LüĞƏTDƏ gedəN İXTİsarlar



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə33/216
tarix21.10.2017
ölçüsü6,16 Mb.
#6308
1   ...   29   30   31   32   33   34   35   36   ...   216

çak bax cırıq

çaqıl bax çınqıl

ÇAQQAL (zool.) Görmüşəm nüsxədə bir 

türfə  misal;  Əyyami-sabaqdə  bir  qurd,  bir 



çaqqal (Q.Zakir); ŞƏGAL (arx.) Qurd isə, 

şəğal isə biyabanda olurdu; Şəhr içrə bu hey­

vanlarına şükr, xudaya! (M.Ə.Sabir).



1.  ÇAL  Yorulmuş  idi,  yatırdı,  yataqda 

xəstə yağı; Qoca o çal başını dikdi bir qədər 

aşağı  (A.Şaiq);  AG    saçlı  arvad  sözünü 

qurtarmamış  Mina  xanım  top  kimi  açıldı 

(M.İbrahimov); AĞARMIŞ Yasəmən ərinin 

seyrək saçlarının çallaşmış və ağarmış tük­

lərini qarışdırırdı... (Ə.Veliyev); ÇALLAŞ­

MIŞ Qelemdar axırıncı cümlələri oxuyanda 

atası ellərini çallaşmış bığlarına çekib istehza 

ilə  gülümsündü  (Ə.İldınmoğlu);  QIR  Çal 

qış! Buyur, uyğur olsun! Qır saçlarını cinlər 

yolsun (Ə.Cavad).

2. ÇAL, BOZUMTUL (rəng.)

çalançı bax musiqiçi

ÇALBAŞ(LI) (saçı çal olan) [Etibar:] Üzr 

istəyirəm,  ağayi-müdir,  -  deyə  salam  verib 

arıq, uzun, çalbaş adama tərəf getmək istədi 

(F.Kərimzadə); AGBAŞ(LI) Ey zəka dün­

yasında doğan ağbaş sənətkar; İzin ver deyim 

sənə  ölməz  yoldaş  sənətkar!  (M.Rahim); 



AĞSAÇ(LI) ..minlərlə ürəklərin döyüntü­

sünə qulaq asmış, ağrısını sağaltmış, ağsaçlı 

alimlər belə çox zaman aciz qalırlar (M.İb­

rahimov);  ÇALSAÇ(LI)  [Cəlil]  ..pəncərə 

səmtində., çalsaçlı bir şəxsi oturmuş gördü 

(S.S.Axundov).



çaldıran bax sosyazan

1.  ÇALĞI  (həyət  süpürmək  iiçün  böyük 

süpürgə) Xidmətçi qadın əlindəki iri çalğı ilə 

küçəni təmizləyirdi (Ə.Qasımov); HƏYƏT 



SÜPÜRGƏSİ  Gülebətin  həyət  süpürgəsini 

yerə  qoyub,  ev  süpürgəsini,  xəkəndazı 

götürdü,  hacının  otağına  tərəf  yollandı 

(M.İbrahimov); SÜPÜRGƏ (bax).

2. çalğı bax musiqi

ÇALĞIÇI Çalğıçılar çaldılar, Ağca xa­

nım  da  oynamağa  başladı  (S.S.Axundov); 



SAZƏNDƏ (köhrı.) Xanəndə və sazəndələr

Çak

74

isə çalğı taqımını buraxıb bir tərəfə gedər­

lər (H.Cavid); MUSİQİÇİ (bax).

ÇALI Çadırımızın dörd bir yanı açıqlıq, 

çalılıq olduğundan toyuq cücələri ilə o açıq­

lıqda gəzişir, qurd-quş, çəyirtkə tutub yeyər

çalıların  altında  eşələnirdi  (A.Şaiq);  ƏN- 

CÜM  (kl.əd.)  Şaftalu  deyərdi:  Padişahəm; 

Fıstıq  ki;  Əncüm  içrə  şahəm  (Füzuli); 



KOL-KOS  Əsər  qalmamışdır  köhnə  kol- 

kosdan; Hər yer bağ-bağatdır, hər tərəf bos­

tan (R.Rza). 



çalışqan bax fəal, seyli 

çalışqanlıq bax fəallıq, səy 

çalışma bax tapşırıq 2

1. ÇALIŞMAQ [Azər:] Sən hər işdə bi­

rinci olmaq istəyirsən və çalışıb olursan da 

(A.Şaiq);  CANFƏŞANLIQ  ELƏMƏK 

(ETMƏK) [Nurcahan:] Sənə nə düşüb belə 

canfəşanlıq  eləyirsən?!  Meynənin  hamısını 

aşağı buraxın, onsuz da bir azdan böyüyüb 

yenə  ora  qalxacaq  (H.Abbaszadə);  SƏY 

ETMƏK (ELƏMƏK) Pirverdi bəy çox səy 

elədi,  amma  camaatı  bir  qaydaya  sala  bil­

mədi (C.Məmmədquluzadə).



2. çalışmaq bax işləmək 1 

çallaşmaq bax ağarmaq 2 

çalma bax əmmamə

I  ÇALMAQ (musiqi alətində səsləndir­

mək)  Mən  bir  aşiqəm  ki,  bu  çaldığım  saz; 

Dumanlı  dağlara  səs  salacaqdır  (Ə.Cavad); 



SƏSLƏNDİRMƏK Sən do alıb ələ bir qızıl 

rübab; İncə tellərini səsləndir, a qız! (M.Müş- 

fıq).

II  ÇALMAQ  [Əlikram  Gülüyə:]  İlanın 

quyruğunu  basdalayarsan, qayıdar baldırını 



çalar (B.Bayramov); DİŞLƏMƏK Hər kəs 

məndən səni yaman qandırsa; Ya eqıəb diş­



ləsin, ya ilan, Pərim! (Aşıq Abbas); SANC­

MAQ İlanın quyruğunu basmasan səni sanc­

maz (Ata. sözü); VURMAQ [Səadət xanım:] 

İlan vuran yatar, amma mənim yuxum gəl­

məz (N.Vəzirov).

III çalmaq bax biçmək 1

IV çalmaq bax oğurlamaq 

çalmalı bax əmmaməli

Çalmalı



çalsaç(lı) bax çalbaş(lı) 

ÇALSAQQAL(LI) (saqqalı çal olan) Bu 

vaxt tezece ayaq açmış totuq bir oğlan qabaq 

sıradan “baba, baba” deyə qıçı qıçına dolaşa- 

dolaşa Covanninin yanında əyləşən çalsaq- 



qallı,  motalpapaqlı  kişinin  üstünə  gəldi 

(H.Abbaszadə);  AĞSAQQAL  [Bayraməli 

bəy:] Belə torbiyət sahibləridirlər ki, ağsaq­

qal  atalan  gəlir  otağa,  birisi  kor  öküz  təki 

yıxılıb  taxtın  üstündə,  biri  də  əyləşib  xan­

zadə kimi... (N.Vəzirov). 

çanaq bax 1. ləyən; 2. qm 2 

çanaqlıbağa bax tısbağa

1.  ÇANTA  (məktəbli  sumkası)  [Xasay] 

məktəbdən evə gəlincə kitab çantasını yerin­

dən asıb həyətə qaçırdı (A.Şaiq); PORTFEL 

[Rəcəbin] başında qiymətli şlyapa, boynunda 

qalstuk,  elində  kitab  və  dəftərlə  dolu  bir 

portfel var idi (A.Şaiq).

2. ÇANTA, KİSƏ

L ÇAPAR Arslanın vəziri Şəmsəddin tə­

cili  çaparla  Təbrizə  belə  bir  məktub  gön­

dərdi..  (M.S.Ordubadi);  QASİD,  ELÇİ 

(nıəc.) [Cavahir xatun:] O, Cavanşirin elçi­

sidir. Çox keçmədi Cavanşirin qasidi özünü 

yetirdi (M.Hüseyn).



2. çapar bax atlı 

çapçı bax metbeəçi 

çapxana bax mətbəə 

çapqınçı bax soyğunçu

1. ÇAPMAQ (atı iti sürmək) Çapır qızıl 

atlılar,  öndə  o  gənc  qəhrəman  (Ə.Cəmil); 



SƏYİRTMƏK  Atını  dördnala  səyirdərək 

mən;  Nəhayət,  Boz  dağa  gəlib  yetişdim 

(H.Hüseynzadə).

2. çapmaq bax talamaq 

çapovul bax soyğunçuluq 

çar bax padşah 

çardaq bax talvar

çarə bax 1. müalicə; 2. tədbir 

çarəsiz bax L əlacsız 1; 2. sağalmaz 

çargül bax dördkünc(lü) 

çarhovuz bax hovuz 

çarx bax təkər 

çarizm bax padşahlıq

Çalsaç(lı)

ÇARQAT (qadın baş örtüyü) Selmə xa­

nım  qızın  donundan  dartıb  yerə  oturtdu  və 

başındakı çarqatı da aldı, altına qoyub oturdu 

(M.S.Ordubadi);  SƏRƏNDAZ  (köhn.)  Sə- 



rəndaz pozula, bəzək dağıla; Əfşan ola siyah 

tellər, açıla (Q.Zakir). 



çarlıq bax padşahlıq 

çar-naçar bax əlacsız 1 

ÇARPAYI  Cövdətin  qəzəblə  vurduğu 

şillo Qulamı çarpayıdan yerə yıxdı (H.Abbas­

zadə); KROVAT (dan) Doktor əyləşib Rza- 

quluxanın krovatının qarşısında boş bir sən­

dəldə Münəvvərin başına əl çəkir (M.S.Or­

dubadi); QARAYOLA (arx.) [Sitarə:] Qara- 



volada uzanıb gözlərim bir nöqtəyə dikilmiş 

olduğu halda onu düşünür, onunla qovuşur, 

onunla  sevişirdim  (A.Şaiq);  TAXT  (taxta 

çarpayı,  köhn.)  Əli  çörək  yeyəndən  sonra 

taxtın üstündə uzandı... (M.Hüseyn).

çarpışmaq bax 

1

vuruşmaq 



1



2. dalaş­

maq


ÇARSU (iki tərəfi dükan olan üstüörtülü 

və ya açıq bazar) Men üz qoydum bazara 

tərəf, xəyalımda qoymuşdum gedəm düz 

baqqal çarsusuna və buzu alam gətirəm 

(C.Məmmədquluzadə); RASTA (köhn.) 



(dükanlar sırası) Buzu aldım əlimə və sərin 

baqqal rastasındarı çıxdım günün qabağına 

(C.Məmmedquluzadə); ÇARŞI. 

çarşab bax çadra 

çarşablı bax çadralı 

çarşabsız bax çadrasız 

çarşı bax bazar I, çarsu 

çaş bax 1. çaşbaş; 2. çəpgöz(lü) 

ÇAŞBAŞ, ÇAŞ, ÇAŞQIN, DOLAŞIQ, 

QARIŞIQ

ÇAŞDIRMAQ  Uşaqlar  hamı  him-cimlə 

onu başa salmaq istəyən yerdə daha da çaş­



dırmışdılar  (M.İbrahimov);  KARIXDIR­

MAQ [Fəridə:] Küçədən tapdım. Yağış isla­

dıb karıxdırmışdı (M.İbrahimov); QARIX- 



DIRMAQ [Həsən bəy:] Xam uşaqdır, teatr 

görməyib,  o  yazıq  hürkür,  siz  de  onu  lap 



karıxdırırsınız (H.Sarabski).

Çaşdırmaq

75


Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə