Layihənin rəhbəri: Elxan Süleymanov



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə2/26
tarix12.03.2018
ölçüsü0,89 Mb.
#31252
1   2   3   4   5   6   7   8   9   ...   26

6
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi
s.)  dövrün  tələbinə  uyğun  olaraq  mövzu  saxtalaşdırılmış,  həqiqətə 
uyğun olmayan məlumatlar dövriyyəyə buraxılmışdır. Bu əsərlərdə 
sovet tarixşünaslığına xas olan “dostu düşmən, düşməni dost kimi” 
göstərmək prinsipi özünü açıq-aydın büruzə verir. Sovet tarixçiləri-
nin əsərlərində Azərbaycan xalqına köməyə gəlmiş Qafqaz İslam Or-
dusu işğalçı, yerli müsəlman əhaliyə qarşı soyqırım həyata keçirən, 
Azərbaycan  sərvətlərini  talayan,  işğalçı  bolşevik-daşnak  qüvvələri 
isə xilaskar kimi qələmə verilmişdir. 
Azərbaycan  Respublikası  dövlət  müstəqilliyini  bərpa  etdikdən 
sonra Z.Bünyadov, A.C.İsgəndərov, F.İbrahimli, N.Nəsibzadə, A.Ba-
layev, P.Darabadi, M.R.Əsədova, M.Süleymanov,  M.Təkləli,  M.Rıh-
tım, Y.Ağayev,  S.Əhmədov, V.Abışov,   A.Vəliyev (Aşırlı), A.H.Zey-
nallı və başqa müəlliflərin kitab və məqalələrində (1, 3, 4, 7, 8, 9, 10, 
21, 25, 26, 27, 28, 29, 31, 32, 35, 36, 37, 38, 40, 41, 42, 43, 44, 57, 59, 60, 
75, 76) mövzu ilə bağlı obyektiv məlumatlar verilmişdir.
Prezident  H.Əliyevin  “Azərbaycanlıların  soyqırımı  haqqında” 
Fərmanından (26 mart 1998-ci il) sonra tədqiqatçılar 1918-ci ildə er-
mənilər tərəfindən müsəlman əhaliyə qarşı törədilmiş soyqırım ha-
disəsinin və Qafqaz İslam Ordusunun xilaskar yürüşünün tədqiqinə 
daha çox diqqət yetirmişlər.
İki cilddə nəşr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklo-
pediyası”nın ikinci cildində (8,9)  Göyçay və Qaraməryəm döyüşləri 
haqqında qısa da olsa məlumatların verilməsi müsbət qiymətləndi-
rilməlidir. 
Yeddi cildlik Azərbaycan tarixi kitabının beşinci cildində (7) veril-
miş materiallar mövzunun tədqiqinə yaxından kömək edə bilər.
Tarix elmləri doktoru M.Əsədlinin kitabında I dünya müharibəsi 
cəbhələrində Osmanlı ordusuna köməyə getmiş azərbaycanlı könül-
lülərinin başçısı, Qafqaz İslam Ordusunun tərkibində qəhrəmanlıqlar 
göstərmiş polkovnik Yusif Ziya haqqında ətraflı məlumat verilir. (15)
A.H.Zeynallının kitabında (43) Göyçay qəzasının Kürdəmir, Sığır-


7
Göyçay döyüşləri (iyun-iyul 1918-ci il)
lı, Karrar, Qarabucaq, Müsüslü və s. ərazilərində ermənilərin törət-
dikləri vəhşiliklər və onlara qarşı aparılan döyüşlər barədə obyektiv 
məlumatlar var.
Tarix  elmləri  doktoru,  prof.  S.Rüstəmova-Tohidinin  “Göyçay  və 
Cavad qəzalarında erməni vəhşilikləri” adlı məqaləsində (49, 31 mart 
2017) Göyçay qəzasının ən mühüm yaşayış və işgüzar mərkəzi sayı-
lan Kürdəmir qəsəbəsində və ətraf kəndlərdə  ermənilərin törətdiyi 
vəhşiliklər haqqında məlumat vermişdir.
M.Süleymanovun kitabının bir bölümü “Göyçay ətrafında başla-
nan qalibiyyət yolu” adlanır. (38,s.79-95) Müəllif bu bölümdə Göyçay 
döyüşünün əhməyyətini, bu döyüşün sonrakı qələbələrdə oynadığı 
həlledici rolu faktlarla açıb göstərir.
Y.Ağayev, S.Əhmədovun  kitabında (3) Qafqaz İslam Ordusunun 
Göyçaydan  başlayaraq  iştirak  etdiyi  döyüşlər  aşağıdakı  ardıcıllıqla 
verilmişdir:
•  Qaraməryəm döyüşü (18 iyun 1918-ci il) 
•  Qaraməryəm - Göyçay döyüşü (27-30 iyun 1918-ci il) 
•  Salyan döyüşü (28 iyun- 2 iyul 1918-ci il) 
•  Ağsu-Kürdəmir döyüşü (5-14 iyul 1918-ci il) 
•  Şamaxı əməliyyatı (19 -22 iyul 1918-ci il) 
•  Hacıqabul əməliyyatı (26-31 iyul 1918-ci il) 
•  Birinci Bakı əməliyyatı (1 avqust-5 avqust 1918-ci il) 
•  Bakı ətrafında döyüşlər (6 avqust - 12 sentyabr 1918-ci il dö-
yüşləri )
•  İkinci Bakı əməliyyatı və Bakının azad edilməsi (14-15 sent-
yabr 1918-ci il) 
Döyüşlərin bu cür ardıcıllıqla verilməsi müsbət hal olsa da fikri-
mizcə bunun təkmilləşdirilməsinə ehtiyac var.  Çünki Qaraməryəm 
uğrunda  baş  verən  birinci  döyüş  18  iyunda,  yalnız    bir  gün  deyil, 
16-18 iyun tarixlərində, 3 gün davam etmişdir. Bundan başqa birinci 
Qaraməryəm döyüşündən sonra 27-29 iyunda Göyçay uğrunda dö-


8
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi
yüş olmuş, sonra isə  Qaraməryəm uğrunda ikinci döyüş (29-30 iyun) 
baş vermişdi. Yəni müəlliflər bu döyüşləri ayırmasalar da heç olma-
sa bu bölgünü Göyçay-Qaraməryəm döyüşü adlandırsaydılar daha 
düzgün olardı. Çünki Göyçay döyüşündəki qələbədən sonra düşmən 
şərqə doğru geri çəkilməyə başlamış, Qaraməryəm  Göyçayın şərqin-
də yerləşdiyindən Qaraməryəm uğrunda ikinci döyüş Göyçay döyü-
şündən sonra baş vermişdi.
M.Təkləli,  M.Rıhtım,  Y.Ağayev  və  S.Əhmədovun  kitablarında 
(3,41) Qafqaz İslam Ordusunun iştirak etdiyi döyüşlər barədə qısa, 
xronoloji ardıcıllıqla konkret məlumatlar verilmişdir ki, bu da möv-
zunun tədqiqatında  mühüm əhəmiyyətə malikdir. 
ABŞ tarixçisi Tadeuş Svyataxovski öz əsərində (67,74) 1918-ci ildə 
baş verən hadisələrə sovet tarixşünaslığından fərqli, obyektiv qiymət 
vermişdi.
Qafqaz İslam Ordusu Azərbaycana gələnə qədər yerli əhalini bol-
şevik-daşnak qüvvələrindən müdafiə edən İsmayıl xan Ziyadxanov, 
gürcü knyazı, polkovnik Levan Laursaboviç Maqalov, Əli bəy Zizins-
ki, Dağıstandan köməyə gəlmiş  imam  Nəcməddin Qotsinski və on-
ların rəhbərlik etdiyi  qəhrəman əsgərlər haqqında təəssüf ki, hələ də 
obyektiv tədqiqat işləri aparılmayıb.
Göyçay-Şamaxı  istiqamətində  1918-ci  ilin  martında  İsmayıl  xan 
Ziyadxanovun  rəhbərlik  etdiyi  kiçik  bir  dəstənin  irəliləməsi  ilə 
ermənilərin Şamaxının Qozluçay kəndi istiqamətində geri çəkilməsi, 
Əli bəy Zizinskinin  Quba və ətraf ərazilərdə toplanmış 1000 nəfərlik 
könüllü dəstəsinin, 1918-ci ilin 7-8 martında ona Dağıstandan köməyə 
gəlmiş  1400  nəfərlik  imam    Nəcməddin  Qotsinskinin  dəstəsinin 
Xırdalan  istiqamətində  bolşevik-daşnak  qüvvələri  ilə  ölüm-dirim 
mübarizəsi aparması, 1918-ci ilin 6 yanvarında Şamxor stansiyasında 
rus  ordusunun  tərksilah  edilməsi  əməliyyatına  L.Maqalovun 
rəhbərlik  etməsi  kimi  faktlar  sübut  edir  ki,  Qafqaz  İslam  Ordusu 
Azərbaycana gələnə qədər düşmənə qarşı müqavimət göstərilib. 1918-


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə