Layihənin rəhbəri: Elxan Süleymanov



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə12/26
tarix12.03.2018
ölçüsü0,89 Mb.
#31252
1   ...   8   9   10   11   12   13   14   15   ...   26

41
Göyçay döyüşləri (iyun-iyul 1918-ci il)
rinə rəhbərlik etməyə başlayıb. Həmin gün düşmənə qarşı  mübarizəni 
gücləndirmək üçün  bir qüdrətli dağ batareyası ilə 38-ci alay, ləzgi süvari 
alayı,  250 sandıq piyada mərmisi və 600 atım top sursatı Yevlaxdan Kür-
dəmirə göndərildi. (41,s.14)
Mənbələrdə Azərbaycan korpusundan olan Müsüslüdəki rus və gür-
cü teleqrafçılarının 15 iyun gecəsi fərarilik etdərək mövqelərini özbaşı-
na tərk etmələri haqqında məlumat verilir. Bəzi mənbələrdə buna aclı-
ğın səbəb olduğu göstərilir. Polkovnik Maqalovun komandirlik etdiyi 
Müsəlman korpusu qüvələr nizbəti qeyri-bərabər olduğundan  Ucara 
doğru geri çəkilməyə məcbur olmuşdur. 
Süleyman Həsən oğlunun evi. Mənbə: Solmaz Rüstəmova – Tohidi “1918-ci il Azərbaycan 
Qırğınları Şəkil və Sənədlərdə” fotoalbomu, Bakı 2013 


42
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi
UCAR STANSIYASININ STRATEJI 
ƏHƏMIYYƏTI
Qəza mərkəzi olan Göyçaydan 18 km məsafədə Bakı-Tiflis dəmir 
yolunun üstündə yerləşən Ucar stansiyasının döyüşlər baş verən za-
man böyük strateji əhəmiyyəti var idi.  Bu stansiya 1867-ci ilin dekab-
rında Bakı quberniyasının tərkibində  yaradılmış Göyçay qəzasının 
tərkibində olmuşdur.
Hazırda  rayonun  tabeliyində  1  şəhər,  14  kənd  ərazi  vahidi  var. 
Kəndlərin sayı 29-dur. Rayonun mərkəzi Ucar şəhəridir. Ucar rayonu 
24 yanvar 1939-cu ildə müstəqil rayon kimi təşkil olunana qədər Göy-
çay rayonunun tərkibində olub.
Rayonun adı, qədim yaranma tarixi haqqında müxtəlif fikirlər söy-
lənilir.  Ərəb  coğrafiyaşünası  Əl-Sitəkrinin  “Məmləkətlərin  yolları” 
kitabında adı çəkilir. Ucar Azərbaycanda orta əsr şəhəri kimi qeyd 
olunur. XV əsrdə yaşamış Azərbaycan şairi Bədr Şirvaninin yazıların-
da Ucar sözünə rast gəlinir. Bəzi ehtimallara görə rayonun adı qədim 
Şirvanda yaşamış “Uçar” tayfasının adından götürülmüşdür. Hazır-
da  Ucar  rayonunun  respublikamızın  mərkəzi  hissəsində  yerləşmə-
sinə baxmayaraq vaxtı ilə Şirvanşahların paytaxtı Şamaxı şəhərindən 
ən ucqar ərazidə yerləşdiyinə görə adının “Ucqar” sözündən götürül-
düyü də ehtimal olunur. (http://ucar-ih.gov.az/)
Rayonun əhalisinin tərkibində tarixin müxtəlif dövrlərində Güney 
Azərbaycandan gələrək burada məskunlaşanlar da var ki, bunu əra-
zidəki yer adları da sübut edir. Rayonun Qaradağlı kəndinin əsasını 
Cənubi Azərbaycanın Qaradağ vilayətindən gəlmiş əhali tərəfindən 
qoyulması  məhz bu qəbildəndir. Mənbələrdə qeyd olunur ki, Güney 
Azərbaycanda Savalan dağından qərbdə Ucarçay mahalı var.  Bu fakt 
Ucar adının Cənubi Azərbaycanın Qaradağ vilayətindən bu əraziyə 
köçmüş əhali tərəfindən gətirilməsi etimalını da ortaya qoyur. (45)
  


43
Göyçay döyüşləri (iyun-iyul 1918-ci il)
Ucar rayonunun xəritəsi. Mənbə: Azərbaycan Respublikası Milli Atlası. Dövlət Torpaq və 
Xəritəçəkmə Komitəsi. Bakı - 2014


44
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi
Bakı  neftinin    Qara  dəniz  limanlarına  çatdırılması  üçün  1883-cü 
ildə  Bakı-Tiflis    dəmir  yolu  çəkilərkən  Göyçay  qəzasının  ərazisinə 
daxil olan Hacıqabul, Qarasu, Sığırlı,  Karrar, Kürdəmir, Qarabucaq, 
Müsüslü, Bərgüşad, Ucar və s. adlı dəmir yol stansiyaları da yara-
dıldı.  1918-ci  ilin  iyun-iyul  aylarında  Göyçay,  Qaraməryəm,  Ağsu 
istiqamətində gedən əsas hərbi əməliyyatlarla yanaşı, bu stansiyalar 
da döyüşlərin getdiyi əsas ərazilər olmuşlar. Dəmir yolunun salın-
ması bu yaşayış məntəqələrinin strateji cəhətdən əhəmiyyətini artır-
dı. Ucar həmçinin Bakı neftini dünya bazarına çıxarmaq üçün 1896-cı 
ildə inşa edilmiş Bakı-Batum neft kəmərinin də keçdiyi strateji cəhət-
dən mühüm ərazilərdəndir. 
Ucar stansiyası XIX-XX əsr Azərbaycan tarixində strateji cəhətdən 
mühüm rol oynamağına, burada tarixi hadisələr baş verməsinə bax-
mayaraq çox təəssüf ki, daim tədqiqatlardan kənarda qalmışdır.
Ucarın  tarixində  ən  əlamətdar  səhifələrdən  biri  İkinci  Dünya 
müharibəsi  illərində  məşhur  416-cı  Taqanroq  diviziyasının  burada 
yaradılması,  Ucardan  Berlinə  qədər  döyüş  yolu  keçməsi  haqqında 
müxtəlif kitablarda və məqalələrdə məlumat verilsə də, Ucarın 1918-
ci ildə bolşevik-daşnak qüvvələrinə qarşı mübarizədə əsaslı dönüşün 
yaranmasında  oynadığı  mühüm  rolu  haqqında  demək  olar  heç  bir 
məlumat yoxdur.
Rayonun Alpı, Alpout, Bağban, Bağırbəyli, Bərgüşad, Boyat, Çiy-
ni,  Gəraybəyli,  Xələc,  Küçəkənd,  Qarabörk,  Qaracallı,  Qaradağlı, 
Qazıqumlaq, Qazyan, Quləbənd, Lək, Məlikballı, Müsüslü, Pirkənd, 
Ramal, Rəstəcə, Şahlıq, Şilyan, Türkəçi və başqa qədim adlara malik 
kəndlərinin hər biri Azərbaycan tarixinin dərindən öyrənilməmiş sə-
hifələrini təşkil edir.
1918-ci  ilin  mart-iyul  aylarında  Ucar  erməni  soyqırımına  məruz 
qalmış Şamaxı, Ağsu, Göyçay, Qaraməryəm, Sığırlı, Karrar, Kürdə-
mir,  Qarabucaq  və  digər  yaşayış  məntəqlərindən  didərgin  düşmüş 
əhalinin pənah gətirdiyi əsas  yaşayış məntəqələrindən biri olmuşdur.


45
Göyçay döyüşləri (iyun-iyul 1918-ci il)
1918-ci  ilin  10  iyununda  bolşevik-daşnak  qüvvələri  Hacıqabul 
stansiyası istiqamətində hücuma keçən zaman onların qarşısını kəsən 
polkovnik Maqalovun komandirlik etdiyi müsəlman və gürcü kor-
puslarının müştərək  qərargahı Ucarda yerləşmişdi. 
Qafqaz İslam Ordusunun Göyçaya gəlməsində və düşmənə sarsı-
dıcı zərbələr vurulmasında Ucar stansiyası mühüm rol oynamışdır. 
Bundan  başqa  Göyçay  döyüşündə  yaralananların  əksəriyyəti  Ucar 
stansiyası vasitəsilə Gəncəyə aparılırdı. 
Bolşevik-daşnak hərbi qüvvələrinin qarşısının alınmasında, Mü-
süslü, Kürdəmir, Göyçay, Qaraməryəm döyüşlərində düşmənə sar-
sıdıcı zərbələr vurulmasında Ucar stansiyasının əvəzsiz xidməti ol-
muşdur. Gəncəyə doğru hərəkət edən bolşevik qoşunlarının dəmir 
yoluna hakim olmalarının qarşısı məhz Ucarda alınmışdır.
Göyçay döyüşü ərəfəsində Qafqaz İslam Ordusunun baş koman-
danı Nuru paşanın yenicə Qazax bölgəsinə daxil olmuş türk alayını, 
uzun bir yol gələn əsgər və zabitlərə dincəlmək imkanı belə vermə-
dən Ağstafadan qatarla birbaşa Ucara göndərməsi, onun Göyçay dö-
yüşündə oynadığı starateji əhəmiyyəti əyani şəkildə sübut edir.
Bəzi kitablarda “Qafqaz İslam Ordusu komandanı Nuri paşa, Əla-
ğa Şıxlinski və Ərkani hərb rəisinin səhər tezdən Müsüslü cəbhəsinin 
arxasında qatardan enərək Çöyçaya getməsi”  kimi cümlələr işlədilir 
və bu məkanın adı qeyd olunmur. (41,s.16-17) Yadda saxlamaq lazım-
dır ki, Müsülü stansiyası hazırda Ucar rayonunun ərazisinə daxildir. 
1918-ci ilin 17 iyununda Müsüslüdə döyüşlər gedərkən bu cəbhənin 
arxası  Ucar  stansiyası  hesab  olunurdu.    Fikrimizcə    gələcəkdə  tə-
dqiqatçılar bu kimi faktlardan istifadə edərkən Qafqaz İslam Ordusu 
komandanı Nuri paşa, Əlağa Şıxlinski və Ərkani hərb rəisinin məhz 
Ucar  stansiyasına  gələrək,  oradan  Göyçaya  getməsini  qeyd  etsələr 
daha düzgün olar.
Heç şübhəsiz ki, digər ətraf ərazilərin əhalisi kimi Ucar əhalisi də  
1918-ci ildə də bolşevik-daşnak qüvvələrinə qarşı mübarizənin önün-


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə