LüĞƏTDƏ gedəN İXTİsarlar



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə25/216
tarix21.10.2017
ölçüsü6,16 Mb.
#6308
1   ...   21   22   23   24   25   26   27   28   ...   216

birlikdə  işlədirdi  (A.Şaiq);  DİRRİK  (göy- 

göyərti, səbzəvat əkilən kiçik bostan) Yaz cüt­

ləri işləyir, holavarlar çağırılır, bəzi adamlar 

da öz dirrik yerlərində çalışırdı (S.Rəhimov); 

XIR  (dial.)  Zəmilər  işlənir,  toxum  səpilir; 

Qız, qadın əlləşib əkirlər m?- (M.S.Ordubadi).



BOSTANÇI  (bostançılıqla  məşğul  olan 

şəxs)  Bostançı  tez  öz  yerinə  çəkilib  durdu 

(A.Şaiq);  DİRRİKÇİ  [Fəxrəddin  bəy:] 

..cənab Fəxrəddin bəy də özü həmi bağban, 

həmi dirrikçi, həmi məktəbxanada müəllim... 

Pis ömür deyil... (N.Vəzirov).

1. BOŞ (içində heç bir şey olmayan) Boş 

torba  ilə  at  tutulmaz  (Ata.  sözü);  XALİ 



(kl.əd.)  Axırda  olub  həsrəti-didari-cəmali; 

Qal kisəsi xali (M.Ə.Sabir).

2. boş bax əbəs

3. boş bax bikar



4. boş bax mənasız 1

BOŞAMAQ (arvadından ayrılmaq) [Zin- 

yət Eyvaza:] Mən getmirəm, sen məni boşa­



malısan (B.Bayramov); DALINDAN DƏY­

MƏK  (fr.v.)  [Məcid  arvadına:]  Onu  bil ki, 

mən seni o uşaqlara görə saxlayıram. Yoxsa 

çoxdan dalından dəymişdim (H. Abbaszadə); 

KAĞIZINI VERMƏK (fr.v.) [Güllü:] Ka­

ğızımı  ver,  kəbinim  halal,  canım  azad 

(Ə.Haqverdiyev);  TALAĞINI  VERMƏK 

[Nobi:] Yox, Hacı, sen gel elə bu qızın tala­

ğını  ver,  başına  çevir,  tək  qızdır,  uşaqsız- 

zadsız (Ə.Haqverdiyev).



BOŞANMAQ [Kərim:] Heç ağlına gətir­

məzdi ki, Könül özü boşanmaq barədə mə­

sələ  qaldıra  (X.Hasilova);  AYRILMAQ 

(dan.) [Zinyot:] Tamam bir ay minnət elədi

gördüm ki, bəlkə de menə elə gəlirdi ayrıl­



maq  istəmir  (B.Bayramov);  KAĞIZINI 

ALMAQ (fr.v., dan.). 

boş-bikar bax bikar, işsiz 1 

boşboğaz bax 1. naqqal; 2. ağzıyırtıq 

boşboğazlıq bax 1. naqqallıq; 2. ağzıyır- 

tıqlıq


boş-boşuna bax 1. əbəs; 2. mənasız 1 

boşqab bax nimçə

Bostançı

58

BOTANİK, NƏBATATÇI, NƏBATAT- 

ŞUNAS (botanika mütəxəssisi) 

BOTANİKA, NƏBATAT (bitkilər haq­

qında elm)

I BOY (insanın, heyvanın və s.-nin bədən 

quruluşu)  Boyun  sürahidir,  bədənin  büllur; 

Gərdənin çəkilmiş minadan, Pəri (M.P.Va- 

qif); BAZBURUD (dan.) Yəhyanın dili gö­

dək olacaq, “Nə bilim” deyəcək, - bazburu- 



duna inandım (Mir Cəlal); BİÇİM [Bədir- 

cahan:]  ..bu  biçimdə  mən  ömrümdə  adam 

görməmişəm  (N.Vəzirov);  BOY-BUXUN 

Səməd...  Nadirin  boy-buxunuııa  baxırdı 

(B.Talıblı); ƏNDAM (kl.əd.) Bunların şirin 

ləhcələri...  mütənasib  əndamları  və  alıcı, 

xumar  gözləri  vardır  (M.S.Ordubadi); 

QAMƏT  Bahadır  ilkiydi  Rüstəm  kişinin; 

Qamətdə, cüssədə sanki özüydü (B.Vahab- 

zade);  QAVARA  (məh.)  [Hacı  Nuru  şair:] 

Əgər  qatırçılıq  etsəydin,  bu  qavara  və  zor 

ile  ildə  yüz  əlli  manata  pul  deməzdin 

(M.F.Axundzade); QƏDD Zorbadı hərçənd 

ki, qəddin sənin; Yox mənə tay olmağa həd­

din sənin (M.Ə.Sabir).

II boy bax fəsil 2 

boya bax rəng, boyaq 1

1. İBOYAQ, BOYA, RƏNG (bax)

2. boyaq bax ənlik 

boy-buxun bax boy I 

BÖY-BUXUNLU Bir enlikürək, boy-

bııxıtn! ıı oğlan iclası açdı (Mir Cəlal); BAZ- 

BURUDLU [Qulu:] Pulu götürüb belə xəsisə 

verir ki, sandığı doldurub gecə-gündüz keşi­

yini çekir və menim kimi bazbıırııdlu oğlanı 

da ona nökər edir... (S.S.Axundov); BOYLU 

[Kompozitor] boylu... bir adamla qarşılaşdı 

(İ.Əfəndiyev); BOYLU-BUXUNLU O [El­

dar] indi xeyli ciddi, bovlu-buxunlu bir oğlan 

olmuşdu (M.Hüseyn); ƏNDAMLI [Xavər] 

qızların üst-başına nəzər saldı, əndamlı xanım 

xalata oxşar, qırmızı güllü, sarı paltar gey­

mişdi (M.İbrahimov); QAMƏTLİ [İran qızı:] 

Balaca addım da irəli atanda ucaboyluqa­



mətli bir adamla üz-üzə gəlib heyrətə düş­

düm (M.İbrahimov); QƏDD-QAMƏTLİ



Bov-buxunlu


Dürdanə xanım yaşı altmışa yaxın qədd-qa- 

mətli  bir  arvad  idi  (Ə.Əbülhəsən); TƏNU- 

MƏND İki tərıumənd kişi qarşı-qarşıya da­

yanmışdı (B.Bayramov).



I boylu bax 1. boy-buxunlu; 2. uca 1

II boylu bax hamilə

BOYUN (başı badənə birləşdirən hissə) 

Fərid boynundakı qalstuku açdı, Qaragiləyə 

uzatdı  (M.İbrahimov);  BOĞAZ  [Həmzə:] 

Çox bədəbəd eləsa, sallam ipi boğazına, tul­

laram  quyuya  -  nə  dil  bilər,  nə  də  dodaq 

(C.Cabbarlı); GƏRDƏN (köhn.) Siyah zül­

fün dal gərdəndə hörəsən; Əl uzadıb, qönçə 

gülün dərəsən (Aşıq Ələsgər).



BOYUNARDI [Qapıçı] cavab vermədən 

qabaq ikiqat baş əyib, iki barmağı ilə boynu­

nun ardını qaşıdı. Boyunardı qaşımaq Rusi­

yada bir zəbani-haldır. Bunun mənası budur 

ki,  “buraya  gəlib-gedəndə  kasıb-kusubu 

unutma!” (Ə.Haqverdiyev); PEYSƏR [Mü- 

qim  bəy:]  Sözümün  ewəlincisi  budur  ki, 

mən sendən ötrü bizim əmioğlu Gəray deyi­

ləm  ki,  atılıb  mənim 

peysərimə  minəsən 

(S.Rəhimov); SÜYSÜN Elə bil onun süysü- 



nündən vurdular (Q.Xəlilov).

1. BOYUNBAĞI {zinət üçün muncuq və s. 

düzümü) [Feliçe:] Cavanşiro deyirdi ki, bizdə 

-  Azərbaycanda  adətdir  oğlan  sevgilisinə 

qızıl  şey  bağışlamalıdır;  üzük,  boyunbağı, 

sırğa, bilərzik.. (H Abbaszadə); GƏRDƏN- 



BƏND  [Bibixatutı:]  Bu  gərdənbəndi  boy­

nuna keçirt. Beh, bəh, nə gözəldir! (Ə.Haq- 

verdiyev);  GƏRDƏNLİK  [Nebi:]  Bir  ağ 

gün gönnədin mənə gələli; Nə gərdənlik tax­

dın, nə üzük taxdın (S.Rüstəm); HƏMAİL 

Ay qız, sənə mailəm; Boynunda həmailəm; 

Dost  payı  şirin  olar;  Hər  nə  versən  qailəm 

(Bayatı).

2. boyunbağı bax qalstuk

1. BOZ {rəng.) Tövləmizdə boz eşşəkdən 

başqa  bir  şeyimiz  qalmadı  (M.İbrahimov); 



KÜLRƏNGİ  qırmızı  lapar-lapar  gördüm; 

torpağı külrəngi (R.Rza).

2. BOZ Sarılır ağ mitilə boz dərə, çöllər, 

dağlar (A.Şaiq); ÇILPAQ (məc.) Bir-birinə



Boylu

söykənib  yastı,  çılpaq  təpələr  (B.Vahab- 

zadə); BİTKİSİZ.

3. BOZ, TUTQUN {dumanlı hava haq­

qında)

bozaraq bax bozumtul 

L BOZARMAQ, TUTQUNLAŞMAQ

(hava haqqında)

2. bozarmaq bax solmaq 

BOZARTMA (aşp. yemək növü) O, ... 

kəsilmiş toğlunun ətindən bozartma hazır­

lamaqda Pasıya kömək edirdi (S.Rehimov); 

BOZQOVURMA.

BOZBAŞ  (ət,  noxud,  kartof  ilə  bişirilən 

sulu  xörək)  Bir  gün  Məşədi  Məmmədliyə 

sifariş  elədim  ki,  cümə  axşamı  gələcəyəm 



bozbaş 

yeməyə 


(C.Məmmədquluzadə); 

ABGÜŞT  (köhn)  Məşədi  getdi  abgiiştü  öz 

əlində buğlana-buğlana gətirdi, çörək doğ­

radı, qarışdırdı və mənə “buyur” deyib tək­

lif etdi (C.Məmmədquluzadə); PİTİ [Məm­

məd:]  A  bacı,  kabab  var?  Piti  var?  (Ə.Qa- 

sımov).


bozqovurma bax bozartma 

bozlamaq bax ağlamaq 

bozumsov bax bozumtul 

bozumtraq bax bozumtul 

BOZUMTUL  [Rəhimzadənin]  üzündəki 

bozumtul  ləkələr  indi  daha  aydın  seçilirdi 

(M.Hüseyn);  BOZARAQ  Bozaraq  pərdə 

çox qalın olduğu üçün oturanlar çətin... se­

çilirdi (Ə.Əbülhəsən); BOZUMTRAQ Bir- 

birinə rəqib kəsilən və sönük piltənin bozum­

traq  alovunu  qucaqlamaq  istəyən  qısqanc 

pərvanələrin  son  dəstələri qırılır  ve  dəli  bir 

sevgiyə  qurban  verilirdi  (M.S.Ordubadi); 

BOZTƏHƏR,  BOZUMSOV. 

boztəhər bax bozumtul 

BÖHTAN (birinə ləkə yaxmaq üçün haq­

sız olaraq ona pis şey isnad etmə) Yalanları 

şişirdən, böhtanları artıran; Hiyləgər alçaq­

ların vardır çox sifətləri (M.Rahim); İFTİRA 

İnsaf elə bu qədər yalan macəra demə; Pey­

ğəmbərə, imana bu növ iftira demə (Ə.Qem- 

küsar);  ŞƏR  Orda  uzaq  olarsan  satqınların 



şərindən; Xəbis hiylələrindən... (M.Rahim).

Böhtan

59


Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə