LüĞƏTDƏ gedəN İXTİsarlar



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə39/216
tarix21.10.2017
ölçüsü6,16 Mb.
#6308
1   ...   35   36   37   38   39   40   41   42   ...   216

mirdi  (Anar);  DÜHA  Füzuli  öz  dühası  ilə 

Azerbaycana  parlaq  bir  klassik  ədəbiyyat 

verdi (C.Cabbarlı). 

daxıl bax kassa 

daxıldar bax kassir 2 

DAXİL  [Xosrov:]  Daxilindəki  mübari­

zəni üzündən, gözündən oxuyuram (A.Şaiq); 



BATİN  Zahirən  çox  sadəlövh  görünən  bu 

qızın  batində  bu  qədər  hiyləgər  olduğuna 

Əlyarov  heç  vəchlə  inana  bilmirdi  (M.Hü- 

seyn); İÇ [Gülcalam:] Bəs xalq nahaq demə­

yib ki, içərim özümü yandırır, çölüm özgəni 

(M.İbrahimov).



DAXİLƏN  Vəliş  daxilən  gülür.,  cavab 

verməyib  sözlərin  hamısını  eşitməyi  qət 

edirdi  (Ə.Vəliyev);  BATİNƏN  ..Qarabağ 

bəyləri  de  istinadgahlarının  yerlərindən 

oynadığını  hiss  edir,  bununçün  de 

batinən 

narahat olurdular (Ə.Vəliyev).



DAXMA (daşdan, palçıqdan və s. tikilmiş 

təkotaqlı, alçaq, balaca ev, yaxud yer altında 

düzəldilmiş  kiçik  ibtidai  mənzil)  Daxmada 

sükut  hələ  də  pozulmamışdı  (M.Htiseyn); 



DAM  [Şəhrəbanu  xanım:]  İkisi  də  Şərəfni- 

sənin  damında  yatırlar...  (M.F.Axundzadə); 



DƏYƏ Çoban dəyəsində qonaq da qalır; Bu 

qəlbi  dağlardan  min  ilham  alır  (B.Vahab­

zadə); KOMA Belo xobor; bir komaya; dax­

maya  gəlsə;  Güneş  kimi  işıq,  sevinc  verir 

hər  kəsə  (R.Rza);  KÜLBƏ  (köhn.)  Nəhrin 

qaynağına  doğru  baxarkən  suyun  ortasında 

bir dəyirmançı külbəsinin qara dalğalarla qır- 

pışa-qırpışa aşağı doğru axıb gəldiyini gör­

düm (A.Şaiq); QAZMA Gecə tonqal yanırdı; 



Qazma  işıqlanırdı  (M.Seyidzadə). 

daim(a) bax həmişə

DAİMİ Daimi deyilik, nə siz, nə do mən 

(S.Vurğun);  BAQİ  Lakin  yenə  həmişəki 

kimi öz fikrində baqi qaldı (Çəmənzəminli); 

HƏMİŞƏLİK [Qəmər:] Mən burada həmi­

şəlik  doktor  işləməyəcəyəm  (S.Rəhman); 

ƏBƏDİ  (bax). 

dair bax haqqında 

DAİRƏVİ,  GİRDƏ,  DƏYİRMİ 

daqqaqarın bax yekəqarın I

Daxıl

86

11. DAL (dal tərəfdə olan) Şəhərin Şapur 

küçəsinin qurtaracağında, Firdovsi adma orta 

məktəbin  dal  tərəfindədir  (M.Hacıyev); 



ARXA  Mən  buradan  şəhərin  arxa  tərəfin­

dəki  üfüqdən  görünən  dağın  döşünə  səpə­

lənmiş Zeberli kəndinin qırmızı evlərini gö­

rürəm (M.Hacıyev).



2. dal bax geri 1

3. dal bax sağrı



4. dal bax arxa 1 

II dal bax budaq 

dalaqotu bax gicitkən 

dalandar bax süpürgəçi 

dalaşqan bax davakar 

DALAŞMAQ Bir gün Əşrəf məhəllə

uşaqlarından  biri  ilə dalaşarkən, ağır bir əl 

qollarından yapışdı (A.Şaiq); BURUNLA­

MAQ  (dan.)  [Əbülhəsən  bəy:]  Bu  sözdən 

sonra  qarı  bizdən  uzaqlaşdı,  bir  çoxları  ilə 



burunlaşdı (M.S.Ordubadi); ÇARPIŞMAQ 

[Əbülhəsən bəy:] Bunların çarpışması nəti­

cəsində  ikisindən  birisi  tələf  olacaq... 

(M.S.Ordubadi); DAVA ETMƏK (ELƏMƏ) 

[İsmayıl  bəy:]  Mən  burada  dava  eləməyə 

gəlməmişəm  (N.Vəzirov);  DİDİŞMƏK  İki 

qartal  dağın  təpəsində...  qəzəblə  didişirdi 

(Ə.Sadıq);  DÖYÜŞMƏK,  BOĞUŞMAQ 



(məc.) [Kişi:] Tərbiyəsizlər! Nə üçün boğu­

şursunuz?  (A.Şaiq);  SAVAŞMAQ  [Xan:] 

Yox, Novruzoli, gorok hamısını nağıl eliyə- 

sen başdan axıra kimi; necə kağızı apardın, 

necə saldın qutuya və nə üstə urusla savaş­



dın  (C.Məmmədquluzadə);  VURUŞMAQ 

...ortalıqda  iki  müsəlman  bir-biri  ilə  bərk 



vuruşur,  camaat  nə  qədər  eyləyir  bunları 

aralaşdıra bilməyir (Ə.Haqverdiyev).



DALBADAL Dalbadal göndərdiyi mək­

tubların hamısı cavabsız qalırdı (X.Hasilova); 



ARAMSIZ  Səhərdən  bəri  aramsız  atılan 

güllələr  vıyıltı  ile  uçuşaraq  harada  isə  yerə 

düşür...  (M.Hüseyn);  ARASI  KƏSİLMƏ­

DƏN^ rası kəsilmədən çalınan zəngdən Cöv­

dət  diksinib  gözlərini  açdı  (H.Abbaszade); 



BİLAARAM Rza bütün günü bilaaranı gah 

körük  basar,  gah  dəmir  döyərdi  (M.İbra­

himov); BİR-BİRİNİN ARDINCA (DA-

Dalbadal



LINCA) Daha Könül özünü saxlaya bilmə­

yib,  onun  barəsində  dürüst  öyrəndiklərini 



bir-birinin  dalınca  üzünə  vurdu  (X.Hasi- 

lova); PEYDƏRPEY ... çomaqlarpeydərpey 

enib qalxırdı (Çəmənzəminli).

1. DALDA Əhmədlə yoldaşlarının dayan­

dığı yer möhkəm və dalda idi (M.Hüseyn); 



BÜKƏK Quzular özünü daşların biikəvinə, 

hətta 


çadırlara 

təpirdi 


(B.Bayramov); 

KÜLƏKTUTMAZ  ..mən  öküzləri  otarıb 

doyurdum, dərədə küləktutmaz bir yerə yı­

ğandan sonra yatmaq istədim (Q.Xəlilov).

2. dalda bax sığınacaq



3. dalda bax gizli 1 

daldalamaq bax gizlətmək 1 

daldalanacaq bax sığınacaq 

DALĞA (dəniz sahilində küləyin əsməsi

ilə əmələ gələn qabarıq) Xəzri Xəzəri təla­

tümə  gətirmişdi.  Oradan-buradan  qalxan 



dalğalar, sahilə yaxınlaşdıqca daha da güc­

lənirdi (H. Abbaszadə); LƏPƏ (kiçik dalğa) 

Bir-birini  qovan  körpə  ləpələrin  nəfəsilə; 

Əsəblərə lay-lay deyən könül açan nəğmə­

silə  (S.Rüstəm);  MÖVC  Dərya  kənarında 

əyləş...  mövclərə  dərdini  söylə  (Ə.Haqver- 

diyev).

dalğadöyən bax ləpədöyən

1. DALĞALANMAQ Senin kimi dalğa­

lanır  ürəyimdə  sözüm,  dəniz!  (S.Rüstəm); 

LƏPƏLƏNMƏK  Günün  axır  şəfəqləri 

ahəstecesinə ləpələnən suya düşüb onda xü­

susi gözəllik vücuda gətirirdi (T.Ş.Simürğ); 

MÖVCLƏNMƏK  Düzlərdə  əkilmiş  taxıl 

nəsimin qabağında o yan-bu yana yatıb dər- 

yatek  mövclənirdi..  (Ə.Haqverdiyev);  TƏ­

LATÜMƏ GƏLMƏK “Ura!” sədası fırtı­

nadan  təlatümə  gələn  bir  dərya  kimi  insan 

izdihamını titrətdi (M.İbrahimov).

2.  DALĞALANMAQ  Başında  dalğa­

lansa üç boyalı bayrağı; O zaman zənn edə­

rəm  bütün  cahan  mənimdir  (A.İldırım); 



YELLƏNMƏK  Yelləndikcə  kiçik  yüyrük; 

Gedib dəyir bu ulduzdan o ulduza (X.Rza).



dalğavuran bax ləpədöyən 

dalğıc bax üzgüçü

Dalda

DALĞIN  (dərin  fikirlərə  qərq  olmuş) 

Zənci dalğın... Salon səssiz... Elə bil ki, bütün 

varlıq;  Ona  bu  dəm  qulaq  asır  (S.Vurğun); 

FİKİRLİ Tağı əmi məni fikirli görərək dedi: 

- Görürəm həm yorulmusan, həm də acmı­

san, beləmi? (S.S.Axundov).

I dam bax 1. daxma; 2. tövlə; 3. həbsxana

II  dam bax tələ 1 

damad bax yeznə 

damaq bax kef 1 

damazlıq bax cinslik

DAMCI  Yenə  mayeləşib  suya  dönərik; 

Yenə  damcı  olub  yerə  enərik  (A.Şaiq); 



DAMLA  İki  damla  yaş  uzun  kirpiklərdən 

süzülüb yanağına düşdü (Ə.Qasımov); GİLƏ 

[Soldat:]  Sənə  demədim  ki,  bir  gilə  də  su 

aparmaq  olmaz!  (S.Vəliyev);  QƏTRƏ 

O dəryanın hər qətrəsi, bir sənəm incisidir; 

Hər damlası atəş olub ürəkləri isidir (B.Va­

habzadə).

damcı-damcı bax damla-damla 

dam-daş bax bina; ev 1 

damla bax damcı

DAMLA-DAMLA (damcı halında) Əsgər 

kimi  and  da  içdin  şəhid  olmuş  o  qıza  sən; 



Damla-damla  göz  yaşları  axıtmadın  göz­

lərindən (S.Vurğun); DAMCI-DAMCI Ya­

ğış  damcı-damcı yağır; Göz yaşları yanaq­

dan;  damcı-damcı  axır  (R.Rza);  GİLƏ- 



GİLƏ  ...Bəlkə  də  yanaqlarında;  gilə-gilə 

buz oldu (R.Rza); QƏTRƏ-QƏTRƏ Qətrə- 



qətrə  yaş  tökər,  çeşmi-göhərbanm  kimi 

(Xətayi).



damlamaq bax həbs etmək 

damlanmaq bax tutulmaq 1 

dana bax alim 1 

danabaş bax kütbeyin 

danə bax toxum 1 

danəndə  bax  bilici 

danışdırmaq  bax  dindinnək 

danişgədə  bax  institut 

danışqan bax naqqal 

1.  DANIŞMAQ  (müxtəlif  mənalarda) 

O gecəni Zəki Əhmədlə çox xoş keçirdilər. 

Yedilər, içdilər, müxtəlif mövzularda danış­

Danışmaq

87



Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə