Layihənin rəhbəri: Elxan Süleymanov



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə16/26
tarix12.03.2018
ölçüsü0,89 Mb.
#31252
1   ...   12   13   14   15   16   17   18   19   ...   26

58
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi
Türk  İslam  Ordusu  komandanının  əmrindən  sonra  1918-ci  il  20 
iyun axşamı Göyçay qəsəbəsində Sadıq ağa və qardaşı Həzrət bəyin 
evində Gəncədən köçürülmüş 5-ci Qafqaz firqəsinin qərargahı təşkil 
edildi. (41,s.16)
I Qaraməryəm döyüşünün nəticələri Qafqaz İslam Ordusu koman-
danlığında ciddi təhlil olundu. Ordu komandanı Nuru paşa, Müsəlman 
korpusu komandanı Əlağa Şıxlinski, 5-ci Qafqaz firqəsinin qərargah 
rəisi Rüşdü bəy vəziyyətlə daha yaxşı tanış olmaq, qüvvələri yenidən 
qruplaşdırmaq və imkanları bütünlüklə səfərbər etmək məqsədilə cə-
bhə xəttinə gəldilər. Hər şeydən əvvəl, məhəlli komandanlıqlara azər-
baycanlılardan  ibarət  silahlı  dəstələrin  təşkilini  və  Göyçay  ətrafına 
göndərilməsini  sürətləndirmək  göstərişi  verildi.  Ağdaşdan  2  minlik 
silahlı dəstənin Göyçaya göndərilməsi qərara alındı. Bunlardan əlavə, 
Nuru paşa Gəncədən 46-cı və 26-cı taborun, istehkam bölüyünün, dağ 
toplarının, 9-cu alayın pulemyot bölüyünün və könüllülərin göndəril-
məsi barədə əmr verdi. Bu işlər iyun ayının 27-nə qədər davam etdiril-
di. Qafqaz İslam Ordusu qoşunları iyun ayının 28-də bolşevik-daşnak 
qüvvələri üzərinə hücumla təşəbbüsü ələ almağı planlaşdırırdı. Lakin 
döyüşə hazırlıq planı iyunun 26-da bolşevik-daşnak qüvvələrinə mə-
lum oldu. Düşmənin üç taboru ayın 27-də səhər saat 6-da Göyçay-Qa-
raməryəm şosesi boyunca, iki bölük piyada qüvvəsi isə şimaldan hücu-
ma keçdi. Bolşevik-daşnak qüvvələrinin Göyçayın şimalından hücuma 
keçib, Qafqaz İslam Ordusu hissələrini qəfildən mühasirəyə almaq və 
zərbə vurmaq niyyəti aydın olanda, köməyə gəlmiş azərbaycanlı kö-
nüllü qüvvələrinə Veysəlli istiqamətində hücuma başlamaq, düşmənə 
cinahlardan və arxadan zərbə endirmək və Ağsu-Qaraməryəm yolu-
nu kəsərək, onun geri çəkilməsinə mane olmaq əmri verildi. Saat 10-a 
yaxın bolşevik-daşnak qoşunlarının 10-cu alayının sol cinahına keçmək 
təhlükəsi güclənəndə, ehtiyatda saxlanmış 25-ci tabor döyüşə qoşuldu. 
Göyçayın  şimalından  bir  bölüyə  qədər  süvari  dəstəsi,  həmçinin Ağ-
daşdan gətirilmiş könüllülər, Müsüslü dəstəsindən qüvvələr də 13-cü 


59
Göyçay döyüşləri (iyun-iyul 1918-ci il)
alayın sağ cinahına köməyə göndərildi. Nəticədə, Bığır istiqamətində 
irəliləyən bolşevik-daşnak qoşunlarının hərəkəti təxminən saat 15.00-
da dayandırıldı, hətta 10-cu Qafqaz alayı cəbhəsində əks-hücum üçün 
yaxşı imkan yarandı. 5-ci Qafqaz diviziyası komandanlığı bu imkandan 
istifadə edərək, saat 18.00-da hər iki alaya əks-hücum əmri verdi. 10-
cu alay əks-hücumla düşmən qüvvələrini 3 kilometr geriyə çəkilməyə 
məcbur etdi. Lakin qaranlıq düşdüyündən alaya əvvəlki mövqelərinə 
qayıtmaq əmri verildi. İyunun 29-da səhər tezdən davam edən döyüş 
Qafqaz İslam Ordusu hissələrinin daha böyük uğuru ilə nəticələndi. 
Elə ilk anlardan təşəbbüsü ələ alan 10-cu və 13-cü alayın döyüşçüləri 
düşmənin  müqavimətini  tamamilə  qırdılar.  Bolşevik-daşnak  hissələ-
rinin məğlubiyyəti ilə başa çatan döyüşlərin sonunda Qaraməryəmin 
qərb hissəsi tamamilə, şərq hissəsi isə qismən Qafqaz İslam Ordusu 
hissələrinin nəzarəti altına keçdi. Həlledici döyüşlərin uğurla başa çat-
dırılması ordunun şəxsi heyətində qəti qələbəyə inamı daha da artırdı. 
(7;36; 9,s.137-138)
Göyçay  döyüşündə  iştirak  etmiş,  Bığır  kəndi  uğrunda  gedən  dö-
yüşlərdə həlak olmuş qəhrəman türk əsəgərlərdən biri Qədir Əfəndi 
olmuşdu.  Rumiyyənin  “Şəhid  olmuş  türk  əsgərin  adını,  silahını  və 
məktubunu daşıyan tovuzlu kim olub?” məqaləsində (Moderator.az, 
10.06.2016)  Göyçay  döyüşündə  qəhrəmanlıqlar  göstərmiş  bölük  ko-
mandiri Qədir Əfəndi haqqında qısa məlumat var. Qafqaz İslam Or-
dusuna Tovuzda qoşulan gənclərdən biri 19 yaşlı Ələsgər Musayev ol-
muşdu. Onu öz bölüyünə qəbul edən Qədir Əfəndi Əlsgəri Çanaqqala 
qəhrəmanı, şəhid Şaynalıya bənzətdiyinə görə ona Şaynalı Ələsgər adı 
verir. O, həmçinin Çanaqqala qazisi Əli Dəmirəlin iki tərəfində güzgü 
düzəltdiyi səhid tüfəngini də Ələsgərə verir. Həmin tüfəngdən Göyçay 
döyüşündə düşmənə qarşı istifadə olunur. Çanaqqalada məğlub olma-
yan, Azərbaycanda zəfər qazanan Qədir Əfəndi Göyçay yaxınlığında 
Bığır kəndi ətrafında gedən döyüşdə  şəhid olur. Göyçay döyüşlərində 
qəhrəmanlıqlar göstərmiş Şaynalı Ələsgəri isə  Bakı azad edildikdən 


60
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi
sonra Nuru paşa qızıl medalla mükafatlandırır. Sovet hakimiyyəti il-
lərində xalqın qəhrəman oğlu Şaynalı Ələsgər  həbs olunsa da Qədir 
Əfəndinin  ona  verdiyi  tüfəngi  əziz  bir  yadigar  kimi  qoruyaraq  düş-
mənə vermir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra 
Göyçay döyüşlərində istifadə olunan, 73 il göz bəbəyi kimi qorunub 
saxlanılan  aynalı  tüfəngi  Şaynalı  Ələsgərin  qızı  Leyla  xanım  1991-ci 
ildə üzə çıxararaq evində atasının şəkli yanına asmışdı.
Göyçay döyüşündə ən böyük çətinliklərdən biri yayın istisində olan 
dəhşətli susuzluq idi. Tarixən Göyçay qəzasından Bakıya qədər  ərazi-
də əhali əsasən Göyçay, Girdiman, Ağsu, Pirsaat çaylarının suyundan 
istifadə edirdi. Döyüşlərin getdiyi 1918-ci ilin iyun-iyul ayları həddin-
dən artıq isti keçdiyindən bu çayların suyu da xeyli azalmış, əsgərlərin 
su ilə təminatında böyük çətinliklər yaranmışdı. Hətta hər iki tərəfdən 
susuzluqdan  və  acından  əsgərlər  arasında  ölüm  hallarının  olmasına 
aid faktlar da var.  
Məsələn, Qafqaz İslam Ordusu komandanı Nuru paşa, iyunun 18-
də Göyçayda meydanda toplaşmış camaata demişdir: “Azərbaycanı və 
azərbaycanlıları düşməndən qurtarmaq üçün Osmanlı ordusu məm-
ləkətinizə gəldi. Bu orduya canla-başla yardım etməniz lazımdır. Silah-
la yardım edə bilmirsinizsə, heç olmazsa, əsgərlərin ərzaq və sularını 
daşıyın. Bu qızmar istidə döyüşən zabit və əsgərlərdən bir çoxu susuz-
luqdan ölmüşlər.” (41,s.16-17)
Bu faktlar qəhrəman əsgərlərimizin hansı çətinliklərlə üzləşdikləri-
ni əyani şəkildə göstərir.
Əsgərlərin susuzluqdan əziyyət çəkməsi sovet tarixşünaslığında da 
öz əksini tapıb. Sovet tarixşünaslığında qeyd olunur ki, “ərzaq çatış-
mırdı. Çörək və su yox idi. Əsgərlərin böyük hissəsinin silahı və palta-
rı da yox idi. Əsgərlərin gündəlik ərzağı quru üzüm qalıqlarından və 
8-10 qozdan ibarət idi. (64,s.20)
Bolşevik-daşnak dəstələrinin komandiri Q.Korqanov yazırdı: “Göy-


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə