Layihənin rəhbəri: Elxan Süleymanov



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə9/26
tarix12.03.2018
ölçüsü0,89 Mb.
#31252
1   ...   5   6   7   8   9   10   11   12   ...   26

29
Göyçay döyüşləri (iyun-iyul 1918-ci il)
“Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Pre-
zidentinin Fərmanından (26 mart 1998) sonra 1918-ci ilin mart qırğınları 
daha geniş tədqiq olunsa da, təəssüf ki, erməni quldurlarının 1918-ci ilin 
iyununda  Nəvahi, Hacıqabul, Kürdəmir istiqamətində törətdikləri soyqı-
rımların tədqiqinə tarixçilər çox az fikir veriblər. Fikrimizcə, Nəvahi, Ha-
cıqabul, Kürdəmir və s. ərazilərdə  ermənilərin törədikləri vəhşiliklərin 
1918-ci ilin mart qırğınlarının davamı kimi, iyun qırğınları adlandırılması 
daha düzgün olar. 
Erməni quldurların yerli müsəlman əhaliyə qarşı 1918-ci ildə törətdik-
ləri soyqırım haqqında çoxlu sayda kitab və məqalələr yazılsa da, düş-
mənə qarşı yerli xalqın göstərdiyi müqavimət, qəhrəmanlıqlar haqqında 
çox az tədqiqat işləri aparılıb. Təəccüblü olsa da hətta Azərbaycan döv-
lət  müstəqilliyini  bərpa  etdikdən  sonra  da  tədqiqatçılar  xalqın  erməni 
quldurlarına qarşı müqavimətinin üstündən sükutla keçməyə üstünlük 
vermişlər.  Mart qırğınları vaxtı taleyin hökmünə buraxılmış  müsəlman 
əhali  yaşamaq  uğrunda  mübarizədə  yalnız  öz  gücü  hesabına  müdafiə 
olunurdu. Sovet tarixşünaslığında daim bilərəkdən mənfi obraz kimi təq-
dim olunan az sayda Bakı qoçularının mart qırğınları zamanı öz həyatları 
bahasına dinc əhalini müdafiə edərək qəhrəmanlıqlar göstərmələrinə aid 
son vaxtlar bir sıra faktlar üzə çıxarılmışdır. Bundan başqa regionlarda 
da əhalinin öz gücünə müqavimət göstərməsinə aid faktlar mövcuddur. 
Bakıdan kənar, regionlarda vəziyyət daha acınacaqlı idi. Çünki baş verən 
hadisələrin mahiyyətini başa düşməyən, siyasi cəhətdən savadsız əhali 
nə edəcəyini bilmirdi. Lakin əhalinin acınacaqlı vəziyyətdə olduğu ağır 
ictimai-siyasi durumda belə camaatın müdafiəsini təşkil edən, düşmənə 
layiqli cavab verən qəhrəman oğullar  az olmamışdır.  Sovet dövründə 
bu cür faktları bilərəkdən xalqın hafizəsindən silməyə çalışaraq onun əvə-
zinə saxta beynəlmiləlçilik təbliğatına üstünlük verilmişdi. Lakin xalqın 
xatirəsində bu qəhrəmanlıqlar nəsildən-nəsilə ötürülərək bu günümüzə 
PIRƏMŞAQ DÖYÜŞÜ


30
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi
kimi gəlib çatmışdır. Göyçay döyüşünə qədər erməni quldurlarına qarşı 
müqavimətin  nümunəsi kimi Ağsu yaxınlığında erməni quldurlarından 
müdafiə məqsədilə keçirilmiş Pirəmşaq döyüşünü göstərmək olar.
Pirəmşaq  döyüşünü  erməni  soyqırımına  qarşı  1918-ci  ildə  təş-
kil  edilmiş  ilk  ən  böyük  müdafiə  döyüşü  adlandırmaq  olar.  Çünki 
Şamaxıda,  Bakıda,  Qubada  və  s.  bu  əraziyə  yaxın  yerlərdə  erməni 
soyqırımı baş verməmişdən əvvəl erməni vəhşiliklərini qabaqcadan 
görən qeyrətli insanlar bu müdafiə döyüşünü təşkil etmişlər. 
Bolşevik-erməni quldurlarının 1918-ci ilin mart qırğınları haqqın-
da bir sıra kitab və məqalələr yazılsa da bu faciələr zamanı baş vermiş   
Pirəmşaq döyüşü təəssüf ki, diqqətdən kənarda qalmışdı. Fikrimizcə 
bunun əsas səbəbi erməni daşnakları ilə müttəfiq olan S.Şaumyanın 
rəhbərlik etdiyi Bakı Kommunasının hadisəyə “ordudan tərxis olun-
muş əsgərlərə qarşı soyğun” adı verərək əsil mahiyyətini ört-basdır 
etməyə  çalışmasında  axtarmaq  lazımdır.  Bundan  başqa  bu  hadisə 
müsəlman milli komitəsinə aid o vaxtkı bir çox tarixi mənbələrdə təs-
1918-ci ilin mart ayında Bico kəndinin könüllü döyüşçüləri tərəfindən erməni  quldur dəstə-
sinin darmadağın edildiyi qədim Pirəmşaq qəbiristanının ərazisi


31
Göyçay döyüşləri (iyun-iyul 1918-ci il)
diqlənsə də,  komitənin rəhbərliyinin gələcək faciələrdən sığortalan-
maq üçün bu hadisəni gizli saxlamağa üstünlük verməsi də tariximi-
zin bu qəhrəmanlıq səhifəsinin unudulmasına səbəb olmuşdur.                       
Bu döyüşdə Bico kənd sakinlərinin ermənilərə qarşı müqaviməti 
haqqında Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə İstintaq Ko-
missiyasının 1918-ci il 11-12 noyabr tarixli Sorğu Protokolunda qısa 
da olsa məlumat verilir. Bundan başqa bu döyüş haqqında Zəka Mir-
zəyevin ayrıca məqaləsi çap olunub.(49, 02 Aprel 2013) Bu iki mən-
bədən başqa demək olar ki, hələlik heç bir rəsmi yazıya rast gəlmək 
mümkün olmamışdır. Z.Mirzəyevin də yazısı əsasən kənd əhalisinin 
yaddaşında  nəsildən-nəsilə  keçən  şifahi  tarixi  mənbələrə  əsaslanır. 
Z.  Mirzəyev  özü  bu  barədə  belə  yazır:  “Qeyd  edim  ki,  bu  hadisə-
nin şahidlərindən hal-hazırda heç kəs həyatda yoxdur. Vaxtilə ötən 
əsrin 90-cı illərində kənddə bu hadisələri danışan 7-8 həmkəndlimi 
görmüşəm ki, onlardan eştdiyimiz qeydləri bu yazıda əks etdirməyə 
çalışmışam. Hadisə şahidlərindən tanıdığım babam Canalı müəllim 
(1918-ci ildə 12 yaşı olub) 1996-cı ildə vəfat edib. O qədər təəssüflə-
nirik ki, vaxtilə xırdalıqlarına qədər soruşub öyrənməyə çalışmırdıq, 
yalnız onların öz təşəbbüsləri ilə söylədiklərinə qulaq asırdıq. Yenə 
də Allaha şükür ki, heç olmasa yadda qalanları qeydə ala bildik”
Pirəmşaq  döyüşü  1918-ci  il  martın  əvvələrində  rus-türk  cəbhə-
sindən geri qayıdan, 400 nəfər erməni əsgərinin Kürdəmirdən Ağsu 
istiqamətində  Şamaxıya  qaydarkən  törətdikləri  vəhşiliklərə  etiraz 
olaraq  baş  vermişdi.  Onların  məqsədlərindən  xəbərsiz  olan  Bakı 
Müsəlman  Komitəsi  Şamaxı  şəhər  rəhbəri  Teymur  bəy  Xudaverdi-
yevə  məlumat  verərək  Şamaxıya  qayıdan  erməni  əsgərlərinə  yar-
dım göstərməyi xahiş etmişdi. Buna görə də Şamaxı rəhbərliyi on-
ları qarşılamaq üçün Ağsuya nümayəndə heyəti göndərmişdi. Lakin 
nümayəndə heyəti yolda olarkən xəbər tutmuşdu ki, həmin erməni 
dəstəsi  bir  neçə  hissəyə  bölünərək  müdafiə  cəhətdən  ən  zəif  yaşa-
yış  məntəqələri  olan  Bico  və  Ləngəbiz  kəndlərinə  hücum  etmişlər. 


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə