Layihənin rəhbəri: Elxan Süleymanov



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə18/26
tarix12.03.2018
ölçüsü0,89 Mb.
#31252
1   ...   14   15   16   17   18   19   20   21   ...   26

65
Göyçay döyüşləri (iyun-iyul 1918-ci il)
miş olan könüllü dəstələrin Göyçaya yola salınmasını təşkil edəndən 
sonra  Nazim  bəy  Nuru  paşaya  ikinci  bir  raport  göndərdi.  Həmin 
raportda Nazim bəy Ağdaşdan faytonlar ilə piyada və ayrıca olaraq 
süvari  qüvvələrinin  Göyçay  istiqmətində  göndərildiyini,  yüzbaşı 
Haqqı əfəndinin komandası altındakı atlıların da Ucardan Göyçaya 
hərəkət etdiklərini bildirdi. Gün ərzində elə bir çeviklik göstərildi ki, 
daşnak  silahlılarının  gözləmədiyi  halda  qısa  müddət  ərzində  Göy-
çaya  kifayət  qədər  qüvvə  cəmləşdirildi.  Erməni  Əmirov  öz  tör-tö-
küntüləri ilə Göyçayı tərk etməyə və gəldikləri kimi də geri qaçmağa 
məcbur oldu. Beləliklə, iyunun 27-30-u arasında Göyçay və Qaramər-
yəm ətrafında baş verən döyüşlər Qafqaz İslam Ordusu qüvvələri-
nin qələbəsi ilə başa çatdı və bu döyüşlərin nəticələri Nuru paşanı da 
ümumən razı saldı. Bolşevik-daşnak qoşunları Ağsuya doğru sıxışdı-
rıldı. Bolşevik-daşnak qüvvələri bu döyüşlərdən sonra bir daha hərbi 
təşəbbüsü əsaslı şəkildə ələ ala bilmədilər və burada düçar olduqları 
uğursuzluq onların tam məğlubiyyətinə gətirib çıxardı.” (38,s.79-95)
Düşmən  Qaraməryəmdən  geri  oturdulsa  da  Göyçayın  şimalın-
dakı erməni kəndlərinə nəzarət etmədən düşməni bu mövqelərdən 
çox  da  uzaqlaşdırmaq  olmazdı.  Komandanlığın  planına  görə    Qa-
raməryəm-Qarayazı  xəttinin  ələ  keçirilməsindən  sonra  düşmənin 
Kürdəmirdən  geri  çəkiləcəyi,  Göyçayın  vəziyyətinin  düzəldiləcəyi, 
Göyçayın şimalından şərqə qaçan düşmən qüvvələrinin geri çəkilmə 
xəttinin  kəsilərək  əsir  alınacağı,  vəziyyət  əlverişli  olduğu  təqdirdə 
Müsüslü dəstəsinin hücuma keçəcəyi  nəzərdə tutulurdu.
1918 il  iyulun 1-də 4 günlük gərgin, ölüm-dirim savaşında cəbhə-
nin  taleyi  həll  olundu.  Göyçay  altındakı  döyüşdə  bolşevik-daşnak 
qüvvələrinin Gəncəyə yüruşünün qarşısı alındı. Qafqaz İslam Ordu-
sunun Bakı istiqamətində hərəkəti başlandı.
Əvvəlcədən  İvanovka  istiqamətində  Kürdmaşı  kəndində  yerləş-
dirilmiş  10-cu  Qafqaz  alayından  bir  tabur  piyada  və  iki  dağ  topu  
1918-ci ilin 2 iyulunda İvanovkaya doğru hərəkətə keçdi.Yolu üzərin-


66
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi
dəki düşmən qüvvələrini əzərək irəliləyən dəstəni İvanovka əhalisi 
ağ  bayraqla  qarşıladı.  Həmin  gün  ermənilər  yaşayan  Bozavand  və 
Kirdadul kəndləri tutulmuş, buradakı quldur dəstələri Əmirvan və 
Bəylərkənd istiqamətinə çəkilmişdi. (41,s.19-20)
Bu zaman rus kazakı polkovnik Biçeraxov 1918-ci il iyulun 2-də 
1500 nəfərlik hərbi qüvvəsi ilə Ənzəlidən gəmilərlə Bakının cənubun-
dakı Ələt qəsəbəsinə gələrək  bolşevik- daşnak qüvvələrinə rəhbərlik 
etməyə başlayır. Onun gəlişi ilə cəbhədə vəziyyət daha da gərginləşir.
İyul  ayının  7-də  döyüşlər  artıq  Kürdəmir  ətrafında  aparılırdı. 
Qafqaz İslam Ordusunun hərbi gücü və texniki imkanları Biçeraxo-
vun zirehli avtomobilləri ilə silahlanmış bolşevik hissələrinin müqa-
vimətini qırmağa kifayət etmədi. Üç gün aparılan çətin döyüş əmə-
liyyatları tərəflərə böyük itkilər hesabına başa gəlsə də, Qafqaz İslam 
Ordusu daha əzmlə mübarizə aparırdı. İyul ayının 10-da azərbaycanlı 
podpolkovnik, Müsüslü dəstəsinin komandanı Həbib bəy Səlimovun 
komandanlığı  altındakı  hərbi  hissənin  də  Kürdəmir  istiqamətində 
hərəkətə keçməsi bolşevik qüvvələrinin müqavimətini qırdı və iyul 
ayının 11-nə keçən gecə Kürdəmir işğaldan azad edildi. Bu ağır dö-
yüşdən sonra Biçeraxovun komandanlığı altında bolşevik qüvvələri 
zirehli  avtomobillərin  müşayiəti  ilə  Karrar  stansiyasına  doğru  geri 
hərəkət edərək müdafiə mövqeyinə çəkildi. Qafqaz İslam Ordusu bu 
döyüşlərdə 28 min güllə və 87 mərmi işlətmişdi. Əllərində yetərincə 
hərbi imkanları olmayan milli ordu döyüş sursatından qənaətlə isti-
fadə edir, çox zaman isə əlbəyaxa hücumlardan yararlanırdı. Sursat 
yoxluğundan başqa, türk birliklərinin vahid mərkəzdən idarə olun-
masında problemlər də var idi. Kürdəmirin azad olunması Qafqaz 
İslam Ordusunun möhkəmlənməsinə, döyüş əzminə  kömək etdi və 
əsgərlərin qələbəyə ümidini artırdı.   Ağsu  istiqamətində  gedən  dö-
yüşlərdə də düşmən məğlub edildi. Vəziyyətin gərginləşdiyini görən 
Şaumyan Leninə teleqram göndərərək cəbhədə durumun onlar üçün 
ağır olduğunu bildirmiş, yeganə çıxış yolu kimi Moskvadan kömək 


67
Göyçay döyüşləri (iyun-iyul 1918-ci il)
göndərilməsini  xahiş  etmişdi.  Karrar  stansiyası  uğrunda  döyüşlər 
iyulun 12-də başladı və iki gün sonra Qafqaz İslam Ordusunun uğur-
lu hərbi əməliyyatı nəticəsində azad edildi. (4, s.23)
Göyçaydan  başlanan  uğurlu  hərbi  əməliyyat  sentyabrın  15-də 
Bakının düşməndən azad edilməsi ilə başa çatdı. Azərtbaycan Xalq 
Cümhuriyyətinin paytaxtı Gəncədən Bakıya köçəndən sonra Göyçay 
qəzasının  sosial  inkişafına  diqqət  artırıldı.  Azərbaycan  Parlamen-
ti  1919-cu  il  noyabrın  3-də  Göyçay  şəhərində  realnı  məktəb  açmaq 
üçün qanun qəbul etdi. Bu məqsədlə müvafiq maliyyə vəsaiti də ay-
rıldı. 1920-ci il martın 4-də Göyçay şəhərinin seldən qorunması üçün 
qanun layihəsi hazırlandı. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin 
süqutu nəzərdə tutulan bütün bu tədbirləri həyata keçirməyə imkan 
vermədi. ( 9, s.427-429; 35)
T.e.d.,  prof.  Solmaz  Rüstəmova-Tohidi  Göyçay  döyüşünün  əhə-
miyyətini aşağıdakı kimi dəyərləndirmişdi: “Bakının azad olunma-
sı  uğrunda  türk  və  azərbaycanlı  hərbi  birləşmələrdən  ibarət  olan 
Qafqaz İslam Ordusu ilə rus-erməni qüvvələrindən yaradılmış Bakı 
Sovetinin Qırmızı Ordusu arasında başlanan və üç aydan artıq dəyiş-
kən uğurlarla davam edəcək müharibənin ilk döyüşü Göyçay yaxın-
lığında baş tutur. Qızıl Ordunun qarşısını Göyçay bölgəsində kəsmək 
qərarı ən əvvəl hərb meydanını Gəncə quberniyasının hüdudlarından 
kənara çıxarmaq niyyəti ilə, həm də Gəncəyə doğru hərəkət edən bol-
şevik qoşunlarının dəmir yoluna hakim olmaları, eləcə də qarşıda heç 
bir  əngəl  görməməsi  ilə  şərtlənirdi.  Bu  bölgənin  strateji  əhəmiyyət 
daşıdığını və Gəncə üçün əsl təhlükənin məhz Göyçay yaxınlığındakı 
düşmən qüvvələrindən gələcəyini hesab edən Qafqaz İslam Ordusu-
nun baş komandanı Nuru paşa yenicə Qazax bölgəsinə daxil olmuş 
türk alayına, uzun bir yol gələn əsgər və zabitlərə dincəlmək imkanı 
belə vermədən Ağstafadan qatarla Ucara, oradan da Göyçaya gön-
dərdi... Qaraməryəm ətrafındakı qələbə Qafqaz İslam Ordusunun ilk 
böyük uğuru sayılmaqla Bakının azad edilməsi yolunda aparılan son 


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə