LüĞƏTDƏ gedəN İXTİsarlar


CURULDAMAQ (qarın haqqında) Öküz  inildəməkdən qamı curuldayır (Ə.Vəliyev);  QURULDAMAQ



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə32/216
tarix21.10.2017
ölçüsü6,16 Mb.
#6308
1   ...   28   29   30   31   32   33   34   35   ...   216

CURULDAMAQ (qarın haqqında) Öküz 

inildəməkdən qamı curuldayır (Ə.Vəliyev); 



QURULDAMAQ Acından Həmidin qamı 

qııruldavır (H. Abbaszadə), 

cübbə bax xələt 1

CÜCƏRMƏK (ağacların, otlamı yenicə 

göyərməsi) Skamyanın bir küncündən kör­

pəcə çayır cücərmişdi (Ə.Kərim); DİŞƏR- 



MƏK Dağlar, çöllər dişərdi; Novruzgülü 

göyərdi (A.Səhhət). 



cücü bax həşərat 

cümhuriyyət bax respublika 

cümlə bax hamı 1; bütün 1 

cümlətani bax vur-tut 

cünbüş bax kef 1 

cünun bax dəli 1 

cünunluq bax dəlilik 

cür bax növ 1

CÜRBƏCÜR  Mədinəyə  xoş  gəlmək, 

Mədinəni  razı  salmaq  həvəsi  daima  kişinin 

fikrini  oynadır,  cürbəcür  hərəkətlərə  sövq 

edirdi (M.İbrahimov); DÜRLÜ Pisliyə həm 



dürlü cəzalar olar (A.Səhhət); ƏNVA (köhn.) 

Nökər Səfi stolun üstünə boşqablar və ənva 

moşmbat düzür (Ə.Haqverdiyev); MÜXTƏ­

LİF Xörəklər müxtəlif, şərablar rəngbərəng; 

Zəncinin, həbəşin qanıdır onlar (S.Vurğun); 



NÖVBƏNÖV [Qiyas:] Hamıdan qabaq Ağa- 

rəfı peyda olur; onun hər iki qoluna dirsəyin­

dən bileyinecen saatlar bağlanıb, ciblərindən, 

kəmərindən  də  növbənöv  saatlar  sallanıb 

(Anar);  NÖV-NÖV  Kitab  da  növ-növdür 

insanlar kimi; Bedsifət, acıdil olur bir çoxu 

(S.Vurğun);  RƏNGARƏNG  Pişxidmətlər

Guruldamaq

rəngarəng taamlar hazır etdilər (M.F. Axund- 

zade).


cürdək bax bardaq 

cürcənə(k) bax yapıncı 

cürət bax cəsarət 

cürətli bax cəsarətli 

cürətsiz bax cəsarətsiz 

cürm bax günah

I CÜT Çox güvənmə gel özünə; Mil sala­

ram cüt gözünə; Bir damcı qan əvəzinə; Qoç 

Koroğlu min qan elər (M.Rahim); CİFT [Be- 

dircahan bəyim:] Onda izin ver sifariş eləyim 

Hacı Osmana, bir 

cift qoç göndərsin, bir cift 

qara köpək, iki də qızmış nər (Ə.Haqverdi- 

yev); İKİ Suğra səssizcə yatır, bir cüt kişi ilə 

iki  arvad  söz  güləşdirdilər...  (Ə.Vəliyev); 

QOŞA Sərf edəydim yar yolunda qoşa mən! 

Çevriləydim bir qanadlı quşa mən (M.Rahim).



II cüt bax xış 

cütavazh bax diftonq 

cütçü bax əkinçi 

cütçülük bax əkinçilik 1 

CÜTDIRNAQ(LI) (zool.), İKİDIR-

NAQ(LI), QOŞADIRNAQ(LI) 

cütqabağı bax başlıq 1 

cüvəllağı bax hiyləgər 

CÜYÜR (zool.) Gəlir qulağına bayaqdan 

bəri; Ceyranın, cüyürün ayaq izləri (B.Va­

habzadə); ƏYLİK.

CÜZ (din.) Quranın bir cüzünü də əmma- 

məsiz  mollacıqdan  istədim  və  açdım,  baş­

ladım 

oxumağa 


(C.Məmmədquluzadə); 

HİSSƏ  Həmin  surəni  oxudum  və  Quranın 

hissəsini öpdüm.. (C.Məmmədquluzadə). 

cüzi bax azacıq

Cüzi

72



Çç

çadır bax alaçıq

ÇADRA  (köhn.)  (baş  örtüyü)  [Gülüş:] 

Onun kölgəsi bu qara çadradır, o sənin ba­

şında durduqca, sən yazıq olacaqsan (C.Cab- 

barlı); ÇARŞAB (köhn.) Beziniz də çarşabı 

yandırıb sevindiniz; Fəqət bunu başında da­

şıyan daha çox var (M.Müşfiq).



ÇADRALI (çadra ilə örtülmüş) Çadranın 

əleyhinə,  yeni  əlifbanın  lehinə  barmağını 

qaldırar, arvadı [Əliqulunun arvadı] həmişə 

çadralı (Qantemir); ÇARŞABLI Məscid do­

lusu savadsız, çarşablı müsəlman qadınları 

hamısı oruc imişlər (C.Məmmedquluzadə).

ÇADRASIZ  (çadra  ilə  bürünməyən) 

Zəhra çadrasız, qapıdan çıxıb hara isə yol­

landı  (M.İbrahimov);  ÇARŞABSIZ  Onlar 

rəsmi olaraq evləndikləri müsəlman qadın­

larma  bir  kəniz kimi  baxır, onları  hamıdan 

gizlədir,  çarşab  altında  gəzdirir,  çarşabsız 

gəzməyi  böyük  həqarət  sayır,  digər  tərəf­

dən qıraqda başqa arvad saxlayır, günlərini 

saxlanclarla keçirirdilər (A.Şaiq).

I ÇAĞ Kölgədə keçmişdir uşaqlıq çağım 

(S.Rüstəm); DÖVRAN Xoşbəxt bir dövra­



nın övladıyıq biz (Ə.Cəmil); SAAT [Cava­

dın] dərələrdən quzuqulağı yığıb yediyi saat­



lar gözləri qabağında canlandı (Ə.Vəliyev); 

VAXT Vaxt bir vaxt idi ki, şəhərlərdə mək­

təb  az  tapılırdı  (N.Nərimanov);  ZAMAN 

[Əziz bəy:] indi ki vüslət zamanı yaxınlaşıb, 

arzuma çatmaq ümmidilə xəyalımı xoş edib 

aram tutmuşam.. (M.F.Axundzadə).

II cağ bax sağlam

ÇAĞA  (körpə  uşaq)  Gəlinlər,  qocalar, 

qızlar, qarılar; Beşikdə çağalar, ömrü yarı­

lar (S.Vurğun); BƏBƏ (dan.) Qundaqda ikən 

bir  qızı  ad  eyləmişəm  mən;  Nazlı  bəbədən 

könlümü  şad  eyləmişəm  mən  (M.S.Ordu- 

badi); BƏBƏK (köhn.) O gözəl sevimli, ol 

nurlu bəbək; Yuxusundan oyanar əsnəyərək 

(A.Səhhet); KÖRPƏ Əlində körpəni oynadır 

qarı;  Göstərir  uzanan dilsiz  yollan  (S.Vur­

Çadır

ğun); QUNDAQ (dial.) [Ağa Mərdan:] Hacı 

Qafurun qapısından ötəndə gördük durubdur, 

qucağında  bir  qundaq  (M.F.Axundzadə); 



MÖVLUD  (köhn.)  Qazi  dua  oxuyub,  əlini 

uşağın alnına çəkəndən və tezə mövludi təb­

rik edəndən sonra irəli gəlib uşağı Atabəyin 

qucağına  verdi...  (M.S.Ordubadi);  SÜD­



ƏMƏR  ..Allahın  nəzərini  “cəlb”  etmək 

üçün o günü südəmər uşaqlara süd vermək­

dən analar “mən” olmuşdu (Çəmənzəminli); 

TİFİL  (dan.)  [Salman  bəy:]  Əstəğfürullah 

eyləyin,  gedin  işinizin  dalınca bəs o biçarə 



tifillər necə olacaqlar (N.Vəzirov).

çağdaş bax müasir

1. ÇAĞIRMAQ Artıq eyvanda olan xanım 

Güləbətini çağırdı (M.İbrahimov); HARAY­



LAMAQ  [Lütfı  Məsimov:]  Kimsə  həyət­

dəki köpəkdən qorxub içəri girmədən hasa­

rın dalından məni harayladı (H.Abbaszade); 

SƏSLƏMƏK  Qəfildən,  kimsə  yavaşcadan 

Səflər  dayını  səslədi  (Anar);  ÜNLƏMƏK 



(kl.əd.)  Ünnədim,  ünnədim  ünüm  çatmadı; 

Dönüb geri xoş ixtilat çatmadı (Aşıq Əhməd).



2. ÇAĞIRMAQ Qış tətilinə gələn bacısı 

qızı Zərifəni Qafar qonaq çağırmışdı (Ə.Əbül- 

həsən);  DƏVƏT  ETMƏK  ..qonaqlıqlar 

düzəldirdilər və tamam şəhərin axundlannı, 

tacirlərini dəvət edib, xörəkdən sonra orta­

lığa  bir  dini  mübahisə  salardılar...  (Ə.Haq- 

verdiyev).

ÇAXIR (içki növü) [Dilbər xanım:] Çaxır 

içmisən,  yoxsa  qarğa  beyni  yemisən,  məni 

evdən qovursan? (N.Vəzirov); BADƏ (şair.) 

Könül, meyxanə cənnət, badə kövsər, saqi­

dir  qılman;  Gedib  vaiz  deyən  nisyə  sözə 

ümidvar  olma  (S.Ə.Şirvani);  MEY  (şair.) 

Saqiya,  mən  ta  əzəldən  düşmənəm  serxoş- 

luğa; Mey içib uçmaq nədir bilməz bu kön­

lüm boşluğa (S.Rüstəm); PEYMANƏ (kl.əd., 

məc.)  ..İçilir  hər  yerdə  peymanə,  gəlsin 

(Q.Zakir);  SƏHBA  (məc.,  arx.)  Məstlikdir 

səbəbi-hürməti gər səhbanın.. (S.Ə.Şirvani); 

ŞƏRAB Gəlin şərab içib məst olmayaq biz; 

Məst olaq mənalı düşüncələrdən (B. Vahab­

zadə).

Çaxır

73



Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə