M. C.Əliyev, F. A. Həsənli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/32
tarix29.01.2018
ölçüsü5,01 Kb.
#22773
1   ...   24   25   26   27   28   29   30   31   32

98 
 
Lənkəran ovalığında daha qiymətli ağacların, xüsusilə üçüncü dövrə məxsus 
ağac  cinslərinin  qorunması  məqsədilə  Hirkan  qoruğu  yaradılmışdır.  Meşə 
sahələrinin  bonitetini  yüksəltmək  və  onun  sahəsini  genişləndirmək  istiqamətində 
süni əkmə yolu istiqamətində meliorativ tədbirlər aparılmaqdadır. 
Qanıx – Həftəran vadisi də ekoloji problemlərdən kənarda qalmır. Bu gün də 
düzənlik  meşələrimizə  olan  münasibət  vadidə  yüksək  məhsuldarlığa  və  bərpa 
xüsusiyyətlərinə malik olan şabalıdyarpaq palıd, fıstıq, vələs kimi ağac cinslərinin 
inkişafına  maneçilik  törədir.  Göründüyü  kimi,  Qanıx  –  Həftəran  vadisində 
meliorativ  tədbirlərin  aparılmasında  yeni  meşə  zolaqlarının  yaradılması 
istiqamətində  aparılmalıdır.  Eyni  sözləri  Samur  –  Dəvəçi  ovalığı  haqqında  da 
demək  olar.  Ovalıqda  kanal  boyu  irriqasiya  meşə  zolaqlarının  salınması  xüsusi 
əhəmiyyət kəsb edir. 
Respublika  ərazisinin  10%-nin  meşəliklərdən  ibarət  olmasına  baxmayaraq 
yaşayış  məntəqələrinin,  əkin  sahələrinin  genişlənməsi  və  tikinti  materiallarına 
ehtiyacın artması ilə əlaqədar olaraq azalmaqda davam edir. Meşələrimizin hələ də 
az  bir  hissəsi  dövlət  qoruqları  tərəfindən  qorunmaqdadır.  Hazırda  dövlət 
qoruqlarının  tabeliyində 40  min  hektara yaxın  meşəlik  mövcuddur.  Bu baxımdan 
meliorativ  tədbir  olaraq  qoruq  sahələrinin  genişləndirilməsi  və  yenilərinin 
yaradılması  ölkəmizin  bitki  və  heyvanat  aləminin  qorunmasına,  həmçinin 
bərpasına müsbət təsir göstərər. 
Respublikamızda  yaradılan  qoruqlar  (cədvəl  7)  əsasən  kompleks  xarakter 
daşımaqla ərazidə olan bütün təbii komponentlərinin qorunması vəzifəsini daşıyır.  
Qoruq təbii komponentləri ilkin halda saxlamaq məqsədilə dövlət tərəfindən 
insanların hər cür təsərrüfat fəaliyyəti qadağan olunan sahələrə deyilir. Qadağalara 
baxmayaraq  müxtəlif  təbəqələr  tərəfindən  qanunların  pozulması  hətta  qoruq 
ərazisində  təbii  komponentlərə  kifayət  qədər  zərər  vurmuşdur.  Nəticədə  ceyran, 
turac,  Qafqaz  şahini,  ağquyruq  dəniz  qartalı,  toğlugötürən,  bergut,  soltantoyuğu, 
qızılqaz kimi heyvanat aləmi, 140 növ bitki aləmi “Qırmızı kitab”a düşmüşdür.  
Bu gün ölkəmiz ərazisində yaradılmış qoruqlar təbii komponentləri olduğu 
kimi saxlanma və bərpa funksiyalrını daşıyır. 


99 
 
Göygöl  qoruğu.  Qoruq  Kiçik  Qafqazda  Murovdağ  silsiləsinin  şimal 
yamacında Kəpəz dağının ətrafında yaradılmışdır. 1925-ci ildə yaradılmış bu qoruq 
Göygöl,  Maralgöl,  Zəligöl,  Qaragöl  yerləşən  əraziləri  əhatə  edir.    6633  hektar 
əraziyə  malik  olan  qoruğun  3524  hektarı,  yəni  yarıdan  çoxu  meşəliklərdən 
ibarətdir. Qoruq ərazisində yerləşən 10 gölün ən böyükləri xüsusi əhəmiyyət kəsb 
edən  Göygöl  və  Maralgöldür.  Göygöl  Gəncə  şəhərinin  içməli  su  ilə  təmin 
edilməsində xüsusi əhəmiyyət kəsb edir. 
Qoruq  ərazisində torpaq  qatından tamamilə  məhrum  olmuş  ərazilərdə şam, 
qarmaqvari şam, Qafqaz vələsi, şərq palıdı, heyvanlardan xallı maral, cüyür (əlik), 
dağ  keçisi,  qonur  ayı,  Qafqaz  maralı,  dələ  və  s.  mühafizə  olunur.  Qoruğun 
yaradılmasında  məqsəd  təbiətin  bizə  verdiyi  komponentlərin  əhali  tərəfindən 
təfricən sıradan çıxmasının qarşısını almaqdan ibarət olmuşdur. Erməni təcavüzünə 
baxmayaraq  hazırda  meşələrin  və  heyvanat  aləminin  zənginləşdirilməsi, 
istiqamətində meliorativ tədbirlər həyata keçirilməkdədir. 
Zaqatala  qoruğu.    Qoruq  1929-cu  ildə  yaradılmaqla  Qanıx  –  Əyriçay 
vadisindən başlamış 3000 m-dən artıq hündürlüyə  malik olan sahələri əhatə edir. 
23840  hektar  sahəyə  malik  olan  qoruğun  16  min  hektardan  çoxu  meşə 
massivlərindən  ibarətdir.  Ərazisi  əsasən  Katexçay,  Balakənçay  hövzələrini  tutan 
Zaqatala  qoruğu  800-dən  yuxarı  bitki,  162  növ  heyvanat  alıminin  qorunması  ilə 
fərqlənir.  Yüksək  bonitetə  malik  olan  fıstıq  ağacları  uzun  müddət  antropogen 
qüvvələrin  təsirinə  məruz  qalmışdır.  Qoruq  ərazisi  lazımınca  qorunmadığından 
həm yerli, həm də qonşu ölkələrin  əhalisi tərəfindən heyvanat aləminə də kifayət 
qədər  ziyan  vurulmuşdur.  Bütövlük qanununu  nəzərə  alsaq təbiətdə hər hansı bir 
dəyişiklik  digər  komponentin  dəyişməsilə  nəticələnir.  Bu  baxımdan  təbii 
komponentləri  əvvəlki  görkəmdə  saxlamaq  üçün  qoruğun  yaradılması  ən  böyük 
meliorativ tədbir sayılmalıdır. 
Qoruq  ərazisində  “Qırmızı  kitab”a  daxil  edilmiş  meyvəli  qaraçöhrə, 
yalanqoz,  Qafqaz  xurması  kimi  bitkilər,  maral,  köpgər,  dağ  kəli,  cüyür,  ayı  kimi 
heyvanat aləmi qorunur. 


100 
 
Qızılağac qoruğu. Qoruq 1929-cu ildə əvvəllər yasaq olmuş sahələrdə, başqa 
sözlə  Xəzərlə  Muğan  düzünün  qovuşduğu  yerdə  yaradılıb.  Eyni  adlı  körfəzdə 
yerləşən  qoruğun  ümumi  sahəsi  86360  hektar  olub,  su  sahəsi  5148  hektardan 
ibarətdir. Qoruq müxtəlif ölkələrdən qışlamağa gələn quşların mühafizə olunması 
məqsədilə  yaradılıb.  Azərbaycanın  “Qırmızı  kitabı”na  düşmüş  Soltan  toyuğu, 
turac,  qızıl  qaz  kimi  quşların    çoxalması  istiqamətində  meliorativ  tədbir  kimi 
qoruğun yaradılması xüsusi əhəmiyyət kəsb edir.  
Hirkan qoruğu.   Qoruq Lənkəran ovalığı ilə Talış dağları arasında 1936-cı 
ildə  relikt  və  endemik  ağacları  qorumaq  məqsədilə  yaradılmışdır.  3000  hektara 
yaxın  olan  qoruq  bütövlükdə  meşə  ilə  örtülmüşdür.  Üçüncü  dövrə  məxsus 
bitkilərin  mühafizə  edilməsində  xüsusilə  əhəmiyyətlidir.  Dağətəyi  sahələrdə 
meşələrin seyrəlməsi  Hirkan  meşələrinin azalmasına  səbəb  olmasına  baxmayaraq 
qoruğun  yaradılması  zonaya  məxsus  olan  bitkilərin  tamamilə  sıradan 
çıxarılmasının qarşısını almışdır. Qoruq ərazisində dəmirağac, şabalıdyarpaq palıd, 
azat, Hirkan şümşadı, Hirkan əncili, qızılağac, ipək akasiyası və s. kimi qiymətli 
ağac növləri qorunur. 
Eldar  qoruğu.  Vaxtilə  Göygöl  və  Türyançay  qoruqlarının  filialı  olmuşdur. 
Eldar  qoruğu  1910-cu  ildə  Eldar  ovuğu  tirəsində  kökü  kəsilməkdə  olan  Eldar 
şamını  qorumaq  məqsədilə  təşkil  olunmuş  yasaqlıqda  yaradılmışdır.  1978-ci  ildə 
3,5 hektardan 392 hektara çatdırılmaqla qoruq statusu almışdır. Quraqlığa davamlı 
bu ağac paytaxt və ona yaxın ərazilərin yaşıllaşdırılmasında xüsusi əhəmiyyət kəsb 
edir.  Qoruğa  məxsus  qonur  ayı  “Qırmızı  kitab”a  düşmüş  heyvanat  aləmindən 
biridir.  
Türyançay  qoruğu.  Acınohur  dağlığından  başlayaraq  Şirvan  düzü  ilə 
qovuşan  sahəni  əhatə  edir,  1958-ci  ildə  yaradılıb.  Quraq  ərazi  olduğundan  əsas 
yayılan  və  qorunan  bitkiləri  ardıc  və  saqqız  ağaclarıdır.  Çoxmeyvəli,  ağıriyli  və 
uzunsov  ardıc  ağacları qoruqda  qorunan  ağac  cinsləridir.  Qonur  ayı,  meşə  pişiyi, 
kəklik, qırqovul qoruğun heyvanat aləmini təşkil edir.  
Qobustan  qoruğu.  4400  hektar  sahəyə  malik  olan  qoruqda  15  min  il  əvvəl 
əcdadlarımızın  qayalar  üzərində  çəkdikləri  şəkillər  qorunur.  Qoruq  1966-cı  ildə 


101 
 
cənub  –  şərqi  Qobustanda  yaradılmışdır.  Açıq  səma  altında  fəaliyyət  göstərən 
Qobustan  qoruğu  6000-dən  çox  qaya  üzərində  həkk  olunmuş  rəsmləri  özündə 
birləşdirməklə Rusiya, həmçinin bütün Avropada analoqu olmayan tarixi əsərdir. 
Şirvan  qoruğu.  Qoruq  əvvəlcə  yasaq  olmuş  sahədə  1969-cu  ildə  cənub  – 
şərqi  Şirvan  ərazisində  əsasən ceyranları qorumaq  və  zoomeliorativ  tədbir  olaraq 
artırmaq məqsədilə yaradılmışdır, sahəsi 25760 hektardır. Elə bunun nəticəsidir ki, 
1961-ci  ildə  mövcud  olan  77  baş  ceyranın  sayı  hazırda  8  minə  çatdırılmışdır. 
Beləliklə, də ceyranların Azərbaycan ərazisində yoxa çıxmasının qarşısı birdəfəlik 
alındı.  
Bəsitçay  qoruğu.  Zəngilan  rayonu  ərazisində  Bəsitçay  dərəsində  3  min  il 
yaşayan  çinar  ağaclarının  qorunması  məqsədilə  1974-cü  ildə  yaradılıb.  Çay 
vadisində qoz, püstə, fındıq, zoğal, gürcü palıdı və s. inkişaf etməsinə baxmayaraq 
əsas məqsəd Araz çinarını qorumaqdan ibarət olmuşdur. Erməni işğalı ilə əlaqədar 
olaraq bu gün qoruğun aqibəti haqqında məlumat verməyə çətinlik çəkirik. 
Qarayazı  qoruğu.  1978-ci  ildə  Ağstafa  ərazisində  5900  hektar  sahədə 
qoruğun  yaradılmasında  əsas  məqsəd  Kürqırağı  tuqay  meşələrini  və  ona  məxsus 
kompleksləri  qorumaqdan  ibarət  olmuşdur.  3480  hektarı  meşədən  ibarət  olan 
qoruqda söyüd, qovaq, qızılağac, yemişan, palıd ağac cinsləri, meşə üzümü, maral, 
nutriya, qara leylək, qu, meşə xoruzu və s. heyvan növləri qorunur. 
Pirqulu qoruğu. Sahəsi 1520 hektara çatan qoruq 1968-ci ildə Böyük Qafqaz 
dağlarının  cənub  –  şərqində  dağ  meşələri  ilə  çöllərin  qovuşduğu  sahələrdə 
yaradılmışdır.  Qoruq  meşlərinin  əsas  hissəsi  vələs,  palıd  və  fıstıq  cinslərindən 
ibarətdir.  Meşə  xoruzu,  iri  qırğı  “Qırmızı  kitab”a  düşən  quş  növləridir.  Qoruğun 
yaradılmasında  əsas  məqsəd  meşə  landşaftını  əvvəlki  görkəmdə  saxlamaq  və 
heyvanat  aləmini  qorumaqdan  ibarət  olmuşdur.  Zaqafqaziya  qonur  ayısı,  vaşaq, 
qarapaça kimi “Qırmızı kitab”a düşən heyvanları da Pirqulu qoruğunda qorunaraq 
artırılmaqdadır. 
Altıağac  qoruğu.  1990-cı  ildə  Böyük  Qafqazın  cənub  –  şərqində  inkişaf 
tapmış meşə örtüyünü və heyvanat aləmini qorumaq məqsədilə yaradılmışdır. 4438 
hektar  sahəyə  malik  olan  qoruğun  əsas  hissəsi  meşəliklərdən  ibarətdir.  Altıağac 


102 
 
qoruğunun meşələri əsasən palıd, vələs, fıstıq, ağcaqayın, qarağac və bir sıra digər 
ağac cinslərindən ibarətdir. 
Cüyür,  çöl  pişiyi,  dələ,  canavar,  dovşan  və  s.  qoruğun  heyvanat  aləmini 
təşkil  edir.  Qoruğun  yaradılması  meşələrin  kütləvi  qırılmasının  qarşısını  aldı. 
Aparılan  meliorativ tədbirlər  meşələrlə  yanaşı heyvanat  aləminin də təbii bərpası 
ilə nəticələndi. 
Göründüyü  kimi  qoruqların  yaradılması  təbii  komponentlərin  qorunması, 
zənginləşməsi  və  təbii  bərpası  istiqamətində  aparılan  ən  vacib  meliorativ 
tədbirlərdən  biri  sayılmalıdır.  Akademik  B.Ə.Budaqovun  landşaft  istiqamətində 
apardığı  elmi  –  tədqiqat işlərinin  nəticələrinə əsaslanan landşaft  xəritəsi  (şəkil  8) 
təbii  komponentlərin  qorunması,  bərpası  və  çoxaldılmasında  istiqamətverici  əsas 
vasitədir. 
 
 
 
 
 


103 
 
Cədvəl 7 
Azərbaycanda təbii komponentlərin qorunması və bərpası məqsədilə 
meliorativ tədbir olaraq yaradılmıĢ qoruqlar 
 
№ 
Adı  
Sahəsi, 
hektarla 
Təşkil 
olunduğu il 









10 
11 
12 
13 
14 
Göygöl  
Zaqatala 
Qızilağac 
Hirkan 
Eldar 
Türyançay 
Qobustan 
Şirvan 
Bəsitçay 
Pirqulu 
Qarayazı 
İsmayillı 
İlisu 
Altıağac 
6633 
23840 
86360 
3000 
392 
 
4400 
25760 
107 
1520 
5900 
5780 
9345 
4438 
1925 
1929 
1929 
1936 
1970-1978 
1958 
1966 
1969 
1974 
1968 
1978 
1981 
1987 
1990 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


104 
 
ƏDƏBĠYYAT 
 
Rus mənbələri 
1.  Алпатьев А.М   Влагообороты в природе и их переобразования.М.,1969. 
2.  Анешко В.С. Мелиоративная география. Минск, 1987. 
3.  Владиченский А.С. Сельскохозяйственная мелиорация почв. М., 1964. 
4. Войейков А.И. Воздействие человека на природу. М., 1949 
5.  Зайгельман Ф.Р. Мелиорация почв. М., 1987. 
6.  Колесниченко М.В. Мелиорация с основами лесоводства. М.,1981. 
7.  Рихтер Г.Д. Районирование снежных мелиораций. М., 1960. 
8.ШашкоД.И. Агроклиматическое районирование СССР по   обеспеченности     
растений теплом и влагой. М., 1958. 
9.  Шулгин А.М. Мелиоративная география. М.,1980. 
10.  Эггельсман.Р. Руководство по дренажу. М.,1984. 
 
 
Azərbaycan mənbələri 
1.Abduyev 
M.R.  Azərbaycan  torpaqlarının  meliorativ  yaxşılaşdırılması.   
Hidrotexnika və Meliorasiya İnstitutu. Bakı, 1960 
2.Abduyev 
M.R 
Azərbaycanın 
şorakət 
torpaqları 
və 
onların  
yaxşılaşdırılması.Bakı, 1961                                                  
3. Cərullayev A.Ş.  Meliorativ coğrafiyanın əsasları. Bakı, 2005 
4. Əliyev H.Ə.  Böyük Qafqazın torpaqları (rus dilində). Bakı, 1978 
5. Əliyev  H.Ə.,  Budaqov B.Ə.      Böyük Qafqazın Azərbaycan hissəsinin coğrafi 
zonaları  və  onların  mühafizəsi  (rus  dilində).  SSRİ-nin  dağ  landşaftlarının 
qorunmasına aid elm.kon. mat. Erevan, 1970. 
6. Əyyubov Ə.C., Həsənov M.S., Uluxanlı N.D.     Termik ehtiyatlar. Azərb. Resp. 
Kons. Coğ., 11 cild. Bakı, 1999 
7. Əyyubov Ə.C., Hacıyev Q.Ə.  Azərbaycan SSR-nin iqlim ehtiyatları. Bakı, 1984 


105 
 
8.  Həsənov  M.S.  Kiçik  Qafqazda  payızlıq  buğdanın  məhsuldarlığının  iqlimlə 
əlaqəsi. Bakı, 1999 
9. Həsənov M.X., Zamanov X., Cəfərov B.,Vəliyev N.    Azərbaycanın      çayları,           
gölləri və su anbarları. Bakı, 1973 
10. Həsənov X.N.  Təbiəti mühafizə. Bakı, 1983 
11. Xəlilov Ş.B. Səth sularının çirklənməsi və ona qarşı mübarizə tədbirləri. Azərb.  
Res. kons. coğ. Bakı, 2000 
12.Müseyibov M.A. Azərbaycanın fiziki coğrafiyası. Bakı, 1998 
13. Sadıqov A.S., Xəlilov İ.B.   Ekologiya və ətraf mühitin mühafizəsi. Bakı, 2004 
14. Məmmədov Q.Ş., Xəlilov M.Y.  Azərbaycanın torpaq ehtiyatlarından səmərəli 
istifadənin sosial – iqtisadi və ekoloji əsasları. Bakı, 2007 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


106 
 
Mündəricat 
Giriş ............................................................................... 
I Fəsil Təbii sərvətlərdən səmərəsiz istifadənin yaratdığı ekoloji problemlər...... 
I.1 Meliorativ coğrafiyanın yaranması və inkişafı zərurəti................................... 
I
.
2. Meliorasiyanın prinsipləri, tədqiqat  metodları və təsnifatı ........................... 
I
.
3. Kompleks təbii – meliorativ rayonlaşdırma və xəritələşdirmə ..................... 
II Fəsil
 
Təbii komponentlər və onların meliorasiyası........................................ 
II.1. Su meliorasiyası ......................................................................................... 
II.2. Torpaq meliorasiyası ................................................................................. 
II.3. Atmosferin çirklənməsi və onun meliorasiyası problemləri ....................... 
II.4. İqlim meliorasiyasının  zərurətə çevrilmə səbəbləri .................................. 
II.5.Qar meliorasiyası ........................................................................................ 
II.6 Fitomeliorasiya və onun əhəmiyyəti .......................................................... 
II.7. Zoomeliorasiya .......................................................................................... 
III Fəsil Azərbaycan Respublikasında meliorasiyanın səviyyəsi  ..................... 
III.1. Respublikada meliorasiya zərurətinin yaranma səbəbləri ........................ 
III.2. Azərbaycanın iqlim-meliorasiya rayonlaşdırılması .................................. 
III.3. Şoran torpaqların meliorasiyası .............................................................. 
III.4. Azərbaycanda irriqasiya sistemlərinin kənd təsərrüfatının  
 inkişafında rolu .................................................................................................. 
III.5. Respublikanın fauna florasının qorunması və bərpasında meliorativ tədbir 
kimi qoruqların əhəmiyyəti ................................................................................... 
Ədəbiyyat ............................................................................................................ 
 
 
 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə