diqq
ətli olun, hara getməyinizdən, hansı mövzunu işləməyinizdən asılı olmayaraq
müşahidə aparın və yeni mövzular tapmağa, xəbərdən xəbər çıxarmağa çalışın.
6.4. X
əbərin uzunluğu
Jurnalist
ən maraqlı fakt və hadisələrdən ibarət xəbəri elə çatdırar ki, həmin
x
əbər ümumiyyətlə maraqsız və cansıxıcı olar. Materialı maraqsız edən ən başlıca
amill
ər ilk növbədə cümlələrin uzun-uzadı yazılması, mücərrəd və çətin anlaşılan
cüml
ə quruluşları, həmçinin montaj zamanı yol verilən yanlışlıqlardır.
Televiziyada dem
ək olar ki, hər bir redaksiyanın özünün material işləmək
prinsipi var. M
əsələn, yaradıcı redaksiya ilə xəbərlər redaksıyasının yazı və montaj
üslubu eyni ola bilm
əz. Xəbərlərdə material işləyərkən istər mətn, istərsə də
görüntü bax
ımından jurnalist konkret vaxt amilinə əməl etməlidir. Yalnız
sözlər
deyil, görüntül
ər belə operativ olaraq bir-birini əvəz etməli, dinamika olmalıdır.
Mü
əyyən olunmuş vaxt amilini keçən reportaj qəbulolunmazdır. Belə materialları
tamaşaçı dinləməkdən imtima edir. Beləliklə, uğurlu reportaj üçün vaxt amili
baxımından nəzərdə tutulmuş əsas prinsipləri aşağıdakı kimi qruplaşdırmaq olar:
-
Süjetin xronometrajı normal halda 1 dəqiqə 30 saniyə, 2 dəqiqə olmalıdır;
- Süjet daxilind
ə verilən sinxronun hər biri normal halda 30 saniyə olmalıdır;
- Süjet daxilind
ə verilən interküylər minimum 5 saniyə, maksimum 10
saniy
ə
təşkil etməlidir;
- Süjet daxilind
ə verilən stəndapların hər biri 10 saniyəni keçməməlidir;
Qeyd olunan prinsipl
ərə əməl etsəniz süjet daha dinamik və maraqlı
alınacaq. Yadda saxlayın, materialın zəngin və hərtərəfli olması onun
xronometrajının uzunluğu ilə deyil, süjetdə yer alan faktların və həmin faktlara
uyğun görüntülərin uğurlu təqdimatı ilə müəyyən edilir.
B
əlkə də yuxarıda göstərilən vaxt normaları sizə az görünə bilər. Amma
ist
ər mətn, istərsə də sinxron üzərində bir qədər baş sındırsanız və təkrar cümlələri
materialdan çıxarsanız, süjeti və materialda gedəcək sinxronu, yaxud stəndapı,
interşumu həmin vaxt normasına uyğunlaşdıra biləcəksiniz.
B
əs kadrların uzunluğu nə qədər olmalıdır?
Material
ın mövzusundan, süjetin ideya xəttindən asılı olmayaraq, reportajda
bir kadr
ın uzunluğu maksimum 3 saniyə olmalıdır. Başqa sözlə, süjetdə yer alan
kadrlar 3 saniy
ədən bir dəyişməlidir. Əlbəttə,
elə görüntülər ola bilər ki, onlar
süjetin “can
ıdır” və bilavasitə hadisənin məğzini əks etdirir. O zaman həmin
görüntü ad
ətən interşum kimi ayrıca olaraq təqdim olunur. Belə olan halda siz
prosesi
əvvəldən sonadək göstərmək məcburiyyətində deyilsiniz. Yalnız əsas
m
əqamı göstərsəniz yetər. Başqa cür desək, ən maraqlı kadrın ən maraqlı anını
götürün. Bu yolla h
əm tamaşaçını bir qədər də maraqlandırmış,
həm də vaxt udmuş
olars
ınız.
6.5. X
əbərin oxunma qaydası
X
əbər sakit oxu tərzini sevmir. İstər kadrarxası mətni oxuyanda, istər
st
əndap, istərsə də efirə çıxıb aparıcılıq etdiyiniz zaman nə dediyinizin, hansı
x
əbəri oxuduğunuzun fərqinə varın. Monoton oxu tərzi tamaşaçıya lazım deyil və
bu cür oxunuşla siz auditoriyanın diqqətini cəlb edə, xəbərin mahiyyətini,
vacibliyini tamaşaçıya çatdıra bilməyəcəksiniz. Odur ki, təqdim edəcəyiniz xəbəri
bir neç
ə dəfə oxuyun, daha sonra onu ictimaiyyətə ötürün. Bu zaman sözlərin
m
əntiqi vurğularını və sintaqmı (R.M. sintaqm – sözlər arasında verilən kiçik
pauzalardır) dəqiq müəyyənləşdirin. Yadda saxlayın ki, hər cümlənin əsas faktı və
m
əntiqi vurğusu var. Odur ki, həmin faktı tapmaqla, məntiqi vurğunu da məhz
h
əmin sözün üzərinə vurun. Məsələn:
(pauza)'>Nümun_ə:___Əmək_və_Əhalinin_Sosial_Müdafiə_naziri_yola_saldığımız_il_ərzində_500-ə_yaxın__ail__əyə'>Nümun
ə:
Əmək və Əhalinin Sosial Müdafiə naziri yola saldığımız il ərzində 500-ə yaxın
ail
əyə ünvanlı sosial yardım göstərib, 50 ailə evlə təmin olunub, 200 nəfərə isə
avtomobil h
ədiyyə edilib. Nazir Füzuli Ələkbərovun sözlərinə görə, gələn il bu
göst
əricilər daha da artacaq. Başa çatmaqda olan il bu baxımdan Məmmədovlar
ail
əsinə də düşərli oldu. Ailənin başçısı, 57 yaşlı Şakir Məmmədov birinci qrup
Qarabağ əlilidir. Göstərdiyi xidmətləri nəzərə alan Əmək və Əhalinin Sosial
Müdafi
ə Nazirliyi mayın 29-da ona KİA markali avtomobil hədiyyə edib.
***
Yadda saxlayın, məntiqi vurğu cümlənin ən vacib sözünün üzərinə düşür.
Əksər hallarda bu, rəqəm və konkret faktlar olur. Əgər cümlədə rəqəm yoxdursa, o
zaman cüml
ənin ən önəmli faktını tapın və vurğunu da məhz həmin cümlənin
üz
ərinə vurun. Tələb olunan şərtlərdən biri odur ki, jurnalist süjetin mətnini
yazark
ən onu necə oxuyacağı haqqında düşünməlidir. Maksimum dərəcədə sadə
cüml
ələr və cümlə birləşmələrindən istifadə etsəniz həmin xəbəri də asanlıqla
oxuya bil
ərsiniz.
B
əzən jurnalist
xəbəri birnəfəsə, sürətlə oxumağa çalışır. Əlbəttə, xəbər
sür
ətli oxu tərzini sevir. Lakin unutmayın ki, xəbəri hazırlamaqda və montaj
edil
ərək ictimaiyyətə ötürməkdə əsas məqsəd auditoriyanı zəruri informasiyalarla
t
əmin etməkdir. Əgər tamaşaçı sizin nə dediyinizi anlaya bilmirsə, o zaman həmin
x
əbəri hazırlamağın və ictimaiyyətə təqdim etməyin nə mənası var? Auditoriya
x
əbəri asan qavramalı və xəbərdə qeyd olunan faktları, ümumi mövzunu,
jurnalistin g
əldiyi nəticəni aydın dərk etməlidir. Bu
mənada xəbər oxuyan
jurnalistin sintaqma düzgün
əməl etməsi olduqca vacib prinsiplərdən sayılır. Belə
ki, sözl
ər arasında qısa pauzalara yol verməklə materialı daha rahat oxumaq və
fikri daha aydın çatdırmaq mümkündür. Yuxarıda göstərdiyimiz xəbər üzərində bu
d
əfə sintaqmları tapmağa çalışaq:
Nümun
ə:
Əmək və Əhalinin Sosial Müdafiə naziri (pauza) yola saldığımız il ərzində (pauza)
500-
ə yaxın ailəyə (pauza) ünvanlı sosial yardım göstərib(pauza), 50 ailə (pauza)
evl
ə təmin olunub(pauza), 200 nəfərə isə (pauza) avtomobil hədiyyə edilib. Nazir
Füzuli Ələkbərovun sözlərinə görə(pauza), gələn il (pauza) bu göstəricilər (pauza)
daha da artacaq. Başa çatmaqda olan il (pauza) bu baxımdan (pauza)