LüĞƏTDƏ gedəN İXTİsarlar



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə34/216
tarix21.10.2017
ölçüsü6,16 Mb.
#6308
1   ...   30   31   32   33   34   35   36   37   ...   216

ÇAŞMAQ  Axı  İlyas  kişidən  də  gənc  ve 

qüvvətli adamlar olub ki, cəld, zirək ve tən­

bəl hərəkət edən ayıya rast gələndə özlərini 

itiriblər,  çaşıblar  (M.İbrahimov);  BAŞINI 



İTİRMƏK (fr.v.) [İbişli:] Başımı itirmişəm. 

Öz adım yadımdan çıxıb (Anar); BUYUX- 



MAQ  Vahid,  düşün,  öz  qədrini,  çox  olma 

meyalud; Axır rohi-meyxanədə bir gün bu- 



yuxarsaıı (Ə.Vahid); DURUXMAQ Hüseyn 

duruxdu,  nə  cavab  vermək  lazım  gəldiyini 

bilmədi (S.Rəhman); KARIXMAQ, ÖZÜNÜ 



İTİRMƏK [Namiq:] Mən lap karıxmışam, 

ata, öziimii itirmişdim (Anar); QARIXMAQ 

[Yasavul:]  Mən  kürənin  boynundan  tutub 

təntitməsəydim,  bəlkə  kürən  qarıxmazdı.. 

(S.Rəhimov);  YANILMAQ  Elsevər  qəti 

qərar  verdi,  amma  o,  yamanca  yanılırdı... 

(Ə.Qasımov).

ÇATDIRMAQ  [Rəşid;]  Kəndin  ətirli 

meyvəsini şəhərə, şəhərin maşınını, al-əlvan 

parçasını  kəndə 

çatdırıram  (M.İbrahimov); 

VARDIRMAQ,  VASİL  ETMƏK  Müjdə 

ki,  muradım  oldu  hasil;  Meqsudə  səni  haq 



etdi vasil (Füzuli); YETİRMƏK Saçı uzun 

Suray  xanım;  Boynu  uzun  Buray  xanım; 

Düşübdür su çuxuruna; Tez özünü yetir ona 

(A.Şaiq).



ÇATLAMAQ,  ARALANMAQ,  AY­

RILMAQ

I 1. ÇATMAQ (nəzərdə tutulan yerə ge­

dib çatmaq) Onlar söhbət eləyə-eləyə təzəcə 

gəlib evə çatmışdılar ki, qapının zəngi çalındı 

(Ə.Qasımov);  HAQLAMAQ  (tez  çatmaq) 

Dönüb  qaçmaq  istədi  girən  kimi  o  meni; 

Mənsə  macal  verməyib  tez  haqladım  düş­

məni (B.Vahabzadə); VARİD OLMAQ Gü­

nəş  dağlar  arasına  keçərək  qayib  olduqda 

mən də şəhərə varid oldum (S.S.Axundov); 



VARMAQ  (köhn.)  Səba,  əhvalımı  bir-bir; 

Varıb  ol  yarə  ərz  eylə...  (M.V.Vidadi); 

VASİL  OLMAQ  Daha  başqaları  həqiqətə 

vasil  olmadan  bütün  sərf  edilən  təlaşları 

mənfəətsiz görür (M.S.Ordubadi); VÜSUL 



OLMAQ [Nəcəf bəy:] (məktubu oxuyur)

Çaşmaq

76

Bəradərim  Nəcəf!  Kağız  yazıb  Cavadnan 

göndərmişdin,  gəldi  vüsul  oldu  (Ə.Haq- 

verdiyev);  YETİŞMƏK  [Zeynal;]  Həmin 

vaxtda ikimiz də ora yetişdik (B.Bayramov). 

2. çatmaq bax qovuşmaq 1 

II çatmaq bax 1. yükləmək; 2. alışdırmaq 

ÇAY (axar su) Gecə güclü yağış yağdı­

ğına görə çayda su çox idi (S.S.Axundov); 



İRMAQ Siz ey könlüm kimi coşan irmaqlar; 

Günahsız göz yaşım sel kimi axır (S.Rüstem); 



NƏHR (kl.əd.) Kür nəhri təbii halında axdığı 

zaman tam ortasında kiçik bir adacıq görü­

nürdü (A.Şaiq). 

çaybaşı bax mənbə 1

1. ÇAYDAN (çay qaynatmaq və dəmlə­

mək üçiin qab) Piri kişi də süfrəni salıb pen­

dir, çörək və yağ qoydu, sonra çaydandan iki 

fincan çay töküb süfrəyə qoydu (S.S.Axun­

dov); ÇAYNİK [Xurşid:] Gülsabah da qapır 

qaynar  çayniki,  bir  dənə  qızın  təpəsinə 

(C.Cabbarİı).

2. çaydan bax çayqabı

ÇAYQABI, ÇAYDAN (quru çayı saxla­

maq üçün qutu) 

çaynik bax çaydan 1 

çervon bax onluq

ÇEŞİD  Abico,  şampan,  araq,  hər  çeşid 

nazü  nemət;  Ürəyində  qəzəb,  kin  baxırsan 

həsrət-həsrət  (M.Rahim);  NÖV  Məsələn, 

biyan, cır, nar, acı yovşan, sumaq... dazıotu, 

razyana,  qaraqınıq,  qatırquyruğu,  yemişan 

və s. kimi mühüm derman bitki növləri daha 

geniş  yayılmışdı  (İ.Dəmirov);  ASSORTİ- 

MENT Aptekdə olan dərman assortimenti- 

nin, demək olar ki, 40 faizini dərman bitki­

ləri təşkil edir (Əliyev); CİNS (bax). 



çeşm bax göz 

çeşmə bax bulaq

ÇEŞMƏK Mahmud bəy çeşməyi masanın 

üstündə  görməyib,  güman  edir  ki,  Əhməd 

bəy  çeşməyi  səhvən  özü  ilə  aparmış  ola 

(Ə.Haqverdiyev); EYNƏK Matros eynəyi­

nin altından onu süzərək çox soyuq salam­

laşdı (H.Abbaszadə); GÖZLÜK [Kişi] göz-



Çeşmək


Çeşməkli

lərinə qara rəngli bir gözlük taxırdı (S.Hü­

seyn); PENSNE (qulpsuz eynək) “Van” de­

dikdə araba yırğalanıb rəfiqimin pensnesini 

yerə atır.. (S.S.Axundov).

ÇEŞMƏKLİ  (çeşmək  taxmış)  Adamlar 

otaqlarda  yerbəyer  olandan  sonra  çeşməkli 

bir  müəllim  cavanların  hamısının  imtahan 

vərəqini alır.. (Mir Cəlal); EYNƏKLİ Ey­



nəkli  qoca  qılıncı  götürüb  söylənə-söylənə 

getdi  (H.Abbaszadə);  GÖZLÜKLÜ  Mən 

sükut içində baxıram sənin; Gözliiklü gözünə, 

ensiz alnına (X.Rza). 



çeşni bax naxış

1. ÇEVİK O [Şubay] qısaboylu, yumru, 

kiçik sifətli, iti gözlü, hər kəsi heyrətdə bura­

xan çevik bir gənc idi (M.Hüseyn); CƏLD 

Axı İlyas kişidən de gənc və qüvvətli adam­

lar olub ki, cəld, zirək və tənbəl hərəkət edən 

ayıya rast gələnde özlərini itiriblər, çaşıblar 

(M.İbrahimov); GÜMRAH Partizanlıq Ana- 

tolini  gümrah  etmişdi  (Ə.Veliyev);  QIV­



RAQ  [Qəhrəman  yüzbaşı:]  Əziz  atı  döy, 

sənin atın qıvraqdır (C.Memmədquluzade); 



ZİRƏK (bax).

2. çevik bax yeyin 

çeviklik bax zirəklik 

çevrilmək bax dönmək 1

I ÇƏKİ [Molla:] Çəki ilə alman şeyi çəki 

ilə do yeyərlər (M.N.lət.); VƏZN [Səlimə:] 

Elə bil ki, mən vəzni olmayan, üfürsən uçub 

gedəcək  boş  bir  şeyəm...  (İ.Əfendiyev); 



AĞIRLIQ, MİZAN.

II  ÇƏKİ  (balıq  növü),  ÇƏKİBALIĞI, 

SAZAN.

çəkibalığı bax çəki II 

çəkingən bax qorxaq 

çəkinmək bax 1. qorxmaq; 2. utanmaq 

ÇƏKMƏÇİ Çəkməçi gözlüyün üstündən 

Həsənə baxdı ve gülümsünərək salamım aldı; 

yer göstərdi (Çəmənzəminli); BAŞMAQÇI 

Başmaqçı usta Ağabala Veylabad şəhərində 

beş kişinin biri idi (Çəmənzəminli); KƏFŞ- 



DUZ (arx.) Usta Ağabala kəfşduz bir impe­

rial ve iki cüt başmaq verdi (Çəmənzəminli).



Çəllək

1. ÇƏKMƏK (müəyyən bir əşyanın ağır­

lığını vəs.) Molla bazardan şaftalı alıb gəti­

rir,  misqal-tərəzinin  qabağına  qoyub  şafta­

lıları  birco-bircə  çəkib  yeyir  (M.N.lət.); 

VƏZNLƏMƏK  Məmur  vəznləyib  balağı, 

dərhal;  Yönəldi  evinə  eləyib  xəyal  (M.Ra- 

him).

2. ÇƏKMƏK (şəkil, rəsm və s.) [Rəhgü- 



zar:] Yox, özünçün çəkməkdən bir şey çıx­

maz, Elməddin. Xalq üçün çəkmək lazımdır, 

qardaşım  (Ə.Hacızado);  RƏSM  ETMƏK 

[Elməddin]  qələmi  götürüb  ağ  səhifə  üzə­

rində təsəvvüründə canlandırdığı bağanı rəsm 

etdi, boynuna bir qalstuk taxdı (Ə.Hacızado).

3. ÇƏKMƏK (papiros) Bəxtiyar qabaqda 

quş  kimi  səkir;  Murad  bir  tərəfdə  papiros 



çəkir  (S.Vurğun);  FISQIRTMAQ  (dan.) 

Belçikaya tərəf hərəkət edən qatarın bir ku­

pesində  “Pari-Midi”  müxbiri  Müsyö  Çujon 

və İngiltərə qəzetlərindən “Yorkşayer Yunk 

nyus” müxbiri mister Leyton biri siqara və o 

biri çubuq fısqırdaraq Şuralar mətbuatından 

qızğın surətdə bəhs edirlərdi (S.S.Axundov).

4. çəkmək bax dartmaq

5. çəkmək bax oxşamaq I

çələb bax Allah 1



L  ÇƏLƏNG  (hökmdarların  başlarına 

qovduqları bəzəkli tac) Bircə gün də unut­

madım əsla sizi mən; Çələng hördüm başı­

nıza şeir gülündən (M.Rahim); TAC Yuxu­

sunda gördü o bar gətirib ağaclar; Yanındakı 

yarıdır;  Başlarında  çiçəkdən  hörülmə  təzə 

taclar (M.Rahim).

2. çələng bax əklil



çəlik bax əsa

çəlimsiz bax arıq

ÇƏLLƏK  [Momiş:]  Paxmeləm  sən  öl, 

başım boşalmış çəlləyə dönüb (B.Bayramov); 



BOÇKA  Məgər  bir  boçka  su  əlli  iki  nəfər 

fəhləyə azdır? (C.Məmmədquluzadə); ÇƏN 

[Fatma:]  Motor  qoyun,  çən  qoyun  vursun 

yuxarı, işlədin (M.İbrahimov); FIÇ (köhn.) 

Bazarın başına getdim, iki boş neft fçı yük­

lənmiş  bir  ağ  araba  gedirdi,  altı  şahı  verib 

mindim (Çəmənzəminli); GOD (məh.) Həsən

77



Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə