LüĞƏTDƏ gedəN İXTİsarlar



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə45/216
tarix21.10.2017
ölçüsü6,16 Mb.
#6308
1   ...   41   42   43   44   45   46   47   48   ...   216

qanad;  Bizimdir  mətanət,  bizimdir  səbat 

(M.Müşfıq).



DƏYANƏTLİ (öz sözünün üstündə duran) 

[Həmid Balaca] dəyanətli adammış (H.Ab­

baszadə); DÖZÜMLÜ Doğrudan, onun qə­

dər dözümlü, cəfakeş məxluq yoxdur (S. Və­

liyev); MƏTANƏTLİ Mənim xalqım... Tor­

pağa bağlıdır əzəldən; Mətanətli, dözümlü­



dür; Sınamışam men (H.Billuri); SƏBATLI, 

DÖNMƏZ Sən dönməz balıqçısan; Yoldaş­

ların səbatlı (M.Rahim); DAVAMLI, 



dəyə bax daxma 

dəyənək bax çomaq 

dəyər bax qiymət 

dəyər-dəyməzinə bax ucuz 

dəyərli bax 

1

.  

bahalı; 2. ləyaqətli 



1 

dəyişdirmək bax dəyişmək 1 

DƏYİŞİLMƏK (başqa cür olmaq) [Araz:] 

Dəyişilmək təbiətin qanunudur (A.Şaiq); 

DƏYİŞMƏK Onlar beş ilin ərzində dəyiş­

mişdilər (M.Hüseyn).

1. DƏYİŞMƏK Sevgilim, camalını günə, 

aya dəyişmərəm! (S.Rüstəm); DƏYİŞDİR­



MƏK Qaçay söhbətin səmtini dəyişdirməyə 

çalışdı  (I.Məlikzadə);  ƏVƏZ  ETMƏK 

Aylar  keçdi,  il  oldu,  əvəz  etdi  gün-günü; 

Zaman  verdi  hökmünü..  (B.Vahabzadə); 



MÜBADİLƏ ETMƏK.

2. dəyişmək bax dəyişilmək 

DƏYMƏDÜŞƏR (tez inciyən, tez küsən

adam)  [Cəmilə:]  Yamanca  dəymədüşərsən 

ha,  səninlə  zarafat  eləmək  olmur...  (Ə.Qa- 

sımov);  KÜSƏYƏN  Axı  sən  küsəndə;  Ay 

küsəyənim; Mənim küsü aşı; Bişirənim yox! 

(N.Xəzri).



1.  DƏYMƏK  Yavaş-yavaş  dəyər  bitər; 

Ləzzətli, 

dadlı 

meyvələr 



(A.Səhhət); 

YETİŞMƏK  ..Şitillər  böyüyər,  bağım  bağ 

olar;  Meyvələr  yetişər,  kefim  çağ  olar 

(A.Şaiq).

2. dəymək bax yıxılmaq 1

3. dəymək bax getmək 1

4. dəymək bax gəlmək

5. dəymək bax sürtüşmək 1

Dəyanətli

98

Dibaçə

dəyməmiş bax kal 

dəyyus bax binamus 

dəyyusluq bax binamusluq 

DƏVƏ Ağır çuval yüklənmiş dəvələr qa­

tarla  düzülüb,  səbirli  addımlarla  gəlirdi 

(M.Hüseyn);  NƏR  (erkək  dəvə)  [Ortancıl 

qız:]  Yaxşı  addı...  nər,  yəni  dəvə,  norbala, 

yəni  dəvə  balası  (“Ağ  atlı  oğlan”  nağılı); 

ARVANA (bax).

DƏVƏÇİ (dəvəyə baxan adam, dəvə sax­

layan; dəvənin başını çəkən adam) [Kondli- 

lərden  biri:]  Bizim  qabağımızda  iki-üç  ça- 

rıqlı dəvəçi nə danışa biləcək? (C.Məmməd- 

quluzadə);  SARBAN  Dəvəni  sarban  əyər 

(Ata. sözü); Sağ tərəf ağırdı solundan bir az; 

Sariban tayları etməkçin taraz.. (M.Rahim).

DƏYİŞƏK (altpaltarı) Rübaba oğlu üçün 

dəyişək,  azuqə  qoyub  heybəsini  bağladı 

(H.Abbaszadə);  CAMAŞIR  [Ev  xanımı:] 

Qulluqçu camaşır ardınca getmişdir (T.Ş.Si- 

mürğ).


1. DƏZGAH (tex.) Fikri, düşüncəsi yeni 

dəsgahdır..  (M.Rahim);  STAN  ..bu  stanııı 

yüksək  məhsuldarlığına  və  məhsulun  əla 

keyfiyyətlə buraxılmasına nail olmağa imkan 

vermişdir (Qəzetlərdən).

2. dəzgah bax piştaxta 

DIBIR, TƏKƏ (erkək keçi) 

dıbırçəllək bax kök I

dığ bax vərəm 

dığlamaq bax vəromləmək 

dılğır bax 1. qotur; 2. səfil, səfeh 

dırmaşmaq bax qalxmaq 2 

DIRMIQ, DARAQ, ÇƏNG (kənd təsər­

rüfatı aləti)

1. DIRNAQ Gözlərinin yaşları, dırnaq­

ları ile dartıb dağıldıqları yanaqlarının qanı 

sifətləri  uzunu  axırdı  (Ə.Haqverdiyev); 



CIRNAQ Arvadının cırnaqları görünür ki, 

çox iti imiş (C.Məmmədquluzadə).



2. dırnaq bax caynaq 

dışarı bax çöl 1 

diabet bax şəkər 1 

dibaçə bax müqəddimə


didar bax 1. üz; 2. görünüş 

didə bax göz 1

1. DİDİK, DİDİLMİŞ (yun haqqında)

2. didik bax yırtıq 

didişmək bax dalaşmaq 

DİFTONQ (dilç.), CÜTAVAZLI Dif-

toııqlar, yaxud başqa sözləcütavazlılar mü­

rəkkəb məxrecli səslilərin xüsusi bir növünü 

təşkil edir (N.Məmmədov, A.Axundov “Dil­

çiliyə giriş”), 



dig bax gəlincik 

digər bax başqa 1 

dik bax 1. yoxuş; 2. sıldırım

3. dikinə; 4. şaquli 



dikəlmək bax qalxmaq 1 

dikəltmək bax qaldırmaq 

DİKİLMƏK (bir şeyə baxmaq) ..oğlanın

qara gözləri çiynimin üstündəki elana dikil­



mişdi  (Ə.Babayeva);  DİRƏNMƏK  Gözlər 

qır  rəngli  torpağa  dirənir  (M.İbrahimov); 



ZİLLƏNMƏK  ..qaraşın  oğlanın  gözləri 

mənə zilləndi (Ə.Babayeva).



DİKİNƏ, DİK, ƏMUDU (dik halda) 

diklənmək bax qalxmaq 1 

dikmək bax zilləmək I 

diksinmək bax 1. iyrənmək; 2. qorxmaq;

3.  səksənmək



diksiya bax tələffüz 

diktator bax hökmdar 

diktatura bax hakimiyyət 1 

DİQQƏT, FİKİR, HUŞ (bax)

11. DİL (dilç., ünsiyyət vasitəsi), LİSAN i 

(köhn.)  Ancaq  o  süfrə  də  ağız  ləzzətim; 

Mənim öz dilimdir, öz lisanımdır (B.Vahab- 

zade); ZƏBAN Elmə gəzənin küfrü zəban- 

larda bəyandır; Təxfırə nişandır (M.Ə.Sabir); 

LƏHCƏ  (köhn.)  Məcnunu  deyərlər  əhli- 

idrak; Əşrarı lətifi ləhcəsi pak (Füzuli).



2. 

DİL (atıat.), ZƏBAN (kl.əd.) (ağız boş­

luğunda orqan)

II DİL (mus.), KLAVİŞ Bəstəkarın bar­

maqları dərhal pianonun şirmayı dilləri üzə­

rində gəzdi. Könül mahnının ilk misrasını

Didar

demişdi  ki,  bəstəkar  əllərini  klavişlərdən 

çəkdi (X.Hasilova).

III dil bax ürək

IV dil bax 1. üslub; 2. nitq 

dilara bax ürəkaçan 

dilazar bax insafsız 

dilazarlıq bax insafsızlıq 

dilbaz bax ürəkaçan 

dilbər bax gözəl 

dilbəstə bax vurğun 

dilbilməz bax qanmaz

DİLBİR [Xudayar bəy Vəliquluya:] Mən 

elə  güman  edirəm  ki,  anannan  dilbirsən 

(C.Məmmədquluzadə); 

HƏMZƏBAN 

(məc., kl.əd.) Gül ilə həmzəban olubdu bül­

bül... (Q.Zakir); HƏMFİKİR (bax). 



dilcavabı bax şifahi

DİLÇİ (dilçilik elmi ilə məşğul olan adam) 

Dilin inkişafı ve təmizliyi məsələsi hər dilçi 

və yazıçının qarşısında duran ən mühüm ve 

müqəddəs  vəzifədir  (A.Şaiq);  DİLŞÜNAS 



(köhn) Bundan əlavə, əlifbamızda olan nöq­

sanlardan başqa, ərəb dilini öyrənmək bizim 

üçün, dilşünas olmadığımıza görə, başqa bir 

çətinlik də törədir (M.F. Axundzadə); FİLO­



LOQ (Vilhelm fon Humbolt) tarixdə filosof

filoloq,  dövlət  xadimi...  kimi  məşhurdur 

(A.Qurbanov);  LİNQVİST  Azərbaycan! 

Azadlıq! Qoy bu iki kəlməni öyrənsin dərin- 

dərin; Sənin linqvistlərin (X.Rza); LİSANÇI 



(köhn.) Dünən imla qurultayı qapandı. Məş­

hur lisançı Abdulla Tağızadə toyuqların gül­

məsi  gələn  bir  proje  ilə  ortalığa  çıxdı 

(Ə.Haqverdiyev).



DİLÇİLİK, DİLŞÜNASLIQ, FİLOLO­

GİYA, LİNQVİSTİKA, LİSANİYYƏT

(dil haqqında elm) Dilçilik anlayışını ifadə 

etmək üçün Azərbaycan dilində dilçilik, dil- 



şünaslıq, linqvistika ve dil haqqında elm ter­

minlərindən  istifadə  olunur...  dilçilik  ədə­

biyyatımızda linqvistika termininin də işlə— 

nilməsinə rast gəlirik (A.Qurbanov). 



dilək bax arzu

diləmək bax arzulamaq, istəmək 1

Diləmək

99



Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə