Layihənin rəhbəri: Elxan Süleymanov



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə8/26
tarix12.03.2018
ölçüsü0,89 Mb.
#31252
1   ...   4   5   6   7   8   9   10   11   ...   26

25
Göyçay döyüşləri (iyun-iyul 1918-ci il)
23  iyun  1918-ci  ildə  respublikanın  butun  ərazisində  hərbi  vəziy-
yət elan etdi və qardaş  Türkiyənin Azərbaycana köməyinin əhə-
miyyətini xalqa izah etdi. Baxmayaraq ki, Gəncə milli qüvvələrin 
əlində idi, burada da erməni təxribatları baş veirdi. Türk hərbçiləri 
Gəncədə olan erməniləri tərkisilah edərkən 11 iyun 1918-ci il tarix-
də  18 türk əsgəri şəhid oldu. Ertəsi gün Qafqaz İslam Ordusunun 
komandanı  Gəncə  qəsəbəsində  olan  erməni  taburu  komandirinə 
göndərdiyi  məktubunda  Osmanlı  ordusunun  gəlməsiylə  ümumi 
təhlükəsizliyin qorunması, habelə Osmanlı hökuməti ilə ermənilər 
arasında sülh əldə edilməsi ilə əlaqədar olaraq erməni əhalisinin 
öz silahlarını təhvil vermələrinin lazım olduğunu bildirdi. 11 iyun 
gecəsi Ağstafadan qatarla hərəkət edən 28-ci tabur və bir Şnayder 
dağ topçu dəstəsi, 27-ci taburdan bir piyada bölüyü 12 iyun saat 
Qafqaz islam ordusu Bakıda.  
Mənbə: http://www.aztv.az/readnews.php?lang=az&id=26737


26
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi
13-də Gəncəyə daxil oldu.
Nuru  paşa  yerli  əhalinin  hesabına  canlı  qüvvələri  artırmaq 
üçün  Azərbaycan  hökuməti  tərəfindən  ona  verilmiş  səlahiyyət-
dən istifadə edərək 11 iyun 1918-ci ildə 1894-1899-cu illərdə ana-
dan olmuş gənclərin orduya səfərbər edilməsi haqqında əmr ver-
di. Nuru paşa və Əlağa Şıxlınski şəxsən qərb qəzalarının yaşayış 
məntəqələrinə gedərək əhalini vətəni düşməndən müdafiə etməyə 
çağırırdılar. Onların çağırışına əhali böyük ruh yüksəkliyi ilə ca-
vab verdi. Tezliklə toplanan  7 min nəfərlik Azərbaycan korpusu 
Qafqaz  İslam  Ordusunun  tərkibində  döyüşlərdə  qəhrəmanlıqlar 
göstərməyə başladı.
D.Əhmədin “Nuru paşa Qahirədə azərbaycanlı mühacirə nələr 
deyib?” adlı məqaləsində (teleqraf.az, 8 fevral 2017) Cabbar Ərtür-
kün 1956-cı ildə Kayseridə “Zafer” mətbəəsində çap etdiyi “Ana-
yurdda unudulan türklük” adlı kitabından Nuru paşanın aşağıda-
kı fikirləri verilib: 
“...Türklüyün  yalnız  Osmanlı  imperatorluğu  içində  olduğunu 
zənn  edirdim...İran  torpaqları  içərisində  Savuçbulaq  qəsəbəsinə 
gəldiyimiz gün təəccübdən özümə gələ bilmədim. Şəhərdə hər kəs 
türkcə danışırdı. Bunların başqa dillərinin olub-olmadığını tədqiq 
etmək üçün bir neçə zabit göndərdim və ana dillərinin türkcə ol-
duğunu öyrəndim. Ondan sonra Qafqaz dağlarının ötəsinə qədər 
getdiyim yurdların hamısı türklərlə dolu idi. Buralardakı türklük 
nədən unudulmuşdu, heç cür anlamadım...
Yüz nəfərə qədər zabit və əsgərlərimlə Gəncəyə vardım. Dərhal 
türklərin təşkilatlanması ilə məşğul oldum. Ruslar türk kəndliləri 
silahdan  başları  çıxmasın  deyə  onları  əsgəri  xidmətə  aparmırdı-
lar... Fəqət rus ordusunda bir çox türk zabiti ilə rastlaşdım. Onlar 
zəngin  təbəqənin  uşaqlarından  ibarət  bir  zümrə  idilər  və  ruslar 
bunların qabiliyyətlərindən istifadə etməyə ehtiyac duymuşdular. 
Fəqət kəndli və işçilərdən bir nəfər də əsgərlikdən başı çıxan yox 


27
Göyçay döyüşləri (iyun-iyul 1918-ci il)
idi. Yalnız Galiçyada almanlara qarşı savaşmaq üçün bütün müsəl-
man qəbilələrindən təşkil edilmiş, fəqət hərb bitər-bitməz tərksilah 
edilərək vətənlərinə göndərilmiş bir neçə nəfərə rastladım. Ruslar 
özlərindən fərqlənsinlər deyə bu diviziyaya “vəhşi diviziya” adı 
vermişdilər.
 Azərbaycana gəldiyimiz zaman qarşılaşdığımız mənzərə belə 
idi.  Türkləri  təşkilatlandırmaq  üçün  çox  çalışmaq  lazım  idi.  Bu 
sahədə bizə rus ordusunda xidmət görmüş azərbaycanlı zabitlərin 
çox köməyi oldu. Onlar son hadisələrdən sonra rusların milli düş-
mən  olduqlarını  anlamışdılar. Artıq  Vətən  məfhumu  onlarda  da 
təşəkkül etmişdi. Nəhayət gecəli-gündüzlü çalışmalarımız səmərə 
verdi.  Yerli  türklərin  damarlarındakı  qan  onların  anadolulu  qar-
daşlarından  fərqsiz  olduğunu  isbat  etdi...  Bakının  qurtuluşunda 
yerli türklər də məhmətçik olaraq iştirak etdilər.  Yüz illərdən son-
ra  ilk  dəfə  batılı  və  doğulu  türklər  bir  bayraq  altında  savaşırdı-
lar...”
Azərbaycan  xalqına  köməyə  gəlmiş  Türkiyənin  Qafqaz  İslam 
Ordusu  haqqında  sovet  tarixşünaslığında  da  məlumatlar  verilib. 
Həmin məlumatlarda qeyd olunur ki, “1918-ci il mayın axırı, iyu-
nun əvvəllərində Gəncəyə türk ordusu gəlməyə başladı. Onların 
bir hissəsi Qarsdan Dilican, Qazax istiqaməti ilə, digər hissəsi isə 
İrandan Qarabağ vasitəsilə gəlirdi. 25 mayda Nuru paşa və Nazim 
bəyin  rəhbərliyi  altında  40  topla  silahlanmış,  7  min  nəfərlik  bö-
yük dəstə Yevlaxa gələrək oradan da Gəncəyə getdi. 5 iyunda ora  
Batumdan Mürsəl paşanın rəhbərliyi ilə 5-ci Çanakqala dviziyası 
gəldi.  Türk  ordusunun  əsas  hissələri  3  istiqamətdə  toplanmışdı. 
Müsuslüdə toplanmış hissələr dəmir yolu boyunca Bakı istiqamə-
tində  hücuma keçməliydilər. Göyçayda toplanmış digər hissələr 
Ağsu-Şamaxı  istiqamətində  irəliləyib,  daha  sonra  Bakıya  hücum 
etməli idilər. Kürdəmirin cənubunda olan hissələr isə Muğan is-
tiqamətində  hərəkət  edərək  taxılla  zəngin  qəza  ərazisini  tutaraq 


28
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi
sovet ordusuna arxadan zərbə vurmalı idilər. Ümumiyyətlə işğal-
çıların  (sovet  tarixşünaslığında  xilaskar  türk  ordusu  belə  adlan-
dırılır- M.Z.) ümumi sayı 20 min nəfərə qədər əsgər və zabitdən, 
xeyli sayda artilleriyadan ibarət idi. (62,s.145-146)
Müasir  dövrdə  qardaş  Türkiyə  və  Azərbaycan  tarixçilərinin 
mövzuya  aid  yazdıqları  əsərlərdə  Qafqaz  İslam  Ordusunun  sayı 
ilə bağlı sovet tarixşünaslığında  verilmiş şişirdilmiş rəqəmlər tək-
zib edilir.
Yuxarıdakı faktlar sübut edir ki, Göyçay döyüşü ərəfəsində ic-
timai-siyasi və hərbi vəziyyət ağır olaraq qalırdı.


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə