LüĞƏTDƏ gedəN İXTİsarlar



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə36/216
tarix21.10.2017
ölçüsü6,16 Mb.
#6308
1   ...   32   33   34   35   36   37   38   39   ...   216

Çılpaq

1. ÇILPAQ  Hər  gecə  də  Beyrək  qılıncı 

divardan götürüb sıyırır, çılpaq qızla öz ara­

sına  qoyurdu  (Anar);  ANADANGƏLMƏ 

(tamam çılpaq) (məc.) [Fatmansa:] Lap lüt, 

anadangəlmə (C.Cabbarlı); ARİ (arx.) Səfil­

lər kimi Əşcar ari (M.Hadi); ÇIL-ÇILPAQ 



(tamamilə lüt) ..qızlarını çıl-çılpaq oynadan­

lar (R.Rza); LİBASSIZ Həqiqətən bir seyid 

qızı haman günü məşədinin evində libassız 

əyləşibmiş,  o  da  məşədinin  öz  arvadı  imiş 

(Ə.Haqverdiyev);  LÜT  (tamam  çılpaq) 

[Adilə:] Bilmirəm niyə özünə əziyyət verir, 

belə  havada  lap  lüt  də  gəzə  bilər  (M.İbra- 

himov);  ÜRYAN  Baxıb  üryan  şəklinə; 

Utanmayırmı ata? (M.Rahim); PALTARSIZ 

[Oqtay:] İstəyirsən soyun, sənə paltarsız ba­

xım (C.Cabbarlı); YALIN (əsasən ayaq haq­

qında) [Firəngiz:] Bəs, ayağın niyə yalındır, 

Köçəri? (B.Bayramov).

2. çılpaq bax yoxsul

3. çılpaq bax yarpaqsız



4. çılpaq bax boz 2 

çımxırmaq bax çəmkirmək

ÇINQIL (xırda daş) ..at çınqıllar üzərində 

büdrəyə-büdrəyə qalxırdı (S.Rəhimov); 



ÇAQIL Çaqıl daşlı çayları; Çapayev çapa- 

çapa (S.Rüstəm). 



çınqınq bax zəng 1

ÇIRAQ Hava qaraldıqdan sonra pristavm 

otaqlarında çıraqlar yandırdılar və qonaqlar 

məşğul oldular kart oynamağa (C.Memməd- 

quluzadə); LAMPA Rəfiqim üçüncü dəfə 



lampanı söndürüb yerinə girdi (S.S.Axundov). 

çırpınmaq bax döyünmək 

çırpışdırmaq bax oğurlamaq 

çırpmaq bax döyünmək 

çırtlamaq bax çıxmaq 1 

çırtmaq bax çıxmaq 1 

çibin bax milçək

ÇİÇƏK, GÜL Mən də heyran-heyran ba­

xıram bu dəm; Çağırır düzlərin çiçəyi, giilii, 

Bilirsən heç səndə kimi görürəm? Göy gölü 

görürəm, ay İlmen gölü! (N.Xəzri); XƏN­



DAN (kl.əd.) Qönçə dohani çəməndə xən­

dan; Gülməkdən ənar açıldı dondan (Xətayi);

80

Çimir



ŞÜKUFƏ  (kl.əd.)  Bəzəklənir,  düzoklənir, 

bağın fəzası rənglənir; Yaşıllanır, həm alla­

nır, şükufələr çiçəklənir (A.Səhhet).

1.  ÇİÇƏKLƏ(N)MƏK  (gül  haqqında) 

[Qəndab:]  Ağaclar  çiçəklənməyə  başladı 

(B.Bayramov); Bu günədək qış paltarından 

çıxmaq olmur, ağaclar çiçəklənir, bülbüllər 

oxumur (N.Nərimanov); AÇILMAQ Gül ilə 

homzoban  olubdu  bülbül;  Açılıb  bənəfşə, 

yasəmən,  sünbül  (Q.Zakir).  ÇİÇƏK  AÇ­

MAQ [Qəndab:] Alçamız çiçək açdı (B.Bay- 

ramov);  GÜL  AÇMAQ  Bizini  həyətdə 

qaysı, alma və armud ağacları gül açmışdı 

(M.İbrahimov); GÜLLƏNMƏK [Südabənin 

anası:] Yəqin indi oralarda badam güllənir, 

hə?.. (M.İbrahimov); ŞÜKUFƏLƏNMƏK 



Şükufələnmiş  güllər  nəsimin  dəyməsindən 

enib-qalxdıqca Gülsümün vidasına cavabən 

“Get, Allah seni xoşbəxt eləsin!”- deyirdi­

lər (Ə.Haqverdiyev).

2.  ÇİÇƏKLƏ(N)MƏK  Dostusunuz  ilk 

baharın; Çiçəklənən bu diyann (S.Rüstəm); 



TƏRƏQQİ  ETMƏK  [Mirzə  Mehdi  xan:] 

Bunun çalışdığı odur ki, qüvvətlənsin, millət 

ayılsın, Vətən tərəqqi etsin (N.Nərimanov); 

İNKİŞAF ETMƏK (ELƏMƏK).

çiçəklik bax gülüstan

ÇİL Mənə xınalı, ayağına ağ sarıq bağlan­

mış çil kəklik lazımdır (Ə.Vəliyev); XALLI 

Həmin  xallı  ilan  gözümdən  uzaqlaşmırdı 

(Ə.Vəliyev).



çil-çıraq bax qəndil

ÇİLƏMƏK [Qız] hisli lampanın neftini 

bədəninə çiləyib özünü yandırdı (VLHüseyn); 



SƏPMƏK [Ömərin] qüvvətli səslə: “hücum 

yoxdur,  manevr  yapırıq”  -  deməsi  qaçmış 

bənizlərə qan səpdi (Çəmənzəminli).

çimçişmək  bax  1.  iyrənmək;  2. səksən­

mək


ÇİMƏRLİK Bilgəh istirahət evinin qaba­

ğındakı çimərlikdə xeyli adam vardı (H.Ab­

baszadə); PLYAJ [Ramiz:] Müəllimə, Fəridə 

heç  plyaja  getməyindən  demədi  (M.İbra­

himov).

çimir bax yuxu 1



Çimmək

ÇİMMƏK Girdik suya sevincək; Çimdik, 

quma uzandıq; Atam söylədi, gedək; Bəsdir 

günəşdə yandıq (N.Xəzri); QÜSL ETMƏK 

(ELƏMƏK)  (din.)  Kişi  məsələsindən  arif 

idi. Qüsl etdikdə bədəninin hər bir yerinə su 

dəyməsini bilirdi (Çəmənzəminli); YIXAN- 

MAQ (vüngülvari çimmək) Dəniz kimi çal­

xandım;  Şəfəqlərdə  yıxandım;  Al  günəşlə 

əl-ələ;  Çıxdıq  ordan  sahilə  (A.Şaiq);  YU­

YUNMAQ  Rəfıqim  yuyunub,  camaşırım 

dəyişincə,  yeddi  qardaş  anaları  ilə  bərabər 

onun  otağını  döşəyib,  purjunlu  çarpayısını 

qururlar... (S.S.Axundov).



I ÇİN, ORAQ (ot, zəmi və s. biçmək üçün 

alət:  çin  dişli,  oraq  dişsiz  olur)  Çini  yaxşı 

kəsəndə, zəmi dolaşıqsız olanda kişinin kefi 

göynən gedərdi (Q.Xəlilov); ORAQ Bir gün 

biçinin  vaxtı  çatar,  onda  oraqlar;  Qalxıb- 

enərək tarlada şimşək kimi parlar (A.Şaiq).

II çin bax doğru 1

III çin bax rütbə 1 

çinovnik bax məmur I

1.  ÇİRK  [Tağı:]  Bəradər,  mən  deyəndə 

ki, Nikolay padşah çox zalım idi, onun za­

manında  dədəm  yazığın  köynəyinin  boynu 

barmaq  qalınlığında  çirk bağlamışdı, siz nə 

dedüz (M.İbrahimov); KİR Biri der. Ne gö­

zəl  pudra,  boya;  Şu  gözəllik  kir  olur  girsə 

suya (H.Cavid).

2. çirk bax irin



çirkin bax 1. eybəcər; 2. çirkli; 3. murdar 1 

çirkli

  Necə  təmiz  yuyursa  çirkli  köy­

nəyimizi; Anamız “uşağına cücü dəyməsin” 

deyə... (S.Rüstəm); ÇİRKİN [Fərhad:] To­

xundurma  o  faxir  libasını  menim  bu  çirkin 

paltarıma,  çirklənər  (C.Cabbarlı);  KİRLİ 

[Feyzinin] kirli, dizi yamaqlı şalvarı, boynu, 

yaxası getmiş bir üst köynəyi, tükü seyrəl­

miş qulaqlı papağı onu yöndəmsiz göstərirdi 

(B.Bayramov), 

çisək bax çiskin 

çisələmək  bax  çiskinləmək 

ÇİSKİN (narın, xırda yağış) Hava tutulub 

qaralır, narın çiskin başlayır.. (S.Rəhimov); 



ÇİSƏK  Payız  gecəsidir;  Yağış,  yel,  çisək.. 

(Ə.Cəmil).



Çox

ÇİSKİNLƏMƏK Bərk duman olduğu 

üçün çiskinləyirdi (Ə.Vəliyev); ÇİSƏLƏ­



MƏK Gündüz hava tutqun olmuş, indi isə 

çisələyirdi (Ə.Vəliyev). 

çiyrənmək bax iyrənmək 

çobansüzgəci bax dazıotu 

çocuq bax uşaq 

çocuqluq bax uşaqlıq 1 

çocuq-mocuq bax uşaq-muşaq 

çiv bax paz

ÇİYİN Koridorun başında duran bir dəstə 

tələbə  içlərindən  birini  çiyinlərinə  aldı.. 

(Çəmənzəminli);  UMUZ  Yun  şalını  umu- 

zundan  alıb  kreslonun  söykənəcəyinə  bu­

raxdı (Ə.Əbülhəsən).



ÇOĞAN (bot.); KÖPÜKOTU Belə bit­

kilərin  qərənfilçiçəklilər  fasiləsinə  aid  olan 



köpükotuııun (çoğan) cinsi növlərini göster­

mək  olar;  SABUNAĞACI  ...  Bunu  görən 

ispanlar  həmin  bitkiyə  (çoğana)  “sabun- 

ağacı'",  yaxud  da  “yuyunmaq  ağacı”  adını 

verərək,  ondan  bir  qədər  öz  vətənlərinə 

apardılar və tədqiqi ilə məşğul oldular.

ÇOX  (müxtəlif  mənalarda)  Qayıqda  çox 

adam gəlirdi (M.Hüseyn); ARTIQ Yun qır­

xımına hazırlıq, aqreqatlann vəziyyəti, örüş­

lər, xamlar, xüsusən ferma işçilərinin güzə­

ranı, dolanışığı onu daha artıq maraqlandı­

rırdı  (B.Bayramov);  BOL  Yavada  su  bol, 

isti  bol;  Məhsul  nə  doydurur,  nə  bəhərdən 

bəhərə  çatır  (R.Rza);  FÜZUN  (kl.əd.) 

Məndə  Məcnundan  füzun  aşiqlik  istedadı 

var (Füzuli); XEYLİ Rəna yolda görüb onu 

eylədi;  Yenə  də,  riqqətli,  xeyli  mükəddər 

(M.Rahim); PƏK Humay bu lövhədən ma­

raqlanır  pək;  Aydın  arxasınca  fikirləşərək 

(S.Vurğun); PÜR Başdan diləmiş ki, dür gə­

tirsin; Bir damən onunla pür gətirsin (Xətayi); 

ZİYAD  Çərxi-fələk  zülmü  ziyad  eyləmiş; 

Hicran meni gündə döyər, ağlaram (M.V.Vi- 

dadi); ZİYADƏ Xənnas babasının hüzurunda 

mənəviyyatı  pozulmuş  insanların  ruhunu 

daha ziyadə açıb göstərmək fikri ilə hiddətli 

bir səslə: - İnsan, yaxşı seyr et, bunlar sənin 

bacıların və qardaşlanndır! - dedi (A.Şaiq);

81



Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə