LüĞƏTDƏ gedəN İXTİsarlar


Cəftə moni  cana  gotirib  (M.İbrahimov);  HƏD-



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə30/216
tarix21.10.2017
ölçüsü6,16 Mb.
#6308
1   ...   26   27   28   29   30   31   32   33   ...   216

Cəftə

moni  cana  gotirib  (M.İbrahimov);  HƏD- 



YAN (dan.) [Selim bəy:] Mən də gərək ac- 

susuz bu hədyana qulaq asam (N.Vezirov); 



HƏRZƏ (dan) [Bənövşə:] Bu hərzə mənim 

ciyərimi yandırdı (M.İbrahimov); YALAN- 



PALAN  [Mirzə:]  Yalan-palandan  sənə 

sonra söyləyərəm.. (Ə.Haqverdiyev).



CƏFTƏ (qapının arxa tərəfində düzəldi­

lən qarmaq) Daxmanın boz divarları, cəftəsi 

qırılmış  qapısı,  birtaylı  pəncərəsi  həsrətlə 

Pərini  çağırırdı  (M.İbrahimov);  MANDAL 

(məli.) Mandal qapıda olar (ADDL); RƏZƏ 

(dan.)  Ağca  xanım  qanının  rəzəsini  vurdu 

(Mir Cəlal), 



cəhalət bax avamlıq 

cəhd  bax  səy 

cəhdli bax səyli

CƏHƏNNƏM (din.) [Vaqif:] Canım, no 

cəhənnəm,  nə  cənnət  vardır;  Bunlar  da  bir 

cürə  uydunnalardır  (S.Vurğun);  AXİRƏT 



DÜNYASI  [Vidadi:] Axırda qismətin ola­

caq  cənnət;  Axirət  dünyası  qalacaq  bizə 

(S.Vurğun);  DUZƏX  (köhn.)  Və  bir  gün 

məscidə əsnayi moizədə Axund Molla Tağı 

deyərdi  ki,  Həqq-təala  cəlli-cəlala  buyurur 

ki, duzəxdə bir ilan var ki, uzunluğu altmış 

fərxəsdir 

(C.Məmmədquluzadə); 



NAR 

(kl.əd.)  Ey  Ümməti-Məhəmmədə  rəhm  et­

məyən  kişi;  Nar  əhlisən,  güvənmə  nəmazü 

təharətə  (M.Ə.Möcüz);  SƏQƏR  (arx.) 

Mənzilinizdir  səqər,  oxutmuram  el  çəkin! 

Eyləməyin  dəngəsər,  oxutmuram  əl  çəkin! 

(M.Ə.Sabir).



cəhət bax 1. xüsusiyyət2. tərəf 1

cəlal bax əzəmət 1

cəlbedici bax cazibədar

cəld bax 1. yeyin, əlüstü; 2. çevik 1; zirək

cəldlik bax zirəklik

cələ bax tələ

cələsə bax iclas

CƏLLAD [Xan:] Cəllad çağırıb əmr elə­

dim ki, Alı kişinin boynunu vursun (“Kor­

oğlu”); BAŞKƏSƏN [Salman:] Mən o ev- 

yıxanları, o başkəsənləri deyirəm ki., quz­

ğun kimi tökülüblər Koreyaya (Mir Cəlal);

68

Cəngavər



MİRQƏZƏB [Mollayev] bir gün mehriban 

görünür, adamı tərifləyib göyə qaldırır, o biri 

gün mirqəzəb kimi başını korş balta ilə kəsir 

(M.Hüseyn).



cəmdək bax 1. leş; 2. bədən 

CƏMDƏKYEYƏN (zool), LEŞYEYƏN 

çəmən bax elliklə 

cəmi bax 1. bütün 1; 2. vur-tut 

cəmi-cttmlətanı  bax  vur-tut 

CƏMİYYƏT  Bir  qütbdə  Əzim  əsgəri- 

leri ehtiyacın pəncəsinə verib hərisliyə, ac­

gözlüyə  sövq  edən  cəmiyyət,  o  biri  qütbdə 

ya  insan  iztirablarına  qarşı  kar  və  kor  olan 

qansızlar  yetirir,  ya  da  orada  namuslu  no 

varsa bu biri qütbə keçməyə məcbur edirdi 

(M.İbrahimov); SİNİF [Müqim bəy:] İstis­

marçı sinfin möhtəkir nümayəndəsinin ölü­

münə acıyırsınız (S.Rəhimov). 

cəmləmək bax yığmaq, toplamaq 1 

CƏNAB  (müraciət  forması)  [Nəbi  Ko- 

xaya:] Sən mənim adımdan, cənab, zəhmət 

çek;  Səlim  bəyə  de  ki,  toyun  mübarək 

(S.Rüstəm); AGA [Güləbətin yuxuda:] məni 

bağışla ağrw'-kapitan, keç günahımdan, qə­

lət eləmişəm (M.İbrahimov); MİSTER Tez 

əlimi salıb cibimə; mən də bir şəkil çıxarı­

ram: - Bunlar da mənim uşaqlarımdır, mis­



ter! (R.Rza); SER Deyəcəklər buraya ayaq 

basıbdır nədən; Serlərə, misterlərə nə söy­

ləyim onda mən? (M.Rahim). 

cənazə bax meyit; tabut 

CƏNCƏL  [Mina  xanım:]  Xahiş  edirəm, 

bu  cəncəli  axıra  çatdır,  səninki  keçib,  belə 

şeylərə öyrənmisən (M.İbrahimov); DAVALI 

Məcməyidə  gavalı;  Yedim,  oldum  havalı; 

Qonşuda  bir qız sevdim; O da çıxdı davalı 

(Bayatı); XATALI [Balağa:] Cəncəl, xatalı 

adamdan gen dolanmaq məsləhətdi (H. Ab­

baszadə);  QƏNBƏRQULU  [Xaspolad:] 

İnsanın  gərək  zatı  qənbərqulu  olmasın 

(C.Cabbarlı);  ƏNGƏL  (bax);  QALMA­



QALLI.

I cəng bax müharibə

II cəng bax pas

cəngavər bax döyüşçü; cəsarətli


Cənnət

CƏNNƏT (din.) Cənnətin ənbərin qapı­

ları usta Ağabalanm üzünə açıldı (Çəmən­

zəminli); BEHİŞT [Cavad:] İkinci budur ki

istəyirəm  savab  iş  görəm  ki,  dünyada  be­



hiştə  gedəm  (Ə.Vəliyev);  RİZVAN  (məc.) 

Vahid, zəmanə xubləri keçdi cənnəti; Zahid 

henuz rövzeyi-rizvana bağlanıb (Ə.Vahid); 

UÇMAQ (arx.) Oldur bu gecə ki, əhli iman

Uçmaq ilə cavidan qovuşdu (Xətayi).

CƏNUB Bizim aynabənd cənuba baxdı­

ğından yayda çox isti olur, qışda isə o qədər 

də  soyuq  olmur  (M.İbrahimov);  GÜNEY 

[Hüseyn:] Gərək o adamın dədəsinə od vura­

san və elə vurasan ki, heç bilməsin ki, bəla 

güneydən  gəldi,  ya  quzeydən  (N.Vəzirov); 

QİBLƏ (köhn.) Ağıçı Bedircahamn evi şə­

hərin  qiblə  tərəfində,  qayanın  üstündə,  çox 

basəfa olan yerdədir (N.Vəzirov).

cərəs bax zınqırov

1.  CƏRƏYAN,  AXIN  Belə  bir  zəruri 

axma  -  cərəyana  qoşulan  Bəktaşi  Bəybala 

oğlu, istəsin-istəməsin öz maşınlarını da bu 

yeniləşən,  gündən-günə  əfsanələşən  dö­

yüşdə öz yanında .. görürdü (S.Rehimov).



2.  CƏRƏYAN  (fiz.)  Keçirici  mühitdə 

əmələ gətirilən elektrik sahəsi cərəyan əmələ 

gətirir  (Z.Kazımzadə);  TOK  (dan.)  [Toğ­

rul:]  Sən  öləsən,  məsləkinə  and  olsun  ki, 



tok  altında  ölməsən,  yaşılburun  qurbağanı 

sənə alacağam.. (C.Cabbarlı); ELEKTRİK 



ENERJİSİ.

cərgə bax sıra 1; nizam 2

çəridə bax qəzet

CƏSARƏT Bu fikir onu qorxutmadı, ək­

sinə  qəribə  bir  cəsarət  verdi,  bir  sıçrayışda 

ayağa  qalxıb  Sərdarın  gözünün  içinə  baxdı 

(M.İbrahimov); CÜRƏT Cürət yox kimsədə 

düz yol getməyə; Haqqı, həqiqəti inkar et­

məyə... (M.Rahim); ƏZM Dənizlər söndürə 

bilmədi  səndəki  odu;  Nə  əzm  qırıldı,  nə  də 

soyudu  (M.Rahim);  QƏTİYYƏT  Onun 

simasında ağır iztirabların izi və bir qətiyyət 

vardı (M.Hüseyn); RİSK Mühəndis., böyük 



risklər nəticəsində başa gələn ən çətin işləri 

de görüb qurtarmağı bacaran ustaların seviy-



Cəzalandırmaq

yəsini  o  zamankı  neftçilərin  səviyyəsi  ilə 

tutuşduranda  uğunub  getdi  (M.Hüseyn); 

ŞÜCAƏT 

Eldənsən, unutma el adətini; Gös­

tər cürətini, şücaətini (S.Rüstem); HÜNƏR 

(bax); İGİDLİK (bax).

CƏSARƏTLİ [Firəngiz Şahinə:] Bu cə­

sarət deyildir, özünü cəsarətli göstərməkdir 

(B.Bayramov); ƏZMLİ [Qadının] zahiri gö­

zəlliyindən daha dərin təsir edən qəti cürətli



əzmli  danışığı  idi  (T.Ş.Simürğ);  ÜRƏKLİ 

İşdə qüvvətli oğlanlarda, ürəkli kişilərdə bu 

qədər cürət tapılmaz ikən, nə əcəb sən bu işi 

dərehde  etdin  (N.Nərimanov);  CƏNGA­



VƏR, CÜRƏTLİ, HÜNƏRLİ (bax); İGİD 

(bax).

CƏSARƏTSİZ (cürəti, cəsarəti olmayan) 

Student həlim və cəsarətsiz səslə: - Bağış­

layın, sizə əziyyət verirəm (Çəmənzəminli); 

CÜRƏTSİZ [Zeynəb:] Oğlan ciirətsiz olsa, 

qızlar onun başına oyun açar (İ.Şıxlı); QOR­



XAQ  Üzü  uçuruma  durmuşdum;  Qorxaq, 

xəbərin  olmadı  (M.Araz);  KƏMCÜRƏT 

Gözəlin bəzisi bədniyyet olur; ..O ki bir pa­

rası 


kəmcürət olur (Q.Zakir). 

cəsəd bax meyit; 2. bədən 

cəsur bax 1. igid; 2. şanlı 

cəsurluq bax igidlik

CƏZA  [Elxan:]  Mən,  veriləcək  cəzam 

gözləyirəm  (C.Cabbarlı);  ƏCR  Zülm  edən 

kimsələrin əcri budur (M.Rahim); QULAQ- 

BURMASI  (dan.,  yüngiil  cəza)  [Dayısı 

Nadirə:]  Bacıoğlu,  görünür  qulaqburması 

yadından  çıxıb  ha?  (B.Talıblı);  TƏNBEH 

[Hacı Həsən:] Nə tənbeh lazımdır, mən elə­

yim.. (C.Məmmədquluzadə).

CƏZALANDIRMAQ  [Pavluşa:]  Qoy 

təşkilat meni cəzalandırsın (M.S.Ordubadi); 



AŞININ SUYUNU VERMƏK (fr.v.) Bəh­

mənin  əlləri  gicişirdi.  Əgər bu  həyasız  kişi 

Qəni əminin doğma oğlu olmasaydı ayaqları­

nın altına yıxıb, onun aşınm suyunu verərdi 

(H.Abbaszadə); ATASINI YANDIRMAQ 

[Xəlil:] Qoy bir işlərim yoluna düşsün, mən 

onun atasını necə yandıraram, özüm bilirəm 

(M.Hüseyn); BURNUNU OVMAQ [İbra-



69


Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə