LüĞƏTDƏ gedəN İXTİsarlar



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə49/216
tarix21.10.2017
ölçüsü6,16 Mb.
#6308
1   ...   45   46   47   48   49   50   51   52   ...   216

Döşəmək

döşəmək bax 1. sərmək 1; 2. vurmaq 1 

döşənmək bax 1. sərilmək 1; 2. uzanmaq 1 

döşlük bax önlük

1.  DÖŞÜDOLU,  DÖŞÜODLU  (ürəyi 

sözlə dolu olan); ÜRƏYİDOLU

2. döşüdolu bax igid



1.  DÖVLƏT  [Xeyronse:]  Qazandığım 

əmək  haqqının  müqabilində  dövlət  mənə 

yardım verəcəkdir (Ə.İldırımoğlu); HÖKU­

MƏT [Xacə:] Atam Məhəmməd şah su ye­

rinə qan axıdıb, başlar, təpələr, cəsədlərdən 

ibarət  dağlar ucaldıb  hökumət  ələ keçinniş, 

nə  üçün?  (A.Şaiq);  SƏLTƏNƏT  (köhn.) 

Bəli, atanın, atan kinlilərin əlinə qılınc verən 

Nikolay siyasətiçax səltənətidir... (A.Şaiq); 



ÖLKƏ Vətən daşı olmayandan; olmaz ölkə 

vətəndaşı... (B.Vahabzadə); HAKİMİYYƏT.

2. dövlət bax var I 

dövlətlənmək bax varlanmaq 

dövlətli bax varlı 

dövlətmənd bax varlı

DÖVR Heç bir dövrdə humanizm israrla 

inkar edilmədiyi dövrdə olduğu qədər vacib 

və qüvvətli deyil (Anar); DƏHR (kl.əd.) Gör 

bu lətifeyi ki, bən fifo/zn'-zəmane sığmazam 

(Nəsimi); DÖVRAN, ZƏMANƏ, ƏYYAM 

[Vəliş:]  Anacan,  nə  eləyəsən  ki,  zəmanə 

xarablaşıb,  dövran  tərsinə  dönüb.  Əyyam 

dəyişib...  (Ə.Vəliyev);  ƏSR  [Heydər  boy:] 

Pərvərdigara,  bu  necə  əsrdir,  bu  necə  zə­

manədir?  (M.F.Axundzade);  DƏM  Ömrün 

nə gözəl dəmləri varmış (S.Rüstem); GÜN 

[Heydər bəy:] Ah, keçən günlər, keçən dövr­

lər (M.F.Axundzadə); VAXT Vaxt dəyirman; 

Ömür  dən...  Bir  doyumluq  möhlət  umdum 

ömürdən (B.Vahabzadə). 



dövran bax dövr; çağ 1 

dövrə bax ətraf 1 

döycə bax çalaq 

döyənək bax qabar

1. DÖYMƏK ..Havaxt  deyindi, ərim ilə 

basıb döydük (Çəmənzəminli); BUDAMAQ 



(məc.) [Vidadi Vaqifə:] Əgər səni bu məz­

həbdə görərlər; Yerbəyer budayıb əzər, ağ­

larsan (M.P.Vaqif); ƏZİŞDİRMƏK (dan., 

məc.) ..birdən oğlanlar geri dönüb Davudu

106


Döyüşmək

əzişdirərlər, ləngidi... (H.Abbaszade); GO- 

PAMAQ [Məmmədli:] Bacıoğlu! ..O qədər 

goparam  cəmdəyinə,  şişib  dama  dönərsən 

(N.Vəzirov); İSLATMAQ (məc., dan.) Şair 

şeyxlər duyuq düşüb haman maralı lazımınca 

islatdılar (Ə. Haq verdiyev); KÖTƏKLƏ- 

MƏK Ərlə arvad arasında olan belə söhbə­

tin nəticəsi o olardı ki, Yusif Qaraca qızı daha 

da  artıq  kötəklərdi  (S.S.Axundov);  ŞAP- 

PARLAMAQ Bir də görürəm bir ağsaqqal 

cavan arvadının saçından yapışıb, çomaq ilə 



şapparlayır (Çəmənzəminli).

2. 

DÖYMƏK (qapını və s.) Fikrət divanda 

uzanmışdı ki, qapını döydülər (H.Abbaszade); 



DƏQQÜLBAB  ETMƏK  Bir  az  vaxtdan 

sonra  eşitdi  ki,  qapını  dəqqülbab  edirlər... 

(Ə.Haqverdiyev); 

TAQQILDATMAQ 

Molla Qafar., qapıya yaxınlaşıb taqqıldatdı 

(S.Rəhimov); VURMAQ Hələ şam yeməyi 

hazır  olmadan,  iki  qız  bir  do  anası  qapını 



vurub içəri girdilər (M.S.Ordubadi).

DÖYÜNMƏK  (ürək  və  s.  haqqında) 

Ancaq  ürəkləri  adi  qaydası  ile  döyünürdü 

(S.Rəhimov); ATDANMAQ [Hacı Murad:] 

Daha təşvişdən qurtardım. Gör ürəyim necə 



atdanır (S.S.Axundov); ÇIRPMAQ Xasay 

qaçmışdı.  Onun  uşaq  qəlbi  sürətlə  çırpırdı 

(A.Şaiq); ÇIRPINMAQ Vəzirovun ürəyi hə­

yəcan  və  qəzəblə  çırpındı  (M.İbrahimov); 



ƏSMƏK Leyla, Zeynalı çağıranda oğlan ye­

rindən dik qalxdı, ürəyi əsdi (B.Bayramov). 



döyüş bax müharibə 

DÖYÜŞÇÜ  Dəstənin  döyüşçüləri  səhər 

tezdən, bizimkilər hücuma başlayanda, göz­

lənilmədən almanlar üzərinə atılmalı, meşə­

dən keçib düşmənin atəş nöqtələrini susdur­

malı  idi  (M.Hüseyn);  CƏNGAVƏR  Gird- 

man  cəngavərləri  böyük  meydanda  dəniz 

kimi dalğalanıb təlatümə gəldilər (M.Hüseyn); 

MÜHARİB (köhn.) Azərbaycanın mövqeyi 

və əhalisinin müharib olması Atabəy höku­

mətinin möhkəm edilməsi üçün əsas bir va­

sitə ola bilər (M.S.Ordubadi), 



döyüşkən bax mübariz 

döyüşmək bax 1. vuruşmaq 1; 2. dalaş­

maq



Dözmək

DÖZMƏK  [Azər  baba:]  Artıq  dözməyi- 

rəm, evimizə gəl; övlad həsrətinə tablamaz 

ürək  (S.Vurğun);  DAVAM  GƏTİRMƏK 

İstiyə-soyuğa gətirib davam; O köhlən atları 

çapdınız müdam (S.Rüstəm); DAYANMAQ 

[Hacı:] Nə gunə, əziyyətə dayandıq (C.Cab­

barlı);  QATLAŞMAQ  Qatlaşıb  dünyanın 

hor möhnətinə; Yeddi lay divarlı oğul bö­

yütdü  (B.Vahabzadə);  SƏBR  ETMƏK 



(ELƏMƏK) Get yuxuya, durma, a qardaş, 

holo!  Qovzama  başın,  çocuğum,  səbr  elə! 

(M.Ə.Sabir); TAB GƏTİRMƏK Əzizinəm 

din barı; Danış barı, din barı; İgidə tab gətir­



məz; Yağı tikən min barı (Bayatı); TABLA­

MAQ  Övlad  həsrətinə  tablamaz  ürək 

(S.Vurğun); TABLAŞMAQ [Bayram:] ..bu 

dərdə  necə  tablaşım  (M.F.Axundzadə); 

TOXTAMAQ Ağlayan şəlaləyə ağlama de­

dim; Toxta, dayan bir an (II.Billuri); ZƏH­



MƏTƏ (ƏZABA) QATLAŞMAQ Vallah, 

belə bilsəydim ki, axırı belə olacaq, heç vaxt 

bu zəhmətə qatlaşmazdım (C.Məmmədqulu- 

zade).


dözüm bax səbir I, dəyanət

dözümlü bax səbirli, dəyanətli

dözümsüz bax səbirsiz

DRAM (teatr əsəri; ədəbiyyatın növlərin­

dən biri) O [S.Vurğun], ilk dramını yazanda 

da hər kəsdən əvvəl C.Cabbarlı ənənələrinə 

əsaslanmışdı (M.Arif); PYES Pyes zadəgan 

ailəsinə mənsub bir əyyaşın əhvali-ruhiyyə­

sini kəskin boyalarla təsvir edirdi (A.Şaiq); 

TƏMSİL  Həmin  məclisdə  mərhum  Mirzə 

Fətəlinin  “Mərdi-Xəsis  Hacı  Qara”  adlı 



təmsili  oynanılırdı  (C.Məmmədquluzadə); 

TƏMSİLAT (köhn.) Timsal üçün Axundo­

vun  beş  komediyası  hesab  olunan  “Sərgü- 

zeşti-mərdi-xesis” adlı təmsilatı ilə ki, başqa 

ibarə ilə “Hacı Qara” adlanır... (F.Köçərli).



DRAMATURQ (dram əsəri yazan) Dra­

maturq S.Vurğun sələfləri içərisində C.Cab- 

barlı  görkəmli  yer  tutur  (M.Arif);  DRAM- 

NƏVİS Hor iki ədibin [N.Vəzirov və Ə.Haq- 

verdiyev] və M.Fetəliye peyrəvilik edən şair 



dramnəvislərin  vücuda  gətirdikləri  əsərlər 

barəsində “Azərbaycan türklərinin ədəbiy-



Dustaqxana

yatı”  adlı  məcmuəsində  müfəssəl  məlumat 

verilir (F.Köçərli).

dramnəvis bax dramaturq 

DUA [Əvvəlinci azarlı:] Dua yazdırmaq­

dan yoruldum (C.Məmmədquluzadə); PİTİK 

[Kəndli:] Son Allah, buna bir duadanpitik- 

dən yaz (M.N.let.).

DUAÇI (dua edən adam) [Qoca:] Sənə 

duaçı ollam; Çək bu işə bir oncam (B. Vahab­

zadə); DUAGU [Vaqif:] Ömrünüzə duagu 

olar (Çəmənzəminli), 

duxan bax meyxana I 

duxi bax etir 1

1.  DUMAN,  ÇƏN,  SİS  Yenəmi  arxalıq 

istəyirsən?  Versənə  çən,  duman,  sis  deyə­

cəksən (M.Rahim).

2. duman bax tüstü 

dumbul bax dümbek 

duracaq bax dayanacaq

DURBİN Ordu komandanı əlindoki dur­

binlə Aslanın hor bir zərbəsini aydın görürdü 

(M.Hüseyn);  BİNOKL  [Əsgərlərdən  biri:] 

Mayor  bayaqdan  binoklla  sizə  baxırdı 

(X.Hasilova).



1. DURĞUZMAQ, AYAĞA QALDIR­

MAQ, YERİNDƏN QALDIRMAQ

2. durğuzmaq bax oyatmaq



L  DURMAQ,  AYAĞA  QALXMAQ, 

YERİNDƏN QALXMAQ

2. durmaq bax ayılmaq 1

3. durmaq bax dayanmaq 1 



DURUXMAQ, ÇAŞMAQ (bax), DÜ­

ŞÜNMƏK, FİKRƏ GETMƏK, SÖZ 

AXTARMAQ

1. DURUŞ, DURMA, DURMA TƏRZİ

2. duruş bax dayanacaq



1. DUSTAQ [Serjant:] Əşi, dustaq apardı­

ğım yerdə durub yolun ortasında sənə izahat 

verməyəcəyəm  ki...  (İ.Əfəndiyev);  MƏH­

BUS  [Xacə  Müfid:]  Məhbuslar  buradadır 

oğlum (M.S.Ordubadi); ƏSİR Xaqan qapı­

çıya  işarə  verdi:  -  Əsiri  gətirin  (Anar); 

HƏBSƏ ALINAN Həbsə alınanların hamısı 

öldürülmüşdü (M.S.Ordubadi).



2. dustaq bax həbsxana 

dustaqxana bax həbsxana

107


Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə