LüĞƏTDƏ gedəN İXTİsarlar



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə41/216
tarix21.10.2017
ölçüsü6,16 Mb.
#6308
1   ...   37   38   39   40   41   42   43   44   ...   216

dava-dərman bax dərman 1 

davaxana bax aptek

DAVAKAR Arvad səsindən artıq dava­

kar, hərzə kişi səsinə oxşayan bu səs Güle- 

bətinə  çox  pis  təsir  etdi..  (M.İbrahimov); 



DALAŞQAN,  SAVAŞQAN  Ay  dalaşqan 

sərçələr! Ay savaşqan sərçələr (M.Rzaqulu- 

zadə); QALMAQALÇI Bu müstəbid təbi­

ətli  adam  eyni  zamanda  bir  küçə  qalrna- 



qalçısı  qədər  ağzısöyüşlü,  tərbiyəsiz  idi 

(M.İbrahimov);  QALLI  Çoxlarım  məhv 

elədi bu qovğalı, qallı dünya; Sultanlara qal­

madı, yox, Nəsimiyə qaldı dünya (X.Rza).



DAVAMÇI  (bir  işi  davam  etdirən)  Ulu 

Tolstoyun, böyük Puşkinin; Fikir davamçısı, 

məslək varisi... Hünərdir, şərəfdir yeni nəsil- 

çün  (B.Vahabzadə);  VARİS  (məc.)  [Qara] 

ənənələrin  qulu  deyil,  həqiqi  varisidir 

(R.Rza).


davamlı bax möhkəm 1, 2 

DAVAMSIZ, CƏĞƏNİ, KÖVRƏK, 

NAMÖHKƏM

DAVAMSIZL1Q,  DƏYANƏTSİZLİK 

{bax), NAMÖHKƏMLİK 

DAVAR Kənd yerində üç il dalbadal məh­

sul olmaması üzündən çox adam qapısmdakı 

bcş-üç  davar  satıb  yemişdi  (B.Bayramov); 

QOYUN-QUZU  Dımağıyla  bəzək  vurub 

nəmli torpağa; Qoyun-quzu mələşərək, qal­

xır yaylağa (S.Rüstəm).

1. DAVASIZ,  QALMAQALSIZ,  MÜ­

BAHİSƏSİZ

2. davasız bax dərmansız 

dava-şava bax dava-dalaş 

davat bax mürəkkəbqabı 

DAVRANIŞ, HƏRƏKƏT Axır vaxtlar

[Fatmanın] hərəkətləri, davranışı dəyişmişdi 

(H.Abbaszadə);  ƏMƏL  Sənə  cəza  verən 

əməllərindir  (M.Rahim);  KİRDAR  Canım 

oda  yandı,  qoyma,  gəldi;  Kirdarı  yamandı, 

qoyma,  gəldi!  (M.Ə.Sabir);  MÜAMİLƏ 

Xədicənin  mənə  qarşı...  bu  müamiləsindən 

mütəəssir  olmaya  bilməzdim  (S.Hüseyn); 

RƏFTAR Nə gizlədim, doğrusu, mən bu

Dava-dərman

90

soyuq rəftarı; Ey eşqimin soltanı, heç sendən 



gözləməzdim (M.Rahim); MÜNASİBƏT.

DAVRANMAQ Səfərin gəlməsi söhbə­

tin mövzusunu tamamilə dəyişdi. Kazım da 

onun yanında ehtiyatla davranırdı (Çəmən­

zəminli); DOLANMAQ Güləndam Əhmə­

din həm arvadı, həm əmisi qızı idi.. Əmi qızı 

emi oğlu xeyli mehriban dolanmaqda idi­

lər  (Ə.Haqverdiyev);  RƏFTAR  ETMƏK 

On-on iki yaşma çatmamış uşaqların əksə­

riyyəti  özünü  yaxşı  aparırdı,  sakit  oynayır, 

bir-birilə yaxşı rəftar edirdi (C.Cabbarlı).



1. DAYAQ,  DİRƏK  (bir  şeyi  saxlamaq 

üçün altından vurulan tir və s.) Tələbə diq­

qətlə  baxdı  və  başa  düşdü,  görünür,  bu  iki 



dirək  mövcud  olmayanın  dayaqları  imiş... 

(Anar);  Şirəli  daxmanın  dirəyinə  qısıldı 

(M.Hüseyn); SÜTUN ...Sütunların da köl­

gəsi düşürdü (Anar).

2. dayaq bax havadar

DAYANACAQ (nəqliyyat vasitələrinin

dayanacaq yeri və sərnişinlərin minik üçün 

gözlədikləri yer) Adilə bütün bunları hiss et­

mədən irəliləyir, özünü taksi dayanacağına 

çatdırmağa can atırdı (Ə.Qasımov); DURA­

CAQ Avtobus yola düşhadüşdə Kərim dayı 

zor-güc  özünü  duracağa  çatdırdı  (M.İbra­

himov); DURUŞ {dan.) Tramvay duruşunda 

təyyarə bığlı bir gənc; Zilləyib gözlərini bir 

qapıya səhərdən (S.Rüstəm).

dayandırmaq bax saxlamaq 1

DAYANMADAN  {müxtəlif  mənalarda) 

O (Qəmər) dayanmadan yoxuşu yaralı cey­

ran kimi sıçrayır, oxlanmış maral kimi atılırdı 

(S.Rəhimov); ARAMSIZ [İlyas:] Mən ge­

cələr...  hisli  çırağın  işığında  aramsız  çalı­

şırdım (M.Hüseyn); BİRBAŞA Lap birbaşa 

redaktorun  yanma  getdim  (M.İbrahimov); 

BİRNƏFƏSƏ  Zərif  o  axşam evlərinin qa­

bağında  ayrılıb  pillələri  birnəfəsə  çıxdı 

(Ə.Kərim).

1.  DAYANMAQ  Maşın  onlara  çatanda 

dayandı  (H.Abbaszadə);  AYAQ  SAXLA­

MAQ  [Mədinə]  ürəyinin  xoş  bir  sevinclə 

döyündüyünü hiss edib ayaq saxladı (M.İb-



Dayanmaq


Dayanmaq

rahimov); DURMAQ [Mirzə Kazım:] Du­



run!  Dayanın!  (M.S.Ordubadi);  ƏYLƏN­

MƏK [Qəndab:] Sürətlə qaçan maşın böy­

rümdə əyləndi (B.Bayramov).

2. dayanmaq bax dözmək 



dayday bax dayı 1 

dayə bax tərbiyəçi

1. DAYI (ananın qardaşı) [Aytomiz:] Elə- 

belə, məktub kimi. Cemi üç dəftərdir. Da­

yıma  göndərmək  istəyirdim  (Ə.Qasımov); 

DAYDAY (uşaq dilində) Əkizlər gəlib dedi­

lər ki, dayday işdən getməyib... (H.Abbas­

zadə); ƏMİ (bax).

2. dayı bax əmi 2 

dayıarvadı bax dayıdostu 

dayıcanı bax dayıdostu 

DAYIDOSTU [Aytəmiz:] Axı dayıdostum

mənə  kiçik  cibləri  olan  kəmər  düzəltmişdi 

(Ə.Qasımov);  DAYICANI  (məh.)  Böyük 

xalaqızım da, dayıcanım da töküldülər mənim 

üstümə...  (C.Məmmədquluzadə);  DAYI- 

ARVADI.

daz bax dazbaş

DAZBAŞ (başında tükü olmayan, başının 



tükii tökülmüş) Direktor, nə direktor - yekə­

qarın,  dazbaş,  sallaqdodaq,  Səltənətin  atası 

yerində  (H.Abbaszadə);  DAZ  [Mümtaz 

Mötəberov]  kəlləsinin  düz  ortasının  dazını 

örtmək  üçün  yan  tərəflərin  saçını  aşağıdan 

yuxarı  daradı  (M.Hüseyn);  KEÇƏL  [Vəli:] 

Bəli,  bu  keçəl  Oruca  ad-san  çox  lazımdır! 

(M.F.Axundzadə).

DAZI/DAZI  OTU  (bot.),  ÇOBANSÜZ- 

GƏCİ,  QAXOTU,  QOYUNQIRAN  Hələ 

qədim  zamanlardan  xalq  arasında  dazıotu- 

nun  (bu  bitkiyə  qoyunqıran,  çobansiizgəci, 

qaxotu  da  deyilir)  müalicə  xassələri  yaxşı 

məlum idi.



debarkader bax platforma 1 

dedikcə bax olduqca 

deh bax kənd 

dehqan bax kəndli 

deklarasiya bax bəyannamə 

dekor bax bezək 

deyr bax kilsə; monastır

Deşmək

DELFİN  (dənizdə  yaşayan  heyvan)  Bir 

anlıq dünyada yox olsa bəşər; Məni delfln- 



lərin  yanma  göndər  (M.Araz);  YUNUS- 

BALIĞI  [Səid:]  Sizin  xoşbəxtliyiniz  onda 

olmuşdur  ki,  timsah  gəlini  suyun  dibinə 

aparmamış,  yunusbalığı  köməyə  çatmışdı 

(A.Şaiq).



1.  DEMƏK  Şəndə  rentgenin  nəticəsini 

nəzərdən  keçirdi,  bıçaqlıq  şey  olmadığım 



dedi (B.Bayramov); AYITMAQ (qəd.) Olma 

məlul,  ayıtma  kim,  bəndü  hasar  içindəyəm 

(Nəsimi); BUYURMAQ (dan.) [Cəfərqulu:] 

Səlim  bəy  doğru  buyurur  (S.S.Axundov); 



ƏRZ  ETMƏK  (ELƏMƏK)  [Mümtaz 

Mötəberov:]  Bax,  doktor,  bunu  lap  düz  ərz 



elədin (M.Hüseyn); SÖYLƏMƏK İndi an­

ladınız nə söyləmək isteyiriz? (N.Nərimanov).

2. demək bax deməli

DEMƏLİ Mən sülhə səs verirəm; Dəyi­

şirəm, deməli, əlimlə təbiəti (M.Rahim); 



DEMƏK [Kərəmov:] Ada, dəmirçi Musa

demək iki min beş yüz manatı almısan, qaç­

maq istəyirsən?! (S.Rəhman). 



demi bax qəlyan 

depeşa bax teleqram 

despotizm bax istibdad 1 

despotluq bax istibdad 1

1. DEŞİK (yırtılmış bir yer) Onların ba­

ğında, gözümə ağac deşiyində qayrılmış bir 

alacehrə  yuvası  sataşdı  (S.S.Axundov); 

DƏLİK Dəmir qapılarsa dəlik, deşik, paslı­

dır;  Allah bilir havaxtdan kədərlidir, yaslı­

dır?! (S.Rüstəm).

2.  DEŞİK (it, tülkü və s. yuvası) ..İtimiz 

yuvaya  nisbətən  bir  deşik  qayırmışdı 

(C.Memmədquluzade);  DƏLİK  Gündüzlər 

istinin dərdindən [it] haman dəliyə girib köl­

gələnirdi (C.Məmmədquluzadə).



DEŞMƏK  Güləsərin  etirazına  fikir  ver­

mədən iynəni sapladı. Gəlinin qulağını deşdi 



(İ.Şıxlı);  DƏLMƏK  Onun  qollarını  ən  azı 

iyirmi  güllə  dəlib  keçmişdi  (M.Hüseyn); 



YIRTMAQ Qulaqlann pərdəsim yırtır vəhşi 

caz səsi; Meyxananı topa tutur qadınların naz 

səsi (S.Rüstem).

91



Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə