M-az (9). indd



Yüklə 23,52 Mb.
Pdf görüntüsü
səhifə30/48
tarix17.11.2018
ölçüsü23,52 Mb.
#80668
1   ...   26   27   28   29   30   31   32   33   ...   48

64
Mədəniyyət.AZ / 9 • 2016
İlk və ən böyük stimul
C.Seyidova: “Böyük qardaşım Anar 6 yaşından musiqi ilə 
məşğuldur. Onun skripkasının səsini ilk dəfə eşidəndə 4 yaşım vardı. 
Bu alətin səsi dərhal ürəyimə yatdı. Və 6 yaşım tamam olanda anam 
məni Bülbül adına musiqi məktəbinin fortepiano sinfinə apardı. Eti-
raz edib dedim ki, yalnız skripka sinfində oxuyacam. Heç kim məni 
fikrimdən döndərə bilmədi. İlk konsertim 8 yaşım olanda, Dövlət 
Kamera Orkestrinin müşayiəti ilə bizim filarmoniyada baş tutdu. Bu 
konsertdən sonra anladım ki, səhnə, tamaşaçılar, dinləyicilər, onla-
rın alqışları, bağışladıqları gül-çiçəklər olan yerdə özümü çox rahat 
hiss edirəm. Hər hansı utancaqlıqdan, çəkingənlikdən söhbət belə 
gedə bilməzdi. Mən səhnədən, tamaşaçılardan enerji alıram, onlar 
da məndən. Səhnəni elə sevdim ki, yüksək hərarət də mənə səhnəyə 
çıxmağa, ifamı layiqincə başa vurmağa mane olmadı. Valideynlərim 
musiqiçi olduqları üçün hərarətin azacıq yüksəlməsinin artıq aləti 
götürüb musiqi ilə məşğulluğa, xüsusən də səhnəyə çıxmağa cid-
di əngəl törətdiyini bilirlər. Mən isə çığırırdım ki, yox, mütləq çıxış 
edəcəm. Ağlıma sığışdıra bilmirdim ki, nəsə mənə səhnəyə çıxmağa 
mane ola bilər. Əsərin son akkordunu çalıb bitirəndən sonra alqış-
lar, məmnun simalar, gül-çiçək dəstələri musiqiçi üçün ən böyük 
xoşbəxtlikdir. İlk konsertimdən sonra o qədər çıxışlarım oldu ki... 
Elə təkcə Heydər Əliyev Fondunun xətti ilə MDB, Avropa və Ame-
rikada konsert proqramlarının iştirakçısıyam. Ən böyük stimulum 
isə qardaşımdır. Hər ikimiz Prezident təqaüdçüsü və beynəlxalq 
müsabiqələrin laureatlarıyıq. O, hazırda Moskva Konservatoriyasının 
aspiranturasında oxuyur. Aramızda həmişə sağlam, yaradıcı rəqabət 
var. Əlbəttə, Maksim Vengerov, Canet Censon kimi skripkaçılar hər 
bir musiqiçi üçün örnəkdir. Oystrax, Koqan kimi dahilər haqqında isə 
nəsə demək artıqdır”.                       
GƏNC, 
GÖZƏL,
AĞILLI,
İSTEDADLI 
Sadalanan təyinlərin ünvanı olan qəhrəmanımız Tanrının xoş 
ovqatında dünyaya gəlib...
Sripkaçı Ceyla Seyidova. Musiqiçi ailəsində nəğmə sədaları 
altında böyüyüb. Skripkaçı, Xalq artisti Uran Seyidov və Bakı 
Musiqi Akademiyasının professoru, əməkdar artist Samirə 
Aşumovanın övladıdır... Xüsusi istedadı olan gənclərə verilən 
Prezident mükafatçısıdır.


65
Mədəniyyət.AZ / 9 • 2016
Uğurlar
İlk dəfə müsabiqəyə 12 yaşım olanda qatılmışam. İtaliyada birinci 
yeri tutmuşdum. Ümumiyyətlə, 12 yaşım çox əlamətdar oldu. Ən bö-
yük arzum olan Parisi görmək də həmin il reallaşdı. Parisdə Heydər 
Əliyev Fondunun xətti ilə YUNESKO-nun qərargahında Azərbaycan 
musiqiçilərinin konsertində “Şindlerin siyahısı” filmindəki musi-
qini çaldım. Mənim belə bir vərdişim var – nikbin, şən və bədbin, 
həzin musiqi çalanda xəyalən uyğun səhnəni canlandırıram. Bu 
dəfə gözlərim qarşısındakı filmin epizodu idi. Və dinləyicilər bunu 
duyub dəyərləndirdilər. Konsertdə çox uğurla çıxış etdikləri üçün ki-
çikyaşlı musiqiçilərə hədiyyə olaraq hamını Disneylendə apardılar. 
Disneylenddə gördüklərimi, Paris gəzintisinin təəssüratını heç vaxt 
unutmayacam.
Mən məktəbi bitirəndə isə qanun çıxdı ki, 20 ən nüfuzlu musi-
qi musabiqəsinin birində qalib gəlmiş abituriyent test imtahanın-
dan azad edilir. Mən də Brüsseldə keçirilən müsabiqəni seçdim 
və 1-ci yeri tutdum. Bu, qeyri-musiqi fənlərindən test imtahanı 
verməkdən xeyli asan idi. Sonra Yunanıstanın Rodos adasında 
keçirilən müsabiqədə qalib oldum. Hələlik son uğurumu qazandığım 
müsabiqə bu ilin iyulunda Yunanıstanda baş tutdu. Müsabiqədə dün-
yanın hər yerindən skripkaçılar iştirak edirdilər. Əvvəlcə açıq ustad-
dərsləri oldu, sonra isə müsabiqə keçirildi”. 
Ceyla Avropa Oyunlarının bağlanışında da çıxış edib. Çaldığım 
elektron skripkanı orda ona hədiyyə ediblər. İlk dəfə stadionda çı-
xış edəcəyi üçün çox həyəcanlı olduğundan çıxışdan 3-4 gecə əvvəl 
gözünə yuxu getmirmiş. 2015-ci ildə Bahar qızı olanda da keçirdi-
yi hisslər fərqli olub, çünki həmişə musiqi ifa etdiyi halda indi şeir 
söyləməliydi...
Gözəllər gözəli
“Ay parçası” ifadəsi sanki Ceyla haqqında deyilib. Sanki niyə? Elə 
gerçəkdən bəyan edilib. 
9 yaşı olanda balaca qızlar arasında keçirilən respublika gözəllik 
müsabiqəsində vitse-miss adına layiq görüləndə...
C.Seyidova: 
“Əlbəttə, bu mənim xoşuma gəlmişdi, amma incəsənət, klassik 
musiqi ifaçılığı qədər yox. 
Sevimli müəllifl ərim Paqanini, Venyavski, Sarasati, Arif Məlikov
Qara Qarayev, Fikrət Əmirov... Xarici ölkələrdə çıxış edəndə öz 
bəstəkarlarımızın skripka üçün bəstələdikləri əsərlərini çalıram 
və bu çox yaxşı qarşılanır, məmnuniyyətlə qulaq asırlar. Öz ölkəmi 
təmsil etmək mənim üçün çox maraqlıdır. Bakıda doğma publikam 
olduğu üçün daha isti münasibət görürəm. Ümumiyyətlə isə bütün 
dinləyicilər məni yaxşı anlayıb qəbul edirlər. Əlbəttə, xarici ölkədə çı-
xış etmək ikiqat məsuliyyətdir – səni tanımırlar, deməli, həm özünü 
təqdim etməyi, həm də ölkənin adına layiq olmağı bacarmalısan”.
Moskvanın fəthi
Onun devizi qazanılan uğurlardan başını itirməmək, çətinliklərdən 
qorxmamaq və daim irəli getməkdir. Elə buna görə də dördüncü 
kursdan təhsilini P.İ.Çaykovski adına Moskva Dövlət Konservatori-
yasında davam etdirir. 
C.Seyidova:
“Mənim heç vaxt Bakını tərk etmək xəyalım olmayıb. Qarda-
şım ağlı kəsəndən xaricdə təhsil almaq istəyirdi, mən isə evimə, 
vətənimə bağlı adamam. Hətta ötən il Yeni ili qeyd etmək üçün Bakıya 


66
Mədəniyyət.AZ / 9 • 2016
gəlmək istəyirdim, çünki belə öyrəşmişəm. Amma müəllimim icazə 
vermədi, dedi ki, burda qalıb hər gün məşğul olmalısan. Təhsilimi 
Moskvada davam etdirmək qərarına gəlməyim, yəqin ki, imkanları-
mın daha geniş meydan istəməsi ilə bağlıdı. Bir gün anladım ki, artıq 
Bakıda nə lazımdısa öyrənmişəm, əxz etmişəm, uğur qazanmışam, 
indi artıq daha mükəmməl təhsil almalıyam ki, günlərin bir günü 
pedaqoji fəaliyyətə başlayanda tələbələrimə deyəcək sözüm olsun. 
İlk vaxtlar çox çətin idi. Çünki orda məni heç kim tanımır, bacarığıma 
bələd deyildi; özümü yenidən təsdiqləməliydim. Əlbəttə, kiçik yaş-
larda daha asan olur, hamı səni ruhlandırır, yetkin adamınsa başını 
sığallayıb səhvinin üstündən ötmək olmaz. Xüsusən nəzərə alsaq 
ki, orda skripkaçıların səviyyəsi çox yüksəkdir. Fərq imtahanları-
nın sayı ilə qarşılaşanda dəli olmaq dərəcəsinə gəldim – təsəvvür 
edirsiz, düz 30 fəndən fərq imtahanı verməli idim ki, Moskva Kon-
servatoriyasının tələbəsi adını qazanım. Hətta Bakıya qayıtmaq 
istəyirdim. Qardaşıma dedim, o da dedi ki, yaxşı, indi səninçün 
bilet sifariş edərəm. Və elə bu söz məni ayıltdı – dedim, yox, 
qalıram, Ceyla təslim ola bilməz, o, axıra kimi getməlidir. Sağ 
olsun müəllimlər, anlaşıqlı, dünyagörüşlü, məlumatlı tələbəni 
fərqləndirməyi bacarırlar. Belə yanaşma olmasaydı, o qədər fərq 
imtahanının öhdəsindən gələ bilməzdim”.
Sonra da hər şey yaxşı gedib. Tez bir zamanda qürur verəcək 
nailiyyətlər əldə edib. Məsələn, S.Prokofyev adına müsabiqədə 
“Qran-pri” alıb. Moskvaya gələndən 1 ay sonra baş tutan 
konsertdə hər skripkaçıda olmayan stakatto adlanan və bir 
musiqi sədasını digərindən pauza ilə ayırmaqdan ibarət olan 
ştrixi ustalıqla yerinə yetirməsi ilə “na bis” çağırışına nail olub. 
Məhz bu konsertdən sonra “Kultura” kanalı onun haqqında 
süjet hazırlayıb. Süjetə baxa-baxa fikirləşirmiş ki, doğrudan-
mı Moskva dinləyicisinin ürəyinə yol tapa bilib?..
C.Seyidova: 
“Moskva konservatoriyasında 
təhsil almaq çox çətindir. Amma 
həm də çox maraqlıdır. Müəllimlərin 
pedaqoji səviyyəsi, texniki təchizat 
ən yüksək səviyyədədir. Moskvada 
təhsil almağa başladığım müddət 
ərzində hər ay konsertlərimiz olur. 
Eduard Davidoviç təkrar proqramla 
çıxış etməyə icazə vermir. Çalaca-
ğımız əsərləri fərdi bacarıqlarımızı 
nəzərə alaraq seçir. Bakıda Bülbül 
adına məktəbdən bəri müəlliməm 
Fatimə İdiatullina ilə belə vərdiş 
etməmişdim – daha çox o mənim 
seçimimlə hesablaşırdı. Orda çox 
mürəkkəb və lazımlı fənlər tədris 
olunur. Məsələn, musiqi psixologi-
yası. Təəssüf ki, bu fənn bizdə yox-
dur. Halbuki hər bir musiqiçi üçün 
çox lazımlı elmdir. Yüksək səviyyəli 
skripkaçı, SSRİ xalq artisti və əsl 
pedaqoq Eduard Qraçın sinfində təhsil alıram. Bu isə böyük şərəfdir. 
85 yaşı olmasına baxmayaraq, bildiklərini öyrətməkdən yorulmur. 
“Moskoviya” adlı öz orkestri var. Bu ildən mən də bu orkestrin üzvü 
olacam. Onun və elə bütün müəllimlərimizin dərsləri elə qurulur ki, 
pis tələbə olmaq, bacarıqsız skripkaçı kimi Moskva Konservatori-
yasını tərk etmək mümkün deyil. Həm də kim istəyər ki, ölkəsinin 
adını gözdən salsın? Orda rəqabət çox böyükdür. Bütün tələbələr 
sutkanın böyük hissəsini məşğələlərə həsr edirlər. Axşamdan xeyli 
ş
alsaq
 
ları-
vvü

Kon
on
on-
maq 
çü
çü
çün
n
n
ox,
 
ağ 
nn
n
ii
i
r
r
q

ə 
ə 
ə


Yüklə 23,52 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə