LüĞƏTDƏ gedəN İXTİsarlar



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə48/216
tarix21.10.2017
ölçüsü6,16 Mb.
#6308
1   ...   44   45   46   47   48   49   50   51   ...   216

Doluxsunmaq

DOLUXSUNMAQ Şəndə körpəni bir do

iki  do  öpdü,  doluxsundu..  (B.Bayramov); 



AĞLAMSINMAQ Kiçikbəyim ağlam sına­

raq başmağı onun əlindən alıb, hasarın üs­

tündə  oturdu  (Çəmənzəminli);  DOLMAQ 

doldu, qaş-qabağı... aşağı sallandı (S.Rə­

himov); DOLUXMAQ Aqilin ürəyi həyatın 

bu  canlı  romanını  dinləmək  üçün  çırpındı, 

özü  iso  duymadan  doluxdu  (S.Rəhimov); 



GÖZLƏRİ YAŞARMAQ Xasayın gözləri 

birdən-birə yaşardı, başını yerə dikdi (A.Şaiq). 



doluvücudlu bax kök I 

DOMBA (göz haqqında) Arçel dəniz kö­

püyünə bənzər domba gözlərini onların ağ­

zına dikərək., məxsusi bir vəziyyət almışdı 

(A.Şaiq); QABARIQ O,... yumru və qaba­



rıq  gözlərini  rəqibinə  zilləyərək,  tez-tez 

hülqumunu  qaldırıb-salırdı  (M.Hüseyn); 



PƏRTDƏK  Murad  iri,  pərtdək  gözlərini 

Velişlə  Cavadın  üzərində  hərləyə-hərləyə 

dedi.. (Ə.Vəliyev).

I  DON  Yeni  dəbdə  tikilmiş  donun  ətə­

yində  qırışlar  vardı  (H.Abbaszadə);  KAF- 



TAN  (köhn.)  Uzun  pesilli  yəhudilər,  həsir 

şapkalı, tikməli kaftanlı kəndlilər bazara do­

luşmuşdular (Çəmənzəminli).

II don bax 1. şaxta I; 2. buz 1 

donqa bax donqar 

donqabel bax donqar

DONQAR (belində donqası olan) Yanşak 

dərəsi  sıxıb  yazığın  suyunu  çıxarıb,  eləyib 

əyribel,  donqar  (M.İbrahimov);  DONQA 

Bünyad.. donqa belini güclə sürüyürmüş kimi 

yavaş-yavaş  yeriyən  caninin  ardınca  baxdı 

(Ə.Əbülhəsən);  QOZBEL  Neçə  giindon 

sonra Fatmanisə palazı qonşusu dəllal qozbel 

Pirquluya satıb, bir qoyun alıb qurban kəsdi 

(Ə.Haqverdiyev); DONQABEL.

DONQULDANMAQ  (dodaqaltı  və  ya 

öz-özünə  narazı  halda  danışmaq)  Kepkalı 

oğlan  Adilənin  saatını  açıb  ata  malı  kimi 

cibinə qoydu və donquldandı (Ə.Qasımov); 

DEYİNMƏK  [Qəndab]  öz-özünə  deyindi 

(B.Bayramov);  MIRILDANMAQ  Kəblo 

Novruzəli səsdən təngə gəlib mırıldandı

104

Dost

(H.Sarabski);  MIZILDANMAQ  Muxtar 

yenə  də  nəzərini  çevirmədən  mızıldandı 

(B.Bayramov);  SÖYLƏNMƏK  [Qəndab:] 

Bir  başqası  da  onun  sözünə  qüvvət  verib 

söyləndi (B.Bayramov).

I DONLUQ, PALTARLIQ (parça)

II donluq bax maaş

DONMAQ (su haqqında) Dondu çaylar, 

bulaqlar;  Qardan  kürk  geydi  dağlar  (Ə.Cə- 

mil);  BUZ  BAĞLAMAQ  Volqa  çayı  buz 



bağlamışdı (H.Abbaszadə); BUZLAMAQ.

2.  DONMAQ (təəccübdən, qorxudan və 

s.-dən  tutulmaq)  Dondu  yerində  Nigar; 

Gələn  maşınlar  qəfil;  Haray  salıb  dayandı 

(Ə.Kərim);  BUZLAMAQ  Təliə  olduğu 

yerində  buzlayıb  qalmışdı  (M.S.Ordubadi); 



DONUXMAQ  Rəhim  bəy  təəccüblə  do­

nuxdu (M.Hüseyn).

3. donmaq bax üşümək 

donos bax xəbər 1 

donosbaz bax xəbərçi 1 

donosbazlıq bax xəbərçilik 

donosçu bax xəbərçi 1

1. DONUXMAQ Rəmziyə donuxub qal­

mışdı  (S.Hüseyn);  DİLİ  TUTULMAQ 

Qaraca  qızın  qorxudan  dili  tutulub  cavab 

verə  bilmədi  (S.S.Axundov);  NİTQİ  TU­



TULMAQ  (QURUMAQ)  Çatıldı  heyrət­

dən  onun  qaşları;  Gözü  dumanlandı,  nitqi 



tutuldu (B.Vahabzadə).

2.  donuxmaq bax donmaq 2 



dopu bax bəsti

dopdolu bax ağızbaağız 

DOST  (başqa  bir  şəxsə  yaxınlıq)  Əziz 

dostum, unutma, məni; Ayrılmaram bu sahil­

dən  (S.Rüstəm);  AŞNA  (köhn.)  [Mozalan- 

bəy:] Təzə aşnam da aldığı qəzetləri qatla­

yıb  qoltuq  cibinə  qoyub,  gedib  bir  kürsü 

üstündə  əyləşdi  (Ə.Haqverdiyev);  ARQA- 

DAŞ  Dostum,  arqadaşım,  yoldaşım,  dinlə; 

Nə sayaq unudaq biz bu ağrını (S.Rüstəm); 



HƏBİB  (kl.əd.)  Güli-rüxsarino  qarşu,  gö­

zümdən axar qanlı su; Həbibim fəsli-güldür 

bu, axar sular bulanmazmı? (Füzuli); ƏNİS 

(kl.əd.) Bir ənis və arkadaşı varsa, o da bəs-



Dostlaşmaq

lədiyi yüksək ideal ve yüksək fikirdən iba­

rət  idi  (A.Şaiq);  MUNİS  (ürək  dostu)  Ey 

mənim hörmətli oxucularım! Ey mənim mu­



nislərim!  (C.Məmmədquluzadə);  RƏFİQ 

(köhn.) Rəfıqim və bacısı palaz ile döşənmiş 

otağa  daxil  olurlar  (S.S.Axundov);  YAR, 



YOLDAŞ Qəriblikdə yada düşər yanarkən; 

Aşna,  yoldaş,  yar,  müsahib,  ellər  hey! 

(M.V.Vidadi);

DOSTLAŞMAQ Davudla dostlaşmışdı­

lar,  o  ara-sıra  icazə  alıb  şəhərə  çıxanda 

Həmidi  görməyə  gəlirdi  (H.Abbaszadə); 



DOST  OLMAQ  [Sarıtel:]  Biz  o  vaxtdan 

dost olduq (M.Hüseyn); AŞNALAŞMAQ. 

dostucan bax qovun 

doşab bax bekməz

DOVŞAN  (çöl  heyvani)  Dovşana  bax, 

dovşana; Dovşan qaçdı bostana... (A.Şaiq); 



XƏRGUŞ (/kl.əd., arx.) Bu yerdə həmir olur 

çu xərguş; Göydən uçamaz qanad çalıb quş 

(Xətayi).

doymaz bax acgöz(lü)

L döl bax cins 1, cinslik 

2. döl bax maya II 

döllənmək bax mayalanmaq 

döllük bax cinslik 

dönə-dönə bax dəfələrlə 

dönəm bax dəfə

DÖNGƏ  Ayaz  qabaqda  tez-tez  gedirdi. 

Bir neçə döngə keçdikdən sonra bir xarabaya 

girdi (M.İbrahimov); DÖNƏCƏK Tarqova 

küçəsinin  dönəcəyində  rastımıza  bir  neçə 

avtomobil çıxdı (C.Məmmədquluzadə); TİN 

[Fikrət] küçənin tinindəki avtomat telefon­

dan zəng çaldı (X.Hasilova).

L DÖNMƏK (gedərkən başqa tərəfə isti­

qamətini dəyişmək) Davud gede-gedo döniib 

arxaya  baxırdı,  nigaran  idi  (H.Abbaszadə); 



BURULMAQ Onlar Firdovsi mehmanxana­

sının  yanından  sağa  buruldular (M.İbrahi­

mov);  ÇEVRİLMƏK  Şahin  səsə  diksinib 

gözünü açdı, qeyri-adi cəldliklə arxaya çev­



rildi  (B.Bayramov);  ÇÖNMƏK  [Xudayar 

bəy]  bir  qədər  gedib,  çöndü  sol  küçəyə 

(C.Məmmədquluzadə).

Döşəküzü

2. dönmək bax qayıtmaq 

dönməz bax dəyanətli 

dönük bax 

1

.

 

vəfasız; 2. xain 



1 

dönüklük bax L vəfasızlıq; 2. xainlik 1

1. DÖRDAYAQLI, DÖRDQIÇLI (dörd 

ayağı olan)

2. dördayaqlı bax heyvan 1 

dördbucaq(Iı) bax dördkünc(lü) 

DÖRDKÜNC(LÜ) Kərim dayı dönüb

getmək istəyəndə “Azərbaycan qadını” ya­

dına  düşdü,  çantadan  çıxarıb  ...  dördkünc 

tumboçkanın üstünə qoydu.. (M.İbrahimov); 



ÇARGÜL 

Yan divarlardan birisində çargiil 

rəngli  pəncərələr  arxasında  zərli  çərçivəyə 

tutulmuş güzgülər vurulmuşdu.. (Çəmənzə­

minli); DÖRDBUCAQ(Ll) O zaman Ağdam 

geniş  dördbucaq  şəklində  tikilmiş  bir  kar­

vansaradan  ibarət  idi  (Çəmənzəminli); 

KVADRAT Otağın ortasında., balaca kvad­

rat stol qoyulmuşdu (M.İbrahimov). 

dördqıçlı bax dördayaqlı 1, 2

1. DÖŞ  Bənövşəyəm,  bənövşə;  Düşmü­

şəm  dilə-dişə;  Məni  gelinlər,  qızlar;  Dərib 

taxarlar döşə (Bayatı); KÖKS Mənim yaram 

deyilmi; Bu yazığın köksünə; İndi vurduğum 

yara?  (B.Vahabzadə);  SİNƏ  [Dadaş  Da­

daşov]  sinəsini  stola  söykəyib  yerli-yersiz 

sözləri ağ kağıza muncuq kimi düzür (Ə.İ1- 

dırımoğlu);  YAXA  Aşiqəm  ya  xam  əldə; 

Öyrənir ya xam əl də; Tutdum hicran yaxa­

sın; Gördüm öz yaxam əldə (Bayatı).

2. döş bax əmcək, məmə



3. döş bax yamac 

döş-döşə bax əlbəyaxa 

DÖŞƏKAĞI (döşəyin üstünə sərilən ağ)

Gülniso o biri otaqdan təzə döşəkağı gətirib, 

divar boyu qoyulmuş yeganə çarpayını rah- 

ladı  (İ.Əfəndiyev);  AĞ  (dan.)  [Firəngiz:] 

Əgər  çirkli  paltarın  varsa  yığışdır,  yorğan- 

döşəyin ağını da çıxaracağam (B.Bayramov); 



DÖŞƏKÜZÜ Təzə döşəkiizii gətirib bu dəm; 

Anam  çarpayıda  yer  açdı  mənə  (Z.Xəlil); 



MƏLƏFƏ Gəlib gördülər ki, Mülayim ki­

şini  hoyotdo  daş  qalağının  yanında uzanıb, 

üstündə mələfə çəkiblər (H.Abbaszadə). 

döşəküzü bax döşəkağı

105



Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə