LüĞƏTDƏ gedəN İXTİsarlar


Tapdalamaq başına;  Nagəh  olur  güllefeşan  partapart  (M.Ə.Sabir). TAPDALAMAQ



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə185/216
tarix21.10.2017
ölçüsü6,16 Mb.
#6308
1   ...   181   182   183   184   185   186   187   188   ...   216

Tapdalamaq

başına;  Nagəh  olur  güllefeşan  partapart 

(M.Ə.Sabir).

TAPDALAMAQ (ayaq altına salıb əz­

mək) O, qarşısında duran ərini ayağının altına 

salıb tapdalamaq istədi (M.Hüseyn); AYAQ­



LAMAQ [Rza:] Ulduz mənim idi, onu mən­

dən  zorla,  güclə  alırlar,  mənim  namusumu 



ayaqlayırlar  (M.İbrahimov);  BASDALA- 

MAQ [Şofer] lakin Xəlildən cavab almayıb, 

onu basdalamaq istəyirmiş kimi, maşını düz 

onun üstünə sürdü (M.Hüseyn); BASMAQ 

İlanm  quyruğunu  basmasan  səni  sancmaz 

(Ata. sözü); ÇIĞNAMAQ (dial.) [Məsumu:] 

Ağıllını dəli eləmək yaramaz. Dəli inək ba­

lasını çığnayır... (B.Bayramov).

TAPILMAQ, BULUNMAQ (kl.əd.)

TAPQIR {yəhəri və ya qaltağı bərkitmək 

üçün atın, eşşəyin, qatırın qarnı altından çə­

kilib bağlanan qayış) Bəy ata yaxınlaşdı, əli 

ile onun yalını tumarladı, qayışlarını yoxladı, 

səliqəsiz görünən tapqırını düzəltdi (M.Hü­

seyn);  QARINALTI  [Padşah]  atın  qarın- 



altısını bərkidib yola başladı (“Ağ quş” na­

ğılı); YƏHƏRALTI.



TAPMACA Tələbə hiss etdi ki, bu tap­

maca  deyəsən  bir  qədər  qəliz  açılacaq,  ya 

bəlkə heç psixiatr özü də onun cavabını bil­

mədi (Anar); BİLMƏCƏ [Vaqif:] Bu dünya 

doğrudan bir bilməcədir; Qapıya qoymuram 

can möhnətini (S.Vurğun).

1. TAPŞIRIQ Hər addım başında bir tap­

şırıqla; Yazıq qızcığazı boş buraxmadı (M.Ra- 

him); İSMARIŞ Aşıq sazla dediyi kimi, sözlə 

də  Məhbub  xanımın  ismarışını  Koroğluya 

yetirdi (“Koroğlu”); SİFARİŞ Kosa öz qo­

humu  evində  gecələmiş,  Əsgərin  sifarişim 

tədarük etmiş, indi də ağ bağlamada aparırdı 

(S.Rəhimov).

2. TAPŞIRIQ  {dərs  tapşırığı)  Mən  cəld 

tapşırığın qaralamasını həll edib, gizlicə ar­

xamda oturan Gülşada ötürürəm (H.Abbas- 

zadə); ÇALIŞMA.

3. TAPŞIRIQ, GÖSTƏRİŞ, ƏMR

4. TAPŞIRIQ, VƏZİFƏ, İŞ

Tarla

TAPŞIRMAQ  [Xudayar  bəy:]  Eşşəyin 

sahibi  sənə  kimin  yanında  eşşək  tapşırıb 

(C.Məmmodquluzadə); HƏVALƏ ETMƏK 

[Əmiraslan ağa:] Qəhrəman qızım, babaları­

mız yurdunun müdafiəsini senə həvalə edib.. 

(S.S.Axundov); İSMARLAMAQ [Ana:] Nə 

çox  rayon  mərkəzinə  gəlib-gedən,  ismar- 

laram,  gətirərlər  (M.İbrahimov); VARGÜ- 

ZAR  ETMƏK  Hacı  Səlim  öz  sağlığında 

cəmi pul və əmlakını öz arvadı Sənəm xa­

nıma 

vargüzar edibdir (Ə.Haqverdiyev).

I tar bax qaranlıq 1

II tar bax qara 1 

taraqqa bax fişəng 

tarantul bax böv 

taraz bax bərabər 1 

tarçalan bax tarçı

TARÇI  Tarçı  şura  gələr  tarı  görəndə; 

Tülək tərlan cumar sarı görəndə (M.Rahim); 



TARÇALAN 

Qurban təzə-təzə əlinə tar al­

mağa başladığı zamanlar Qarabağda tarçalan 

Sadıq  yaşayırdı  (İ.Əfəndiyev);  TARZƏN 

O  tarzənin  vurduğu  xanalardan  dərhal  hiss 

etdi ki, Qurban Primovdur (Ə.Qasımov).



TARİXÇİ (köhn.) Yaroslavski yoldaş ta­

rixçidir  (M.Hüseyn);  MÜVƏRRİX  Asiya 

böyük  mütəfəkkirlərdən  Rumi,  böyük  şair 

Nəvai,  miivərrix  Əbülqazi  Bahadır  xan, 

Şərqdə  əvvəlinci  rəsədxana  müəssisi  mü­

nəccim Uluğbəyi vermişdir (Ə.Haqverdiyev); 

TARİXNƏVİS [Şah Abbas:] Fərraş göndər, 

Sərdar  Zaman  xanı, Mirzə  Yəhyanı,  Möh­

sün xanı, tarixtıəvis İskender bəyi, Mollaba- 

şmı  hüzuruma  çağırsın  (A.Şaiq);  TARİX- 



ŞÜNAS.

tarixnəvis bax tarixçi 

tarixşünas bax tarixçi 

TARLA {əkin sahəsi) Yağ, ey yağış, yağ; 

Sulansın çöl, bağ; Susuzdur tarla; İnəyini sağ 

(A.Şaiq);  ÇÖL  Çöldə  qızğın  biçin  gedirdi 

(S.Rəhman); ƏKİN YERİ O yanları su bas­

mış, əkin yerləri görünməz olmuşdu (M.Hü­

seyn); PLANTASİYA {çay, tütün əkin sa­



həsi) Ağaclann qalın gövdələri arasından yaşıl 

tütün plantasiyası görünür.. (H.Seyidbəyli);



357


Tarzən

ZƏMİ Muğan səhraları bir tamaşadır; Buğda 

zəmiləri qoşa-qoşadır (S. Vurğun), 

tarzən bax tarçı 

tas bax ləyən 

tatarı bax şallaq 

tatarılamaq bax şallaqlamaq 

TAUN (tib.) [Səkinə:] Xeyr, vəba vo taun 

haramzadə kişilərin nadürüstlüyündəndir 

(M.F.Axundzade); ÇUMA (təşbih kimi də 

işlənir) Ellər dedi: “Qazılsın qoy Hitlerin 

məzarı; Faşizm bir çumadır məhv edək bu 

azan” (M.Rahim). 

tava bax qazan 

tavan bax səqf 

tavana bax var I 

tavanalı bax varlı 

tavanasız bax yoxsul

1. TAY Xasay bir oğlandır, ona tay hanı? 

(S.Vurğun); BAB Qızını ver ona, odur sənə 



bab  (S.Ə.Şirvani);  BƏNZƏR  Böyüksən 

qüvvətin  çoxdur;  Bu geniş ölkədə bənzərin 

yoxdur (R.Rza); BƏRABƏR Hikmətdə sənə 

heç  kim  bərabər  ola  bilməz  (M.F.Axund- 

zadə);  MANƏND  (kl.əd.)  Evdə  tapılır  indi 

dəxi çay, plov, qənd; Kimdir senə manənd! 

(M.Ə.Sabir);  MİSL  Toxucu  qızların  mahir 

elləri;  Misli  görünməyən  gülşən  yaradıb 

(M.Rahim); TUŞ Hər adamın tayı, tuşu, babı 

var (“Qurbani”); QƏNİR (dan.), ŞƏBİH.



2. tay bax yaşıd

1.  TAYFA  (kiçik  xalq)  [Divan  bəy  ca­

maata:] Dəxi vaxtdır inanasınız ki, siz vəhşi 



tayfa deyilsiniz (M.F.Axundzade); EL Deyir­

lər ki, qədim zamanlarda bu torpaqda bir el 

yaşarmış  (M.İbrahimov);  QƏBİLƏ  (məc.) 

Bütün xalqlar, qəbilələr od içindən çıxacaq­

dır..  (S.Vurğun);  QÖVM  Tarixdən  qabaq 

“matriarxlar” deyilən zaman arvadlar asudə 

olub bir xeyli də imtiyaza malik idilər, bö­

yük-böyük  ailələrdən  ibarət  qövmləri  idarə 

edən arvad idi və bunların cemi ixtiyarı ar­

vadların əlində idi (Çəmənzəminli); URUQ.



2. tayfa bax qohum-əqrəba 

tayqulp bax parç

taytaq bax axsaq, çolaq

358

Termin

taytamaq bax axsamaq 

tay-tuş bax həmyaşıd 

tazarat bax ziyan

TAZI Tazıya tut deyir, dovşana qaç (Ata. 

sözü); OV TULASI [Rəcəb:] Oğlu da diri­

başdır, yaxşı ov tulasıdır (A.Şaiq); OV İTİ. 



taziyanə bax 1. şeir; 2. şallaq 

11. TEL, SAÇ, TÜK

2. tel bax məftil



3. tel bax ləçək 2 

II tel bax teleqram 

telegörüm bax televizor 

telekommunikasiya bax rabitə 1 

TELEQRAM İstəyirsiniz teleqram pulunu

mən qabaqca verim (N.Nərimanov); TEL 

[Hacı Salman:] Hacı əmin sənə qurban, bu 

teli bir oxu (N.Vezirov); DEPEŞA. 

telerabitə bax rabitə 1 

televiziya bax televizor 

TELEVİZOR Bir gün bizim patefon: 

Radioqəbuledən; Bir de kitelevizor; Müba­

hisə etdilər; hərə dedi özündən.. (M.Rza- 

quluzadə); TELEGÖRÜM Stadionda neçə 

min fiıtbolbazı; Neçə yüz min də telegörüm- 

 baxır; radioda qulaq asır (R.Rza); TELE­

VİZİYA Çay nəhre tərəf axan kimi maddi- 

ləşmiş, sərhədlenib qalıbsa, məcraya salın­

mış televiziya vaxtı qaçılmaz bir labüdlüklə 

saat yeddiyə doğru axın - düz saat 7.00-ə 

efirə çıxacaqdılar (Anar), 

tema bax mövzu 

temp bax sürət 

temperament bax ehtiras 1 

temperamentli bax ehtiraslı 1 

temperatur bax hərarət 1, 2

1. TENDER, MÜRACİƏT, TƏKLİF

2. tender bax müsabiqə 



ter bax xurcun

TERMİN  Bugünkü  Azərbaycan  dilində 

işlədilən terminlərin bir hissəsi də rus dilin­

dən, rus dili vasitəsilə başqa dillərdən gəlmiş­

dir...  (N.Məmmədov,  A.Axundov);  İSTİ- 



LAH Fars dilinin təsiri sayəsində türk isti- 

\  lahlarını  itirib,  fars  istilahlarım  işlətməyə 

ehtiyac olmuşuq (Ə.Haqverdiyev).




Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə