LüĞƏTDƏ gedəN İXTİsarlar


DİLƏNÇİ  [Sultan:]  Qoy  hamısı  yansın,  balaları qapılara düşüb dilənçi olsun (S.Rə-  himov); GƏDA



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə46/216
tarix21.10.2017
ölçüsü6,16 Mb.
#6308
1   ...   42   43   44   45   46   47   48   49   ...   216

DİLƏNÇİ  [Sultan:]  Qoy  hamısı  yansın, 

balaları qapılara düşüb dilənçi olsun (S.Rə- 

himov); GƏDA (məc.) [Fərman bəy:] Əlimə 

çörəkçin baxan bir gəda; Salıb varlığımı bir 

yanar  oda  (S.Rüstom);  SAİL  (kl.əd.)  Sail, 

qapıdan  baxma  bizə,  pis  göz  atarsan!  Çox 

qanqıma,  durram,  elə  vurram  ki,  batarsan! 

(M.Ə.Sabir); YOLÇU [Beyrək:] Monyurd- 

suz-yuvasız bir yolçuyam (Anar), 

dilənçipayı  bax  sədəqə 

DİLƏNMƏK, DİLƏNÇİLİK ETMƏK, 

ƏL AÇMAQ, YOLÇULUQ ETMƏK 

dilflrib bax məftunedici, cazibəli 

dilflruz bax ürəkaçan 

dilgir bax dilxor 

dilguşə bax ürəkaçan 

DİLXOR [Məmməd:] No olub ə, Topal, 

bu dilxor vaxtımızda yenə nə gözünün qara­

sım sıxırsan? (Ə.Qasımov); DİLGİR (köhn.) 

Qotur Səmədin sözlərini hamı istiğfar etdi, 

usta  Ağabala  isə  dilgir  olub  dedi:  -  Qələt 

eləmə,  məlun...  (Çəmənzəminli);  MƏYUS 

[Nemət] yorğun ve məyus bir halda evə dö­

nüb yatdı (Çəmənzəminli); OVQATI TƏLX 

Axşam xan ovqatı təlx evə qayıtdı (Çəmən­

zəminli);  PƏRT  Ayna  xanım  pərt kimi idi 

(M.Hüseyn).

DİLXORLUQ, KEFSİZLİK, OVQAT- 

TƏLXLİK

dilxoşluq bax 1. şadlıq; 2. zarafat, mazaq

diliacı bax acıdil

dilişirin bax şirindil(li)

dilkeş bax ürəkaçan

dilmanc bax 1. tərcüməçi; 2. vasitəçi

dilrüba bax 1. ürəkaçan; 2. gözəl

dilrübalıq bax gözəllik

dilsiz bax 1. lal 1; 2. yazıq 1

dilsiz-ağızsız bax yazıq 1

dilşadlıq bax sevinc

dilşünas bax dilçi

dilşünaslıq bax dilçilik

dimağ bax beyin

I DİMDİK Qağayı dimdiyini suya vurub, 

oradan kiçik bir balıq çıxardı (S.Rəhimov); 

QAĞA  [Piri  Fani:]  Sizlərdən  hər  biriniz

Dilənçi

100


özünüz üçün nə istəsəniz simurq qağası ilə 

dərib atar (S.S.Axundov).



II dimdik bax şax 1

DİN Ər-arvad və din məsələsində Həsən 

köhnə  ata-baba  yolu  ilə  gedənlərdən  idi 

(M.İbrahimov);  MƏZHƏB  [Molla  Sadıq:] 

Camaat, hamınız sünnüsünüz, məzhəbiniz­



dən  dönməyin,  şəkk  eləməyin,  sonra axiret 

dünyasında  cəhənnəm  oduna  yanarsınız 

(İ.Şıxlı), 

dinc bax sakit 1 

dincəliş bax istirahət 

DİNCƏLMƏK [Adilə] bir qədər dincə­

ləndən  sonra  paltarını  dəyişib  redaksiyaya 

getdi  (Ə.Qasımov);  DİNCİNİ  ALMAQ 

Napoleon  əsgərlərindən  biri  demişdi:  “Biz 

burada  dincimizi  almaq  ümidində  idik 

(M.Hüseyn); İSTİRAHƏT ETMƏK Həmzə 

bir  az  istirahət  edib  qalxdı  (Ə.Qasımov); 



NƏFƏSİNİ  DƏRMƏK  [Həmid:]  Əyləş, 

nəfəsini dər, sonra deyərsən görək nə oldu? 

(H.Abbaszadə);  RAHATLANMAQ  [Də- 

mirov]  çarpayı  üzərində  oturub  rahatlandı 

(S.Rəhimov);  YORĞUNLUĞUNU  AL­



MAQ [Müslim və Nəzakət] yorğunluqlarını 

almaq üçün yolun kənarındakı hamar bir da­

şın üstündə yanaşı oturdular (Ə.Yusifoğlu).



dinclik bax 1. sülh 1; 2. əmin-amanlıq;

3.  istirahət



dinçi bax dindar 

dinçilik bax dindarlıq 

DİNDAR  (dinə,  Allaha  inanan,  din xa­

dimi)  Baş  saçlı,  ayaq  çəkməli,  mırt-mırt 

danışanlar; Din qədri bilib, möminü dindar 

olacaqdır!..  (M.Ə.Sabir);  AĞZIDUALI, 

MOLLAGUNƏ  (köhn.)  Hacı  Hüseyn  hə­

mişə  təsbeh  çevirən,  ağzıdualı,  mollagunə 

bir  kişi  idi  (S.Rəhimov);  DİN  ƏHLİ  Din 

əhlinə də kəşf olur axırda müəmma; Dinsiz­

liyi  dinindən  alırmış  kişi  zira  (M.S.Ordu- 

badi); DİNÇİ (Əbu Übeyd:) O, mübarizənin 

bu  qədər  uzun  sürməsində  yerli  zənginləri 

və  dinçiləri  təqsirli  görür  ki,  onlar  Elxana 

maddi  ve  mənəvi  yardım  göstərir  (C.Cab- 

barlı); DİNPƏRƏST Mina xanım dinpərəst

Dindar



fanatiklər kimi öz fəlsəfəsinə, öz qaydasına 

sadiq olduğundan heyatda başqa fəlsəfələri, 

başqa qaydaları görmürdü, görmək istəmirdi 

(M.İbrahimov); 



DİNPƏRVƏR 

(köhn.) 

Ülemayi-izami-dinpərvər; 

Füqərayi-qəy- 

yuri-hər kişvər (M.Ə.Sabir); MÖMİN Tanı 

məni  belə  mömin;  Belə  dindar  adam  kimi 

(M.Rahim).



DİNDARLIQ,  DİNÇİLİK,  DİNPƏ- 

RƏSTLİK, DİNPƏRVƏRLİK, MÖMİN- 

LİK

dindaş bax həmmezhəb

1.  DİNDİRMƏK  [Firat]  məhkəmə  za­

manı şahidləri dindirib, onları dürüstləşdir- 

mək istəyirdi... (H.Abbaszadə); DANIŞDIR­

MAQ  Məhkəmə  sədri...  bir  neçə  şahidi  də 

danışdırdı  (M.Hüseyn);  İSTİNTAQ  ET­

MƏK Müdir tələbələri bir-bir kabinetə ça­

ğırıb istintaq etdi (A.Şaiq).



2. DİNDİRMƏK ...Yan xəlvətdə gördüm; 

Dindirmədim  doyunca  (Bayatı);  DANIŞ­

DIRMAQ [Baxış bəy] bəlkə də Növrəstəni 

danışdırmaq,  bir  ağzım  yoxlamaq  üçün 

gözləyirdi (Ə.Abbasov).



dingələn bax ting

dingi bax ting

DİNLƏMƏK  İstər-istəməz  skamyanın 

arxasına  söykənib  bu  lətif  səsi  dinləməyə 

başladı (M.Hüseyn); EŞİTMƏK Eşidin, nə 

deyir;  “İki  gün  əvvəl;  Niyə  gecikmişdin? 

Bundan  danış  gəl!”  (M.Rahim);  QULAQ 

ASMAQ  [Şahməmməd:]  Mənə  qulaq  as... 

(S.Rüstəm);  QULAQ  TUTMAQ  Ol  sözə 



tutma  qulaq,  mən  çəkdiyim  efqane  tut 

(Füzuli);  QULAQ  VERMƏK  [Nisəbəyim 

xanım:]  Hətta  bir  gün  mən  qapı  dalından 

qulaq verirdim (M.S.Ordubadi); GUŞ ELƏ­

MƏK  {köhn.)  Kağəz  sənə  ağ  göstərir  öz 

sineyi-safm; Guş eyləmə lafın (M.Ə.Sabir); 



GUŞ  QILMAQ  (köhn.)  Guş  qılginən  bir 

sadələrə...  (C.Memmedquluzadə);  MÜL- 



TƏFİT OLMAQ [Maral:] Mirzə, bir yanını 

yerə qoy, mənə yaxşı miiltəfit ol (S .Rəhman).



DİNMƏK,  DANIŞMAQ  Dinmə,  da­

nışma, yat bala, sən deyən olmayıb hələ!

Dindarlıq

(M.Ə.Sabir); DİL AÇMAQ İxtiyar dil açıb 

bu  vaxt  səhnədən;  “Başqası  deyiləm,  mən 

yalnız  sizəm...”  (S.Vurğun);  DİLƏ  GƏL­



MƏK Şam da dilə gəldi birdən; Şair, nə tez 

qocaldın sən? (S.Vurğun). 



dinpərəst bax dindar 

dinpərəstlik bax dindarlıq 

dinpərvər bax dindar 

dinpərvərlik bax dindarlıq 

DİNSİZ (dinə inanmayan, həm isim, həm 

də  sifət  kimi)  Satırsan  xaçpərəstə;  Satırsan 

müsəlmana; Dinsizə də satırsan; Girsə əgər 

dükana (M.Rahim); BABI (məc.) Dinü imanı 

danıb, yoldan azıbdır, babıdır (M.Ə.Sabir); 



BƏDETİQAD  ..Seyyid,  o  da  sənin  kimi 

bədetiqaddır (S.Ə.Şirvani); BİDİN [Ağa Bə­

şir:] Pərvərdigara, dünyada necə bidin adam­

lar  yaradıbsan!  (M.F.Axundzadə);  MOL- 

TANI (dan.) [Axund:] [Qızı] lap moltanıya 

da  nikah  etməyə  hazıram  (C.Cabbarlı); 



MÜLHİD (köhn.) ..ona kafir və mülhid namı 

verərkən ondan qaçmağa, onu təhqir etməyə 

başlamışlar (A.Şaiq); MÜRTƏD, LAMƏZ- 

HƏB  (söyüş  kimi  də  işlədilir)  [Kərbelayı 

Həsən:] Bu da, bu mürtəd qızı, laməzhəb qızı! 

(Çəmənzəminli); FASİQ, KAFİR (bax). 

dir-dirrik bax avadanlıq 

dirəxşan bax parlaq, işıqlı 

dirək bax 1. dayaq; 2. kömək, havadar 

dirəmək bax 1. söykəmək; 2. zilləmək II 

dirənmək bax 1. söykənmək; 2. dikilmək 

DİRİ Ölülər elə bilirlər ki, dirilər həmişə 

halva yeyir (B.Bayramov); CANLI Ucalan 

heykəl canlı bir insan kimi görünürdü (S.Rə- 

himov); Mən də bir insanam, mən də can­



lıyam... (S.Vurğun); DİRİGÖZLÜ ..halbuki 

dirigözlü  arvad  ola  (Ü.Hacıbəyov);  SAG 

[Fatma:] Əgər anan sağdırsa, Allah ömrünü 

uzun eləsin, yox vəfat eləyibsə, torpağı rahat 

olsun (H.Abbaszadə); YAŞAR Səni mütləq 

cahanda  var  sanıram;  Bizim  ilə  səni  yaşar 

sanıram  (A.Şaiq);  ZİHƏYAT  [Aqşin:] 

Əmirəlmömin  xəlifənin  iradəsinə  qarşı  bir 

zihəyat  dura  bilməz.  Ayrılın!  (C.Cabbarlı); 

ZİNDƏ (köhn.) Hər zaman zindəyəm, hər

Diri

101



Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə