  də  demək  olar  ki,  əsas  döyüm  aləti 

olaraq qalırdı. 

Vəl  daha  davamlı  olan  ağac  növündən 

hazırlanırdı. Vəlin böyük və kiçik, ağır və yüngül 

olması taxılın növü və iqlim Ģəraiti ilə də bağlıdır.  




 

 

94 



Dağ  və  dağətəyi  bölgələrdə  bir 

qayda  olaraq  vəllər  iri  və  qalın 

olur  ki,  bu  da  döyüm  prosesini 

nisbətən  asanlaĢdırır.  Düzənlik 

ərazidə  isə  əksinə,  taxılın  daha 

quru  olması  ilə  əlaqədar,  vəllər 

yüngül  və  kiçik  həcmli  olurdu. 

Yerli Ģərait, taxılın növü və qoĢqu 

qüvvəsindən  asılı  olaraq,  ağac 

vəllər  iki  növ  -  tay  və  qoĢa 

olurdu.  Tay  vəl  qoĢa  vələ 

nisbətən  sadə,  ağır  və  nisbətən 

iri idi. Vəlin uzunluğu təxminən 

1,5-1,7 m-ə qədər, eni 60-70 sm, 

qalınlığı isə 4-6 sm olurdu. Ağac 

vəlin 


döyüm 

prosesini 

sürətləndirmək  üçün  onun  alt  - 

iĢlək  hissəsindəki  gözlərə  xırda 

daĢ və daĢ parçaları pərçimlənir. 

Bəzən  bu  daĢları  xırda  metal 

parçaları da əvəz edir ki, bu da 

prosesi  xeyli  tezləĢdirir.  Vəlin 

qabaq hissəsi bir qədər yuxarıya 

doğru  qaldırılmıĢ  vəziyyətdə 

düzəldilir.  Bu,  hər  Ģeydən 

əvvəl, vəlin xırmanda hərəkətini 

nizama  salır  və  küləĢin  bir  yerə 

yığılmasının 

qarĢısını 

alır. 


Vəllərin 

qabaq 


hissəsində 

xüsusi  göz  və  kərt  açılırdı. 

Həmin 

hissəyə 


-vəlbəndə 

keçirilən  ip  vəli  boyunduruğa 

birləĢdirirdi. Vələ bir at və ya bir 

boyun öküz qoĢulardı. 

Döyümü  tezləĢdirmək 

məqsədilə  xırmanda  bir  neçə  at 

və  ya  öküz  qoĢulmuĢ  vəllər  sürülürdü.  Bəzən  döyüm  prosesində  vəlin  üstünə 

kiçikyaĢlı  uĢaq mindirilər və ya daĢ parçası qoyulardı. QoĢa vəllər döyümdə daha çox 

istifadə edilərdi. 

Taxıl  döyümündə  istifadə  edilən  əmək  alətlərindən  biri  də  daĢ  vəllər 

olmuĢdur.  DaĢ  vəllər  nəinki  Azərbaycanda,  hətta  bütün  Cənubi  Qafqazda  geniĢ 



Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə