LüĞƏTDƏ gedəN İXTİsarlar



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə35/216
tarix21.10.2017
ölçüsü6,16 Mb.
#6308
1   ...   31   32   33   34   35   36   37   38   ...   216

Çəltik

irəlilədi.  Toz  vo  zibilli  həyətdə  köhnə  god 

və paslı tənəklər arası ile keçib, üfunətli pil­

ləkənə  yanaşdı  (Çəmənzəminli), 



çəltik bax düyü 

çəm bax üsul 

çəməngah  bax  çəmənlik 

ÇƏMƏNLİK Onu [Firəngizi] heyrət gö­

türdü,  bayaqdan  bəri  yamyaşıl  otdan  başqa 

heç bir şey görünməyən çəmənliyə elə bil san 

naxışlı  məxmər  çəkilmişdi  (B.Bayramov); 



ÇƏMƏNGAH Kim etdi səni dərd ilə hom- 

kənar?  Kim  etdi  çəməngahım  xaksar? 

(M.S.Ordubadi);  ÇƏMƏNZAR  (şair.)  Nə 

zaman ki çəmənzara gedərdi; Lalələrin bağ­

rım qan edərdi (M.Rahim), 

çəmənzar  bax  çəmənlik 

ÇƏMKİRMƏK (kobudcasına cavab ver­

mək, iistünə qışqırmaq) [Mina:] Bir söz deyi­

rəm, it kimi üzümə çəmkirir (A.Şaiq); ÇIM­



XIRMAQ  [Baloğlan:]  [Almaz]  ewəl  bir 

çımxırdı üstümə.. (C.Cabbarlı).

I çən bax çəllək

II çən bax duman 1

1.  ÇƏNBƏR,  QURŞAQ  (çəlləkdə  və 

s. -də)

2. çənbər bax sağanaq 



çənbərquyruq bax əqrəb II

ÇƏNƏ [Cavan fəhlə:] Əh... Cəhənnəmə, 

göra  ki,  çənə  özümündü  (H.Abbaszade); 



ZƏNƏX (kl.əd.) İndi deyirlər ki, çahə salıbdı; 

Zənəx kənarında, tel qabağında (Q.Zakir).

I çəng bax əl 1

II çəng bax dırmıq

ÇƏPƏKİ  Qız  çəpəki  oturaraq  başını 

anasının  dizinin  üstünə  qoydu,  gözlərini 

yumdu  (M.İbrahimov);  ÇƏPİNƏ  Matros 

Həbib eynəyini taxıb Həmidə çəpinə baxdı. 

(H.Abbaszade); ƏYRİ Tikanlı tel uzanır her 

yana, əyri, qıyqac (R.Rza); GƏC İri, tutqun 

gözü, acıqlı qaşı; Etinasız, qürurlu, gəc baxışı 

(A.Səhhət); QIYQAC Dağ başından günəş 

baxınca qıyqac; Quşlar durmaz sərsəm kimi 

bağırır. (A.Şaiq). 



çəpər bax hasar

78

Çətin

ÇƏPGÖZ(LÜ) (gözü çəp olan) Çəpgöz, 

qorxaq  dovşanlar;  Yırtıcılar,  nəhənglər; 

Ancaq  nə  bir  canavar;  Cüyürünə  gəc-gec 

baxdı  (M.Rzaquluzadə);  ÇAŞ  Çaş  biri  iki 

görər (Ata. sözü); GƏCBİN (köhn.). 

çəpinə bax çəpəki

ÇƏPİŞ (keçi balası) [Hatəmxan] yumşaq 

cəza  tədbirləri  olaraq  körpə  buzov  və  çə­



pişləri günlərlə ziyanlıq tövləsində saxlardı 

(S.Rəhimov);  KEÇİ  BALASI  [Fərman:] 

Ahudur,  quzudur,  oynaq  keçi  balasıdır 

(S.Rəhman);  OĞLAQ  [Pəhləvan]  əyilib, 



oğlağın  peysərindən  yapışıb  alır  qucağına, 

yumşaq  tükünü  sığallayıb,  atı  mahmizleyir 

(B.Bayramov). 

çəpişqulaq bax uzunqulaq 1 

ÇƏRÇİVƏ  Kimi  taxta  rəndələyir,  kimi 

çərçivə  qayırır,  kimi  bıçqı  ilə  ağac  kəsirdi 

(İ.Əfəndiyev);  ÇƏRƏNGÜLƏ  Buna  görə 

idi  ki,  Bəbirovun  arvadı  ərinin  evdə  nahar 

etməsinə baxmayaraq, qapının çərəngiiləs i il­



dən yapışıb: - Evdə yoxdur, dedi (Y.Şirvan). 

çərənçi bax naqqal

ÇƏRƏNLƏMƏK  (həddindən  artıq  çox 

danışmaq) O qımışdı, irişdi və çərənlədi yenə.. 

(Ə.Cəmil); ƏNGİNİ YORMAQ Başla, xala, 

cəfəngini; Müftəcə yorma əngini (Ə.Nəzmi); 

YANŞAMAQ  [Ağa  bəy  Zeynala:]  Yaxşı, 

yanşadın  bəsdi,  gedək  Büləndgilin  yanma 

(Ə.Əbülhəsən); ZƏVZƏMƏK Arvad tayfa­

sının hülqumu yoxdur, nə qədər zəvzəyirlər, 

qoy  zəvzəsinlər  (İ.Əfəndiyev);  NAQQAL- 



LAMAQ (bax) . 

çərənlik  bax  naqqallıq 

ÇƏRƏZ (tər meyvə, şirniyyatvə s.) Mir­

zənin cibləri çərəzdən boş olmazdı (Ə.Haq- 

verdiyev); MƏZƏ [Əbülhəsən bəy:] Salon­

dakılar bir-bir, iki-iki bufetin qarşısında durub 

əllərində çəngəl, məzə nimçələrini qurdalayır 

və konyak içirdilər (M.S.Ordubadi). 



çərxi-dövran  bax  dünya 

çərxi-fələk  bax  dünya 

çərlətmək  bax  bezdirmək 

ÇƏTİN (müxtəlif mənalarda) Yay zamanı 

İsa  bulağından  kef  üstündən qayıdanlardan 

qorunmaq çətin işdir (B.Bayramov); AĞIR



O bilir ki, qurtuluşun doğru, çətin yolu budur; 

Ağır  illər  keçəcskdir;  Fırtınalar  sovuşacaq 

(R.Rza); QƏLİZ (çox çətin) [Dilarə:] Əmin 

təmənnasız  filan  operasiya  edir,  özü  də  ən 

qəliz, ən miirokkob əməliyyatları şəxsən özü 

edir (Anar); MƏŞƏQQƏTLİ Uşaqlarla bir 

yerdə  böyümüş,  əzab-əziyyətli,  məşəqqətli 

bir yol keçmişdir (Ə.Qasımov); MÜRƏK­



KƏB  Sənə  bu  həyatdır  en  böyük  məktəb; 

O həm sadədir, həm də mürəkkəb (A.Şaiq); 



MÜŞKÜL (çox qətin) [Vəzir;] Bəhlulu yox 

etmək müşkül işdir (A.Şaiq).



çətinləşmək bax mürəkkəbləşmək, ağır­

laşmaq 2


çətinlik bax əngəl 

çətinliklə bax güclə

ÇƏTİR  Yamyaşıl  bir  düzəngah,  düzən- 

gahda  al-əlvan  çadırlar,  alaçıqlar,  köşklər, 



çətirlər qurulmuşdur (Anar); GÜNLÜK Biri­

nin  elində  yekə  bir  giinlük  vardı  (M.İbra­

himov);  ŞƏMSİYYƏ  (köhn.)  O  da  gözəl 

olduğunu duymuş olduğundandır ki, zadə­

ganlara məxsus qürur ve əda ilə əlindəki al 

şəmsiyyəııi oynada-oynada hamının qabağın­

dan  sallanaraq  keçir...  (A.Şaiq);  ZONTİK 

Pəncərənin birinda açıq qadın zontiki qoyul­

muşdu (S.Rəhimov).



ÇƏYİRDƏK  (meyvənin  içərisində  olan 

toxumu)  Gülsüm  xala  uşağın  ağzını  əli  ilə 

örtüb, üzündən üflədi; sonra barmağını uşa­

ğın ağzına salıb, əzgil çəyirdəyindən, gavalı 

çəyirdəyindən,  kömür  qırığından  çıxardı 

(Ə.Haqverdiyev); DƏNƏ (dan.) Gilas dənə­



ləri,  üzüm  gilələri;  qabarıq  şişə  altında; 

damcı-damcı göz yaşı (R.Rza). 



çığır-bağır bax səs-küy 

ÇIĞIRMAQ [Qaçay] dönüb bütün gücü 

ilə  çığırmaq  istərkən  səsi  çıxmadı  (S.Rə­

himov); BAĞIRMAQ (bərkdən qışqırmaq) 

Aman, deyə bağırdım: “Ana, bu nədir, ana...” 

(S.Rüstəm);  BANLAMAQ  (məc.)  Bir  do 

görürsən ki, olub heyvərə; Əlli uşaq banladı 

birdən-birə  (M.Ə.Sabir);  BAYĞIRMAQ 

(dial.) Şirəli özünün son qüvvətini toplayıb 

bayğırırdı (M.Hüseyn); BOĞAZ YIRT-

Çətinləşmək

MAQ  (fr.v.)  [Zaman:]  Qardaşlar,  burada 

oturub  boğaz  yırtmaqdan  fayda  yoxdur 

(Ə.Haqverdiyev); CAR ÇƏKMƏK Car çə­

kir çarxların çaxnaşıq səsi; Car çəkir, qışqırır 

nəhəng  motorlar  (S.Vurğun);  HAY  SAL­



MAQ Udur lay-lay udur ekskavatorlarHay 

salır,  qışqırır  nəhəng  motorlar  (S.Vurğun); 

QIŞQIRMAQ Elə bil ki beş yaşlı oğlu Hü­

seyn bir əliylə anasının yanma suvaşıb, o biri 

əlini  atasının  boynuna  salaraq  onları  bir- 

birinə çəkir, “buraxmıram” deyib qışqırırdı 

(M.İbrahimov);  NƏRƏ  ÇƏKMƏK  (bərk 

bağırmaq) Cavanşir nərə çəkdi (M.Hüseyn).

ÇIĞIRTI  Çığırtı  küçə  ilə  bir  oldu  (Çə­

mənzəminli); BAĞIRTI Bu anda uşaqların 



bağırtısı  otağı  bürüdü  (M.Hüseyn);  QIŞ­

QIRTI ..ətrafı qışqırtı bürüdü (S.Vəliyev); 

QIY  Bir  az  yaxşı  dinlə,  hey  qıya  bir  bax 

(Ə.Cavad); QİYYƏ O biri otaqdan [Əlinin] 

arvadının qiyyəsi eşidildi (Y.Şirvan); NƏRƏ 

..atlar kişnəyir, bahadır nərələri ərşə qalxırdı 

(Anar).

çıxar(t)maq bax 1. qovmaq; 2. soyunmaq

1. ÇIXIŞ, MƏRUZƏ, NİTQ

2. ÇIXIŞ, ÇIXACAQ

3. ÇIXIŞ, İŞTİRAK

4. Çıxış 

bax aksiya II

1. ÇIXMAQ (Günəş, Ay və s. haqqında) 

Səhər hava tamam açıldı, gün çıxdı (H.Ab- 

baszadə);  ÇIRTLAMAQ  [Əbdülrəhman:] 

Bala,  indicə  gün  çırtlayacaq  yola  düşür­

sənmi? (G.Hüseynoğlu); ÇIRTMAQ Araba 

şəhərdən çıxarkən günəş yenicə çırtır, şərqi 

bürüyən  iri,  geniş  küçələri  ilə  gedirdi 

(A.Şaiq); DOĞMAQ [Banıçiçək:] Oğul vay, 

qardaş  vay,  Beyrək  vay!  Ay  kimi  doğdun, 

gün kimi batdın (Anar); TÜLU ETMƏK İki 

ildən bəri görmədiyi doğma şəhərinə çatar- 

kən səhər tezdən Aslanın pəncərəsinə düşən 

güneş yenicə tiilu edirdi (M.Hüseyn).

2. ÇIXMAQ (mətb.), ÇAP OLUNMAQ, 

DƏRC OLUNMAQ

3. ÇIXMAQ (riyaz.), AZALTMAQ

4. çıxmaq bax getmək 1

çıl-çılpaq bax çılpaq 1

Çıl-çılpaq

79



Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə