LüĞƏTDƏ gedəN İXTİsarlar



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə38/216
tarix21.10.2017
ölçüsü6,16 Mb.
#6308
1   ...   34   35   36   37   38   39   40   41   ...   216

Çuxur

1. ÇUXUR [Səid] sonra əli ilə yaxındakı 

dərə kimi geniş çuxuru göstərərək: - Bu ge­

niş  dərəni  görürsünüz,  keçmişdə  bu  dərədə 

bir  neçə  timsah  bəslənirdi..  (A.Şaiq);  KA­



LAFA  [Bayramın  gündəliyindən]  “Kəndə 

bir az qalmış atdan düşdüm, Ceyranı bomba­

dan oyulmuş bir kalafaya çekdim” (R.Rza); 

QAZNAQ  Təpənin  dibindəki  bulağın  üs­

tünə  endim,  əl  və  üzümü  yuyub  qaznağırı 

qırağında oturdum (Divanbəyoğlu).

2. çuxur bax dərə

çuma bax taun

ÇUST (ayaq geyimi, dabansız ayaqqabı) 

Bəzisinin  əynində  pisdən-yaxşıdan köynək- 

tuman və hətta ayağında çust da vardı (M.İb- 

rahimov); PAPIŞ [Ağa Kərim:] Amma Ağa 

Salmana mənim təlimim lazım deyil. O özü 

şeytana papış tikir (M.F.Axundzadə); ŞAP- 



ŞAP  [Oğlanın]  bir  ayağında  uzunboğaz 

çəkmə  vardı,  o  birində  şapşap  və  şapşaplı 

ayağı  topuğuna  qədər  cuna  ile  sarınmışdı 

(H.Abbaszadə).



Çünki

ÇUVALDUZ (ucu yastı və əyri iri iynə) 

..elində  çuvalduz  çarığını  köşələyən  Salam 

kişi  ayaq  səsi  eşitdi  (Mir  Cəlal);  QIYIQ 

...Qıyıqlar  xarallara  sancıldı  (Ə.Vəliyev); 

PALANDUZ.

çün bax çünki

ÇÜNKİ  Çihıki  övladi-vetenin  cəhaləti 

məni çoxdan ayaqdan salmışdır (M.S.Ordu- 

badi); ÇÜN (kl.əd.) [Ağa Kərim:] Çün Hacı 

Qafur ile duz-çörək yemişdim, o xatirə gəl­

dim  ki,  bu  işdən  Səkinə  xanımı  xəbərdar 

edim  (M.F.Axundzadə);  ONA  GÖRƏ  Kİ 

[Çərkəz:]  Ona  görə  ki,  sən  bizim  xəstələrə 

şəfa verirsən, ona görə ki, bizim camaata la­

zımlı adamsan, həm də ona görə ki, Xəlilin 

əmisi oğlusan... (İ.Melikzadə); ZİRA (köhn.) 

[Tomson:] Zira kiçik xalqların müqəddəratı 

qeydinə  qalmaq  bizim  tarixi  vəzifəmizdir 

(Ə.Məmmədxanlı);  ZİRA  Kİ  [Məhəmməd 

ağa:]  Zira  ki,  Ömər  oxuyub  elm  sahibi 

olubdur və onun köməkliyi sizə azmı olur? 

(N.Nərimanov).

84



Dabanbasa

Dd

dabanbasa bax təlosik 

dabanbasaraq bax tələsik 

dabanbasma bax təlosik 

dabanlamaq bax izləmək 1

I  DAD,  LƏZZƏT  [Qaysı  gilasa:]  Yox 

sənin ətin; Dadın, ləzzətin; Quru sümüksən; 

Ağaca  yüksən  (M.Seyidzadə);  TAM  O  da 

menim  bəxtəvər  vətənimin  tamıdır;  Eşqi­

mizdən alıbdır öz ətrini bu şərbət (M.Rahim).

II dad bax haray 

dadaş bax qardaş 

dad-fəryad bax fəryad, haray 

dadlı bax ləzzətli, şirin 

dadrəs bax köməkçi 1 

dadsız bax ləzzətsiz

I  1. DAĞ (coğr.) Dağlarının başı qardır; 

Ağ örpəyin buludlardır... (S.Vurğun); KUH 



(kl.əd.)  Naləmdən  oldu  kül  bu  cahan  içrə 

kuhü dəşt; Ey dil, neçin o türreyi-dildar yan­

madı (A.Şaiq).



2. dağ bax yaylaq 1

II dağ bax dərd 1 

dağıdılmaq bax talanmaq

1. DAĞILMAQ [İrakli:] Mənim də şəhə­

rim  dağılıb,  adamlarım  qırılıb  (Çəmənzə­

minli);  TARAC  OLMAQ  [Cahangir  bəy:] 

Mal-dövlətim tarac oldu getdi, özüm də düş­

müşəm bu günə (N.Vəzirov); VİRANƏYƏ 

DÖNMƏK  [Mahmud:]  Sevdiyim  bağçam 

viranəyə döndü (Çəmənzəminli); VİRANƏ- 

LƏNMƏK Bir qəmzəsi qanlı, həramı yağı; 

Çapdı könlüm şehrinviranələnmiş (M.V.Vi- 

dadi);  YIXILMAQ,  TAR-MAR  OLMAQ 

[Hacı  Murad:]  Evim  yıxıldı,  tar-mar  oldu 

(S.S.Axundov).

2. dağılmaq bax didilmək 

dağınıq bax 1. uçuq I; 2. nizamsız 2 

dağınıqlıq bax nizamsızlıq 1 

DAĞITMAQ [Azər:] Bağrım çatlayır,

dünyanı dağıdaram, Zəhra? (M.İbrahimov); 



ALT-ÜST ETMƏK Nə buldular İskender- 

lor, Çingizlər; Cahanı titrədib alt-üst etdilər



Dahilik

(H.Cavid); DARMADAĞIN ETMƏK Qızıl 

Arslan  ...  Hüsaməddin  və  Qütlüğün  iyirmi 

minlik  ordusunu  darmadağın  edib  Qəzvin 

şəhərini işğal etmişdi (M.S.Ordubadi); XA- 

RABAZARA DÖNDƏRMƏK Çünki Ata- 

bəylər İraq və Bağdad qoşunlarının köməyi 

ile Cənubi Azərbaycanı bir neçə günün içəri­

sində xarabazara döndərə bilirlər (M.S.Or­

dubadi);  TAR-MAR  ETMƏK  (ELƏ­

MƏK), XARABA QOYMAQ (qarğış kimi 

işlənir)  [Rüstəm  bəy:]  Mənə  bir  təşəxxüs 

satmaqdan ötrü Kərim xanın yurdunu xaraba 



qoydum, tar-mar elədim, evinə od vurdum, 

külünü  havaya  sovurdum  (N.Vəzirov); 



UÇURMAQ  (UÇURTMAQ)  Anladım  ki, 

bu  həşərat  heykəli  uçurtmaq  fikrinə  düş­

müşlər  (S.S.Axundov);  VİRAN  ETMƏK, 

VİRANƏ  QOYMAQ  Şamaxıda  pristav 

Cəbrayılov  sahibsiz  və  fəqir  bir  müsəlman 

övrətinin evini 

viran etdi (C.Memmədqulu- 

zadə);  YERLƏ  YEKSAN  ETMƏK  Vaxtı 

ilə uzaq və amansız bir zəlzələ böyük və gö­

zəl bir şəhəri yerlə yeksan etmişdi (Ə.Məm- 

mədxanlı);  YIXMAQ  [Hacı  Mehdi:]  Allah 

harada ikiövrətlilər var, hamısının evini yıx­

sın, hamısını mənim günümə salsın (Ə.Haq- 

verdiyev).



DAHA  (bir  daha)  Lakin  mübarizədə;  ... 

belə  ağırlıq,  daha  artıq;  bir  həvəsə  gətirir 

(R.Rza);  ARTIQ  Əlimdəki  işləri  yoluna 

qoya  bilsəydim,  artıq  burada  durmazdım 

(H.Cavid); DƏXİ (köhn.) Elə ki taxıldı bur­

nuna  çeşmək;  Qocalıq  əl  verib,  dəxi  nə  et­

mək (M.V.Vidadi).

DAHİ, BÖYÜK (ən yüksək dərəcəli bilik, 

zəka, ağıl sahibi) Dahilər - hər sözü bir dağ, 

bir  qala;  Cahillər  -  dağıtmaq,  yıxmaq  “da­

hisi”  (M.Araz);  DÜHA  Deyirlər:  bir  düha 

oddan-alovdan;  Əzmlə  çıxardı  bəşəriyyəti 

(O.Sarıvəlli).

DAHİLİK  [Qaraqaşlı:]  Məncə  hər  nor­

mal böyümüş adamda potensial dahilik var­

dır (Ə.Kərim); BÖYÜKLÜK Ancaq Nəsi­

minin böyüklüyü ondadır ki, o, yalnız islam 

ehkamçılannm dar çərçivəsində deyil, sufiz­

min daha geniş sərhədlərinə də sığışa bil-



85


Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə