keçmiş məşğul olmaq üçün konservatoriyaya
gəlib boş sinif ota-
ğı axtaranda, demək olar ki, hamısında kiminsə məşğul olduğunu
görmək olar”.
Kuryozlar
İncəsənət adamlarına ən çox verilən suallardan birini Ceylaya
da ünvanladıq. Soruşduq ki, belə maraqlı yaradıcılıq yolu, yəqin ki,
kuryozlarsız ötüşməyib...
C.Seyidova:
“İlk ən böyük, ən xoşagəlməz kuryozum
elə ilk qastrolum za-
manı olub. 9 yaşım olanda Heydər Əliyev Fondunun xətti ilə Vaşinq-
tonda keçiriləcək konsertdə iştirak etməliydim. Amma
təyyarəyə minəndən 10 dəqiqə sonra halım pisləşdi,
hərarətim qalxdı, bütün təyyarə heyəti bir-birinə dəydi
ki, məni xilas eləsin. Özüm də tez-tez anamdan soru-
şurdum ki, çatmağımıza hələ çox qalıb? Halbuki hələ
yarım saat deyildi ki, yol gedirdik. Təyyarəni dərhal
sevmədim. Nə isə, birtəhər Vaşinqtona gəlib-çatdıq.
Hərarətdən
gözümü aça, yemək yeyə bilmirdim. Anam
da məni belə görüb çox pis olmuşdu, deyirdi ki, Ceyla,
necə olacaq, sən bu vəziyyətdə necə çıxış edəcəksən?
Gözümü açıb deyirdim, narahat olma, ana, hər şey
yaxşı olacaq. Səhnəyə çıxandan əvvəl üç stul qoyub
məni uzandırmışdılar. Anam başımı qatırdı ki, yuxula-
mayım.
Və doğrudan da, hər şey yaxşı qurtardı, hətta
özüm-özümə məəttəl qaldım ki, səhnəyə gümrah çıx-
dım, ifanın öhdəsindən gəldim. O konsertin lent yazısı
dəfələrlə televiziya ilə nümayişlənib. Və mən hər dəfə
fikirləşirəm ki, əgər Allah eləməmiş, pis çalsaydım,
bu mənim bütün sonrakı karyerama kölgə salardı”.
* * *
“Bu ilin yanvarında Moskva filarmoniyasında
keçirilən konsert zamanı da bir hadisə baş verdi.
Bakıda öyrəşmişik ki, səhnə arxasında çıxış vaxtı-
mızı gözləyəndə müəyyən bir adam bizə bildirir. Sən
demə, Moskvada belə deyilmiş. Səhnə arxasında
dayanıb çıxışımı gözləyirəm, özüm də məəttəl qal-
mışam ki, görəsən, səhnə niyə boş qalıb, çalğıçılar
kimi gözləyirlər? Və birdən eşitdim ki, onlar pıçıltı
ilə məni çağırırlar. Karıxdığımdan səhnəyə sağ
tərəfdən deyil,
sol tərəfdən daxil oldum, bu isə
düzgün deyil. Eduard Qraç elə səhnədəcə mənə
acıqlanıb dedi ki, neynirsən, ordan rəqqaslar
gəlirlər. Amma yenə də səhnədə öz yerimi tutan
kimi bütün çaşqınlığım yox olub getdi...”
* * *
“Ən çox qorxduğum şey uzun paltarda, əlimdə skripkanın yayı
səhnəyə çıxarkən ətəyimin ilişib məni yıxmasıdır. Yaxşı ki, indi ar-
tıq səhnə görkəmimizlə
özümüz məşğul oluruq, optimal uzunluq
seçmək öz ixtiyarımızdadır”.
Вu alətin əsl adı violadı və latıncadan tərcümədə “bənövşə”
mənasına gəlir. Skripka isə rus musiqiçilərinin yaratdığı sözdü,
“скрипеть”, yəni “ciyildəmək”, ”cırıldamaq” mənalarının sanki tərzini
çatdırır. Və Ceyla kimi musiqiçilərin əlində bu iki məna ən gözəl, ən
dolğun mətləbə, məzmuna yetişmiş olur...
“Mədəniyyət.AZ”
əşdi,
dəydi
or
u-
hələ
rhal
dıq.
am
m
m
yl
l
l
a
a
a,
ə
əə
n?
n?
n?
ş
ş
e
ey
ub
a-
ta
x-
sı
sıı
fə
fə
m,
a
Mədəniyyət.AZ / 9 • 2016
67
68
Mədəniyyət.AZ / 9 • 2016
ABİDƏLƏRİMİZ
O
nlar bu səfərdən olduqca razı qaldılar; məmnunluq
hisslərindən əlavə, Azərbaycanın vüqarlı keçmişi,
onu göz bəbəyi kimi qoruyan bu günü barədə bilgiləri
də xeyli genişləndi. Xüsusilə də Şəki xanlarının sara-
yı, Kiş tarix-memarlıq qoruğu, “Yanardağ”, “Atəşgah məbədi”,
“İçərişəhər”lə tanışlıq yaddaşlarında dərin iz saldı, ürəklərində
digər həmyerlilərini məlumatlandırmaq və bir də qayıtmaq arzusu
tutub vətənimizi xoş təəssüratlarla tərk etdilər”. Bu, “Avropa İrs
Günləri” çərçivəsində tədbirlərə qatılmaq
üçün respublikaya təşrif
buyuran əcnəbi turistlərlə söhbət əsnasında hasil olan mənzərədir.
Hər il sentyabr ayının sonu–oktyabrın əvvəlində ölkəmizdə
“Avropa İrs Günləri” layihəsinin reallaşdırılması artıq ənənə ha-
lını alıb. Layihə maarifl əndirici kampaniyalar, açıq qapı günləri,
folklor gecələri, rəsmi açılışlar və etnoqrafik şənliklər formasında
həyata keçirilir. Əsas məqsəd yerli və əcnəbi ziyarətçilərin mədəni
irs obyektlərinə sərbəst girişinin təmini, tarix və mədəniyyət
abidələrinin qorunması məsələlərinə geniş
ictimaiyyətin diqqətinin
cəlb edilməsi və milli mədəni irsin təbliğindən ibarətdir.
Mədəniyyət müəssisələrimizdə layihə çərçivəsində üç gün müddətində “Açıq qapı” günləri keçirildi
“AVROPA İRS GÜNLƏRİ”
Kiş Alban məbədi
Şəki xanlarının sarayı
“
69
Mədəniyyət.AZ / 9 • 2016
“Avropa İrs Günləri”nin qeyd edilməsi ilə bağlı
16-18 sentyabr tarixlərində ən mühüm mədəniyyət
təsisatlarımız nəinki xarici qonaqlara, eyni zaman-
da yerli sakinlərə də ödənişsiz xidmət göstərib.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Na-
zirliyinin, Azərbaycan Milli Elmlər Akademiyası və
Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Me-
marlıq Qoruğu İdarəsinin tabeliyində
fəaliyyət göstərən
mədəniyyət müəssisələri bu qəbildəndir. Siyahıya
Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına
Ədəbiyyat Muzeyi, “Qobustan” Milli Tarix-Bədii Qoru-
ğu, Milli İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi,
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, “Qala”
Dövlət Tarix-Etnoqrafiya Qoruğu, “Yanardağ” Tarix-
Mədəniyyət və Təbiət Qoruğu, “Atəşgah məbədi” Ta-
rix-Memarlıq Qoruğu, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu,
Qəbələ Dövlət Tarix-Bədii Qoruğu və Kiş Tarix-Memarlıq Qoruğu
daxildir. Xatırladaq ki sadalanan qurumlardan ikisi - “Qobustan”
Milli Tarix-Bədii və “İçərişəhər” Dövlət Tarix-Memarlıq qoruqları
“Ümumdünya irs obyekti“ kimi rəsmən qeydiyyatdadır.
Hər il sözügedən layihə bir çox dünya ölkələrində keçirilir və
müəyyənləşmiş günlərdə ziyarətçilər
üçün minlərlə abidələrə və
tarixi yerlərə ödənişsiz giriş təmin edilir. Bu təcrübə ilə insanlar
yalnız mədəni irsin zənginliyindən zövq almır, eyni zamanda indiki
və gələcək nəsillər üçün onların qorunmasına və vəziyyətinin yax-
şılaşdırılması işlərinə fəal şəkildə cəlb olunurlar.
Xatırladaq ki, “Avropa İrs Günləri” müddətində yuxarıda adla-
rı göstərilən mədəniyyət təsisatlarına 30 minə yaxın ziyarətçi baş
çəkib.