LüĞƏTDƏ gedəN İXTİsarlar



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə50/216
tarix21.10.2017
ölçüsü6,16 Mb.
#6308
1   ...   46   47   48   49   50   51   52   53   ...   216

Duvaq

duvaq bax rübənd 

duvaqlı bax rübəndli 

duyğu bax hiss 

duyğusuz bax hissiz

1. DUYMAQ, BİLMƏK, HİSS ETMƏK

2. duymaq bax sezmək



I  DUZ  [Firəngiz:]  Onu  qandırarsan  ki, 

burada  camaata  un  lazımdır;  duz  lazımdır 

(B.Bayramov); NƏMƏK (kl.əd.. arx.) Bağ­

rımla, gözüm yazi evində; Çox oldu gözün, 



nəmək yedi, nan (Xotayi).

II duz bax düşənbə 

duzaq bax tələ 1 

duzəx bax cəhənnəm

DUZQABI  Ağappaq  təmiz  süfrə,  duzla 

dolu  duzqabı...  Balaca  samovar  stolun  üs­

tündə dızıldayırdı (İ.Məlikzadə); NƏMƏK- 

DAN Dedim ki, nankorsan, duz-çörək yedin

Həyat süfrəsində smdı nəməkdan (Şəhriyar).



1. DUZLU (duzu çox olan) Hind okeanı 

da duzludur (R.Rza); ŞOR Bulağın suyu şor 

idi (Çəmənzəminli).

2. duzlu bax xoşagələn



DUZSUZ Dəyirman ocağının daşına yapı­

lan fətir duzsuz yoğrulduğundan şirin olardı 

(ö.Vəliyev); ŞİT Duz alırlar; Şit bişməsin 

çörək (R.Rza). 



dübarə bax təzədən 

düçar bax mübtəla 1 

düdəmə bax məloz 2 

düdük bax tütək 

düdükçalan bax tütokçi 

düdükçü bax tütəkçi 

düha bax 1. dahilik; 2. dahi 

DÜKAN (mal, əmtəə satmaq iiçün inzibati 

bina) Nə etməli ki, [Aslanın] var-yoxunu topa 

tutdular, dükanları, evini Qızıl ordu qərar­

gahına çevirdilər... (M.Hüseyn); MAĞAZA 

[Sarıköynək:] Mağazada men özümü saxlaya 

bilməyib qəhqəhə ilə güldüm (İ.Əfendiyev); 

MAQAZİN (dan.).

DÜKANÇI Adilə Məmməd dayıya möh­

kəm  çəkmişdi,  dükançıda  sağ  yer  qoyma­

mışdı (O.Qasımov); BAQQAL Baqqal çəki 

daşının içini oydu, oydu; Alıcını çəkidə

108

Dünya

müdam aldatmaq üçün (B.Vahabzadə); 



DÜKANDAR (köhn.) [Səfa:] Məmməd dayı 

da belə tədbir gördü: divar qəzetinin acığına 

onu çayxanadan çıxartdırıb dükarıdar qoydu 

(Ə.Qasımov); MAĞAZAÇI. 



dükandar bax dükançı 

dülgər bax xarrat 

dülgərxana bax xarratxana 

dülgərlik bax xarratlıq 

dümağ bax ağappaq

DÜMBƏK  (mus.)  [Əbdülhəsən  bəy:] 

..burada  kamança, dəf,  tar,  diimbək və ney 

səsləri ucalırdı (M.S.Ordubadi); DUMBUL 

Dumbul əvvəl ağır, sonra sürətli templə çalı­

nardı (H.Sarabski). 



dümləmək  bax  içmək 

dümük bax məşğuliyyət 

dün bax dünən

DÜNƏN Bir başqası xəbər gətirdi kidü­

nən gecə filan igidi ağaca bağlayıb, sonra da 

xəncərlə xingal kimi doğrayıblar (Ə.Cəfər- 

zadə); DÜN (kl.əd.) Dün bu yerdə zəlzələ­

lər, qiyamətlər qopardı (M.Müşfıq).



DÜNYA  Dünya  dedikləri  döyüş  mey­

danı;  Dənizlər  qədərdir  insanın  qanı... 

(S. Vurğun); AÇUN (qəd.) Yenə ölgün sü­

kuta batdı açun (C.Cabbarlı); ALƏM İllər, 

qərinələr  keçirsə  aləm;  Yadımda  şaxlaram 

hər  zaman  səni (S.Vurğun); CAHAN Ca­



handa  hər  könül  yüksəliş  arar;  Varlığın  nə 

ilki, nə axırı var (S. Vurğun); ÇƏRXİ-DÖV- 



RAN Ürəyində ağrı, gözündə həsrət; O lənət 

yağdırdı  çərxi-dövrana  (B.Vahabzadə); 



ÇƏRXİ-FƏLƏK (köhn.) Bu çərxi-fələk tər­

sinə dövran edir indi.. (M.Ə.Sabir); DƏHR 



(kl.əd.)  Dərk  edə  bilməzdim  dəhri,  varlığı; 

Heyran olmasaydım gözəlliyinə (B.Vahab­

zadə); ƏRZ (məc.) Ərzin iqbalın bizik düşü­

nən (M.Rahim); KAİNAT Bütün kainat qar 

altında  bitmiş  kimi  idi  (Mir  Cəlal);  KÜR- 

REYİ-ƏRZ  (kl.əd.)  Azacıq  sönərdi  kini, 

qərəzi;  Bir  yumruq  yapsaydı  kürreyi-ərzi.. 

(M.Müşfıq); YER KÜRƏSİ Əngin bir boş­

luq içərisində sakin kimi görünən yer kürəsi 

qaranlıqlar içində dalğın-dalğın yuvarlanırdı



Dünyabaxışı

(A.Şaiq); YER ÜZÜ ..sənin ismü rəsmini 

baqi və yer üzündə məşhur olmağına cidd- 

cəhd edərdi (C.Məmmodquluzadə). 



dünyabaxışı bax dünyagörüşü 

dünyagir bax tamahkar 

dünyagirlik bax tamahkarlıq 

DÜNYAGÖRÜŞÜ Gənc Cabbarlının 

düııyagörüşündəki məhdudluğu.. Kapita­

lizmlə apardığı mübarizədən kənarda qal­

ması ilə izah etmək olar (M.Arif); DÜNYA- 

BAXIŞI Bu əsərlər müxtəlif janrlara, üslub­

lara, müxtəlif dövrlərə aiddir, müxtəlif diin- 



yabaxışına və dünyaduyumuna malik olan 

müəlliflərin qələm məhsuludur (Anar), 



dürək bax mələz 2 

dürlü bax 1. növ 1; 2 cürbəcür 

dürr bax inci 

dürtmək bax soxmaq 

DÜRTÜLMƏK [Sultan Aloya:] Haralı- 

san? - dedi, belə də qaban kimi içəriyə 



dürtülürsən (S.Rəhimov); SOXULMAQ 

Hər məclisi-alidə soxulma tez arayə; Sən 

dur ayaq üstə, demə söz ümarəye (M.Ə.Sa­

bir); TƏPİLMƏK Zəng bir də səsləndi. 

Katibə tələsik içəri təpildi (Ə.Qasımov). 

dürüst bax doğru 1 

dürüşt bax sərt 1 

düsər bax külüng

1. DÜSTUR (riyaz.), FORMUL, DƏS- 

TUR

2. düstur bax üsul



DÜŞƏNBƏ  (həftənin  1-ci  günü)  [Vəli:] 

Çatdığımız düşənbə günü kənddə böyük yan­

ğın oldu (A.Şaiq); BAZAR ERTƏSİ [Cöv­

dət:]  Əgər  barının  hörülməsi  qurtarmasa, 

onda  bazar  ertəsi  səhər  avtobusla  gedəcə­

yəm... (H.Abbaszadə); DUZ GÜNÜ (dan.) 

İki gün sonra duz günüdür (Ə.Haqverdiyev). 

düşərgah bax düşərgə 3 

1.  DÜŞƏRGƏ  (hərbi)  Əsirləri  Çankoy 

düşərgəsində  beş-on  gündən  çox saxlama­

dılar, partizan dəstələrinə qaçmasınlar deyə 

faşistləri  nəzarət  altında  hara  isə  apardılar 

(S.Vəliyev); LAGER [Cəlil:] Lagerdə mən­

dən savay bizimkilərdən beş-altı nəfər



Düşüncə

vardı... (H.Abbaszadə); ORDUGAH [Jirikov 

Qadunova:] Əmr ver, ordugahdan keçməyə 

kimsəni buraxmasınlar (A.Şaiq).



2.  DÜŞƏRGƏ,  LAGER  (vay  zamanı 

məktəblilərin istirahət yeri)

3.  DÜŞƏRGƏ  (müvəqqəti  yaşayış  veri, 



yurd,  mənzil)  Təpənin  başında  isə  təkəm­

seyrək qaraçı köçü və ya çoban düşərgələri 

görünürdü  (Mir  Cəlal);  MƏNZİLGAH 

(kl.əd.) Nə bilsin bəhr halın ol ki, mənzilgahı 

sahildir (Füzuli); DÜŞƏRGAH.



düşkünləşmək bax arıqlamaq

düşmək bax 1. yıxılmaq 1; 2. enmək

L  DÜŞMƏN  (birinə  qarşı  düşmənçilik 

bəsləyən, birinə pislik etmək istəyən) [İzzət:] 

Düşmən nə qədər aciz olsa da; Məğrur olub, 

kiçik  sanma  dünyada  (H.Cavid);  ƏDU(W) 



(kl.əd.) Əgər bütün bəşəriyyət əduvvi-camm 

ola;  Ürək  süqut  etməz  aldığı  mətanətdən 

(C.Cabbarlı); QAC (məh.) Ölkəndə insanlar 

bir-birinə qac; Analar bir qann çörəyə möh­

tac  (S.Rüstəm);  QANLI  (qan  düşməni) 

[Hatomxan:]  Biz  qohum  deyilik,  qanlıyıq 

(S.Rəhimov);  QANLIQAÇAQ  (qan  düş­

məni) [Bayram:] Mən özüm də qanlıqaçaq 

ollam  (M.F.Axundzadə);  QANLIBIÇAQ 



(daıı.)  Qaplan  Balaca  ilə  qanlıbıçaq  idi 

(H.Abbaszadə);  QƏNİM  [Nardaranlılar 

Rzaquluya:]  ..Çopur  Abdulla,  Pələng  Rza- 

qulu  qəııimindi  (H.Abbaszadə);  MÜDDƏİ 



(kl.əd.) [Əvvəlinci:] Bu hökmranların hamısı 

bir-birilə miiddəidir (Ə.Haqverdiyev).



2.  DÜŞMƏN  (müharibədə  əks  cəbhədə 

vuruşan adam, dövlət və s.) Düşmən bütün 

cəbhə  boyu  ricət  edirdi  (M.Hüseyn); 



ƏLEYHDAR,  MÜDDƏİ  Gər  sənə  əfqa­

nimi  bihudə  dersə  miiddəi  (Füzuli);  YAĞI 

Sərxoş ordusuyla qudurmuş yağı'. Vermərik 

düşmənə, biz bu torpağı (Ə.Cəmil).

3. düşmən bax müxalif

düşmənçilik bax ədavət

L DÜŞÜNCƏ Düşüncələr yeni, duyğu­

lar  yeni;  Dəyişmiş  dünyanın  söhbəti,  sazı 

(S.Vurğun); DƏRRAKƏ [Vaqif:] Bu dərra­

kənin sahibinə nə deyəsən? (Çəmənzəminli);

109



Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə