M. C.Əliyev, F. A. Həsənli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/32
tarix29.01.2018
ölçüsü5,01 Kb.
#22773
1   ...   24   25   26   27   28   29   30   31   32

82 
 
sitrus  meyvələrin  qışlama  şəraitinə  əsaslanaraq  vilayət  daxilində  4  iqlim 
meliorasiya  rayonu ayrılır. 
1)  Düzən,  quraq,  isti  Cəlilabad-Qızılağac  rayonu  –  bu  rayon  quru  və 
yarımquru Kür-Araz vilayətindən yarımrütubətli Lənkəran-Astara rayonuna keçid 
təşkil  edir.Ərazidə  iqlim-suvarma  norması  519mm  (Cəlilabad)  365mm  (Göytəpə) 
arasında dəyişir. 
2) Düzən, qismən təpəli yarımrütubətli isti Lənkəran – Astara rayonu. Rayon 
isti  və  rütubət  baxımından  daha  yaxşı  təmin  olunmuşdur.  Astara  rayonunun  hətta 
bəzi sahə qurutma  meliorativ tədbirlərinə ehtiyac duyur. 
3)  Dağətəyi,  yarımrütubətli,  əsasən  isti  Burovar-Siyavar  rayonu.Meşə  ilə 
örtülü olduğundan meliorasiyaya ehtiyac hiss olunmur. 
4) Orta dağlıq yarımrütubətli mülayim Lerik-Yardımlı rayonu. 
Yağıntı  və  temperatur  inversiyası  baş  verən  rayondur.  Əsas    meliorativ 
tədbirlər  suvarma,  yamacların  terraslaşdırılması,  fitomeliorasiya  əsas  tədbirlər 
sayılır.  
 
III.3. ġoran torpaqların meliorasiyası 
Torpaqlarda 
meliorasiya 
onun 
keyfiyyət 
baxımından 
kökündən 
dəyişdirilməsi  ilə  nəticələnir.  Meliorasiyanın  növlərindən  istifadə  etməklə  təbii 
komponentlərin  yaxşılaşdırılması  və  respublika  iqtisadiyyatının  inkişafında 
mühüm əhəmiyyətə malik olması nəzərə alınmaqla təhsil ocaqlarında onun tədris 
olunması günün aktual məsələlərindən biri sayılır. Meliorativ coğrafiyanın sonrakı 
inkişafı  onun  meliorativ  torpaqşünaslıq,  meliorativ  meteorologiya,  meliorativ 
hidrologiya, 
meliorativ 
landşaftşünaslıq, 
meşə 
meliorasiyası, 
aqromeşəmeliorasiyası sahələrinə ayrılması ilə nəticələnmişdir. 
Meşə meliorasiyası istiqamətində aparılan tədqiqat işlərinə görə, Azərbaycan 
alimlərindən H.Ə.Əliyev, H.Q.Axundov (1982), H.Ə.Əliyev, B.Ə.Budaqov (1970), 
Q.Ş.Məmmədov,  M.Y.Xəlilov  (2002-2003),  A.S.Sadıqov,  İ.B.Xəlilov  (2004) 
xüsusilə fərqlənir. 


83 
 
Respublikamızda  meliorasiya  işlərinin  aparılması  1920-ci  illərdən 
başlamasına  baxmayaraq,  onun  dövlət  səviyyəsində  daha  sürətli  inkişafı  1950-ci 
ildən  sonrakı  dövrə  məxsusdur.  Çünki,  artıq  bu  dövrdə  təbii  komponentlərdən 
səmərəsiz  istifadə  ekoloji  tarazlığı  pozmaqla  meliorativ  tədbirlərin  görülməsini 
belə problemə çevirmişdir. Digər ölkələrdə olduğu kimi ölkəmizdə də atmosfer və 
su  hövzələrinin  çirklənməsi,  meşələrin  plansız  sürətdə  qırılması,  torpaqların 
müxtəlif  dərəcədə  eroziyaya  uğraması,  yeraltı  suların  səviyyəsinin  aşağı  düşməsi 
kimi  problem  məsələlər  qarşıya  çıxmışdır.  Bütün  bunlar  təbii  komponentlərin 
yaxşılaşdırılmasında meliorasiyanın əhəmiyyətini xüsusilə artırmışdır. 
Respublikamız qıt torpaq örtüyünə malik olan ölkələr sırasına aiddir. Onun 
ərazisinin təqribən üçdə bir hissəsi kənd təsərrüfatına yararlıdır. Vaxtilə səmərəsiz 
istifadə bu torpaqların da bir hissəsinin keyfiyyət baxımından zəifləməsinə səbəb 
olmuşdur. 
Torpaqlarımızın  böyük  bir  hissəsi  meliorasiyaya  ehtiyacı  olan  sahələrdən 
ibarətdir.  Torpaqlarımızın  bir  hissəsi    “meliorativ  fonda”  aiddir.  Meliorativ  fond 
dedikdə ancaq meliorativ tədbirlərin aparıldığı sahələr deyil, həmçinin tədbirlərin 
aparılacağı sahələr başa düşünülməlidir. 
Respublikamızın  xeyli  hissəsi  şoranlaşmaya  məruz  qalan  sahələrdən 
ibarətdir.  Bu  torpaqlar  qida  maddələri  ilə  zəngin  olan  üst  qatların  şoranlaşmaya 
məruz  qalması  ilə  xarakterizə  olunur.  Şoran  torpaqlarda  laboratoriya  şəraitində 
analizlərin  nəticələrinə  görə  bir  metrlik  dərinlikdə  duzların  miqdarı  3%-dən  artıq 
olur. Bəzən torpaqların güclü şoranlaşması üst 10 sm-lik qatda duzların miqdarının 
10%-dən də artıq təşkil etməsinə səbəb olur. 
Şoran  torpaqlar  (şəkil  6)  qrunt  sularının  əsasən  1-  3  metr  dərinlikdə 
yerləşdiyi  ərazilərdə  formalaşır.  Azərbaycan  üçün  bu  torpaqlar  Kür  –  Araz 
ovalığına  xüsusilə  səciyyəvidir.  Şirvan  düzündə  Ağdaş,  Zərdab,  Ucar,  Qarabağ 
düzündə Yevlax, Ağcabədi, Bərdə; Muğan düzündə Şirvan, Sabirabad, Saatlı; Mil 
düzündə;  Beyləqan,  İmişli;  Salyan  düzündə  isə  Neftçala  və  Salyan  rayonlarının 
ərazisində  geniş  yayılmışdır.  Naxçıvanın  düzənlik  hissələrində  də  bu  tip 
torpaqların mövcud olması müəyyən edilmişdir.  


84 
 
Qeyd  olunan  ərazilərdə  şoran  torpaqlarla  yanaşı  şorakət  torpaqların  da 
yayıldığı müəyyənləşdirilmişdir. Şorakət torpaqlar üst qatda bitkilərin inkişafı üçün 
son dərəcə zərərli olan sodanın yüksək dərəcədə olması ilə seçilir. Həmçinin uducu 
kompleksdə  natrium  kationunun  miqdarının  çox  olması  yüksək  qələvilik  yaradır. 
Bu  isə  üzvi  maddələri  həll  ola  bilən  şəklə  salmaqla  onların  daha  dərin  qatlara 
yuyularaq  aparılmasına  səbəb  olur.  Nəticə  etibarilə  torpaqların  fiziki  –  kimyəvi 
tərkibi  mənfi  istiqamətdə  dəyişir  və  meliorativ  tədbirlərin  görülməsini  qaçılmaz 
edir. 
 
Şoran  və  şorakət  torpaqların  meliorasiyası  dedikdə  bu  torpaqların  kənd 
təsərrüfatının müxtəlif sahələrinin inkişafı üçün yararlı hala salınması başa düşülür. 
Bunun  üçün  duzların  torpaqlardan  kənarlaşdırılması  tələb  olunur.  Duzların 
torpaqlardan  kənarlaşdırılması  üçün  müxtəlif  üsullardan  istifadə  edilir.  Su  ilə 
yuyularaq duzların torpaqlardan kənarlaşdırılması ən geniş yayılmış üsuldur. 
Torpaqlar  mexaniki  tərkiblərinə  görə  və  duzların  miqdarına  görə 
fərqləndiyindən  müxtəlif  məsaməliyə  malik  olurlar.  Bu  isə  yuma  prosesində  hər 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə