Layihənin rəhbəri: Elxan Süleymanov



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə11/26
tarix12.03.2018
ölçüsü0,89 Mb.
#31252
1   ...   7   8   9   10   11   12   13   14   ...   26

36
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi
Kürdəmir rayonunun xəritəsi. Mənbə: Azərbaycan Respublikası Milli 
Atlası. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi. Bakı - 2014


37
Göyçay döyüşləri (iyun-iyul 1918-ci il)
12 minlik bolşevik-daşnak ordusu 10 iyun 1918-ci il tarixdə Hacıqa-
bulu işğal etdikdən sonra, 11 iyunda  Sığırlı stansiyasında olan milli qo-
şun bölmələri üzərinə hücum etdilər. Bu hücum zamanı ciddi bir müqa-
vimətə rast gəlməyən düşmən hissələri iyunun 11-də axşam çağı Sığırlı 
stansiyasını işğal etdilər. Bu xəbəri S.Şaumyan çox böyük sevinclə qarşı-
ladı və o, dərhal Moskvaya, V.Leninə teleqram göndərdi: “Yelizavetpol 
istiqamətində hərbi əməliyyatlar başlamışdır, ilk məlumatı göndərirəm. 
Məlumat bu gün, iyun ayının 11-də axşam saat 9-da alınmışdır. Bizim 
qoşunların ön dəstələri Sığırlı stansiyasını tutmuşdur. Bizim kəşfiyyat 
qatarımız  Karrar  stansiyası  istiqamətindən  düşmən  topları  vasitəsiylə 
atəşə tutulmuşdur. Qoşunlarımız irəli hərəkət edir...”(38,s.79-95)
Sığırlıda  baş verənlərlə bağlı, əslən həmin kənddən olan Azərbaycan 
Turizm və Menecment Unifersitetinin rektoru, s.ü.f.d., dosent Eldar As-
lanov şahidlərdən eşitdiyi  faktları deyir:
“Göyçay qəzasının Sığırlı kəndi 1918-ci ildə çox böyük strateji əhə-
miyyətə malik idi. Çünki o zaman indiki yol infrastrukturu, o cümlədən  
Bakı-Şamaxı,  Bakı-Gəncə  və    Ağsu-Kürdəmir  magistral  yolu  olmadı-
ğından Ağsu, Şamaxı istiqamətində getmək istəyən hər bir şəxs ya də-
mir yolu ilə Sığırlı və ya Kürdəmir stansiyalarından istifadə edir, ya da 
ənənəvi at arabası yolu ilə gedirdi. Sığırlının Bakı-Tiflis dəmir yolunun, 
Şamaxı-Sabirabad  araba yolu üstündə yerləşməsi onun əhəmiyyətini 
daha da artırırdı. Bu zaman uzaq yol gedən şəxslərin gecələməsi üçün 
Sığırlıda iki mərtəbəli mehmanxana da fəaliyyət göstərirmiş. Bu faktın 
özü sübut edir ki, o zaman bölgə insanları əsasən Sığırlı yolundan isti-
fadə edir və çox zaman burada gecələməyə üstünlük verirdilər. Bütün 
bunlara görə də 1918-ci ilin iyun ayında bolşevik-daşnak  qüvvələri Şa-
maxı, Göyçay istiqamətində hücuma keçərkən strateji cəhətdən böyük 
əhəmiyyət kəsb edən Sığırlını tutmağa can artırdı.  Düşmən hissələrinin 
1918-ci il iyunun 11-də axşam çağı Sığırlı stansiyasını işğal etməsini S.Şa-
umyanın çox böyük sevinclə qarşılayaraq, dərhal V.İ.Leninə xəbər ver-
məsi faktının özü də sübut edir ki, düşmən Sığırlının işğalına necə əhə-


38
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi
miyyət verirdi. Bolşevik-daşnak  qüvvələri tərəfindən Sığırlı tutularkən 
əhalinin çox hissəsi (əsasən qadınlar və uşaqlar) indiki kənddən şimala 
doğru çəkilərək kilometrlərcə uzanan düzənlik, azsaylı yulğunluq  əra-
zilərdə, kiçik həcmli çökəkliklərdə gizlənərək canını qurtara bilmişdi. Sı-
ğırlının yerləşdiyi ərazi düzən ərazi olduğundan, dağ, dərə, təpə, meşə 
olmadığından insanlar yulğunluqlarda,  düzənlikdə olan ərazidəki kiçik 
çuxurların içində günlərlə gizlənməklə, döyüşlərin nəticəsini ac-susuz 
gözləməklə, insanlıq dramı yaşamışlar. Yaşlı insanların dediklərinə görə 
açıq  havada  səhərə  qədər  bu  çuxurlarda  gizlənərkən  körpə  uşaqların 
bələkləri səhər şehində islanır, məsum körpələr aclıqdan, susuzluqdan, 
soyuqdan ağlamaq istəyəndə, yaxınları səsləri çıxmasın deyə onları zor-
la sakitləşdirirdilər...
Sığırlıdan sonra düşmən Karrar istiqamətində hücuma keçdi. Karar, 
Qarabucaq işğal olunduqdan sonra  Müsüslü istiqamətində düşmənin 
qarşısını almaq mümkün oldu. Qaraməryam-Kürdəmir xətti üzrə gedən 
qanlı döyüşlərin qalibi olan Azərbaycan Xalq Cümhuriyyətinin qoşun-
ları və Qafqaz İslam Ordusu düşməni Bakıya doğru geri oturda bildi və 
qısa müddət sonra hətta Bakı da azad olundu.”
Kürdəmir qəsəbəsində məscid.  Mənbə: Solmaz Rüstəmova – Tohidi “1918-ci il 
Azərbaycan Qırğınları Şəkil və Sənədlərdə” fotoalbomu, Bakı 2013 


39
Göyçay döyüşləri (iyun-iyul 1918-ci il)
Bolşevik-daşnak qüvvələri 12 iyun 1918-ci il tarixində  Kürdəmiri və 
onun qərbindəki bir neçə kəndi, о cümlədən Qarabucaq stansiyasını işğal 
edərək yandırmışlar. Son nəticədə Kürdəmir kəndində 56 ev və dükan, 
127 mülk, 2 məscid binası tamamilə yandırılır, qalan bütün ev və mülk-
lər dağıdılır, talan və qarət edilir. Kürdəmirdən başqa Göyçay qəzasının 
Çaylı,  Qaravəlli,  Qarabucaq,  Mustafalı,  Xəlil-Qasımbəy,  Ərəb-Mehdi-
bəyli, Dədəli və digər kəndləri də erməni hücumlarına məruz qalır və 
insan tələfatı ilə üzləşirlər. Məsələn, Ərəb-Mehdibəyli kəndində 84 ev 
dağıdılıb yandırılmış, kəndin 83 sakini, o cümlədən 78 kişi, 4 qadın və 
1 oğlan uşağı qətlə yetirilmişdi. (49, 31 mart 2017) 1918-ci ilin iyun-iyul 
aylarında Göyçay qəzasının Kürdəmir  və ətraf kəndlərində düşmənlər 
4017 nəfər soydaşımızı qətlə yetirmiş, 35 kənd yerlə-yeksan olunmuşdu. 
(43,s.12)  
Digər məlumatda qeyd olunur ki,  1-12 iyun 1918-ci il tarixlərində  
S.Lalayanın və T.Əmiryanın başçılıq etdikləri daşnak-terrorçu qrupları 
Pənah Bakir oğlunun mehmanxanası. Mənbə: Solmaz Rüstəmova – Tohidi “1918-ci il Azər-
baycan Qırğınları Şəkil və Sənədlərdə” fotoalbomu, Bakı 2013 


40
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi
Hacıqabul-Kürdəmir, Göyçay ərazilərinə soxularaq  yeddi min əliyalın, 
dinc sakini qətlə yetiriblər. 11-20 iyun 1918-ci il tarixlərində Göyçay əra-
zisinə daxil olan daşnak terror qruplaşmaları Cəngi kəndində 5 mülkü 
yandıraraq, burun-qulaqlarını kəsərək, kəllə sümüklərini əzərək 20 nəfə-
ri, Qaravəlli kəndində 30 evi yandıraraq, 2 nəfəri, Qarabucaq kəndində 
121 evə od vuraraq, 7 nəfəri, Ərəb-Mehdibəy kəndində 84 mülkü yandı-
raraq, 83 nəfəri qəddarcasına qətlə yetirmiş, Mustafalı, Sadalı kəndlərini 
talan etmişlər. (14,s.24)
1918-ci ilin 10 iyununda bolşevik-daşnak qüvvələri Hacıqabul stan-
siyası istiqamətində hücuma keçən zaman onların qarşısında polkovnik 
Maqalovun komandirlik etdiyi müsəlman və gürcü korpuslarının müş-
tərək qüvvəsi dayanmışdı. 
14 iyun 1918-ci il tarixdə  Nazim bəy Kürdəmir yaxınlığında yerləşən  
Müsüslü stansiyasına gələrək  burada olan Qafqaz İslam Ordusu hissələ-
Göyçay qəzası Kürdəmir nahiyəsinin Çaylı kəndində Fərman Rüstəm oğlunun-malikanəsi. Mənbə: 
Solmaz Rüstəmova – Tohidi “1918-ci il Azərbaycan Qırğınları Şəkil və Sənədlərdə” fotoalbomu, 
Bakı 2013


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə