Layihənin rəhbəri: Elxan Süleymanov



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə25/26
tarix12.03.2018
ölçüsü0,89 Mb.
#31252
1   ...   18   19   20   21   22   23   24   25   26

   Göyçayın Bığır kəndində 
türk məzarı


90
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi
sabiq maarif işçisi Xanlar Soltan oğlu Məmmədov deyir ki, 2002-ci 
ildə Bığır başında Bakı-Qazax şose yolu kənarında qoyulmuş abidə-
nin açılışında mən də iştirak edirdim. Bu açılışda mən “Millətim mə-
nim” şeirimlə çıxış etdim. Tədbirdə iştirak edən, danışanlar- Ənvər 
Arslan, Necdət Tunc, Ərcümət Türkman mənim oxuduğum şeiri Tür-
kiyədə dərc etdirib öz imzaları ilə mənə göndərdilər. 
Xanlar müəllim qeyd etdi ki, hər anım günündə bu abidələri zi-
yarət edirlər. Hətta bir dəfə 2014 -cü ildə Balabəy dayısının qızı Təb-
rizdə  müəllimə  işlədiyi  kollecdən  tələbələri  gətirib  abidəni  ziyarət 
etmişlər. Xanlar müəllimin şeirində deyildiyi kimi:
Bu abidə olsun qan yaddaşımız,
Xatırlayaq, nələr çəkmiş başımız.
Gəlib bərk ayaqda türk qardaşlarımız,
Xilas olunubdur millətim mənim,
   Göyçayın Bığır kəndində türk məzarı


91
Göyçay döyüşləri (iyun-iyul 1918-ci il)
Soyköküm, məzhəbim, ümmətim mənim.
Qan yaddaşı olsun bizim abidə,
Yaddan çıxarmayaq türkləri bir də.
Unudub düşməni, düşməsin dərdə,
Deyirəm bir daha millətim mənim
 Soyköküm, məzhəbim, ümmətim mənim.
(Qayınatası Xəlil Eyvaz oğlu Hacıyevdən eşitdiklərini  Bığır kənd 1№-li 
tam orta məktəbin müəllimi Həqiqət  Qüdrət qızı Əzizova təqdim edib)
  
Nəsir Abdullayev: İsmayıllı rayonu  Hacıhətəmli kənd sakini 93 
yaşlı  Nəsir  Abdullayev  atası  Abış  kişinin  ona  danışdıqlarını  xatır-
layaraq deyir: “Ermənilər gecə ikən  kəndi mühasirəyə alıb və dinc 
əhalini atəşə tuturdular. Gecə olan kimi bəzi əşyaları uzunqulağa, ata 
yükləyib yola düşdük. Qalan bütün əşyalar qaldı. Nə çörək bişirmək 
üçün bir sac apara bildik, nə bir dörd ayaq, nə bir qazan. Gün ba-
tan kimi canımızı götürüb qaçdıq Göyçaya, Çıraqdərəyə. Qadınların, 
uşaqların  hamısının başın kəsib, asıb, vururdular ki, görək kim nişan 
ala biləcək. ” 
Hər zaman ermənilər müsəlmanlara zülm edib, indi də deyirlər ki, 
müsəlmanlardı günahkar. Müsəlman bir erməni öldürməyib, əksinə 
erməniyə çörək verib. 
Nəsir  Abdullayev  atasının  danışdıqlarından  türk  könüllülərinin 
kəndə gəlməsini belə xatırlayır. “Erməni qoşunu gəlib burada qaro-
vul  saxlayırmış,  ona  görə  ki,    eşitmişdilər  türk  ordusu  yola  düşüb 
gəlir. Türklər çətinliklə gəlib Azərbaycana. Gəlib görüblər ki,  kəndlər 
yandırılıb,  camaat  çıxarılıb”  (https://www.youtube.com/watch?v=-
697b1gTqXsQ )


92
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi
QƏHRƏMAN TÜRK ƏSGƏRLƏRININ 
MƏZARLARI
Azərbaycan  xalqına  köməyə  gələn  Qafqaz  İslam  Ordusu  1140 
nəfər  şəhid  verib.  (4,s.8)  Rayonun  Bığır,  Qaraməryəm,  Müskürlü, 
Cəyirli, Potu və Qarabaqqal kəndlərində türk əsgərlərinin məzarları 
1918-ci ilin mart-iyun aylarındakı qanlı hadisələrin tarixi nişanəsidir. 
Azərbaycana  köməyə  gəlmiş,  Göyçay-Bakı  istiqamətində  gedən 
döyüşlərdə  qəhrəmanlıqlar  göstərmiş    türk  hərbçilərinə  yerli  əhali 
arasında daim rəğbət və məhəbbət olmuşdur. Hətta sovet dövrünün 
qadağalarına baxmayaraq 1918-ci ilin iyun-iyul döyüşlərində həlak 
olmuş türk əsgərlərinin qəbirləri müqəddəs yerlər kimi əhali tərəfin-
dən ziyarət edilmişdir.
1918-ci ildə dinc əhalini erməni, bolşevik soyqırımından xilas et-
mək  uğrunda  canlarından  keçmiş  Azərbaycan  və  türk  əsgərlərini 
yaddaşlardan  silmək  üçün  geniş  kampaniya  aparılmış,  hətta  onla-
rın məzarlarının bərpasına cəhd edən şəxslər ciddi cəzalandırılmış-
dı. Məsələn, Şamaxı-Mərəzə arasında Acıdərə deyilən yerdə 1918-ci 
il iyul döyüşlərində şəhid olmuş türk zabiti, mayor İzzət Əfəndinin 
tənha qəbrinə münasibət deyilənləri sübut edir. Baş daşını qoyduran 
Şamaxı qəsəbəsi valisi 1928-ci ildə öldürülmüş, bu tənha məzar dağı-
dılmışdır. Sonrakı illərdə Məhəmməd və bir qədər sonra isə Babaxan 
Rzaxanov adlı Şamaxı sakinləri tərəfindən məzar bərpa edilmişdir. 
Məhz buna görə Babaxan Rzaxanov 1964-cü ildə həbs olunmuşdur. 
Nəhayət, 1993-ci ilin yazında qəbir təmir olunmuş, 2000-ci il mayın 
10-da isə burada 1918-ci il Qafqaz hərəkatında şəhid olan qəhrəman 
türk  əsgərininin  xatirəsinə  abidə  ucaldılmışdır.  Xalq  şairi  Bəxtiyar 
Vahabzadə “Tənha məzar”, Qabil “Türkün qəbri” adlı şeirlərini hə-
min məzarda uyuyan türk əsgərinə ittihaf etmişlər. (44,s.6)
İşğal altında olan Azərbaycan ərazilərində əhalinin vəziyyəti çox 
acınacaqlı idi.  Abdulla Şaiq  “Niyə belə gecikdin” adlı şerində xalqın 


93
Göyçay döyüşləri (iyun-iyul 1918-ci il)
Türk ordusunu səbirsiliklə gözlədiyini belə izah edir:
Başqasını istəməm də, Ey Türk, tez ol sən gəl, sən
Gözləməkdən yoruldum, ah, axı gecikdin nədən?
Bəxtiyar Vahabzadə “Tənha məzar” şeirində yazır:
Yolun kənarında tənha bir məzar
Üstündə nə adı, nə soyadı var
Ey yolçu, maşını əylə bir yerdə
Soruş, kimdir yatan qəbirdə?
... O məzar önündə sən təzim eylə
Səcdə qıl, dua ver onun ruhuna
Ayaq basdığın yer borcludur ona.
Qabil “Türkün qəbri” adlı şeirində yazır:
Türkün qəbri, Qədim Şirvan yollarının üstündədir.
Azərbaycan torpağının, altında yox, sinəsində, 
Köksündədir, qollarının üstündədir.
T.e.d.,prof.  Məşədixanım  Nemətin  1992-ci  ildə  nəşr  olunmuş 
“Azərbaycanda pirlər” kitabında adları çəkilən müqəddəs pirlərdən 
biri “Şəhid türk zabitinin məzarı ziyarətgahı” adlanır. Kitabda qeyd 
olunur ki, Bakı-Şamaxı yolunun yüz kilometrliyində Açıdərə çayının 
kənarında, təpənin üstündə, üzərində əhəngdaşından sənduqə for-
malı abidə qoyulmuş (1,25x0,55x0,37 m) tək bir məzar vardır. Sən-
duqənin ayaq tərəfində “Allah, Məhəmməd”, baş tərəfində ay-ulduz
yan tərəflərində nəsx xətti ilə ərəbcə, azərbaycanca, türkcə kitabələr 
həkk olunub:
“Bir Türk oğlu qəhrəmanındır bu məzar,


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə