LüĞƏTDƏ gedəN İXTİsarlar



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə37/216
tarix21.10.2017
ölçüsü6,16 Mb.
#6308
1   ...   33   34   35   36   37   38   39   40   ...   216

Çoxalmaq

ZƏNGİN Tobiət zəngindir, o, yoxsul deyil; 

Tobiət insana səxavətlidir.. (B.Vahabzade).



ÇOXALMAQ [Nəbi:] Yoxsullar ürəkdən 

verib ol-olo; Bizə qoşulsunlar, çoxalaq, ar­

taq;  Keçsin  əlimizə  bu  ana  torpaq  (S.Rüs­

təm); ARTMAQ Menşeviklər, kadetlər xo- 

sunlaşır dostyana; Göbələklər artan kimi, hər 

gün  artır,  çoxalır  (R.Rza);  ÇOXLAŞMAQ 

[Qurbaneli:] Yarım aydan sonra çöl işlərini 

qurtararlar  və  suvaq  düşər, onda şagirdlərin 



çoxlaşar  (N.Norimanov);  ZAİD  OLMAQ 

O açıldıqca qapanmaqda idi sənətimiz; Gün­

bəgün  zaid  olurdu  qəmimiz,  möhnətimiz 

(M.Ə.Sabir); BOLLAŞMAQ.



ÇOXALTMAQ ..Çoxalır səhrada gediş- 

gəliş do (S.Vurğun); ARTIRMAQ [Səlimə:] 

Biz Qartallı dərodə onun nəslini artırmalıyıq 

(İ.Əfəndiyev);  BOLLAŞDIRMAQ  Kan­

kan... su çıxarıb çörəyi bollaşdırmaq.. istə­

yirdi (S.Rəhimov).



çoxbilmiş  bax  hiyləgər 

çoxbilmişlik  bax  hiyləgərlik 

çoxdanışan  bax  naqqal 

ÇOXLU  (həddən  artıq  çox)  Meşədə 

çoxlu heyvan və quş var idi (S.S.Axundov); 

AĞILLI-BAŞLI [Tarverdi:] Görüm o birisi 

sandıqda  nə  var.  Amma  böyük  sandıqdır, 

yəqin  ki,  bunun  içində  ağıllı-başlı  mal  var 

(M.F.Axundzadə); DƏRYA QƏDƏR Dəıya 



qədər  derdim  var;  Ona  dərmanmı  yetər? 

(Ə.Cavad); BİR KİTAB [Mürşüd:] İnci, axı 

mən  evdə  sənə  bir  kitab  söz  danışdım 

(M.Rahim); BİR YIĞIN Cavan oğlan birinci 

otaqda əyləşib, qabağındakı bir yığın kağız­

ları birbəbir oxuyur, dəftərə yazırdı (Ə.Haq­

verdiyev);  BOL  Taxıl  yaxşı  bitmişdi,  bol 

məhsul  gözlənilir  (M.İbrahimov);  BOLLU 

Əvvəl - bir, sonra - iki, sonra - üç... onların 

kirayə xərci ilə bollu pul qazandığım deyir­

dilər  (M.İbrahimov);  BOLLUCA  Bizim  de 

bolluca  ağcamız  olar;  Qapımız,  bağımız, 

bağçamız  olar  (S.Vurğun);  ÇOXLUCA 

[Məmmədhəsən  əmi:]  Xudayar  bəy  emin 

[eşşəyi] aparacaq şəhərə, orada ona çoxluca 

arpa verəcək (C.Məmmədquluzadə).

82

Çovğun



1. ÇOXLUQ, BOLLUQ

2. çoxluq bax əksəriyyət 



ÇOXMƏNALI (sözlərin bir neçə məna

bildirməsi) Çoxmənalı sözlər bu və ya başqa 

bir əşyanın, hadisənin, prosesin, keyfiyyətin 

və  s.  adını  ifadə  edən müəyyən səs tərkib­

lərinin başqa bir əşyada, hadisədə, prosesdə, 

keyfiyyətdə olan oxşar əlamət və s. vəzifə­

nin  adını  ifadə  etməyə  keçməsi  ile  əmələ 

gəlir  (N.Məmmedov,  A.Axundov);  POLİ- 

SEMANTİK Beləliklə, bir sözün ilk məna­

sından  əmələ  gələn  başqa  menalar  onun 

məna  çalarlığı  adlanır  və  belə  sözə  çoxmə- 

nalı (polisemantik) söz deyilir (S.Cəfərov).

ÇOXMƏNALILIQ  (dilç.),  POLİSE- 

MİYA  Çoxmənalılıq  -  sözün  bir  neçə  mə­

nada işlənə bilməsi deməkdir. R.A.Budaqov 

isə haqlı olaraq yazır: Polisemiya sözün forma 

və  məzmun  vəhdətini  pozmur  (M.A.Şireli- 

yev, Z.İ.Budaqova). 

çoxyeyən bax qarınqulu 

ÇOLAQ  Çolaq  ayağa  daş  dəyər  (Ata. 

sözü);  AXSAQ  Axsaq  eşşək  yorğa  gedər 

(Ata. sözü); TAYTAQ (dial.) Dəmirçi Mah­

mudun oğlu taytaxdı (ADDL); TOPAL Topal 

eşşəklə karvana qarışma (Ata. sözü), 

çolma-çocuq  bax  uşaq-muşaq 

çolpa bax beçə

ÇOMAQ Paltonun köhnəliyini sübut et­

mək üçün biçarə Paşa bəy bir çomaq götürüb, 

paltoya çırpdı, toz qalxıb, duman kimi ətrafı 

tutdu (Çəmənzəminli); DƏYƏNƏK [Qulu:] 

Əliqulu divandan elə qorxur, necə ki it dəyə­

nəkdən (S.S.Axundov); TOPPUZ (başı girdə 

çomaq) Teymurun başına yenə də elə bil ağır 

bir toppuz endirirdilər (H.Seyidbəyli).



ÇOŞQA  Üçüncüsünün  əlində  balaca  bir 

çoşqa çır-çır çığırırdı (M.Hüseyn); DONUZ 

BALASI  Müsəlmanlar  qurban  bayramında 

qoyun-quzu tədarük edən kimi, bunlar bay­

ram  süfrəsinə  düzmək  üçün  donuz  balasını 

və  toyuqları  büryan  etməyə  hazırlaşırlar 

(M.İbrahimov).

ÇOVDAR (bot.), QARABUĞDA 

ÇOVĞUN (küləkli qar və yağış) Bundan 

sonra biz hər istirahət günü xizək gəzinti-




sinə  çıxırdıq.  Qarda,  çovğımda  da  gedirdik 

(Ə.Vəliyev);  BORAN  Başqa  cür  keçərdi 

həyatım  qışda;  Boranda,  çovğunda,  qarda, 

yağışda  (S.Rüstəm);  BURAĞAN  Bürüyür 

ortalığı tül kimi bir incə duman; Qarı birdən 

sovurur  göylərə  müdhiş  burağan  (A.Şaiq); 



FIRTINA  (dənizə  də  aid  olur)  Gəlib  keçir 

başımızdan  fırtınalar;  Dilə  düşür  hər  rüz- 

garm  bir  sövdası  (S.Vurğun);  QASIRĞA, 

TUFAN  Mən  əzəldən  tufanların  qoynunda 

bir ötən quşam; Fırtınalar, qasırğalar quca­

ğında doğulmuşam (S.Vurğun). 

çöhrə bax üz

1. ÇÖL [Mozalanbəy:] İçdiyim çayın pu­

lunu verib, çıxdım çölə və mənimlə bərabər 

bir  neçə  nəfər  çıxdı  (Ə.Haqverdiyev); 

BAYIR Bunu deyib Hüsniyyə bayıra çıxdı 

vo  bir  azdan  sonra  Yusif  başqa  qaraçılarla 

bərabər içəri girdi (S.S.Axundov); DIŞARI 

(köhn.)  Katibin  do  huşundan  getmiş  bədə­

nini meşin xalçanın üstündən götürüb dışarı 

çıxartdılar  (M.S.Ordubadi);  EŞİK  Nökər 

çıxdı eşiyə (C.Məmmədquluzadə).



2. çöl bax səhra

3. çöl bax tarla



4. çöl bax düzongah 

çöldonuzu bax qaban 

çöllü bax köçəbə

ÇÖLPİŞİYİ  (vəhşi  pişik)  Meşədə  onun 

en yaxın dostu quşlar olduğu kimi, ən böyük 

düşməni  də  quşları  tələf  edən  mal-qaraya 

soxulan  canavar,  tülkü,  çaqqal,  çölpişiyi  və 

dovşan kimi ziyançı heyvanlar idi (A.Şaiq); 

YAZIPİŞİYİ.

çölsiçanı bax kəsəyən 

ÇÖMÇƏ [İbad:] Heç bilmir harada bişib

elə deyir bir çömçə tök (C.Cabbarlı); AB- 



GƏRDƏN [Salamov:] Küt oğlu küt, yenə 

başladı qrafinkə həzrətləri. Yox, bir abgər- 



dən həzrətləri (C.Cabbarlı). 

çönmək bax dönmək 1 

ÇÖR-ÇÖP Kiminin bu dəryada gördüyü 

çör-çöp olur; Kimi də dibindəki incilərə 

vurulur (B.Vahabzadə); XƏS (kl.əd.) Bənd 

olub nakəsə el çəkmə bu Şaiqdən, aman;

Çöhrə

Nə  rəvadır  tuta  gövhər  yerini  xar  ilə  xəs 

(A.Şaiq);  VƏLİM  Bir  bağ  vəlim  tapammır 

biçarə yandıra; Möhtacdır özü və əyalı həra­

rət (M.Ə.Möcüz).

ÇÖRƏK  [Əsgər  bəy:]  Yolda  qamın  tu- 

tunca  biz  sənə  çörək  verrik  (M.F.Axund- 

zadə);  LOĞMA  Yemə  namərd  loğmasın, 

Seyyid  (S.Ə.Şirvani);  ƏKMƏK  Qaldı  ey­

nimdə  əski  bir  köynək;  Tapmadım  gündə 

bir  yavan  əkmək  (M.S.Ordubadi);  ƏPPƏK 

[Ziba xanım:] Sənin bacm xəsislikdən pen­

diri  şüşəyə  qoyub  çöldən  əppək  batırır,  elə 

oldu  ki,  əlli-altmış  tümənlik  nimtənə  sənin 

arvadına sovqat göndərdi? (M.F.Axundzadə); 



ƏTMƏK (köhn.) [Azər:] Hər əməkdən çıxı- 

yorkən  ətmək;  Böyle  arsızca  dilənmək  nə 

demək?  (H.Cavid);  NAN  (arx.)  Vətənim 

verdi  mənə  namii-nəmək;  Vətəni,  məncə, 

unutmaq  nə  demək?  (A.Səhhət);  PƏPƏ/ 

PƏPƏŞ (uşaq dilində).

ÇÖRƏKÇİ Baqqalların tərəzilərinin çir­

kinə  baxıb  bəratül-qol  yazmaq,  hamamlara 

girib  su  hovuzlarına  baş  çəkmək,  çörəkçi­

lərin  xəmir  təknəsinə  baxmaq...  kimi  işlər 

hamısı  dilmancm  vəzifəsi  idi  (M.S.Ordu­

badi);  ŞATIR  Şatırsan,  bişirmək,  satmaq 

karındır;  Qazanc  senin  deyil,  sahibkarındır 

(M.Rahim);  ÇÖRƏKBİŞİRƏN. 

çörəkitirən bax nankor 

L ÇUBUQ, ŞÜY (yarpaqsız diiz budaq) 

2. çubuq bax qəlyan 

çuğul bax xəbərçi 1 

çuğulçu bax xəbərçi 1 

çuğulçuluq bax xəbərçilik 1 

çuğullamaq bax şeytanlamaq 1 

çuğulluq bax xəbərçilik 1 

ÇUĞUNDUR  (bostan  bitkisi)  Bir  yanda 

qırmızı  şirin  çuğundur;  Yekə  bir  palıddan 

daha yoğundur (R.Rza); PAZI [Nataşa:] Bu 

gün sizə bir pazı şorbası bişirmişəm ki, bəyə­

nəcəksiniz  (A.Şaiq);  ZILX  (dial.)  Kələmlə 

badımcan, pomidorla istiot, köklə zılx, kar­

tofla boranı elə səliqə ilə əkilmişdi ki, bax­

dıqca baxmaq istəyirdim (Ə.Vəliyev).



Çuğundur

83


Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə