M. C.Əliyev, F. A. Həsənli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/32
tarix29.01.2018
ölçüsü5,01 Kb.
#22773
1   ...   24   25   26   27   28   29   30   31   32

88 
 
yuyulmasına  imkan  verdi.  Bundan  sonra  kollektor  –  drenaj  sistemlərinin 
yaradılması  istiqamətində  aparılan  işlər  daha  da  gücləndirilərək  1957  –  1964-cü 
illər ərzində tikintisi aparılan Baş Şirvan və Mil – Qarabağ kollektorları istismara 
verildi. Qeyd olunan kollektorlar bu gün də öz əhəmiyyətini saxlamaqdadır.  
Pambıqçılığın inkişaf etdirilməsi siyasəti torpaqların duzlardan təmizlənərək 
yeni  sahələrin  təsərrüfatın  dövriyyəsinə  qaytarılmasını  tələb  edirdi.  Bu  məqsədlə 
Baş Şirvan kanalının inşası daha da sürətləndirildi və 211 km uzunluğa malik bu 
kanal  1956-cı  ildə  istifadəyə  verildi.  Bu  iş  davam  etdirilərək  1964  –  1966-cı  illər 
ərzində  Şirvan  düzündə  142  km  uzunluğunda  kollektor  –  drenaj  sistemləri 
yaradıldı.  
Torpaqların  duzlardan  yuyulması  kimi  meliorativ  tədbirlərin  görülməsində 
mühüm  əhəmiyyət  kəsb  edən  kollektor  –  drenaj sisteminin  uzunluğu  Kür  –  Araz 
ovalığında 1967-ci ildə 5451 km-ə çatdırıldı. Bu 1941 – 1945-ci il müharibəsindən 
əvvəl  3-4  sentner  pambıq  məhsulu  verən  ərazilərin  25  sentnerdən  yuxarı  pambıq 
verən  ərazilərə  çevrilməsinə  səbəb  oldu.  Cədvəldən  (cədvəl  1)  göründüyü  kimi 
Azərbaycanda kollektor – drenaj sistemi də xüsusi əhəmiyyətə malik bir üsuldur. 
Drenaj  quyuların  qazılması  ilə  qrunt  sularının  səviyyəsini  aşağı  salmaqla 
həm  şoranlaşmanın  qarşısını  almaq,  həm  də  meliorativ  tədbir  olaraq  torpaqları 
duzlardan  təmizləmək  mümkün  sayılmalıdır.  Səthə  yaxın  qrunt  sularının 
səviyyəsini aşağı salmaq üçün drenaj quyularından istifadə olunması məsləhətdir. 
Bu  quyuların  qazılması  qrunt  sularını  məqsəddən  asılı  olaraq  istənilən  dərinliyə 
salmaq  olur.  Sonradan  quyuya  yığılmış  duzlu  suyu  nasoslar  vasitəsilə  çıxarıb 
sahələrdən kənarlaşdırmaq mümkün olur. Drenaj quyularının qazılması susızdırma 
qabiliyyəti  yüksək  olan  torpaqlarda  daha  əhəmiyyətlidir.  Müşahidələr  hər  bir 
quyunun  20  m
3
-ə  qədər  debitə  malik  olduğunu  göstərir.  Çox  vaxt  bu  quyular 
Kaliforniya quyuları adlanır. Əvvəlki hissələrdə qeyd edildiyi kimi bu tip quyular 
1918-ci  ildə  ilk  dəfə  ABŞ-ın  Kaliforniya  ştatında  qazıldığı  üçün  belə  adlanır.  Bu 
tipdə  qazılmış  müasir  quyuların  hər  biri  600  hektara  qədər  sahəyə  xidmət  etmək 
qabiliyyətinə  malikdir.  Respublikamızda  ilk  Kaliforniya  quyusu  1952-ci  ildə 
Muğanın şimal hissəsində qazılmışdır. Digər quyu isə Yevlax rayonu yaxınlığında 


89 
 
Qarabağ  düzündə  tamamlanmışdır.  Lakin  respublikamızda  torpaqların  duzlardan 
təmizlənməsində kollektor – drenaj üsulundan istifadə edərək meliorativ tədbirlərin 
aparılmasına üstünlük verilir.  
Kimyəvi meliorasiya istiqamətində aparılan işlər meliorativ tədbir kimi daha 
əhəmiyyətlidir.  Çünki,  kimyəvi  meliorasiya  torpaqlarda  qida  maddələrinin 
azalmasına  yuma  meliorasiyasından  fərqli  olaraq  zəmin  yaratmır.  Şoran  və 
şorakətli torpaqlarda gipsləmə yolu ilə meliorasiya aparılır. Məqsəd torpağın uducu 
kompleksindən  natrium  kationunu  çıxarmaqdan  və  onu  kalsium  kationu  ilə 
əvəzləməkdən  ibarətdir.  Torpağın  gipslənməsi  hesabına  mexaniki  tərkibi  təşkil 
edən  iri  hissəciklərin  faizlə  miqdarını  artırmaq  və  mikroaqreqat  tərkibini  kifayət 
qədər yaxşılaşdırmaq olar. Buna nail olmaq üçün hər hektara 5  – 10 ton arasında 
gips vermək lazım gəlir. 
Cədvəl 4 
Torpağın mikroaqreqat tərkibinə gipsin təsiri (cədvəl C.M.Hüseynova 
məxsusdur) 
Təcrübənin 
sxemi 
Dərinlik, 
sm-lə 
Fraksiyaların miqdarı, %-lə 
1-0,25mm  0,25-0,05mm  0,05-0,01mm  0,01-0,005mm 
0,005-0,001mm 
<0,001mm 
Kontrol 
0 – 10 
10 – 20 
 
0 – 10 
10 - 20 
0,72 
0,68 
 
0,91 
0,63 
12,95 
10,84 
 
12,01 
8,64 
26,59 
25,75 
 
27,25 
25,85 
13,86 
12,17 
 
11,61 
19,47 
29,21 
36,05 
 
36,24 
30,15 
16,67 
14,51 
 
11,98 
15,26 
 
Gipsin  verilməsi  ilə  kimyəvi  tərkibcə  yanaşı  şoran  və  şorakətli  torpaqların 
su– fiziki xassələrini kifayət qədər dəyişərək sukeçirmə və susaxlama qabiliyyətini 
də yaxşılaşdırmaq mümkün sayılır. 
 
 
III.4 Azərbaycanda irriqasiya sistemlərinin kənd təsərrüfatının  
inkiĢafında rolu. 
Kür-Araz  ovalığının  relyefinin  fəal  temperaturun,  illik  yağıntının  cəminin 
öyrənilməsi  kənd təsərrüfatının ixtisaslaşmasında mühüm  rol oynayır  (Şəkil 7). 
Ovalıq dünyanın ən çox rütubət və istilik sevən bitkisi olan pambıqçılığın inkişaf 
etdirilməsinə  perspektivli  ərazi  sayılır.  Lakin  ərazinin  quraq  olması  şoran  


90 
 
torpaqlarla yanaşı təsərrüfatın hərtərəfli inkişafına maneçilik törədir. Bu problemi 
aradan  qaldırmaq  məqsədilə  1920-ci  illərdən  sonra  respublikamız  ərazisində  su 
anbarları  yaradılmağa  və  kanallar  çəkilməyə  başlandı.  Su  problemini  aradan 
qaldırmaq məqsədilə görülən bu işlər 1941-1945-ci il müharibəsindən sonra daha 
geniş vüsət aldı. Məqsəd müharibədən çıxmış ölkənin iqtisadiyyatını  yüksəltmək, 
əhalinin ərzaq məhsullarına  olan təlabatını ödəməkdən ibarət idi. 
Kür-Araz  ovalığının  su  ilə  təmin  olunmasına  Mingəçevir  kompleksinin 
yaradılmasının  böyük  əhəmiyyəti  olmuşdur.  1953-cü  ildə  Kür  çayının  Boz  dağı 
kəsib keçdiyi yerdə yaradılmış bu su anbarı ölkəmizin enerji ilə təmin olunmasında 
xüsusi  rol  oynamaqla  bərabər  ovalıqda  suvarma  probleminin  həll  olunmasına 
kömək etdi. 
Uzunluğu  75km,    maksimal  eni  20km,  maksimal  dərinliyi  75m,  suyun 
səviyyəsi 36m olduqda sahəsi 625km
2
 olan Mingəçevir su anbarı ovalığın suvarma 
problemini aradan qaldırmaqla yanaşı Kür çayının tənzimlənməsində və təsərrüfata 
vura  biləcəyi  zərərin  qarşısını  aldı.  Cədvəldə  qeyd  olunan  digər  su  anbarları  da 
ölkəmizin su təchizatında mühüm rol oynayırlar (Cədvəl 5). 
Kənd təsərrüfatının inkişafı  ilə  əlaqədar olaraq 1950-ci ildə qəbul olunmuş 
qərara  əsasən  tikilən  Yuxarı    Qarabağ  kanalının  tikintisi  1957-ci  ildə  başa 
çatdırıldı.    Kanalın  başa  çatması  suvarma  istiqamətində  yeni  əkin  sahələrinin 
yaranmasına, həmçinin pambığın  məhsuldarlığına müsbət təsirini göstərdi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə