Layihənin rəhbəri: Elxan Süleymanov



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə4/26
tarix12.03.2018
ölçüsü0,89 Mb.
#31252
1   2   3   4   5   6   7   8   9   ...   26

12
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi
Ərəb xilafəti dövrünə aid “Surxay”qalası, İncə və Ərəbcəbirli kənd-
ləri  ərazisində  tapılmış  və  bizim  eradan  əvvəl    II  əsrə  aid  küp  qə-
birlərinin qalıqları bu ərazidə qədim dövrlərdə insan məskənlərinin 
mövcud  olduğunu  subut  edir.  Bundan  başqa  digər  tarixi  abidələr-
dən Yuxarı məscid  (1902), Yeraltı hamam (1903), Qaraman, Hacalı, 
Alpout, Mirzəhüseynli  kənd  məscidlərini göstərmək olar. Rayonda 
ermənilərin azərbaycanlılara qarşı 1918-ci il 31 mart soyqırımını əks 
etdirən xatirə kompleksi, 1918-ci il döyüşlərində həlak olmuş türk əs-
gərlərinin şərəfinə ucaldılmış qəbir abidələri,1941-1945-ci illərdə Bö-
yük Vətən müharibəsində həlak olmuş göyçaylıların xatirə abidəsi, 
Şəhadət, Çərəkə, Xəlitli, Alpout, Yeniarx, Məlikkənd, Müskürlü, Mal-
lı-Şıxlı, Qaraməryəm, Ləkçılpaq və Çayarxı kəndlərində 1941-1945-ci 
illərdə həlak olanların xatirə abidələri, Qarabağ müharibəsində həlak 
olmuş göyçaylı şəhidlərin xatirə kompleksi var.
Mövzu  ilə  bağlı  tədqiqat  işləri  nəticəsində  məlum  olmuşdur  ki, 
döyüşlər əsasən qəza mərkəzi olan Göyçayla yanaşı, Bığır, Qaraman, 
Hacalı,  Qaraməryəm,  Müsüslü,  Cəyirli,  Potu,  Qarabaqqal,  Mollais-
haqlı,  Soltankənd,  Ləkçılpaq,  Qaraxıdır,  Veysəlli,  Alxasov,  Kürdə-
mir,  Sığırlı,  Karrar,  Qarabucaq,  Müsüslü,  Mustafalı,  Xəlilli,  Qasım-
bəy, Ərəb Mehdibəy, Dadalı, Ağsu, Hacıhətəmli, İsmayıllı, İvanovka, 
Kürdmaşı,  Diyallı,  Keyvəndi,  Pirəliqasım,  Minkə  Cəngi,  Kəlvənd, 
Qalagah,  Ruşan, Tubukənd,  Keşqurd, Gənzə, Qaravəlli, Qarabulaq, 
Mustafalı,  Xəlil-Qasımbəy,  Sadalı,  Aşağıbaş  və  digər  ərzilərdə  baş 
vermişdir. 
Göyçay döyüşlərində iştirak etmiş qəhrəmanların əksəriyyətinin 
adlarını aşkara çıxarmaq, xalqa tanıtmaq hələlik mümkün olmasa da, 
bu qəhrəmanlardan bir neçəsinin adları məlumdur. Nuru paşa, Mür-
səl paşa, Cemal Cahid Paşa, Xəlil Kut Paşa, Yaqub Şevki Subaşı, Cə-
mil Cahit Toydəmir, Süleyman İzzət Yeğin, Nazim Mehmet bəy, İs-
mayıl Haqqı bəy, Nazim bəy Ramazanov, Minbaşı Zihni bəy, yüzbaşı 
Zühdü əfəndi, Həbib bəy Səlimov, Əhməd Həmdi bəy, Həsən bəy, 


13
Göyçay döyüşləri (iyun-iyul 1918-ci il)
Albay Yusif Ziya Talıbzadə (Abdulla Şaiqin qardaşı) və başqalarının 
adlarını çəkmək olar. 
Lakin çox təəssüf ki, bu qəhrəmanların fəaliyyəti hələ də lazımı 
səviyyədə  tədqiq  olunmayıb.  Məsələn,  Y.Z.Talıbzadənin  adı  nəinki 
sovet dövründə, hətta müstəqilliyimizin bərpasından ötən illər ərzin-
də belə layiqincə təbliğ edilməmişdir. Bu istiqamətdə dövr və mövzu 
baxımından məhdud çərçivəli və informasiya xarakterli bir neçə yazı 
və bir dissertasiya istisna olmaqla, nəinki fundamental elmi araşdır-
ma aparılmamış, heç son dövrün ədəbiyyat, mədəniyyət, tarix dərs-
liklərində bu haqda məlumat da verilməmişdi. Yeddi cildlik “Azər-
baycan tarixi” kitabında dövrün maarif, ədəbiyyat, elm və incəsənət 
xadimlərindən bəhs edildiyi halda Y.Z.Talıbzadənin adına belə rast 
gəlinmir. İki cildlik “Azərbaycan Xalq Cümhuriyyəti” ensiklopediya-
sında isə çox yığcam bir informasiya verilmişdir.(15,s.5)
T.ü.e.d.,  prof.  Minaxanım  Əsədova  “Yusif  Ziya  Talıbzadənin  ic-
timai-siyasi  və  elmi-publisistik  fəaliyyəti  Azərbaycan  mədəniyyəti 
kontekstində”  adlı  doktorluq  dissertasiyasında  Azərbaycana  gələn 
Qafqaz  İslam  Ordusunun  təşkilində  iştirak  etmiş  azərbaycanlılar 
haqqında aşağıdakı məlumatı verir: “Təbii ki, I Cahan hərbinin son-
larına doğru hərbi-siyasi vəziyyəti son dərəcə gərgin durumda olan 
Osmanlı dövlətinin Azərbaycana ordu göndərməsinin bir sıra müş-
külatları  vardı.  Bu  addım  nəinki  qarşı  cəbhə  dövlətlərinin,  habelə 
müttəfiq Almaniyanın da müqaviməti ilə qarşılandı. Bunun üçün də 
Türkiyə hökuməti Osmanlı ordusu ilə Azərbaycan könüllülərindən 
ibarət  Qafqaz  İslam  Ordusu  yaradılması  qərarını  verir.  Və  bu  işin, 
Azərbaycanı  hər  yöndən  yaxşı  tanıyan  hərbçi  və  siyasətçilər  olma-
dan  uğurlu  olacağını  mümkünsüz  hesab  edən  ordu  rəhbərliyi,  hər 
iki ölkənin ictimai-siyasi həyatında kifayət qədər nüfuzları olan və 
həmin dövrdə Türkiyədə çalışan Əhməd bəy Ağaoğlu, Əli bəy Hü-
seynzadə, Axund Yusif Talıbzadə kimi şəxsiyyətlərin orduda təmsil 
olunmalarını zəruri və çox faydalı bilmişdi. Əhməd bəy Ağaoğlunun 


14
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi
hərbi müşavir olduğu bu ordunun könüllülərdən ibarət Yardım ala-
yının başında Yusif Ziya dururdu. Yusif Ziya 8 il türk ordusuna xid-
mət eləmiş, Balkan müharibələrində vuruşmuş azərbaycanlı könül-
lülərə rəhbərlik etmişdir.” 
Bakıda Şəhidlər Xiyabanında 1999-cu ildə Qafqaz İslam Ordusu-
nun  şərəfinə  ucaldılmış  abidə  kompleksində  Göyçay  döyüşlərində 
şəhid olmuş türk hərbçiləri Teğmen Halit Əfəndi, Üsteğmen İsmayıl 
Haqqı Əfəndi, Yakub oğlu Yd.Sb. İbrahim Əfəndi, Teğmen Musa Ka-
zım Əfəndinin adları yazılmış lövhələr var. Bundan başqa  hazırda 
Göyçayın Bığır kəndi ilə İsmayıllının Molla İshaqlı kəndləri arasın-
dakı yüksəklikdə  türk hərbçisi, şəhid Mustafa çavuşun qəbri möv-
cuddur. Lakin çox təəssüf ki, Göyçay döyüşlərində şəhid olmuş türk 
hərbçilərinin bir çoxunun adlarını hələ də dəqiqləşdirmək mümkün 
olmamışdır. Onların dəfn olunduğu yerlərdə abidələr ucaldılsa da bu 
abidələr naməlum türk əsgərlərinə ucaldılan abidələrdən ibarətdir.
Göyçayın Bığır kəndi ilə İsmayıllının Mollaishaqlı kəndləri arasında yüksəklikdə  Türk 
hərbçisi, şəhid Mustafa Çavuşun qəbri


15
Göyçay döyüşləri (iyun-iyul 1918-ci il)
1918-ci ildə olduğu kimi bu gün də  göyçaylılar Azərbaycanın əra-
zi bütövlüyünün bərpası uğrunda döyüşlərdə qəhrəmanlıq göstərir, 
vətən uğrunda canlarını belə əsirgəmirlər. Azərbaycan Respublika-
sının  ərazi  bütövlüyünün  bərpası  uğrunda  mübarizədə,  vətən  tor-
paqlarının  düşməndən  azad  olunması  uğrunda  gedən  döyüşlərdə 
göyçaylılar 163 şəhid vermiş, 44 nəfər itkin düşmüş,106 nəfər şikəst 
olmuşdur.
Mövzunun tarixşünaslığının təhlili sübut edir  ki, oxuculara təq-
dim olunan bu kitab, ayrıca Göyçay döyüşlərinə həsr edilmiş ilk bö-
yükhəcmli tədqiqat əsəridir.
Fikrimizcə, Azərbaycan tarixinin qəhrəmanlıq səhifələrindən biri 
olan  Göyçay  döyüşü  ilə  bağlı  tədqiqatlar  bundan  sonra  da  davam 
etdirilməli,  vətənin  azadlığı  uğrunda  döyüşlərdə  qəhrəmanlıqlar 
göstərmiş insanlar barədə xalqa daha geniş məlumatlar verilməlidir.


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə