LüĞƏTDƏ gedəN İXTİsarlar



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə42/216
tarix21.10.2017
ölçüsü6,16 Mb.
#6308
1   ...   38   39   40   41   42   43   44   45   ...   216

DETAL, HİSSƏ 

deyirmək bax yıxmaq 2 

deyəsən bax yəqin 

deyicilik bax xəbərçilik 

deyildi bax nişanlı 

deyinmək bax donquldanmaq 

deyişmə bax şeirleşmə 

deyişmək bax şeirloşmok 

dezertir bax fərari

1. DƏB (geyim forması) Mədinə tamahkar 

deyildi ki, deyəsən Yavər ona dəbdə əlan bir 

paltar  almaq  ve  yaxud  yayda  hansı  kurorta 

isə  aparmaq  üçün  pul  tapmağa  cəhd  edir, 

əldən-ayaqdan olur (M.İbrahimov); MODA 

[Sürəyya:]  Aylarla  baş  sındırırlar  bir  yeni 



modam düzəldincə (Ə.Qasımov).

2. dəb bax adət 1 



dəbbə bax lovğa

DƏBDƏBƏ  (böyük,  yaxud  kiçik  şənlik) 

Bu  şəhər  içində  görüb  duyduğum  o  hissi- 

nəşat; Bütün o dəbdəbələr, həp o anlı, şanlı 

həyat (H.Cavid); BÜSAT Gəlsin məclisimə 

bu gün istiqbal; Görsün ki, qəlbimdə nə büsat 

vardır (S.Vurğun); CAH-CALAL Qoyunlar 

axşamdan  kəsilib,  soyutma  olub  cahü  cəlal 

ilə,  brovhabrov  ilə  düşürük  yola  (Ə.Haq- 

verdiyev);  DƏM-DƏSGAH  Tələbə  adam 

hansı  otaqda  dəm-dəsgah  düzəldib  oğluna 

belə bir ad qoya bilərdi? (S.Rəhimov); DƏS­

GAH  (böyük  şənlik)  [Cabbar  bəy:]  Elə  bu 

dəsgahlardan görünür ki, kişi böyük adam­

dır;  doğru  buyurursan  (N.Vəzirov); EHTİ­



ŞAM İndi bayraq kimi ucaldır zaman; Vətən 

torpağının  ehtişamım  (S.Vurğun);  QURĞU 

Zülümünü nümayan eylədin aşkarQurğular 

pozulub, sanlar itibdi (Aşıq Ələsgər); TƏM­



TƏRAQ  Nə  təmtəraq,  nə  zinət;  Nə  bu  sa­

yaq  məziyyət;  Ruhumu  cəzb  etməyir;  Məni 

sərinlətməyir 

(M.Rahim); 



TƏNTƏNƏ 

Əlimdə  ağ  günlərin;  Bəxtiyarlıq  camıdır; 

Başladığım  təntənə;  İstiqlal  bayramıdır 

(M.Rahim).



DƏBDƏBƏLİ  Gürcü  zadəganlarından 

biri tulumbaşı seçildi, dəbdəbəli ziyafət baş­

landı (Çəmənzəminli); CAH-CALALLI

Detal

92

Gecə  xanın  evində  cah-calallı  bir  məclis 



qurulmuş, sazandalar öz yerlərini tutmuşdu­

lar  (Ə.Memmədxanlı);  DƏM-DƏSGAHLI 

Sazandası, xanəndəsi, plovu, içkisi, məzəsi, 

cehizi,  başlığı  öz  qaydasında  dəm-dəsgahlı 

bir  toydu  (Mir  Cəlal);  DƏSGAHLI  Hey­

dərovla  Səmayə...  dəsgahlı  bir  toy  elədilər 

(Mir Cəlal); EHTİŞAMLI Gecələrin zinə­

tidir;  Ehtişamlı  axşamların;  Bir  dünyanın 

şöhrətidir,  Göyündəki  ağ  şamların  (H.Bil- 

luri); MÜTƏNTƏN (köhn.) [Cavad:] Məş­

hur  fars  şüərasımn  Qaaninin tar, rübab şeri 

bir  ahəngi-digərinə  təhziz  etmiş  həzin, 



mütəntən, mütərra, ahəngdar nəğmələr icad 

edər  şeri  musiqi  ilə  məzc  edir  (A.Şaiq); 



TƏMTƏRAQLI ..mədəniyyət sarayı., təm­

təraqlı  bir  kaşane  kimi  ucalmışdı  (S.Rə­

himov); TƏNTƏNƏLİ Arvadının sualı Ba­

haduru sevindirdi, bu o demək idi ki, uşağın 

ad gününü təntənəli keçirmək fikri ilə yavaş- 

yavaş razılaşırdı (R.İbrahimbəyov).

DƏBƏ (tib.), YIRTIQ, QRİJA (dan.) 

DƏBİLQƏ (müharibə vaxtı başa qoyulan 

dəmir  baş  geyimi)  Qılınc  və  nizələrin  əsər 

etmədiyi dəmir geyimlər ve polad dəbilqələr 

ağır əmud zərbələrinin altında əzilərək bə­

dənlərə  yeriyirdi  (M.S.Ordubadi);  KASKA 

Zabitin  kaskası  on  addım  kənara  dığırlandı 

(Mir  Cəlal);  ŞLEM  İçəridə  qızınan  şlemli 

əsgər  nədənsə  çox  erinə-ərinə  cavab  verdi 

(M.Hüseyn);  TASKÜLAH  Yolnan  yeddi 

yaşında bir oğlan, ağ taskülah başında, göy 

qədək  arxalıq  əynində  və  ağ  tuman,  ayaq 

yalın, qabağına bir dəstə quzu qatıb və əlində 

şökə  ilə  bu  quzuları  vura-vura  gəlir  kəndə 

(C.Məmmədquluzade). 

dəbistan  bax  məktəb 

dəcəl bax nadinc 

dəcəllik bax nadinclik

1. DƏDƏ Hamı gözləyir ki, çıxsın ortaya; 

Yeni bir qəhrəman, müdrik bir dədə (X.Rza ); 



USTAD  Biz  artıra  bilmədik  sözün  qədrini, 

ustad! Əydik de qamış kimi sözün qəddini, 

ustad! (M.Araz).

2. dədə bax ata



Dədə


dədə-baba  bax  ata-baba 

DƏDƏ-BALA  (ata  ilə  oğul  və  ya  qız) 

[Molla:]  Bunlar  dədə-bala  çıxdılar.  Daha 

savaşmazlar (M.N.lət.); ATA-BALA [Hacı 

Murad:]  İrəli  gəl  əyləş.  Bir  az  da  ata-bala 

dərdləşək (S.S.Axundov). 

dədəli bax atalı 

dədəlik bax atalıq 

dədəmah bax cehiz 

tlədəsiz bax atasız 

dədəverdi bax cehiz 

dəf bax qaval 

dəfçalan bax qavalçı 

DƏFƏ (müxtəlif mənalarda) Bir dəfə tar­

lada, bir dəfə evə dəvət edəndə, bir də indi 

(Ə.Qasımov); AYAQ (dan.) ..beş ayaq qayıt­

dıqları  halda,  yeddi  dəfə  xərəyi  doldurub 

boşaldırdılar  (Ə.Vəliyev);  BAŞ  [Abdulla] 

ayağa  qalxdı,  stolun  arxasında  bir-iki  baş 

gəzindi...  (B.Bayramov);  DÖNƏM  [Qən­

dab:] Məzahir iki dönəm qəsəbəyə qayıtdı... 

(B.Bayramov);  ƏL  (adətən  savlarda)  Bu 

əsnada yaxında dörd-beş əl şiddətli tapança 

atılır  (H.Cavid);  KƏR(R)Ə  İranda  ikinci 

kərrə Ələkbər yoldaşla tanış oldum (M.S.Or- 

dubadi); Sonra telefon azından on kərə zəng 

çaldı (S.Qədirzadə); QAT [Qasid:] Düşmən 

bizdən on qat güclüdür (M.Hüseyn); MƏR­



TƏBƏ  (kl.əd.)  Ala  gözlər  nərgisi-məstanə 

tək şehlalanır; Elə ki süzgünləşir, yüz mər­



təbə  zibalanır  (M.P.Vaqif);  ÖYNƏ  Sizin 

kənddə çox az adam var ki, gündə iki öynə 

yemək  yesin  (M.Hacıyev);  PAY  [Həcər:] 

Mən Qəmərdən min pay gözəl idim... (Anar); 



SƏFƏR Bu səfər de Dumisə bir az fikirlə­

şib,  birdən  gülümsündü...  (Çəmənzəminli); 



YOL  [Niyazəli:]  Bir  arvada  iki  yol  kəbin 

kəsmək olmaz ki? (N.Nərimanov).



DƏFƏLƏRLƏ [İbrahim xan:] Mən dəfə­

lərlə kömək verib, dardan qurtardığım İrak- 

liyə  tac  gəlsin...  (Çəmənzəminli);  DÖNƏ- 



DÖNƏ Dönə-dönə imtahan etdi fələk döv­

ranını;  Onda  mən  bərəkslikdən  özgə  adət 

görmədim (M.P.Vaqif); KƏRRAT [Ömər:] 

Bu  barədə  do  kərrat  ilə  menə  sifariş  gön-



Dədə-baba

deriblər  (N.Nərimanov);  MÜKƏRRƏR 



(köhn.)  Gördüm  bu  rübaiyi  mükərrər 

(M.Ə.Sabir);  TƏKRARƏN  Kərimzadə.. 

Həmişəyevin  fikrini  təkrarən  təsdiq  elədi 

(B.Bayramov); TƏKRAR-TƏKRAR [Xan] 

Vaqifin  Tiflisdən  gətirdiyi  xəbəri  təkrar- 

təkrar xatirindən keçirib fikirləşdi (Çəmən­

zəminli).



dəfinə bax xəzinə 1

DƏFTƏRÇƏ  (kiçik  dəftər,  qeyd  dəftər- 

çəsi)  [Mazarov:]  Yox,  Məlik  dəftərçəsinə 

özgələrinə aid olan şeyləri qeyd edir (Anar); 



BAYAZ/BƏYAZ (köhn.) (şeir, yaxud mər­

siyə dəftərçəsi) Sənə öz yurdundanöz baya- 



zından; Ancaq ayırdılar bir qəbir yeri (M.Ra- 

him); İbrahim xanın qızı Sənəm xanım şeir 

maraqlısı olduğundan, Vaqifin hər bir şerini 

öz bəyazına köçürürmüş (Çəmənzəminli), 



dəftərdar bax mühasib 

dəftərdarlıq  bax mühasiblik 

dəhan bax ağız

DƏHLİZ Cövdət uşaqları dəhlizə ötürdü 

(H.Abbaszadə); KORİDOR, QƏFƏXANA 



(arx.)  İkisinin  arasındakı  koridorun  (qəfə- 

xana)  bir  nəfərinə  məkulat  yığılırdı,  o  biri 

tərəfində  do  iri  bir  su  küpü  basdırılmışdı... 

(Çəmənzəminli), 

dəhr bax 1. dövr; 2. dünya 

dəhşətli bax qorxulu 1 

dəhyek bax vergi 1 

dəxi bax həmçinin; daha 

DƏLƏ  (zool.)  O,  dələni  tanımadı.. 

(M.Rzaquluzadə); SİNCAB Külli miqdarda 

ovlanan  xezderili  heyvanlarımız  arasında 

sincab çox mühüm yer tutur (“Zoologiya”), 

dələduz  bax  hiyləgər 

dələduzluq  bax  hiyləgərlik 

dələqarın  bax  qarınqulu 

dələyən  bax  ağacdələn 

1.  DƏLİ  (ağlı  və  şüuru  yerində  olma­

yan)',  CÜNUN  (kl.əd.)  Qeysə  əbəs  vermə 

cünun namını; Görməyərək surəti-Leylasım 

(M.Ə.Sabir);  DƏLİ-DİVANƏ  [Cahangir 

bəy:] Dəli-divanə kimi gecə yarısından keç­

miş, atlanıb gedirəm o ətraflarda gəzirəm...



Dəli

93



Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə