Layihənin rəhbəri: Elxan Süleymanov



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə19/26
tarix12.03.2018
ölçüsü0,89 Mb.
#31252
1   ...   15   16   17   18   19   20   21   22   ...   26

68
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi
dərəcə ağır, itkilərlə dolu, lakın şərəfli qalibiyyətin başlanğıcı oldu.” 
(80, 21 oktyabr 2016)
Göyçay döyüşünün Azərbaycanın dövlətçilik tarixində çox böyük 
tarixi əhəmiyyəti vardır. Bunlar fikrimizcə, aşağıdakılardan ibarətdir:
•  Göyçay  döyüşündəki  qələbə  bolşevik,  erməni-daşnak  qüv-
vələrinin yerli müsəlman əhaliyə qarşı 1918-ci ilin martında  başladı-
ğı və 1918-ci ilin 27 iyununa qədər davam edən soyqırımın qarşısını 
aldı;
•  Göyçay  döyüşündəki  qələbə  şərqin  ilk  demokratik  Respub-
likasının beşikdəcə boğulmasına imkan vermədi. (Göyçay döyüşün-
də düşmənə sarsıdıcı zərbə vurulmasaydı, 28 may 1918-ci ildə elan 
olunmuş Azərbaycan Xalq Cümhuriyyəti bir ay keçməmiş Gəncənin 
düşmən tərəfindən işğalı ilə süquta uğraya bilərdi);
•  Göyçay döyüşündəki qələbə Azərbaycan Xalq Cümhuriyyəti-
nin ömrünü uzatmaqla onun dünya dövlətləri tərəfindən tanınması-
na şərait yaratdı;
•  Göyçaydakı qələbə Azərbaycanda marağı olan Rusiya, Böyük 
Britaniya, Fransa, Almaniya və s. dövlətlərin planlarını alt-üst etdi;
•  Göyçaydakı qələbə Bakının azad edilməsinin əsasını qoydu;
•  Göyçay döyüşündəki qələbə  Türkiyə ilə Azərbaycan arasın-
da mənəvi birliyi, qardaşlığı daha da möhkəmlətdi;
•  Göyçay döyüşündəki qələbə xalqın mübarizlik, döyüş ruhu-
nu özünə qaytardı, ordu quruculuğunda mühüm rol oynadı;
•  Göyçaydakı qələbə xalqın vətənpərvərlik hissinin, milli şuru-
nun, milli birliyinin daha da inkişafına səbəb oldu;
•  Göyçay  döyüşündəki  qələbə  Çar  Rusiyası  dövründə   Azər-
baycan adının şüurlardan silinməsi prosesinin qarşısını aldı. Vətənin 
adının özünə qaytarılması prosesini möhkəmlətdi;
•  Göyçay döyüşündəki qələbənin yaratdığı beynəlxalq əlverişli 
mühit  27 aprel 1920-ci il tarixdə Azərbaycanı işğal edən  Sovet Ru-
siyasının XI ordusunun Azərbaycan adının üstündən xətt çəkməsinə 


69
Göyçay döyüşləri (iyun-iyul 1918-ci il)
imkan vermədi. İşğalçı saxta da olsa “Müstəqil Sovet Azərbaycanı” 
şüarından istifadə etməyə məcbur oldu;
•  18 oktyabr 1991-ci il tarixdə dövlətçiliyin bərpası ilə yaranmış 
Azərbaycan Respublikasının adında da vətənin adının olması  Göy-
çay  döyüşündəki  qələbənin  nəticəsində  mümkün  olmuşdur.  (Yəni 
bu qələbə olmasaydı Azərbaycan Xalq Cümhuriyyətinin ömrü daha 
da qısa olar və Cümhuriyyət dünya dövlətləri tərəfindən tanınmaya 
bilərdi.  Onda  bolşeviklər  27  aprel  1920-ci  il  il  işğalından  sonra  çar 
Rusiyasında  olduğu  kimi  Azərbaycan  adını  bütün  sənədlərdən  və 
şüurlardan silə bilərdilər.)
Göyçaylı general Məhəmməd Sadıq bəy Ağabəyzadə
Göyçay döyüşünün iştirakçıları olmuş qəhrəman əsgər və zabitlər 
haqqında çox az yazılıb. Belə görkəmli şəxsiyyətlərdən biri göyçaylı 
general Məhəmməd Sadıq bəy Ağabəyzadədir. 
Məhəmməd Sadıq bəy Ağabəyzadə   1865-ci ildə Göycayda ana-
dan olub. Orta təhsilini Bakıda realnı məktəbdə alıb. 1882-ci ildə re-
alnı məktəbi bitirən M.S.Ağabəyzadə, sonradan  təhsilini Peterburq 
Hərbi-Piyada və Artilleriya məktəbində davam etdirir. Hərbi Nazirli-
yin Baş qərargahının Şərq dilləri üzrə kursunu  qiyabi oxuyur. 1886-ci 


70
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi
ildə bu məktəbi bitirən Sadıq bəy Ağabəyzadə  həmin ildə Mixaylo-
vski artilleriya məktəbinin üçüncü kursuna dinləyici kimi daxil olur.
Podporuçik rütbəsi alan S.Ağabəyzadə 1899-1913-cü illərdə Tür-
küstan diyarının Aşqabad qarnizonunda hərbi xidmət etmişdir. S.A-
ğabəyzadə  Sankt-Peterburqda Şərq dilləri İnstitutunu bitirmişdir.
Elmə, biliyə, təhsilə böyük marağı olan M.S.Ağabəyzadə biliyini 
daha da təkmilləşdirmək üçün təcrübə keçməyin vacib olduğunu an-
layır. O, bir  zabit kimi xidməti fəaliyyətə başalamağı məqsədəuyğun 
sayaraq, əvvəl Rusiya ordusunun Qafqazdakı artilleriya bölmələrin-
də, sonra  isə Türküstan və Zakaspi vilayətlərinin hərbi hissələrində 
xidmət etməyə başlayır.
1913-cü  ildə  M.S.Ağabəyzadəyə  general-mayor  rütbəsi  verilib. 
General-mayor rutbəsində Sadıq bəy təqaüdə çıxaraq Göyçaya, vali-
deynlərinin yanına gəlir və orada yaşamağa başlayır.  O, bir müddət 
Göyçayda yaşadıqdan sonra, orada məktəb açmaq fikrinə düşür. Ha-
zırlıq ərəfəsində I Dünya müharibəsinin başlanması Sadıq bəyin ar-
zusunu yarımçıq qoyur. Sadıq bəy  1914-cü ildə təkrar orduya çağrılır 
və  Qafqaz döyüşlərində iştirak edir. 1916-cı ildə Ukrayna cəbhəsinə  
yollanır. Dörd il orduda xidmət etdikdən sonra 1918-ci ildə yenidən  
Göyçaya qayıdan Sadıq bəy təqaüddə olduğu illərini valideynlərinin 
yanında keçirmək istəyir.
Şərqşünas alim, pedaqoq, hərbçi general-mayor Məhəmməd Sadıq 
bəy İsmayıl oğlu Ağabəyzadə  Azərbaycan Xalq Cümhiriyyəti döv-
ründə 21 döyüş generalından biri olmuş, daxili işlər nazirinin müavi-
ni vəzifəsini icra etmiş, bu dövrdə polis işçisi rütbələrinin təsnifat sis-
temini işləyib hazırlamışdır. S.Ağabəyzadə 1918-1920-ci illərdə daxili 
işlər orqanlarının təşkil edilməsində fəallıq nümayiş etdirir və  ölkə 
daxilində nizam-intizam, qayda-qanun yaradılmasında, daxili  işlər 
orqanları  strukturunun  formalaşdırılmasında,    kabinetin  fəaliyyəti-
nin təşkilində yaxından iştirak edir. Azərbaycanda hökumət qurul-
dudan sonra o, bu hökumətin daxili işlər nazirinin müavini vəzifə-


71
Göyçay döyüşləri (iyun-iyul 1918-ci il)
sinə təyin edilir və bu vəzifəni 1918-ci ilin 23 oktyabrından 1919-cu 
ilin dekabr ayına qədər icra edir. Sadıq bəy Ağabəyzadə 1919-cu ilin 
oktyabrın əvvəllərində yeni hökumətin tapşırığı ilə Batumi şəhərin-
də ABŞ prezidentinin şəxsi nümayəndəsi Ceyms Xarbotu qarşılayır. 
Oktyabrın  4-dən  10-na  kimi  prezidentin  nümayəndəsini  müşayiət 
edərək onu mühafizəçi ilə təmin edir. Bakıda H.Z.Tağıyevin qonağı 
olan Xarbotun şərəfinə təşkil olunmuş ziyafətdə, qonaq Sadıq bəyin 
şəninə xüsusi sağlıq söyləmiş və Sadıq bəyi yüksək intellektual xüsu-
siyyətə malik bir insan kimi dəyərləndirmişdir.
Hərtərəfli  biliyə,  intellektual  səviyyəyə  və  təhsilə  malik  olan 
Məhəmməd Sadıq bəy Ağabəyzadə sonralar Şərq dillərindən dərs də 
deyir. Yəni, fars, ərəb, türk dilləri (müasir və qədim osmanlı dilləri), 
ərəb  qrammatikası,  islamşünaslıq  üzrə  fənləri,  müsəlman  paleqra-
fiyası və epiqrafiyası fənlərini  də tədris etmişdir. O yazdığı “Türk-
menskiy dialekt” kitabına görə Buxara əmirinin  xüsusi mükafatına 
layiq görülüb.
1920-ci ildə  Azərbaycan Xalq Cümhuriyyəti hökuməti süqut et-
dikdən və bolşeviklər hakimiyyəti ələ keçirdikdən  sonra Ağabəyza-
də  Turkiyəyə  mühacirət  edir  və  bir  müddət  İstanbulda  yaşayır.  O,  
İstanbulda  əmisi  oğlu  Əlibəy  Hüseynzadə  ilə  görüşür.  Sadıq  bəy 
1921-ci ildə Fransaya köçərək orada yaşayır,  iki il Sorbonna şəhərin-
də fars və türk dillərindən (Şərq dilləri) dərs deməyə başlayır. Alim, 
Parisdə yaşadığı illərdə sevimli həyat yoldaşı Gülya xanımı  itirir və 
onu Parisin müsəlman qəbiristanlığında dəfn etdikdən sonra orada 
qalmaq istəmir. 1927-ci ilin fevralında Ziqmunt Smoqjevskinin dəvəti 
ilə  Ukraynanın Lvov universitetinə Şərq dilləri fakültəsinə profes-
sor  kimi  dəvər  edilir.  Lvov    şəhərinə  köcən  M.S.Ağabəyzadə  Lvov 
universitetində 17 il işləyir. O, əvvəl Lvov universitetində fəlsəfə fa-
kültəsində işləyir, az sonra isə Lvov ali ticarət məktəbində türk,  fars 
və ərəb dillərindən dərs deyir və eyni zamanda da polyak və ukrayna 
dillərini öyrənir. Sadıq bəy Ağabəyzadə Ziqmunt Smoqjevski, V.Ko-


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə