LüĞƏTDƏ gedəN İXTİsarlar



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə51/216
tarix21.10.2017
ölçüsü6,16 Mb.
#6308
1   ...   47   48   49   50   51   52   53   54   ...   216

Düşüncə

ANLAQ  [Firudin:]  [Azadi]  artıq  anlaq  ve 

təsəvvürə malikdir (M.İbrahimov); İDRAK 

Hakimimülkün  keyimiş  idrakı  vəziyyəti 

dərk  edəcək  halda  deyildi  (M.İbrahimov); 



QANACAQ  Amma  mənim  qanacağıma 

görə,  sizin  kitabınızda  olan  məlumat  məhz 

Avropa  və  Rusiya  mənbəyindən  əxz  olun­

muşdur 


(C.Məmmədquluzadə); 

ŞÜUR 

[Alagöz] başını itirir, onun., şüuru dolaşırdı 

(S.Rəhimov).

2. DÜŞÜNCƏ, FİKİR, XƏYAL, ZEHİN

Bəşərin  vicdanı,  eşqi,  ürəyi,  zehni,  düşün­



cəsi, fikri, xəyalı.. (S.Vurğun).

3. düşüncə bax ağıl I

1. DÜŞÜNCƏLİ (diişiiııcəsi olan) ..Sizin 

Qətibə ilə olan rəftarınız düşüncəli bir hökm­

darın rəftarı deyildi (M.S.Ordubadi); AĞILLI 

Tərlan ağıllı oğlunun hər kəlməsindən xoş­

lanırdı (M.Hüseyn); DƏRRAKƏLİ O oğlan 

yaşda səndən kiçikdir, amma qat-qat dərra- 



kəlidir  (S.Rəhman);  HUŞYAR  ..Özümdən 

artıq  huşyar  dostlarıma  rast  gəldim.. 

(C.Memmədquluzadə);  ŞÜURLU  [Süley­

man:] Xeyr, bəy, Əsgər, ... çox ağıllı, yara­

şıqlı  və  çox  da  şüurlu  oğlandır  (Ü.Hacı- 

beyov).


2. düşüncəli bax dalğın 

DÜŞÜNCƏSİZ, AĞILSIZ, DƏRRA-

KƏSİZ, ŞÜURSUZ 

L DÜŞÜNMƏK, AĞLINA GƏTİR­

MƏK, XƏYALINA GƏTİRMƏK, TƏ­

SƏVVÜR ETMƏK, ZƏNN ETMƏK

2. düşünmək bax fikirləşmək



3. düşünmək bax anlamaq 

düşürmək bax 1. salmaq; 2. dərmək 

DÜYÜ Məsumə düyünün axırıncı qismini

de əsas barmaqları ilə sininin qırağına yayıb 

arıtladı (B.Bayramov); BİRİNC (məh.) No 

birincin, əgər nə yağm var; Şükr qıl, sağ əlin

ayağın var (S.Ə.Şirvani); ÇƏLTİK (qabığı 



çıxarılmamış düyü) Çəltik də gətir, arpa da, 

buğda da əkinçi! Yoxsa soyaram lap dərini, 

adə əkinçi! (M.Ə.Sabir).

I düyün bax toy, şənlik 1

II düyün bax bənd I 2

110


Dvoryan

1. DÜZ (heç bir yerdə durmadan) Ərizəni 

götürüb  sevinə-sevinə  düz  pristavm  üstünə 

getdi (M.Hüseyn); BİRBAŞA Yazıq muzdur 

qolu boynunda sınıqçıdan qayıdıb, birbaşa 

öz xozeyninin yanına gəldi (S.Qsnizadə).

2. düz bax hamar

3. düz bax düzənlik

4. düz bax doğru 1 

düzəltmək bax qayırmaq 1 

düzən bax düzəngah 

DÜZƏNGAH “Görüblər” əhvalatı Şeh-

lidən ətraf kəndlərə, hətta qarlı hündür dağ­

ları aşaraq Qarabağın bozaq düzəngah/arına 

da  çatdı  (S.Rəhimov);  DÜZƏN  Yaşıl  dü­



zəndə bir kənd... kirəmitli daxmalar... Əziz 

qonaq gəlibdir təravətli ilk bahar (M.Rahim); 



ARAN [Qəndab:] Obamızın camaatı, yerin­

dən-yurdundan el çəkmiş kimi, heç şeyə mə­

həl  qoymurdu,  elliklə  köçüb  getmək, 

aran 

yerlərində  məskən  salıb  əkib-biçmək  haq­

qında düşünürdü (B.Bayramov); ÇÖL Mən 

səhər  ala  qaranlıqdan  çöllərdə  işləmişdim 

(M.İbrahimov);  DÜZ  [Şahin:]  Qarşıdakı 

düzdən  keçib  bələni  aşanda  bulağın  üstünə 

enəcəyik (B.Bayramov); DÜZƏNLİK Gö­

rürəm çiçək açır Kür-Araz düzənliyi (Ə.Cə- 

mil);  DÜZLÜK  [Araz  Şeydaya:]  Sizin  bu 

mədənlərdə  düzlükdən  başqa  bir  şey  var? 

(A.Şaiq); QIR (köhıı.) Cənnət qoxan qırlar, 

əngin obalar; Bir atlasdır, yaşıl ucu görün­

məz  (A.Şaiq);  YASTANA  Firəngiz  sinə 

aşağı  enəndə  ceyran  bulağının  üstündəki 

yastanaya  xeyli  adam  toplaşdığını  gördü 

(B.Bayramov); YASAMAL, 



düzənlik  bax düzəngah 

düzgün bax doğru 1 

düzgünlük bax düzlük 1 

düzqəlbli bax safürəkli 

L DÜZLÜK Düzlük xoşbəxtliyin açarıdır 

(Ata. sözü); DOĞRULUQ Doğruluqla dost 

qapısın  dolan,  gəl  öz  evindir  (Ata.  sözü); 

DÜZGÜNLÜK, HƏQİQƏT Belə çıxır ki, 

həqiqət, ədalət, düzgünlük- hamısı bir qoz.. 

(Anar).


2. düzlük bax düzəngah 

dvoryan bax zadəgan


Ecaz

Ee

ecaz bax möcüzə 

ecazkar bax möcüzəli 

ehmal bax yavaş 

ehmal-ehmal bax yavaş-yavaş

1. EHSAN (ölmüş adamın adına, xatirə­

sinə verilən yemək') Lakin o [Dursun], altı ay 

bundan əvvəl ölmüşdü, yası tutulmuş, eh­



sanı verilmişdi (A.Şaiq); XEYRAT Xeyrat 

halvasından qarın doymaz (Ata. sözü).



2. ehsan bax sedeqə

3. ehsan bax yaxşılıq 



ehtimal bax 1. yəqin; 2. ümid 

ehtiram bax hörmət

1. EHTİRAS [cinsi əlaqə meyli) Bu gün 

Hüsaməddinin  qadına  olan  ehtirasını  coş­

durmaq  və  ona  toslim  olmamaq  vezifosini 

sənə tapşırıram (M.S.Ordubadi); ŞƏHVƏT 

[Əmir;]  Dünyada  qadın  və  şəhvət  olmazsa 

kişilərin qəlbindəki inad və müqaviməti heç 

bir  qüvvə  qıra  bilməz  (M.S.Ordubadi); 

TEMPERAMENT  [Zəki:]  Başdan-ayağa 

həyəcandır,  temperamerıtdir  (S.Rəhman); 



NƏFS  Səbəb  budur  ki,  arvadlar  bunların 

[ərlərinin]  təkcə  na/sı-heyvaniyyətlərine 

qulluq  edirlər  və  nəfs  öləndən  sonra  daha 

cavanı  evdə  saxlamağa  bir  vasitə  olmur 

(Çəmənzəminli).

2. ehtiras bax coşqunluq

3. ehtiras bax həvəs

1. EHTİRASLI Xan ayaq saxlayıb ehti­

raslı  baxışla  [Tutubəyimi]  süzdü  (Çəmən­

zəminli);  HƏRİS,  ŞƏHVƏTLİ, TEMPE- 



RAMENTLİ.

2. ehtiraslı bax coşqun 2; atəşin 1

3.  ehtiraslı bax lıevəsli 



ehtişam bax dəbdəbə 

ehtişamlı bax debdəbəli

1. EHTİYAC [bir şeyə olan tələb) [Şakir;] 

Bildilər  ki,  bir  şeyə  ehtiyacı  var,  xahişsiz- 

filansız düzəldilər (M.İbrahimov); HACƏT 

[Dərzi Zöhraba:] Amma indi sənin geri qa-



Eicarı

yıtmağına hacət yoxdur (S. Vəliyev); ZƏRU­



RƏT Əlbəttə, bu yerləri yazın isti günlərində 

görmək  Qəhrəman  üçün  daxili  bir  zərurət 

idi (S.Rəhimov); TƏLƏBAT (bax).

2. ehtiyac bax yoxsulluq 

EHTİYAT ..Səriyye xala yemək ehtiyatı­

nın tükənməyə başladığını hiss etdi (M.İb­

rahimov); TƏDARÜK [Süleyman;] ..gol sən 

bu qoca atanın sözünə qulaq as, bu həftə toy 

tədarükünü  görüb  səni  evləndirək  (M.Hü­

seyn); HAZIRLIQ İraq yerdən gəlirəm; Yar 

dərdindən ölürəm; Əyər mənim dostumsan; 

Hazırlıq gör, gəlirəm (Ə.Cavad).

EHTİYATLI  (öz  hərəkətlərində,  işində 

ehtiyat gözləyən) [Polismeyster:] Adamları­

mız  onların  arasında  işləyirlər,  ancaq  onlar 

çox ehtiyatlıdırlar (C.Cabbarlı); DİQQƏTLİ 

Sizi bekləmokdon artıq yorulmuş; O qayna­

yan, axan diqqətli gözlər (M.Müşfıq); EHTİ- 

YATKAR Firidun onun [əmniyyənin] ehti- 

yatkarlığına heyrət edib, çölə çıxdı, qızılları 

ovcuna  basdı  (M.İbrahimov);  ÜSULLU 

[Qara  Hüseyn:]  Ancaq  bir  müddət  gərək 

üsullu dolanasan (S.S.Axundov); SAYĞILI. 

ehtizaz bax titrəmə 

ekskursiya bax səyahət 

eksperiment bax təcrübə 1 

eqoist bax xudbin 

eqoistlik bax xudbinlik 

eqoizm bax xudbinlik 

el  bax  1.  xalq  1;  2.  camaat;  3.  ölkə  1; 

4. tayfa 1

ELAN (müxtəlif mənalarda) Bu elan məc­

lisin  heç  də  istəyinə  uyğun  deyil  (S.Rəhi­

mov);  AFİŞA  (tamaşa,  konsert  və  s.  haq­

qında divara vurulan elan) O gün Həmidin 

uçmağa qanadı yox idi, şəhəri gəzir, küçə­

lərə  vurulmuş  afişalarına  uzaqdan  baxırdı 

(H.Abbaszadə); ANŞLAQ (teatrda, kinoda, 



sirkdə  və  s.-də  biletin  qurtardığını  bildirən 

elan) ..bəzən teatr tamaşaya iki gün qalmış 

anşlaq asmalı olur (Ə.Haqverdiyev); ANONS 

(qabaqcadan yapışdırılmış elan); BİLDİRİŞ, 

elat bax 1. camaat; 2. köçəbə 

elcarı bax elliklə

1 1 1


Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə