46
Azərbaycan tarixinin qəhrəmanlıq
səhifəsi
də olmuşdur. Düşmənə qarşı Qafqaz İslam Ordusunun tərkibində
vuruşan könüllülər içərisində ucarlıların da olması şübhəsizdir.
Çox güman ki, tarix elmi inkişaf etdikcə gələcək tədqiqatlarda
Ucarın 1918-ci ilin iyun döyüşlərində oynadığı rola aid yeni-yeni
faktlar üzə çıxacaq, bu döyüşlərdə iştirak etmiş, lakin adları xalqa
hələ məlum olmayan çoxlu sayda qəhrəmanları aşkar etmək müm-
kün olacaq.
48
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi
nı almağa nə qədər səy göstərsələr də geri çəkilmək məcburiyyətində
qalmış və beləliklə, Qaraməryəm bolşevik-daşnak qoşunları tərəfin-
dən işğal edilmişdi. Lakin buna baxmayaraq iyunun 18-də qanlı dö-
yüşlər Qaraməryəm ətrafında davam etmişdi.
Müsüslüdə olan ərkani-hərb rəisi Nazim bəy və 10-cu Qafqaz alay
komandiri Osman bəy firqə qərargahı və Qafqaz İslam Ordusu ko-
mandanlığı ilə razılaşdırılmadan iyun ayının 18-də düşmən üzərinə
hücum etməyi qərara aldılar. Ciddi bir hazırlıq olmadan planlaşdırı-
lan bu döyüşdə qalib gələcəklərinə hər iki komandirdə böyük inam
var idi. İyunun 16-da 10-cu Qafqaz alayının 30-cu taborunun ətraf
erməni kəndlərindəki silahlı quldur dəstələrini itki vermədən məğ-
lub etməsi, bundan başqa Müsüslü istiqamətində əldə edilən bəzi
uğurlar onlarda ruh yüksəkliyi yaratmışdı. Düşmənin Qaraməryəmi
tutması və Göyçaya doğru irəliləməsi xəbəri öz qüvvəsinə inanan hər
iki türk zabitini təcili qərar verməyə məcbur etdi. Məhz buna görə də
onlar özləri komandanlıqla razılaşdırmadan tələsik düşmən üzərinə
hücuma
keçməyə qərar verdilər ki, bu da faciə ilə nəticələndi.
Düşmənin döyüşə əlavə qüvvə cəlb etməsi 10-cu alayın 28-ci tabo-
runun üç bolşevik-daşnak taborunun zərbəsi altına düşməsi ilə nə-
ticələndi. Belə olduqda tabor geri çəkilmək məcburiyyətində qaldı.
Qaraməryəm cəbhəsindəki vəziyyəti Osman bəy Müsüslüyə, Nazim
bəyə məruzə etdi. O da həmin istiqamətdə vəziyyəti dəyişmək üçün
dərhal 29-cu tabora Qaraməryəm istiqamətində hücum əmri verdi.
Nazim bəyin hazırladığı hücum planına əsasən bu tabor Qaraməryə-
min qərb tərəfində döyüşə girərək düşmənin sol və arxa hissələrinə
zərbə endirməli idi. Bu hücum nəticəsində düşmənin sol cinahı 20
verst uzunluğunda sıxışdırılaraq geri oturduldu. Belə olanda bolşe-
vik-daşnak ordu hissələri 28-ci türk taborunun təqibindən əl çəkdilər
və nəzarət altında olan yüksəkliklərdə əlverişli mövqelər seçərək açıq
sahədə hücum edən 29-cu taborun qarşısını saxlamağa müvəffəq ol-
dular. Bolşevik-daşnak qoşunları bütün qüvvələrini bu istiqamətə