LüĞƏTDƏ gedəN İXTİsarlar



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə40/216
tarix21.10.2017
ölçüsü6,16 Mb.
#6308
1   ...   36   37   38   39   40   41   42   43   ...   216

dılar (A.Şaiq); BƏHS ETMƏK Alma, palıd, 

şam ağacı hal ilə; Eylədilər bəhs bu minval 

ilə... (M.Ə.Sabir); DƏRDLƏŞMƏK (dərd­

ləri haqda danışmaq) Marqarita, qarı ilə bir 

neçə 


saat 

dərdləşdi 

(Çəmənzəminli); 



GÖFTGU  ETMƏK  (köhn.)  [Əziz  bəy:] 

Buyur,  Səkinə  xanımın  özü  ile  göftgu  edə 

bilərsən  (M.F.Axundzadə);  QONUŞMAQ 

Çünki müsəlmanca qonuşmaq mana; Eybdir! 

Öz eybimizi anlarıq! (M.Ə.Sabir); MÜKA­

LİMƏ  ETMƏK  [Molla  Həmid:]  Bu  üç 

gündə  bəni-adəm  ilə  mülaqat  və  mükalimə 



etmək ve bir tərəfə çıxmaq ona mümkün de­

yil  (M.F.Axundzadə);  SÖHBƏT  ETMƏK 



(ELƏMƏK) Gel ikimiz söhbət edək; Duraq 

üzbarı bəxtəvər (Veli Miskinli).



2. DANIŞMAQ, ÇIXIŞ ETMƏK, NİTQ 

SÖYLƏMƏK

3.  danışmaq bax söyləmək 2

4. danışmaq bax dinmək

danqı bax it

DANLAQ Ana məzəmməti, ata danlağı; 

Ancaq  məhəbbətdir,  ancaq  məhəbbət! 

(B.Vahabzadə); QINAQ Qorxmamışam dost 

görünən  düşmənlərin  qınağından  (R.Rza); 



MƏZƏMMƏT  Uşaqlara  Xudayar  bəyin 

məzəmməti  tük  qədər  də  kar  eləmədi 

(C.Məmmədquluzade);  SƏRKI  Özüm  də 

bilmirəm  nədir  günahım;  Başıma  yer-göy­

dən sərkilər yağır (S.Rüstəm); SƏRZƏNİŞ 

Məmməd bəy Ağabeyimin sərzənişinin mə­

nasını  anladı...  (Çəmənzəminli);  TƏNBEH 

Pərişan pis bir tənbeh eşidəcəyi duyğusu ilə 

anasının  qoluna  qısıldı  (M.İbrahimov); 



TÖHMƏT, TƏNƏ [Səfa:] Siz məni el tə­

nəsindən,  dost-aşna  töhmətindən,  ana  bəd­

gümanlığından qurtardınız (Ə.Qasımov).



DANMAQ  (boynuna  almamaq)  [Sultan 

Safoya:]  Danırsan  gözünün  içinə  qədər.. 

(S.Rəhimov);  GİZLƏMƏK  Lələ,  səndən 

bir şey soruşacağam, məndən gizləmə, doğ­

rusunu  söylə  (S.S.Axundov);  İNKAR  ET­

MƏK  [Zəki:]  Biz  gənclərin  üzərində  onun 

çox faydalı təsiri vardır, bunu heç kim inkar 



edə bilməz (A.Şaiq).

Danışmaq

88

1.  DAR,  ENSİZ  Çaylardan  adladıq,  “İt 

yolu” adlanan dar, ensiz, daşlı-qayalı və çox 

ağır  bir  cığırla  Murovun  zirvəsinə  qalxdıq 

(M.İbrahimov).

2.  DAR  Biri  deyir:  Azca  dardır  yerimiz 

(M.Rahim); DARISQAL Darısqal bir daxma 

var, qabağı ağaclıqdır (M.Seyidzade).

3. DAR (məc.) (vaxtın azlığı) Ancaq indi, 

bu dar vaxtda söhbət açmağı lazım bilmədi 

(Mir  Cəlal);  TƏNG  [Cəfər  kişi:]  Srağagün 

vaqon  doldurduq,  yük  çox  idi,  taylar  ağır, 

vaxt təng (M.İbrahimov).

1. DARAQ (saçı daramaq üçün dişli alət) 

[Qız]  kəsik  saçını  darağı  ilə  düzəltdi... 

(M.Hüseyn); ŞANƏ (köhn.) Səba dost zül­

fünə şanə çəkəndə; Yayılar gərdənə ha bu­

lar, bular (Aşıq Ələsgər).

2. daraq bax şan I

3. daraq bax dırmıq 

dargöz(lü) bax paxıl 

dargözlülük bax paxıllıq

DARI (birillik taxıl bitkisi və bu bitkinin 

dəni) Cütçü babasan, buğdanı ver, dan ye­

yərsən;  Su  olmasa  qışda  əridib  qarı yeyər­

sən  (M.Ə.Sabir); ƏRZƏN (arx., kl.əd.) Nə 

buğda, nə arpa çatdı səndən; Nə lobya, no­

xud,  nə  paxla,  ərzən  (M.Ə.Sabir);  SULUF 

[Hacı:]  Qarışdırram  onu  toza,  peyinə;  Bir 

düyü, bir suluf vermərəm sənə (A.Səhhət).

1. DARIXMAQ Darıxıram indi çox, sıxır 

könlümü həsrət; Meşəni tərənnüm et (M.Ra­

him); DARILMAQ Amma Yavər darılmırdı, 

Mədinəyə arxaymdı... (M.İbrahimov); XİF­



FƏT ELƏMƏK [Qaraqaşlı:] ...ikisini də bir 

yerdə  rədd  eləmək  lazımdır  ki,  ayn  düşüb 



xiffət  eləməsinlər  (Ə.Kərim);  KÜRLÜK 

ETMƏK  (dan.)  [Qəndab:]  Men  yamanca 

kürlük edir, ağlayır, hər xırda sözdən, xüsu­

sən  yeməkdən  küsürdüm  (B.Bayramov); 



QƏRİBÇİLİYİNİ  ÇƏKMƏK  Səttarxan 

Əli dayını düşünür, onun və başqa dostları­

nın qəribçiliyini çəkirdi (A.Makulu).

2. darıxmaq bax qəribsəmək 

darılmaq bax 1. hirslənmək; 2. darıxmaq 1 

darısqal bax 1. dar 2; 2. darkeş

Darısqal



DARKEŞ (həcmcə balaca) [Dilarə:] Ba­

ğışlayın, evimiz darkeşdir, iki otağa sıxılıb 

qalmışıq (Çəmənzəminli); DAR {dan.) Əs­

linə  baxsan,  bu  dar  həyətdə  nə  günəşli  bir 

yer, nə də tamaşalı bir şey vardı (Ə.Əbülhe- 

sən); DARISQAL [Pyotr Anisimoviç:] Oğ­

lunuz, gəlininiz gəlib, onsuz da eviniz da­

rısqaldır,  nöş  mən  de  sizə  bir  yük  olum 

(H.Abbaszade). 



darmacal bax tələsik 

DARTMAQ [Fərasət] var gücü ilə Miri- 

şin  ətəyindən  yapışıb,  evinə  tərəf  dartdı 

(Ə.İldırımoğlu); ÇƏKMƏK Firəngiz başını 

qaldırmadı, suya qoyduğu bənövşə dəstəsini 

bəmi  ilə  qarışıq  özünə  tərəf  çəkdi  (B.Bay­

ramov).


darülədəb bax məktəb 

darülfttnun bax universitet 

darüşşəfa bax xəstəxana 

DARVAZA {həvət hasarında böyük qapı) 

Dəmir  darvaza  gurultu  ilə  açılıb-örtüldü, 

maşın içəri salındı (X.Hasilova); ALAQAPI 

Alaqapının  qabağına  hasar  dalındakı  ağac­

dan  sarı  yarpaqlar  tökülüb  (Anar);  KÜÇƏ 



QAPISI Rübaba qonağı küçə qapısına kimi 

ötürdü (H.Abbaszadə).



DASTAN {irihəcmli əsər) Ələsgərəm, tə­

rifini; Düzürəm dastana, gözəl! (Aşıq Ələs­

gər); EPOS Məlumdur ki, dramaturgiya bir 

janr olaraq lirika və eposa nisbətən daha mü­

rəkkəbdir (M.Arif); POEMA (bax).

DAŞ  Torpağa  həsrətəm;  həsrətəm  daşa, 

ağaca  (R.Rza);  ƏLLƏMƏ  (məli.)  [İsmayıl 

bəy:]  Sözümə  baxsan,  bu məsələnin üstünə 

iri bir əlləmə qoy, bununla da qurtar (Ə.Və­

liyev); HƏCƏR (kl.əd.) Abbas deyər salım 

şahın başına; Ərəbi-həcər, farsi-seng, türki- 

daş  (“Abbas  və  Gülgəz”);  SƏNG  (kl.əd.) 

Səng  şikəst  eylədi  balü  pərim;  Banlamağın 

hasilini anladım (M.Ə.Sabir). 



daşbaş bax gəlir

DAŞIMAQ (bir yerdən başqa yerə apar­

maq) Gördülər bir qarınca bir mələxiDaşı­

yır qarşısında sürət ilə (M.Ə.Sabir); APAR­

MAQ  Səhiyyəçilər  yaralıları  aparırdılar 

(Mir Cəlal).



Darkeş

daşınmaq bax köçmək 1

DAŞ-QAŞ  (qiymətli  daşlar)  [Aslan:] 

O cür qadına yaxınlaşıb görürsən ki, gözəl­

liyi də, əynində panldayan daş-qaş da sax­

tadır (S.Rəhman); CAVAHİR(AT) Cavahir 

daima cavahir qalır; Torpağın üstündə, tor­

paq  altında  (M.Rahim);  [Xumar:]  Menə  nə 



cavahirat  lazımdır,  nə  də  pul  (S.Rəhman); 

GÖVHƏR  Həyata  layiq  olan  ziynət  elm 

gövhəridir; Ki, böylə bir dirilik qabili-məmat 

deyil  (M.Ə.Sabir);  LƏL-CAVAHİR(AT) 

[Bəhlul:] Gördüm ki, bir küpə qızıl, bir küpə 

de ləl-cavahir (A.Şaiq).



daşqəlbli bax daşürəkli

1. DAŞMAQ, AŞIB TÖKÜLMƏK

2. daşmaq bax coşmaq 1

DAŞÜRƏKLİ Yəni men o qədər daş-

iirəkliyəm?..  (M.Hüseyn);  DAŞQƏLBLİ 

Daşqəlbli  insanlan  neylərdin,  ilahi!  Bizdə 

bu soyuq qanlan neylərdin ilahi! (M.Ə.Sa­

bir);  QƏLBİDAŞ  Çalış  ki,  bir  güllən  çıx­

masın  boşa;  Dəysin  o  faşistə,  o  qəlbidaşa 

(S.Rüstəm); SƏNGDİL (köhn.) Bir də məni 

vurma, aman, səngdil; Rəhm elə, nıqqıllayı- 

ram indi men (M.Ə.Sabir).

1. dava bax 1. müharibə; 2. dava-dalaş

2. dava bax dərman 1

DAVA-DALAŞ (bir neçə şəxs, qonşu,

qohum arasında olan narazılıq) Ancaq kənd­

dən dava-dalaş, səs-küy azalmır (M.S.Ordu- 

badi);  ÇARPIŞMA  ..dalaşanları  aralamaq 

qeyri-mümkün idi, çarpışma davam edirdi... 

(Çəmənzəminli); DAVA (dan.) Dava təzə­

dən qızışdı; başlar yarılmaqda idi; saqqallar 

yolunurdu;  səs  evlərə  düşürdü  (Çəmənzə­

minli); DAVA-ŞAVA [Alo:] Axır ay Şamo, 

bu dava-şavadan heç başım çıxır ki! (S.Re- 

himov); DİDİŞMƏ İki qardaş arasında olan 



didişmələr get-gedə uzandı (A.Şaiq); QAL­

MAQAL Emalatxanada böyük bir qalmaqal 

qalxdı (M.S.Ordubadi); QOVĞA Qovğa səsi 

getdikcə yavıqlaşırdı (Çəmənzəminli); VUR­

HAVUR (əlbəyaxa olan dava) [Kazım:] Ay 

Allahqulu, yaxşı ki, yaxamızı bu vurhavur­



dan qurtardın (Çəmənzəminli).

Dava-dalaş

89


Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə