Layihənin rəhbəri: Elxan Süleymanov



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə22/26
tarix12.03.2018
ölçüsü0,89 Mb.
#31252
1   ...   18   19   20   21   22   23   24   25   26

79
Göyçay döyüşləri (iyun-iyul 1918-ci il)
Xilaskar Qafqaz İslam  Ordusu və Azərbaycan hərbçilərinin qəhrə-
man mübarizəsi nəticəsində Azərbaycan xalqına qarşı törədilən soqırı-
mın qarşısı alınmış, bu yolda qardaş ölkədən gəlmiş hərbçilər canlarını 
belə  əsirgəməmişlər.  Döyüşlərin    qızğın  getdiyi  Göyçay-Kürdəmir  is-
tiqamətində  canlarını fəda etmiş çoxlu sayda qəhrəmanın adı hələ də 
naməlum qalmaqdadır. Fikrimizcə, tarixçilər bu istiqamətdə tədqiqat-
larını daha da genişləndirməli, Göyçay-Kürdəmir döyüşlərinə aid yeni 
faktları üzə çıxarmaqla həqiqəti bərpa etməlidirlər.
Bahadur Bilalov- t.e.n, dosent, Azərbaycan Turizm və Menecment 
Universitetinin  “Turizm  biznesi”  kafedrasının  müdiri:  “Doğulub 
boya-başa çatdığım Göyçay rayonu, Bığır kəndində, Nuru paşanın or-
dusunun Azərbaycana köməyə gəlməsi ilə əlaqədar hələ uşaq olarkən 
yaşlılardan xeyli xatirələr eşitmişəm. Əvvala, qeyd etmək istəyirəm ki, 
1918-ci ildə ermənilərin Azərbaycan kəndlərinə vəhşicəsinə soxularaq, 
kütləvi qətllər törətməsi xəbəri bütün Aərbaycana yayıldığından, Bığır 
kəndində də qocalar, qadınlar, uşaqlar kənddən çıxmalı olmuşlar. On-
lar “Qaraman arxı” deyilən yerdə bir neçə gün gizlənmək məcburiyyə-
tində qalmışlar. Yadımdadır ki, yaşlı qadınlardan neçə yaşınız var, deyə 
soruşanda “qaçhaqaç zamanı anamın qucağında olmuşam”, “iki yaşım 
olub” kimi cavablar almaq mümkün idi.
Bizim  kəndin  qəbiristanlığı    təpənin  ətəklərində  yerləşir.  Əvvəlki 
dövrlərdə, insanların maddi durumu aşağı olduğundan baş daşı əvə-
zinə,  kəndimizdə  bol  olan  tut  ağaclarından  istifadə  edilərdi.  Həmin 
ağaclar təxminən 2,5 metr uzunluğunda kəsilər, dördkünc formaya salı-
nar, bir tərəfində isə ölənin adı, soyadı qeyd olunardı. Zaman keçdikcə 
bu ağaclar qaralmağa başlayırdı. Kəndimizdə bunlara “baş ağacı” deyi-
lirdi.  Yaşlıların bildirdiyinə görə, erməni kəşfiyyatçıları gecə təpənin üs-
tündən kəndə baxanda bu “baş ağaclarını” qoşun hesab etmiş və kəndə 
hücüm etməkdən vaz keçmişlər.
Nuru Paşanın qoşunlarının kəndimizdə olmasını sübüt edən yadi-


80
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi
garlar bu günə qədər qalmaqdadır. Belə ki, güllə yarasından dünyasını 
dəyişmiş türk əsgəri təpələrdən birində dəfn edilmiş, sonradan həmin 
təpə  “Türk  dağı”  adlanmışdır.  Bu  gün  də  kənddə  hamı  oranı  “Türk 
dağı” kimi tanıyır. Bir neçə il bundan əvvəl həmin yerdə türk əsgərinin 
xatirəsinə abidə ucaldılmışdır. Digər bir abidə isə, kəndimizdə “Ləzgi 
dağı” deyilən yerdədir. Orada həlak olmuş Türk zabitinin qəbri var.
Kənd  sakinlərinin  onların  köməyinə  gələn  türk  əsgərlərinə  böyük 
məmnuniyyətlə  ərzaq  və  su  yardımı  etməkləri  haqqında  da  xatirələr 
mövcuddur. Söylənilənlərə görə İsmayıllı rayonunun Molla İshaqlı kən-
dinə gedən yolun üstündə düşərgə qurmuş türk əsgərlərinə kəndin bir 
neçə nümayəndəsi ərzaq və su aparır. Onlar düşərgədə olarkən ermə-
nilərin atdığı çarpanalardan biri kənd sakininin qolunu cızıb keçir. Qan 
axdığını görən kənd sakini “qaçın görək, mən payımı almışam”, deyə 
uca səslə göz yaşları tökür. Türk zabiti buna yaxınlaşır və yaralı türk əs-
gərlərini göstərib deyir: “Bir bunlara diqqətlə bax, birinin qıçı, birinin 
qolu yoxdur, amma heç səsləri çıxmır, sən nə hay-küy salmısan”?
Türk əsgərlərinin bir neçə gün kəndimizdə düşərgə salmasına dair 
da maraqlı xatirələr var. Deyilənə görə, düşərgənin yerləşdiyi ərazidə 
bir neçə ildən sonra ev tikintisi zamanı gənclərdən biri xarab olmuş bir 
tapança tapır, onu təmir edərək işlək hala gətirir. Kənddə hələ də 1918-
ci ildən qalma silah və sürsatın tapılması türk əsgərlərinin Bığır və ətraf 
kəndlərdə ölüm-dirim mübarizəsi apardıqlarına əyani sübutdur.”
Rafiq Piriyev (5 iyun 1941-ci ildə anadan olub), Göyçayın Qaraman 
kəndinin sakiniMənim babamın balaca qardaşı Mustafayev İsmayıl 
Pirməmməd oğlu 101 yaş yaşayıb, 1984-cü il yanvar ayının 17-də dün-
yasını dəyişib.  
Babamın balaca qardaşının danışdığına görə, yaşadıqları evin həyə-
tinə    ermənilərin  atdığı  top  düşəndən  sonra  təlaşla    yığışıb  köçmək 
istəyəndə, görüblər ki, bir Paşa öz ordusu ilə bunlara tərəf gəlir. Gələn 
Nuru Paşa və onun ordusu idi. Nuru Paşa əhalinin qaçmağının qarşısını 


81
Göyçay döyüşləri (iyun-iyul 1918-ci il)
alaraq onlara ürək-dirək verib və kəndə hücum edən düşmən qüvvələri-
ni  geri çəkilməyə məcbur edib.  Babam Mustafayev Fərman Pirməmməd 
oğlu Kürdəmir ərazisində gedən döyüşlərdə yaralanıb, sürünə-sürünə 
girib körpünün altına. Uzun müddət qalıb orada. İsmayıl babam deyirdi 
ki, 2 illik kəlçə yatan yer qədər onun qanı axıb tökülmüşdü uzanıb, qaldı-
ğı yerə. Sağ qalmaq üçün quru ağacların qabıqlarını yeyib. Neçə müddət 
sonra bir ana öz oğlu ilə bulağa su gətirməyə gedəndə eşidiblər ki, zarıltı 
səsi gəlir. Baxanda oğlu elə bilib ki, ermənidir. Üstündəki qılıncı çıxarıb 
ki, onu öldürsün. Anası deyir ki, ay bala, öldürmə, günaha girərsən. So-
yundur, gör müsəlmandırsa, dəymə. Oğlu görüb ki, bu müsəlmandır, 
qoyub onu su arabasına aparıb evə. Bütün bədənin qurd basıbmış, bədə-
nində 9 yerdə xəncər yarası olub. Həmin oğlan babamın üzünü qırxıb, 
yaralarını yuyub-təmizləyib, gözləyib ki, sağalsın. Babam gözünü açıb 
özünə gələndə ilk sözü “Qaramanlı İsmayıl” olub, yəni balaca qardaşı-
nın adın verib. Eləcə babamla qardaşı bir-birini tapıb. Babamı bura gə-
tirəndə, onu saxlayan ailəyə yaxşı qonaqlıq veriblər. Eləcə həmin ailə ilə 
yaxından tanış olurlar. Uzun get-gəldən sonra həmən Kürdəmirli ailə 
babama at bağışlayır, at mənim yadımdadır, madyan at idi. 
Başqa eşitdiklərimdən danışım, ermənilər Bığır kəndinin mollasının 
kürəyinə samovar bağlayıb, belindəcə odlayıblar. Deyilənlərə görə Ha-
calı kəndindən ermənilər qaçanda bir cavan erməni qızını qoyub qaçıb-
lar. Bizimkilər onu təndirdə gizlədib qoruyublar və həmin qız Hacalı 
kəndinin sakini kimi ömrünün axırına kimi kənddə yaşayıb.
Kəndimizdə çox hörmətli bir şəxsiyyət,  ağır övliya olan İlyas baba 
adlı bir şəxs olub.  Əhali arasında olan  bütün mübahisəli işləri o həll 
edərmiş. Onu nəyəsə görə Bakıya cağırıblar. Qayıdanda  Qafqaz İslam 
Ordusunun  Bakını  azad  etməsinin  şahidi  kimi  çox  məsələlər  barədə 
kənd əhalisinə məlumat verib. Türklər döyüşə-döyüşə gediblər Bakıya, 
erməniləri töküblər dənizə.
1918-ci il Göyçay döyüşlərində yaralanmış bir türk əsgərini baba-
mın qardaşı oğlu Molla Musa gətirib onun evinə və babamın kiçik 


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə