Layihənin rəhbəri: Elxan Süleymanov



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə21/26
tarix12.03.2018
ölçüsü0,89 Mb.
#31252
1   ...   18   19   20   21   22   23   24   25   26

76
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi
dən sonra Ordunun komandanı Nuru paşanın qərargahı həmin evdə 
yerləşmişdi. Bunu sübut edən çoxlu sayda faktlar var. Bunlardan biri 
ondan ibarətdir ki, o zaman bizim çoxlu sayda mal-qaramız olsa da 
qonşumuz Xankişi də vəziyyət ağır olduğundan mal-qarasını bizim 
həyətdə saxlayırmış. Bir gün oğlu atasına deyəndə ki, gedək mal-qa-
ramızı Cəbrayıl kişinin həyətindən götürək, Xankişi oğluna belə ca-
vab verib: “O həyət “Karsın qalasıdır”. Ən etibarlı yer oradır. İnşallah  
vəziyyət düzələndən sonra gedib götürərik.
Bizim kənd istiqamətində axırıncı döyüş  Şıxımlı kəndi uğrunda 
olub. Bu döyüşdə iki türk əsgəri şəhid olub, 3 əsgər yaralanıb. Şəhid-
lərin dəfnində qadınlar ağlayanda, türk zabiti onlara bildirib ki, onlar 
türk torpağı uğrunda şəhid olublar. Şəhidlər üçün ağlamaq yox, on-
larla fəxr etmək lazımıdr.
Bolşevik-daşnak  dəstələri  Kürdəmir    və  ətraf  kəndlərin  ərazi-
sinə hücuma keçərkən əhalinin böyük bir hissəsi Mollakənd tərəfdə 
“Musa  körpüsü”  adlanan  yerə  və  Qarasuya  tərəf  qaçaraq  çanlarını 
qurtarmışlar. Həmin dövrdə  Kür çayı daşarkən həmin ərazinin bir 
hissəsini, Muradxanlı tərəfi su basması nəticəsində gölməçələr və qa-
mışlıq əmələ gəlirdi. Həmin ərazidə Axmaz adlanan yerdə bataqlıq 
və sıx qamışlıq olduğundan əhali orada gizlənmiş, düşmən qüvvələri 
isə həmin əraziyə girməyə cürət etmədiyindən geri qayıtmışdır.
Qafqaz İslam Ordusu vəziyyətin ağırlığına və bir çox problemlərə 
baxmayaraq  yerli  əhaliyə  qarşı  humanistcəsinə,  doğma  münasibət 
bəsləmiş, onların maddi cəhətdən zərər çəkməsinə imkan verməmiş-
dir. Babam deyirdi ki, o zaman türk ordusunun topları və əsgərləri 
daşımaq üçün ata, arabaya, faytona, qoşqu üçün mal-qaraya böyük 
ehtiyacı var idi. Onlar bu problemin həllini çox ədalətli şəkildə tap-
mışdılar. Yəni atını, arabasını, qoşqu heyvanını istifadə üçün verən 
kəndli Türk ordusu ilə birlikdə müəyyən məntəqəyə qədər gedər, hə-
min məntəqədə yeni vasitə tapılan kimi, həmin şəxslər öz mallarını 
götürərək geri qayıdırdılar. Fikrimcə yalnız yerli xalqa doğma müna-


77
Göyçay döyüşləri (iyun-iyul 1918-ci il)
sibət bəsləyən ordu bu cür hərəkət edə bilərdi. Bu kimi faktlar sübut 
edir ki, döyüşlərin getdiyi ən qızğın çağlarda, ölüm-dirim savaşında  
da türk ordusu daim yerli əhalini düşünmüş, onların zərər çəkməmə-
si üçün mümkün olan hər şeyi etmişdi. 
Müslüm  Məmmədov-Kürdəmirin  millət  vəkili,  Azər-
baycan  Respublikasının  Avropa  Şurası  Parlament  Assamb-
leyasındakı  (AŞPA)  nümayəndə  heyətinin  üzvü:  Kürdə-
mir  Azərbaycanın  strateji  əhəmiyyətə  malik  ən  qədim  yaşayış 
məskənlərindən  biridir.  Rayonun  Sığırlı  kəndi  ərazisində  yerləşən 
“Qaratəpə” yaşayış yeri və qəbiristanlıq ilk orta əsrlərə aiddir. Ərə-
bqubalı  kəndi  ərazisində  “Şəhərgah”  yaşayış  mənətəqəsində  IX-
XI  əsrlərdə  Şirvan  adlı  şəhərin  qalıqları  olduğu  ehtimal  olunur. 
XX əsrin əvvəllərində Kürdəmir kapitalizmin sürətlə inkişaf etdi-
yi əyalətlərdən biri idi. Həmin dövrdə burada çoxlu sayda emal və 
ticarət müəssisələri, qonaqlara xidmət edən çoxlu sayda yeməkxana, 
çayxana,  mehmanxana  və  s.  mövcud  olmuşdur.  Şimaldan  cənuba, 
şərqdən qərbə gedən yolların kəsişməsində, Bakı-Batum neft kəmə-
rinin, Bakı-Tiflis dəmir yolunun üzərində yerləşən Kürdəmir Bakıda 
hakimiyyəti  ələ  keçirmiş  bolşevik-daşnak  qüvvələrinin  hədəflərin-
dən biri idi.
 1918-ci ildə Kürdəmir döyüşlərin getdiyi ən qızğın məntəqələrdən 
biri olmuşdur.  Hadisədən  bir il qabaq Kürdəmirdə yerləşən çar hərbi 
qarnizonundan  ermənilərin silah-sürsat almalarına, hətta gizli şəkildə 
qəsəbədə yerləşən zavodda silah istehsal edərək gələcək faciələrə hazır-
lıq görmələrinə aid faktlar var.
1917-ci  il  fevral-burjua  inqilabından  sonra  Romanovlar  sülaləsinin 
hakimiyyətdən devrilməsi və 1917-ci ilin oktyabr çevrilişi ilə bolşeviklə-
rin hakimiyyətə gəlməsi ilə regionda ictimai-siyasi vəziyyət həddindən 
artıq  mürəkkəbləşmişdi.  Bu  vəziyyətdən  bolşevik-erməni  birləşmələri 
sui-istifadə edərək Azərbaycanın sərvətlərinə sahib olmağa çalışırdılar. 


78
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi
Bu yolda onlar maneə kimi Azərbaycan xalqını görür və buna görə də 
planlı şəkildə soyqırıma hazırlaşırdılar. 
1917-ci  ilin  dekabrında  bağlanmış  Ərzincan  müqaviləsindən  sonra 
1918-ci il martın əvvəllərində çar ordusunda xidmət edən erməni əsgər-
lər Kürdəmir və ətraf kəndlərə qatarla gələrək Kürdəmirdən Şamaxıya 
qədər yerləşən yaşayış məntəqələrində əhaliyə qarşı müxtəlif cinayətlər, 
talanlar, qırğınlar törətmişlər. Bu cinayətləri həmin ilin iyun ayında Sı-
ğırlı,  Karrar,  Kürdəmir,  Qarabucaq  və  Müsüslü  istiqamətində  davam 
etdirmişlər.
Bu  qırğınların  qarşısının  alınmasında  4  iyun  Batum  müqaviləsi  ilə 
Azərbaycana gəlmiş Qafqaz İslam Ordusunun qəhrəman əsgərlərinin 
müstəsna rolu olmuşdur.
Kürdəmir ərazisində baş vermiş tarixi hadisələr çox təəssüf ki, hələ 
də lazımı səviyyədə öyrənilməmişdir. Ümumilli lider, Azərbaycan Res-
publikasının prezidenti Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı 
haqqında” 1998-ci il 26 mart tarixli fərmanından sonra bu sahədə çoxlu 
sayda tədqiqat işləri aparılsa da Kürdəmirdə baş vermiş hadisələr ta-
rixçi-tədqiqatçı Ağa Zeynallının “Kürdəmir faciəsi və Qafqaz İslam Or-
dusunun qurtuluş savaşları” kitabı istisna olmaqla demək olar ki, geniş 
tədqiq  olunmamışdır.  1918-ci  ildə  törədilmiş  soyqırımları  araşdırmaq 
üçün Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılmış 
Fövqəladə İstintaq Komissiyasının sənədlərində Kürdəmirdə törədilən 
faciələr də araşdırılmış, erməni vəhşiliklərini sübut edən foto-şəkillər də 
çəkilmişdir. Lakin çox təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətinin 23 
aydan sonra XI qızıl ordusu tərəfindən işğalı bu işi davam etdirməyə 
imkan verməmişdir. 70 illik sovet dövründə isə tariximiz saxtalaşdırıl-
mış, xalqımıza qarşı qırğınlara başçılıq etmiş şəxslər bizə xalqın xilaskarı 
kimi təqdim olunmuşdur. Qardaş Türkiyədən xalqımıza köməyə gələn, 
xilaskar Qafqaz İslam  Ordusu və Azərbaycan hərbçilərinin qəhrəman 
mübarizəsinə isə sovet ideoloqları düşmən mövqedən yanaşaraq, daim 
gözdən salmağa çalışmışlar.


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə