M. C.Əliyev, F. A. Həsənli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/32
tarix29.01.2018
ölçüsü5,01 Kb.
#22773
1   ...   24   25   26   27   28   29   30   31   32

85 
 
hektara  tələb  olan  suyun  miqdarında  fərq  yaradır.  Muğan  təcrübə  stansiyasında 
aparılmış elmi – tədqiqat işlərinin nəticələrinə əsasən duz faizinə görə hər hektara 
tələb  olunan  suyun  miqdarı  Azərbaycan  Kənd  Təsərrüfatı  Elmləri  Akademiyası 
Hidrotexnika  və  Meliorasiya  İnstitutu  (1960)  tərəfindən  aşağıdakı  kimi 
müəyyənləşdirilmişdir. (Cədvəl 3). 
Cədvəl 3  
Duzluluq dərəcəsi, %-lə 
Yuma norması, hektara, 
m
3
-la 
0,3 – 0,6 
0,6 – 1,0 
1,0 – 2,0 
2,0 – 3,0 
3,0 – daha çox 
2000 – 2500 
4000 – 5000 
6000 – 7500 
8000 – 10000 
10000 - 12500 
 
Respublikamızda  kənd  təsərrüfatının  inkişafında  əsas  yeri  tutan  Kür  çayı 
hövzəsi  26,9  km
3
  həcmdə  su  ehtiyatına  malikdir.  Kür  çayının  ümumi  axımının 
ancaq 7,3 km
3
 ölkəmiz daxilində formalaşır. Qalan hissəsi qonşu ölkələrdən (19,6 
km3) tranzit olaraq daxil olur. Belə olan halda respublikamızda axım həcmi, onun 
istifadə səviyyəsi və çirklənmə dərəcəsi bu ölkələrdən asılı qalır.  
Kür  çayının  sularından  istifadə  əsasən  Gürcüstan  ərazisindən  başlayır 
(R.M.Qaşqay,  Ş.B.Xəlilovun  2000-ci  il  tədqiqatlarına  görə).  Suvarma  məqsədilə 
Taşis – Kara şəhəri yaxınlığında 14 suvarma kanalı çəkilmiş və bu kanallarla Kür 
çayından  saniyədə  50  m
3
  su  götürülərək  istifadə  olunur.  Böyük  və  Kiçik  Liaxvi, 
Ksani, Araqvi, Xrami və s. kanallarını da misal göstərmək olar. Qanıx və Qabırrı 
çaylarından  isə  Gürcüstan  ərazisində  maksimum  istifadə  bu  çayların  yayda 
Mingəçevir gölünə su çatdıra bilməməsi ilə nəticələnir.  
Kür çayının ən çox istifadə olunduğu ərazi Kür – Araz ovalığıdır. Bu quraq 
ərazidə  su  meliorativ  tədbirlərin  görülməsi  məqsədilə  irriqasiya  sistemlərinin 
yaradılması xüsusilə tələb olunurdu. Bu məqsədlə 1953-cü ildə Kür çayı üzərində 
dəniz  səviyyəsindən  83  metr  Boz  dağın  qarşısı  alınmaqla  16  km
3
    həcmə  malik 


86 
 
olan su anbarı yaradıldı. Anbardan suburaxma qabiliyyəti 130 m
3
/san olan Yuxarı 
Qarabağ və 78 m
3
/san olan Yuxarı Şirvan kanalları çəkilməklə kifayət qədər Kür – 
Araz ovalığında su meliorativ tədbirlərin həyata keçirilməsinə nail olunmuşdur. 
Naxçıvan ərazisində su meliorativ tədbirləri həyata keçirmək məqsədilə 1,35 
km

həcmə  malik  olan  “Araz”  su  qovşağı  tikilib  istifadəyə  verilmişdir  (1970-ci 
ildə). 
Araz  çayının  aşağı  axınlarında  Muğan  və  Salyan  kimi  arid  sahələrin  suya 
olan  tələbatı  da  ödənilmir.  Bu  ehtiyacı  ödəmək  məqsədilə  daha  bir  su  meliorativ 
tədbiri  həyata  keçirilir.  Qeyd  olunan  düzlərin  suya  olan  tələbatını  ödəmək 
məqsədilə hər il Yuxarı Qarabağ kanalı  vasitəsilə Mingəçevir su anbarından Araz 
çayı üzərindəki Bəhramtəpə su qovşağına 1,5 km
3
 su ötürülür.  
Anbarlarla yanaşı suvarma kanallarının çəkilməsi də su meliorativ tədbirlər 
sisteminə aid edilir. Hazırda suvarma kanalların ümumi uzunluğu 53 min 500 km-
dən çox, kollektorların uzunluğu isə 26000 km təşkil edir. Mövcud su anbarlarının 
ümumi  sahəsi  1000  km
2
-dən  artıq  olmaqla  Respublika  ərazisinin  1,3%-ni  təşkil 
edir.  Suvarma  kanalları  və  kollektorların  tikintisi  1500  km
2
  sahənin  irriqasiya  və 
meliorasiya qurğularının altda qalması ilə nəticələnmişdir. 
Beləliklə,  R.M.Qaşqay  və  Ş.B.Xəlilovun  tədqiqatlarına  (2000)  əsaslansaq 
2500  km
2
  ,  başqa  sözlə  ərazimizin  3%-ə  yaxınının  su  altda  qalaraq  kənd 
təsərrüfatının  dövriyyəsindən  həmişəlik  çıxmasına  səbəb  olmuşdur.  Nəzərə  alsaq 
ki,  respublikada 15 su anbarının tikintisi də layihələşdirilmişdir. Deməli, aparılan 
meliorativ  tədbirlər  nəticəsində  bir  sıra  torpaqlarımızın  da  kənd  təsərrüfatının 
dövrəsindən çıxması gözlənilir. 
Relyef  baxımından kənd təsərrüfatının inkişafı üçün əlverişli sayılan Kür  – 
Araz ovalığı respublikanın ən çox şoranlaşmaya məruz qalan sahəsi sayılır. Ovalıq 
Azərbaycan ərazisinin 26%-ə yaxın sahəsini tutur. Ovalıq Mingəçevir şəhərindən 
cənub  –  şərq  istiqamətdə  Xəzər  dənizinə  qədər  250  km  uzanır.  Ovalıq  Qarabağ, 
Mil,  Muğan,  Salyan və  Şirvan düzlərini əhatə  edir.  Kürün  sağ  sahilində  yerləşən  
Muğan,  Salyan    Qarabağ,  Mil,  sol  sahilində  Şirvan  düzləri  vaxtilə  Azərbaycanın 
mühüm pambıqçılıq sahələri idi. Pambıq əkin vaxtı suya, yetişən vaxtı isə istiliyə 


87 
 
ən  çox  tələbkar  bitkilərdən  sayılır.  Bu  baxımdan  suvarılan  pambıq  sahələrində 
suvarma  nəticəsində  onsuz  da səthə  yaxın  olan  qrunt  sularının  səviyyəsi  daha  da 
qalxmış,  nəticədə  torpaqlar  şoranlaşmaya  məruz  qalmışdır.  Bu  gün  müxtəlif 
dərəcədə şoranlaşmış bu torpaqlarda kollektor – drenaj üsulundan istifadə etməklə 
yuma  istiqamətində  meliorativ  tədbirlər  aparılmadan  əkin  sahələrindən  arzu 
olunacaq qədər məhsul götürülməsi mümkün deyil. 
Ovalıqda  yeraltı  suların  relyeflə  əlaqədar  olaraq  axıma  malik  olmaması 
suvarma  şəraitində  qrunt  sularının  səviyyəsinin  qalxmasına  və  təkrar  şorlaşmaya 
səbəb  olur.  Kür  –  Araz  ovalığında  qrunt  sularının  kimyəvi  tərkibi  müxtəlif 
olduğundan müxtəlif meliorativ tədbirlərin görülməsini tələb edir. Salyan, Muğan, 
Şirvan düzləri şiddətli şoranlaşmaya məruz qaldığından daha ciddi yanaşma tələb 
etməklə kollektor – drenaj sisteminin yaradılmasını qaçılmaz edir. 
Azərbaycanda  kollektor  –  drenaj  sisteminin  yaradılması  1934  –  1935-ci 
illərə  təsadüf  edir.  1946-cı  ildə  tikintisi  başlayan  və  1953-cü  ildə  tamamlanan 
Mingəçevir  su  anbarı  ovalıqda  meliorativ  tədbirlərin  aparılmasına  xüsusi  təkan 
vermişdir.  Tikintiyə  qədər  artıq  respublika  ərazisində  700  km  uzunluğunda 
meliorativ  tədbir  olaraq kollektor  –  drenaj  şəbəkəsi  yaradılmışdır.  Hazırda  Kür  – 
Araz  ovalığı  4000  km-ə  yaxın  uzunluğa  malik  kollektor  –  drenaj  sisteminə 
malikdir.    Kollektor  –  drenaj  şəbəkəsinə  yuyularaq  tökülən  duzlu  sular  hazırda 
güclü  suötürən  qurğular  və  stansiyalarda  nasoslar    vasitəsilə  Xəzər  dənizinə 
axıdılır.  Muğan  təcrübə  stansiyasında  aparılmış  çoxillik  təcrübələr  şoranlaşma 
nəticəsində sıradan çıxmış torpaqların yuma üsulundan istifadə etməklə meliorativ 
tədbirlərin həyata keçirilməsi torpaqların təsərrüfatın dövriyyəsinə qaytarılmasının 
mümkün  olmasını  göstərdi.  Təcrübə  stansiyasında  aparılan  tədqiqat  işlərinin 
nəticəsi  olaraq  Salyan  və  Mil  düzündə  kifayət  qədər  torpaqlar  təsərrüfatın 
dövriyyəsinə qaytarıldı.  
Kür  –  Araz  ovalığında  yuma  üsulu  ilə  şoran  torpaqların  təsərrüfatın 
dövriyyəsinə  qaytarmağın  əhəmiyyəti  nəzərə  alınaraq  1948  –  1952-ci  illərdə  102 
km  uzunluğa  malik  olan  Muğan  –  Salyan  kollektorunun  tikintisi  tamamlandı. 
Kollektor  adları  çəkilən  düzlərdə  200  min  hektara  yaxın  torpağın  duzlardan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə