Layihənin rəhbəri: Elxan Süleymanov



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə24/26
tarix12.03.2018
ölçüsü0,89 Mb.
#31252
1   ...   18   19   20   21   22   23   24   25   26

86
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi
Sadiq Həsənov, Göyçay rayonunun Qaraməryəm kəndinin sa-
kini: “Erməni qırğınını mən görmüşəm. Onda mən uşaq idim. Yurd 
yerimiz qəbiristanlığın aşağısında, çayın üst tərəfində idi, Aşağı Qa-
raməryəmə gedən yolun alt tərəfində. Çay kənarı üzümlüklərimiz və 
tut ağaclarımız var idi. Dağın ətəklərində bostan yerimiz vardı, yemiş 
əkirdik. Dədə-babadan mal-qara saxlayan olmuşuq. Dədəmin əl də-
yirmanı var idi. O, dəyirmanda Aşot (erməni) nökərçilik edirdi. Tək 
yaşayırdı. Acından ölməsin deyə dədəm ona çörək verirdi. Sonradan 
ermənilərin kəndə hücumu haqqında səs yayıldı. Nənəm mal-qaranı 
damdan açıb buraxmışdı. Bizi də ot tayasının arasında gizlətmişdilər. 
Balaca  qardaşım  az  yaşlı  olduğu  üçün  ağlayırdı.  Nənəm  gözümü-
zün qabağında onu yerə buraxdı. O, iməkləyə-iməkləyə uzaqlaşan-
da nənəm onu qorumaq üçün ağır kilimin altında gizlətdi. Ermənilər 
camaatın dam-daşını yandırıb-dağıdırdı. Getsin o günlər, gəlməsin. 
Qardaşım  kilimin  arasında  ölmüşdü.  Kəndin  qırılan  camaatı  çox 
oldu. Yurdumuz elə viran qaldı ki, sonra kəndə yaxın yerə köçdük. 
Nuru  Paşa  olmasaydı  bütün  camaat  qırılardı.  Onlar  Törə  dağı  is-
tiqamətindən  hücuma  keçmişdilər.  O  vaxt  ermənilər  indiki  “Avarlı 
tala” deyilən ərazidə kərpic kəsilib, kirəmit düzəldilən yerdə mövqe 
tutmuşdular. Həmin yeri Nuru Paşanın 60 nəfərlik dəstəsi top ata-
raq dağıtmışdı. Ermənilərin texnikası sıradan çıxarılmışdı. Sonradan 
həmin  vurulan  maşının  dağılmış  “rama”sını  mənim  əmim,  kəndin 
mollası və hesabdarı Quliyev Bəşir Ocaqqulu oğlu gətirib çayın üs-
tünə körpü kimi istifadə edib.  Sadıq dayı deyirdi ki, ermənilər kənd-
dən qarət etdikləri qızıl və zinət əşyalarını samovara yığıb aparıblar. 
Apara bilmədikləri qənimətin bir hissəsini Çərmədil dağlarında atıb 
getmişdilər.”
(Həsənov  Sadiq  Mirabdulla  oğlunun  söylədiklərini  Ş.M.Saabov  adına 
Qaraməryəm kənd tam orta məktəbinin tarix müəlliməsi Quliyeva Nahidə 
təqdim edib)


87
Göyçay döyüşləri (iyun-iyul 1918-ci il)
Eldar Əliyev, Göyçay rayonunun Qaraməryəm kəndinin sakini: 
Türkiyənin hərbi naziri Ənvər Paşanın qardaşı Nuru Paşa Azərbay-
canı erməni qırğınından qurtarmaq üçün, Gəncəyə gəlmişdi. Əvvəl-
cədən məlumat toplamışdı ki, Bakı Soveti ordusunun tərkibində 12 
min erməni döyüşcüsü var.  Ona görə də Nuru Paşa 14 min könüllü 
əsgər toplamışdı. Onlar Gəncə istiqamətindən Bakıya doğru getmə-
yi  planlaşdırmışdılar.  Bığırda  Qarayazı  ilə  Qaraməryəm  arasında, 
Kürtmaşı,  Aşıqbayramlı,  Quşencə  dağlarının  ətəyində  ermənilərlə 
döyüşərək onların üzərində qələbə çalmışdılar. Qaraməryəmdə 200 
nəfərlik erməniyə qarşı Nuru Paşanın rəhbərlik etdiyi 60 nəfərlik türk 
əsgəri Törə dağından enərək indiki Acıdərə adlanan ərazidə qanlı dö-
yüş keçirmişdilər. Yenə də erməniləri məğlub etmişdilər. Yerli cama-
atdan da kömək edən olmuşdu. Nuru Paşa 14 min könüllüdən 4 min 
şəhid  vermişdi.  Şamaxı  ətrafındakı Acıdərə  düzündəki  döyüşlərdə 
daha çox itki verdikləri üçün, həmin ərazi Acıverən adı almışdır. Qa-
raməryəmdəki Acıdərə adı da həmin döyüşlə bağlıdır. 
(Əliyev Eldar Soltan oğlunun nəvəsi Salehin söylədiklərini Ş.M. Saabov 
adına Qaraməryəm kənd tam orta məktəbin tarix müəllimi Yusifov Qnyaz 
yazılı təqdim etdi. )
Eyvaz  Xəlil,  Göyçay  rayonunun  Bığır  kəndinin  sakini:  Ermə-
ni-müsəlman davası haqında söz düşəndə rəhmətlik qayınatam Xəlil 
müəllim atası Eyvaz babadan eşitdiklərindən söhbət edirdi. O deyər-
di ki, atam söhbət edərdi: “Mən o vaxt türk qoşunlarının Bığıra necə 
daxil olduqlarının canlı şahidiyəm”. Ermənilərin qərargahı İsmayıllı 
rayonunun Qələyi kəndində idi. Ermənilər oradan gəlib Bığır kən-
dinə daxil olmuşdular. Onların qərargahı Qıraqbağında idi. Kəndi-
mizin camaatı o vaxt Hacı Nohuru adlanan yerə getmişdilər. Türklər 
Ləkçılpaq kəndi tərəfdən Bığıra daxil oldular. Bu vaxt adamlar təşvişə 
düşdü. Ancaq türk  generalları “Qorxmayın, biz sizi müdafiə etməyə 
gəlmişik!”  deyərək  əhalini  sakitləşdirirdilər.  Bunlar  unudulmazdır. 


88
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi
Bu  vaxt  ermənilər  Qıraqbağında  bir  neçə  bığırlını  tutub  evə  salıb, 
ağızlarını bağlamışlar. Evə od vurub onları yandırmaq istəyirdilər.
  Bu davada Türk qoşunlarının tərkibində Hacı Şirin oğlu Əhəd, 
Şamilov Paşa (atam Paşa) iştirak edirdilər. Paşa kişi yaralıları xəstəxa-
naya daşıyırdı. O deyirmiş ki, Əhəd kişi davada yaralanmışdı. Güllə 
onun sinəsindən dəyib, kürəyindən çıxıbmış. Onu aparıb xəstəxana-
ya çatdırıb. Əhəd kişi sağalıb. 
Türklər Bığıra daxil olanda, bir erməni çavuşunu tutub ermənilə-
rin yanına göndəriblər ki, tabe olunsunlar, onlara ərzaq, su və yemək 
də verəcəklər. Çavuş gedib bu xəbəri ermənilərə çatdırsa da,  onlar 
tabe olmayıb. Bu vaxt türklər hücuma keçiblər. Vuruşmada türklər 
ayaq üstə, sinələrini irəli verib gedirdilər. Onların ikisi mənim tanı-
dığım,  bizim  evin  yuxarısında,  dərədə  həlak  olmuşdu.  İndi  onlara 
“Türk dağı” adlanan yerdə abidə qoyublar ki, hər yerdən görünür. 
Türk əsgərlərini şəhid olduğu yerdə dəfn edirdilər.
Deyilənlərə görə ermənilərin bir dəstəsi Bığıra girəndə  yuxarıdan 
– indi abidə qoyulmuş Türk dağının aşağısındakı qəbiristanlıqda baş 
ağaclarını görüb, türk qoşunları hesab edib qaçmışlar. Qıraqbağında 
döyüşlərdə Qədir əfəndi Ləzgi dağı deyilən dağda şəhid olub. İndi 
onun dəfn edildiyi yerdə abidə qoyulub. O, şəhid olmamışdan əv-
vəl, sağ ikən deyib ki, mənim qəbrimi ziyarət edənlər, mənim üstümə 
gətirib su töksünlər. O vaxt qoşunlar susuzluqdan əziyyət çəkirlmiş. 
Onun məzarını ziyarət edənlər indi də məzar üstünə su səpirlər.
Ermənilər Bığır kəndindən qovulduqdan sonra sakinlər Hacı No-
hurundan qayıdıb evlərinə gəlmişlər. Qayınatam Xəlil müəllim de-
yirdi: “Atam və anam deyirdilər ki, türklər Bığırı tərk edəndə hansı 
evlərdə yaşamışdılarsa, oraya bolluca ərzaq, yemək-içmək qoyub get-
mişdilər”. Bəli, türk qardaşlarımız həmişə bizi dəstəkləyib, bizimlə 
olmuşlar.
 P.S. Türklər vaxtaşırı gəlib Bığırda qoyulmuş abidələri, şəhid mə-
zarlarını ziyarət edirlər. Bığır kənd sakini, ingilis dilindən dərs demiş 


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə