M. C.Əliyev, F. A. Həsənli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/32
tarix29.01.2018
ölçüsü5,01 Kb.
#22773
1   ...   8   9   10   11   12   13   14   15   ...   32

37 
 
Torpağın  qiymətləndirilməsi  üçün  götürülmüş  etalon  torpaqla  müqayisəvi 
qiymətlərə əsaslanır.   Tutaq ki, nümunə üçün götürülmüş torpaqda humus 2% lil 
fraksiyası 4%, fiziki gil 60%, etalonda isə müvafiq olaraq  4%, 8% , 70%-dir. Bu 
zaman  humusu  100-ə  vurmaqla  etalonun  humusuna  bölünür.  Əməliyyat  qalan 
digər  iki  göstəricidə  də  aparılaraq  cavablar  toplanıb  üçə  bölünməklə  torpaq 
qiymətləndirilir.  Lakin  alınmış  hər  bir  cavabı  öz  əmsallarına  (koefisiyentlərinə) 
vurmaq şərtilə. 
Yer  kürəsinin  əvəzsiz  sərvəti  olan  torpaq  qlobal  çirklənməyə  məruz  qalıb. 
Bunun səbəbi ildən – ilə artırılmaqda olan əkin sahələrindən daha yüksək məhsul 
əldə etmək üçün müxtəlif pestisidlərdən istifadə, istehsal və məişət tullantılarının, 
radioaktiv maddələr və s. tullantıların artmaqda davam etməsidir. Hazırda Fransada 
kənd  təsərrüfatında  istifadə  olunan  torpaq  sahəsi  42%,  AFR-də  33%,  ABŞ-da  
27%-dən    artıq  təşkil  edir.  Hər  adama  düşən  kənd  təsərrüfatında  istifadə  edilən 
torpaq  sahəsi  Avstraliyada  40,  Argentinada  6,  Kanadada  3,  Misirdə  0,1, 
Yaponiyada 0,07 hektara yaxındır. Bu rəqəmlər əhali artdıqca və torpaqlar sıradan 
çıxdıqca azalmaqda davam edir.  
Pestisidlərin  kəşfindən  sonra  torpaqlarda  çirklənmənin  sürəti  daha  da 
artmışdır.  Yanaşı  olaraq  uzun  müddət  ziyansız  sayılan  kübrələrin  verilməsi  də 
torpaqların çirklənməsinə təsir edən amillərdən biri olmuşdur. 
Kənd  təsərrüfatında  istifadə  olunan  maddələr  əsasən  iki  qismə  ayrılır.  1-ci 
mineral  maddələr,  2-ci  süni  yolla  əldə  edilən  üzvi  birləşmələr.  Süni  yolla  əldə 
edilən  birləşmələr  torpaqların  çirklənməsində  daha  böyük  rol  oynayır.  Kənd 
təsərrüfatının  kimyəvi  yolla  intensivləşdirilməsi  tədrici  olsa  da  bərpa  olunmayan 
çirklənmənin  əsasını  qoyur.  Belə  ki,  bütün  müasir  pestisidlər  süni  sürətdə  sintez 
edilən  mürəkkəb  birləşmələrdir.  Şərti  olaraq  pestisidlər  aşağıdakı  kateqoriyalara 
bölünür: 
1. İnsektisidlər – ziyanverici həşəratları məhv etmək üçün işlədilir. 
2. Funqisidlər – bitkilərdə xəstəlik törədən göbələklərə qarşı işlədilir. 
3. Herbisidlər – alaq bitkiləri ləğv etmək üçün işlədilir. 
4. Rodindisidlər – gəmiricilərə qarşı işlədilir. 


38 
 
5. Hemotosidlər – yumuru qurdlara qarşı işlədilir. 
Qeyd etmək lazımdır ki, heç bir pestisid vahid təsirə malik olmayıb ekoloji 
sistemlərdə  mənfi  mənada  dəyişikliklər  əmələ  gətirir.  Onlar  canlıların 
orqanizmlərində toplanaraq sonrakı mərhələdə insan orqanizmlərinə keçməklə ona 
məhvedici  təsir  göstərir.  Bütün  bunları  nəzərə  alaraq  maddələrin  torpağa 
verilməsinin  qarşısını  almaqla  dolayı  yolla  torpaqların  yaxşılaşdırılması 
istiqamətində meliorativ tədbirlər görmüş oluruq.    
Əvəzolunmaz  təbii  sərvət  olan  torpaqlar  ildən  -  ilə  müxtəlif  təsirlərdən 
sıradan çıxmaqda davam edir. Hər il 7 milyon hektara yaxın torpaq sıradan çıxır. 
Bunun  səbəbini  sənayenin  müxtəlif  sahələrinin  inkişafında,  faydalı  qazıntıların 
mənimsənilməsində, torpaqlardan istifadə edilərkən aqrotexniki qaydalara düzgün 
riayət  edilməməsində,  eroziya  prosesində  görmək  lazımdır  (izah  etməli).  Keçmiş 
SSRİ-nin 60 milyon hektar sahəsi su eroziyasına, bir o qədəri də külək eroziyasına 
məruz qalmış sahələrdən ibarət idi. Eroziya prosesi torpaqların sıradan çıxmasında 
xüsusi  rol  oynayır.  Su  axımından  yaranan  səth  eroziyası  xətti  eroziyadan  daha 
təhlükəli  sayılır.  Belə  ki,  bir  dəfə  leysan  yağışın  yağması  dağ  yamaclarında 
torpağın məhsuldar qatının əsas hissəsinin yuyulması ilə nəticələnər. 
Rusiya  kənd  təsərrüfatı  nazirliyinin  məlumatına  görə  ildə  əkin  və  biçənək 
sahələrindən  246 milyon ton, dağlıq sahələrdən yuyulan torpaqlar isə 290 milyon 
ton  təşkil  edir.  Müəyyən  edilmişdir  ki,  su  eroziyasına  məruz  qalan  torpaqlarda 
məhsuldarlıq eyni adlı torpaqların yuyulmamışı ilə müqayisədə 2-3 dəfə aşağı olur. 
Bu isə öz növbəsində yüz milyonlarla taxıl itkisi deməkdir. 
Külək eroziyası su eroziyasından fərqli olaraq quraq ərazilərdə daha çox baş 
verir. Bu tip eroziyalar ilin əsasən isti ayında baş verməklə 1-2,5 sm qalınlığında 
torpağı məhsuldar qatdan məhrum edir. 
Eroziyaya  məruz  qalmış  sahələrdə  meliorativ  tədbirlərin  aparılması  üçün 
əvvəlcə  eroziyanı  yaradan  səbəblər  öyrənilməli,  eroziyanın  dərəcəsi  müəyyən 
edilməli,  tədbirlərin  aparılması  üçün  xəritələr  tərtib  olunaraq  elmi  əsaslara 
söykənməlidir.  
 


39 
 
Torpaqlarda eroziya və eroziyaya qarĢı mübarizə tədbirləri. 
        Eroziya  -  latın  sözüdür,  mənası  “yeyilmə”  deməkdir.  Eroziya  torpaqların 
yuyulmasına, sovrulmasına, ümumiyyətlə yer qabığının məhsuldar qatdan məhrum 
olmasına səbəb olur. 
Suların  təsiri  ilə  dağılmağa  məruz  qalma  su  eroziyası,  küləyin  təsirindən 
yaranan eroziya külək və ya deflyasiya adlanır. 
Su  eroziyası  səthi  və  xətti  eroziya  olmaqla  iki  yerə  ayrılır.  Səthi  eroziya 
yağış və qar sularının yamaclarla axması nəticəsində əmələ gəlir. Yuyulma intensiv 
xarakter  daşıyarsa  qısa  müddətdə  səth  məhsuldar  qatdan  məhrum  olar,  nəticədə 
yuyulmuş  torpaqlar  formalaşar.  Səthi  eroziyanın  mexanizmi  yağış  damcılarının 
sürətindən  və  irililiyi  ilə  əlaqədar  zərbələrindən,  həmçinin  axımın  sürətindən 
asılıdır. 
Xətti  eroziya  yamac  üzrə  dərinlik  istiqamətdə  gedən  eroziyadır.  Xətti 
eroziya torpaq qatının tam məhv olması ilə nəticələnir. 
İnkişaf sürətinə görə geoloji və normal eroziya kimi ayrılır. 
Geoloji  eroziya  səthdən  torpaq  hissəciklərinin  tədricən  yuyulma  prosesinə 
deyilir.  Belə  eroziya  demək  olar  ki,  ziyansız  eroziyadır.  Çünki  bərpa  prosesi 
eroziya ilə yanaşı gedir. 
Bütün  hallarda  eroziya  torpaqların  keyfiyyət  baxımından  pisləşməsinə 
gətirib  çıxarır.  Səthi  eroziya  nəticəsində  tədricən  yuyulma  getdiyindən  xətti 
eroziyadan fərqli olaraq məhsuldarlığın aşağı düşmə prosesi tədricən gedir. Lakin 
yenə də son mərhələdə keyfiyyətsiz sahələrə çevrilir.  
Külək  eroziyası.  Külək  eroziyası  və  yaxud  deflyasiya  çöl,  yarımsəhra  və 
səhra  rayonlarında  daha  geniş  yayılmışdır.  Çünki  bu  ərazilər  quraq  zəif  bitki 
örtüyünə malikdirlər və ya bitki örtüyündən tamamilə məhrumdurlar, torpaqları isə 
yüngül  mexaniki  tərkibə  malikdirlər.  Külək  eroziyası  isə  bu  xarakterli  ərazilərdə 
daha sürətlə gedir. 
Küləyə  qarşı  meşəsalma  yolu  ilə  eroziyanın  qarşısı  alınmalıdır.  Meşələr 
salınarkən  bitki  sıraları  3-4  cərgədən  ibarət  olmalıdır.  Cərgələr  arası  8-10  m 
olmaqla 3-4 cərgə təşkil etməlidir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə